Bakı Gənclər Debat Forumu: Yaz 2015 in qalibləri müəyyənləşib FOTO

“Bakı Gənclər Debat Forumu: Yaz 2015”in qalibləri müəyyənləşib FOTO

Bakıda DVC-in (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) "YouthInc." Proqramı və “Milli Debat Proqramı” çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin dəstəyi ilə "Bakı Gənclər Debat Forumu: Yaz 2015"in yekun forumu baş tutub.
Forum ərzində 16 ali təhsil müəssisəsini təmsil edən komandalar “Gənclərin sahibkarlıq bacarıqlarını formalaşdırmaqda biznes-inkubator modeli özünü doğruldur” mövzusu ətrafında diskussiya aparıblar. Azərbaycan Dillər Universitetinin vəBakı Slavyan Universitetininev sahibliyi ilə baş tutan forumun yekun mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən komandalar mübarizə aparıb. Hakimlərin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən komandaqalib olub. Forum zamanı, həmçinin ən yaxşı on natiqin adı açıqlanıb.
“Tərəfdaşlarla birgə həyata keçirilən“Youth Inc.” proqramı da məhz gənc sahibkarlara dəstəyə yönəlib və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində uğurla fəaliyyət göstərir. Hazırlanan yeni Dövlət Proqramı isə ölkəmiz qarşısında duran müasir çağırışlara cavab verməlidir. Burada çox vacibdir ki, gənclərlə birbaşa məsləhətləşmələr aparılsın və gənclərin fikirləri öyrənilsin. Çox müsbət haldır ki, gənclərlə bağlı hazırlanan bütün mühüm sənədlərdə bu təcrübədən dövlət qurumlarımız istifadə edir. Hesab edirəm ki, Dövlət Proqramında gənc sahibkarlara dəstək formaları xüsusən vurğulanmalıdır. Dünyada baş verən proseslər, ölkə daxilində mövcud olan iqtisadi vəziyyət bunu tələb edir. Proqramımızın növbəti Dövlət Proqramında da öz yerini tapacağına inanırıq”, - deyə DVC-ninsədriSeymur Hüseynov öz çıxışında qeyd edib.
“Azərbaycanda uğurla həyata keçirilən “Youth Inc.” proqramı “Coca-Cola”nın gənc sahibkarlığın inkişafının dəstəklənməsi kimi qlobal vəzifələrini özündə əks etdirir. Hər bir cəmiyyətin gələcəyi bügünkü gənclərdən asılıdır, ona görə də “Coca-Cola”nın əsas strateji vəzifələrindən biri də Azərbaycanda gənc sahibkarlığın potensialının mümkün qədər tam həyata keçməsinin təmin edilməsidir. “Coca-Cola”zamanı, təcrübəni və resursları inkişaf etdirən, dayanıqlı yerli birliklərin inkişafına və saxlanmasına investisiya yatıracaq”, - deyə “Coca-Cola” şirkətinin Azərbaycan üzrə market meneceri Qabil Əhmədov bildirib.
Forum çərçivəsində iştirakçılardan “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər toplanılıb. Qeyd edək ki, forumun sonunda təkliflər Azərbaycan Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Forumun məqsədi gənclərin Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı üçün təkliflərin verilməsidir.
“Youth Inc.” proqramı“Coca-Cola”nın təşəbbüsü ilə şəxsi bizneslərini açmaq istəyən gənclərin təşəbbüslərinin dəstəklənməsi əsasında Azərbaycanda gənc sahibkarlığın inkişafı üçün yaradılıb. “Coca-Cola”nın əsas vəzifələrindən biri də Azərbaycanda gənc sahibkarlığının potensialının təmin edilməsidir. “Youth Inc.” proqramının aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr açıb, 2000-dən çox şəxs seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumlarda təqdimat keçiriblər. Bu il “Youth Inc.” inkubator mərkəziaçılacaq ki, bura öz şəxsi biznes ideyasını həyata keçirmək istəyən bütün şəxslər üçün əsas mərkəz olacaq.Mərkəzdə təlim keçmiş şəxslər şəxsi biznesini onun uğurlu olması üçün necə qurmaq lazımdır haqqında tam məlumat alacaqlar. Parlaq ofisdə gənc sahibkarlar üçün müxtəlif təlimlər, seminarlar və təqdimatlarkeçiriləcək.
DVC-nin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Proqram vasitəsilə gənclərə debat metodologiyası, sosial aktivlik və digər bilik, bacarıq və dəyərlər aşılanılır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 11 regional nümayəndəlik/mərkəzi özündə birləşdirir. Bu günədək “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdə 40 000-dən artıq gənc iştirak edib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]