Yeni Red Bull Knock Out cığırının açılışı - + FOTO

Yeni Red Bull Knock Out cığırının açılışı + FOTO

Red Bull Knock Out üçün cığır və yarış formatı, dünyadanın ən çətin çimərlik yarışıdır və hər ikisi birlikdə bu il ərzində çoxlu dəyişikliklərə şahid olub və əvvəlki variantlarına nisbətən daha çətin olacağı gözlənilir.

Bu il üçün yeni olanlar; dənizsahili qarşısından kütləvi olaraq yarışa başlayan 1000 motokross; yürüşçülər cığıra əvvəlki illərə nəzərən əks mövqedən girəcəklər və son olaraq son 45 dəqiqədə yeni X-Dövrə yarış hissəsi ora əlavə olunacaq.

 

Bütün yarışlar yalnız bir gün, şənbə günü 19 noyabrda həyata keçiriləcək. Bütün 1000 nəfər yarışçının hamısı birdən eyni vaxtda ilk mərhələ üçün yarışa başlayacaq. Bu mərhələ 1,5 saat davam edəcək və ən yaxşı 500 iştirakçı finala yüksələcək. Finala yüksəlməyən digər 500 nəfər iştirakçı isə İkinci Şans Mərhələsində yenidən qüvvələrini sınayacaqlar. Burada qısa 30 dəqiqəlik yarış müddətində 250 ən yaxşı iştirakçı finala yüksəlmək hüququ qazanacaq. Finalda isə cəmi 750 nəfər iştirakçı çoxdan arzulanan titul üçün qüvvələrini sınayacaqlar.

 

Cığırın memarı, Qreq Atkins düşünür ki, finalın nəticələri son 45 dəqiqədə X-Dövrə açılarkən müəyyən olunacaq: “Bundan əlavə bizim bir neçə nəhəng hündürlükdə yerləşən səth qoymuşuq, onlar bunun üzərindən keçməli və sonra finişə yaxın yerə nəhəng ağac maneələri qoymuşuq. Bu, gənclər üçün çox çətin maneəli yol olacaq və bu da yarışa özünəməxsus xüsusiyyətini verəcək.”

 

Bu il fanatlar yenidən yarışı məşhur Şeveningen Çimərliyindəki bulvardan izləmək imkanı əldə edəcəklər. Yarışda olacaq üç qızğın mərhələdən savayı digər kənar şoular tamaşaçıları əyləndirəcək və günün sonunda mənzərəli atəşfəşanlıq olacaq.

 

Red Bull Knock Out yarışını CANLI izlə, bu gün Bakı vaxtı ilə saat 16:45 - http://win.gs/2fHTgY7

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !