Azərbaycan kino sənayesinin müasir tendensiyaları minnətdarlıq formatında müzakirə olunub - FOTO

Azərbaycan kino sənayesinin müasir tendensiyaları “minnətdarlıq” formatında müzakirə olunub FOTO

Bakıda dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubunun üzvlərinin növbəti görüşü təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar Azərbaycan kinematoqrafının mövcud problem və tendensiyalarını müzakirə ediblər.

Qapalı formatda keçirilən tədbir kino sahəsi ilə bilavasitə əlaqəsi olan insanları bir araya gətirib. Tədbirin əsas məqsədi təcrübə mübadiləsi, həmçinin kino sahəsinin mövcud problem və tendensiyalarını müzakirə etməkdir.

“NO Club”un üzvlərinin və qonaqlarının görüşü “William Grant&Sons” şirkətinin #IOU (I Owe You) adlı qlobal konsepsiyası çərçivəsində təşkil olunub. Minnətdarlıq ideyasının təməli brendin DNT-sində qoyulub və ondan ibarətdir ki, tədbiriştirakçıları onların həyatına xüsusi bir rəng qatan və ya dəstək verən insanlara minnətdar olduğunu ifadə edə bilib. Bu, valideynlər, dostlar və ya iş yoldaşları ola bilər.

Tədbirdə çıxış edən gənc rejissor Emil Quliyev çəkdiyi ilk tammetrajlı “Pərdə” filmi, həmçinin Azərbaycan kinematoqrafiyasının mövcud problemləri və potensialı haqqında danışıb: “Mən peşəkar rejissor deyiləm, sadəcə olaraq həvəskaram, və “Pərdə” filmi vasitəsilə real həyatda gördüklərimi və bizi əhatə edənləri tamaşaçılara çatdırmaq istədim. Filmimin qəhrəmanları – o qonşularımdır ki, kimlərə mən həyatlarının bir hissəsi olan filmin süjetinə görə minnətdaralığımı bildirirəm”.

Qeyd edək ki, “NO Club” – maraqlı və mühüm mövzular ətrafında aparılan müzakirələri sosial şəbəkələrdən kənara çıxarmaq, yəni sözdən əmələ keçmək üçün əla bir fürsətdir. Artıq baş tutmuş görüşlər çərçivəsində incəsənət adamlarını dəstəkləmək arzusunda olanlar, heyvanlar sığınacağına vəsait ayırmaq və ya mühüm bir məlumatı geniş auditoriyaya çatdırmaq istəyənlər tapılıb.

Xatırladaq ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !