Sarkisyanın son bəyanatı onun iç üzünü açıb göstərdi -

Sarkisyanın son bəyanatı onun iç üzünü açıb göstərdi

AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov Macarıstanın Duna-TV telekanalına telefonla verdiyi müsahibədə Serj Sarkisyanın “Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması” barədə bu yaxınlarda səsləndirdiyi bəyanatı şərh edərək deyib ki, bu ölkənin prezidenti təzə heç nə deməyib, yalnız Azərbaycan tərəfin həmişə dediyi, Yerevanın isə öz növbəsində israrla inkar etdiyi məsələni etiraf edib.

V. Seyidov deyib: “xarici siyasətçilər və media qurumları Yerevanı dəstəkləyən siyasi texnoloqların sayəsində özlərini bir növ “neytral” kimi göstərmək və tərəflərin heç birini incitməmək üçün Dağlıq Qarabağı “de-yure Azərbaycanın tərkib hissəsi, amma de-fakto müstəqil dövlət” (claimed to be "independent through unilateral self-determination", but de-facto occupied and annexed) adlandırırdılar. Azərbaycanın mövqeyinin mahiyyəti isə bundan ibarət idi ki, həmin ərazi birtərəfli qaydada guya “öz müqəddəratını təyin etmiş müstəqil dövlət” elan edilsə də, faktiki olaraq Ermənistan tərəfindən işğal və ilhaq edilib. Təbii ki, Qarabağın hər hansı müstəqilliyi barədə danışmağa dəyməzdi, çünki Ermənistan Qarabağı işğal və ilhaq etməklə onu öz tərkibinə dərindən inteqrasiya edib, hərçənd bunu açıq bəyan etməyə utanır və bu ərazinin “öz müqəddəratını təyin etməsi” və “müstəqilliyi” barədə mifi dönə-dönə təkrarlayırdı”.

Seyidovun sözlərinə görə, Sarkisyanın son bəyanatı onun iç üzünü açıb göstərdi. AZƏRTAC-ın xüsusi müxbiri deyib: “Ümidvaram ki, bundan sonra Yerevanın ağlı çatacaq və o, “dqr”ın danışıqlar prosesində birbaşa iştirakı barədə danışmağa son qoyacaq. Hansı Qarabağdan danışmaq olar ki, sizin prezident belə bir subyektin mövcud olmasını şəxsən inkar edib. Bir halda ki, Ermənistan prezidenti Qarabağı öz ölkəsinin bir hissəsi adlandırır, onda ATƏT-in Minsk qrupunun həmsədrləri də daha Qarabağa getməməlidirlər”.

Təmas xəttində qüvvələrin eskalasiyası barədə sualın cavabında Seyidov qeyd edib ki, Qərb KİV-ləri nədənsə daha çox nəticələr barədə danışır, səbəblər barədə isə susurlar. AZƏRTAC-ın xüsusi müxbiri deyib: “Erməni tərəfi Azərbaycanda toy məclisini vəhşicəsinə atəşə tutanda nədənsə dünyada hamı susur. Amma Azərbaycan artilleriyası həmin toy məclisinin atəşə tutulduğu mövqeləri, xəbərdarlıq etdiyi kimi, məhv edəndə Qərbdə hamı bizim tərəfdən atəşkəs rejiminin pozulması barədə danışmağa başlayır. Axı “zarafat etməyi” təkcə Sarkisyan yox, biz də xoşlamırıq. Və lazım gələndə biz də stereotipləri asanlıqla aradan qaldıra bilərik. Lakin əgər Sarkisyanın əlaltıları Azərbaycanın dinc sakinlərinə atəş açmağa adət ediblərsə, onda bizim ordumuz yalnız hərbi qulluqçuları və yalnız layiqincə cəzalandırır”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !