Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib - FOTO

Prezident İlham Əliyev Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib FOTO

 Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı verdilər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və xanımına minnətdarlıq etdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !