ROLLS-ROYCE YENİ OFF-ROADER MODELİNİN İLK FOTOLARINI NÜMAYİŞ ETDİRİB -

“ROLLS-ROYCE” YENİ “OFF-ROADER” MODELİNİN İLK FOTOLARINI NÜMAYİŞ ETDİRİB

Ötən ilin fevral ayında “Rolls-Royce Motor Cars” şirkəti “Cullinan” layihəsinin həyata keçirilməsi barədə əlaqədar tərəfləri mütəmadi şəkildə məlumatlandırmağı öhdəliyini üzərinə götürdürdüyünü elan etmişdir. İldə iki dəfə brend layihənin yenilikləri barədə məlumatlar paylaşırdı və hazırda “Rolls-Royce” yüksək keçmə qabiliyyətinə malik tam ötürücü sistemli avtomobilin hazırlanmasında növbəti dövrün təməlini qoyan prototipin ilk şəkillərini dərc edib. Şirkət artıq yeni modelin ictimai sinağlarına start verib.

 

Dünyada zərif əşyaların aparıcı istehsalçısı “Cullinan” layihəsinin irəliləməsi barədə ictimayyəti mütəmadi olaraq məlumatlandırıb. Yeni tam ötürücü sistemin ilk mühəndis prototipi və 2018-ci ildən etibarən brendin bütün modellərinin əsasını təşkil edəcək yeni alüminium arxitekturu ictimaiyyətə təqdim olunub.

 

İndi isə avtomobilin prototipi dünyanın fərqli ölkələrinə səyahət edəcək və yeni model dünyanın hər nöqtəsində əfsanəvi axarlığın zəmanəti olduğunu təsdiqləyəcək çətin sınaq proqramından keçəcək. Məsələn, Milad bayramından dərhal sonra prototip Qütb dairəsinə yollanacaq ki, burada yeni model dözümlülük testindən keçəcək və eyni zamanda, mufta soyuq hava şəraitində yoxlanacaq. Bir qədər sonra 2017-ci ildə model Yaxın Şərqə üz tutacaq və ən yüksək hava temperaturu və səhranın digər çətin şəraitlərində sınaqlarından keçəcək.

 

“Bu, həm “Rolls-Royce”, həm də dünyanın hər yerinini dəb ekspertləri üçün “Cullinan” layihəsinin irəlliləməsində inanılmaz həyəcanlandırıcı məqamdır. İlk dəfə olaraq tam ötürücü sistemi yeni “dəb arxitekturu” ilə birləşdirdik. Bu, həqiqətən mötəbər “Rolls-Royce” modelini yaratmağa yol açır. Əvvəlki modellər kimi o, yeni etalona çevriləcək və onun köməyi ilə başqa dəb əşyaları qiymətləndiriləcək”, - deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös qeyd edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !