QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA
Bu xəbəri paylaş
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər məsələlərə baxılacaq.
Millət vəkili müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 7-də başa çatacaq.