Macarıstanın “Wizz air” şirkəti Azərbaycana uçuşları bərpa etmək istəyir
Bu xəbəri paylaş
Macarıstanın “Wizz Air” aviaşirkətindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycana uçuşları bərpa etmək niyyətində olduqlarını bildiriblər.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir. Azərbaycan tərəfi aviareyslərin qeyd olunan vaxtdan həyata keçirilməsinə razılıq verib.
Qeyd edək ki, Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə dəfə müraciət edib, lakin cavab almayıb.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !