TRT World kanalının reportajında ermənilərin mülki Azərbaycan əhalisinə qarşı vəhşilikləri diqqətə çatdırılır

“TRT World” kanalının reportajında ermənilərin mülki Azərbaycan əhalisinə qarşı vəhşilikləri diqqətə çatdırılır

Ermənistan silahlı bölmələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələrindən bəhs edən daha bir reportaj Türkiyənin “TRT World” kanalında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ermənilərin artilleriya zərbələri nəticəsində dağıntılarla yerində tanış olan xarici jurnalistlərin tərkibində Azərbaycanın cəbhə xətti yaxınlığında yerləşən bir neçə kəndində olan kanalın müxbiri reportajın əvvəlində tamaşaçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumatlandırır. O, Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etdiyini diqqətə çatdırır.

Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri cəbhə xəttində Azərbaycan tərəfə iriçaplı silahlardan atəş açaraq mülki əhalini qətlə yetirir, onlara böyük ziyan vurur. Azərbaycan Silahlı Qüvvələri ermənilərin bu atəşlərinin müqabilində onlara cavab zərbələri endirir.

Müəllif ermənilərin artilleriya zərbələri nəticəsində dağılmış, yanmış evlərlə bağlı kadrları tamaşaçıların diqqətinə çatdırır, ziyan çəkmiş, yaxınlarını itirmiş insanların şəkillərini əllərində tutan yerli sakinlərin erməni vəhşilikləri barədə müsahibələrini təqdim edir. Jurnalist bu sakinlərin öz yerlərində möhkəm dayandıqlarını, qorxmadıqlarını, torpaqlarını tərk etmədiklərini və döyüşə hər an hazır olduqlarını vurğulayır.

Müxbir cəbhə xəttində bir neçə kənddə, yaralıların müalicə aldıqları xəstəxanada olduqlarını diqqətə çatdırır. O, yaralıların bəzilərinin Bərdədəki tibbi mərkəzdə müalicə olunduqlarını qeyd edir.

Müəllif yerli və xarici jurnalistlərin cəbhə xəttinə yaxın kəndlərdən birində ermənilərin atəşləri nəticəsində dağılmış evlərə, məktəb binasına baxdıqlarını vurğulayır. O, məktəbin direktoru Aybəniz Məhərrəmovanın partlayış zamanı binanın necə silkələnməsi, dağılması, dərslərin yarımçıq qalması barədə fikirləri tamaşaçıların diqqətinə çatdırır.

Reportajda ötən illərdə Azərbaycanın öz ordusunu xeyli gücləndirdiyi vurğulanır. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]