Aida Eyvazova : - HAQQ-dan dönənə HAQQ qənim olsun!!! (YENİLƏNDİ)

Aida Eyvazova : HAQQ-dan dönənə HAQQ qənim olsun!!! (YENİLƏNDİ)

 ORT_nin məşhur teleaparııcısı İRADƏ Zeynalovaya
AÇIQ MƏKTUB!!!


“Ağacı qurd içindən yeyər”—ruslar və ermənilər sapı özümüzdən olan balta ilə bizi vurdular. Rusiyanın ORT kanalında çalışan azərbaycanlı teleaparıcı məşhur İradə Zeynalova olmayan erməni soyqirimi haqqında yana-yana danışdı. Həftəsonu efirə çıxan “Воскресное время” verilişində “qondarma erməni soyqırımı haqqında” yana-yana təqdimat etdi. Ən qürək ağrıdan məqam da ondan ibarətdir ki, reportaj Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının müşaiyəti ilə təqdim olunurdu. Bunu ki, yaxşı bilirsən, o mahnının musiqiisi bizdən oğurlanıb. Oğruluqlara öyrəşən ermənilərin adətidir bu!!! Qondarma soqırım haqqındakı təqdim etdiyin mətndəki sözlər və hadisələr mənə çox tanış idi. Diktor mətninə erməni və Ermənistan əvəzinə “azərbaycanlı”, “türk” və “Xocalı” sözlərini yerləşdirmək kifayət edərdi ki, bu Xocalıda olanları əks etsin. 100 il bundan əvvəl, 1915-ci ildə ermənilərə müvəqqəti sığınacaq kimi verilən türk torpaqlarında, böyük TÜRK dövlətinin düşdüyü durumdan istifadə edərək, xəyanət yolunu seçdilər. Türkiyəyə qarşı, yaşadıqları, suyunu içib, çörəyini yedikləri fatehlər ölkəsinə qarşı görünməmiş XƏYANƏT etdilər. Türkiyəni içəridən sarsıtmaq üçün ingilislərə, ruslara casusluq etdilər. Əvəzində Böyük Ermənistan qazanmaq istəyirdilər. Və ölkəsində qanun qaydanı bərpa etmək, torpaqlarını düşməndən qorumaq üçün böyük ATATÜRK erməni satqınlarının qabağını almaq üçün, onları dövlətin mərkəzindən kənarlara köçürtdü. Bu köçürtmədən əvvəl isə, ermənilər Türkiyənin düşdüyü durumdan istifadə edib, türkləri öz evində, öz kəndində qətlə yetirmişdilər. Ermənilərin gizli planınini bilən erməni katolikosu 1915-ci il aprelin 22-də Amerikanın prezidenti Vudro Vilsona teleqram vuraraq, Türkiyədə erməniləri təhlükə gözlədiyini xəbər verir. Bu teleqram da onu deməyə əsas verir ki, Böyük Ermənistan xülyalarına düşən ermənilər, bu ssenarini böyük dövlətlərin əli ilə qurmuşdular. Bunları İradə Zeynalovanın diqqətinə çatdırmaq istəyirəm!!!!
İradə Zeynalova!!!
Hər dəfə sənin operativ xəbərlərini, qaynar nöqtələrdən verdiyin süjetləri görəndə, bir jurnalist kimim peşəkarlığına, və azərbaycanlı olmağına fəxarətlənirdim. Onu da bilirəm ki, səni ORT-yə yerləşdirən Moskvadakı imkanlı azərbaycanlılardır! Hətta bacını da ORT, ya da ki NTV-yə onlar yerləşdirib. Hər halda, lazım olanda, onların da görüm-baxımından yararlanırsan. Bilirsən nə demək istəyirəm sənə: Azərbaycanın suyu-çörəyi gözündən gəlsin. Mənim güvəngimi puç elədin. Mənim kimi minlərin!!! Ən azı, səni ORT-də işlədən azərbaycanlılardan utanmadınmı? Onlar da hər şeyə Azərbaycandan qazandıqları ilə nail olublar!!! Kaş həmin gün xəstələnəydin, işə çıxmayaydın, bülleten açdıraydın. Və ermənilərin qondarma soyqırımını elə ürək ağrısı və şəstlə təqdim etməyəydin!!!
.... Nə bilim... Bəlkə doğrusunu sən edirsən!!! Mən AZ TV-nin Qazaxıstan üzrə xüsusi müxbiri işləyərkən , daima Azərbaycan həqiqətlərini yayır, təbliğ edirdim. Hətta əqidədaşlarımla birlikdə Astanadakı Mirzoyan küçəsinin adının dəyişdirilib qazax xalqının akademikinin adına çevirməsinə nail olduq. Doğrudur, mənim ermənilərlə mübarizəm, Azərbaycanın Qazaxıstandakı səfirliyində oolan diplomatlarımızı qııcıqlandırdı. Sonunda iş yerimdən də cəza aldım. Heç bir səbə olmadan, ildırım surəti ilə məni işdən çıxardılar. Mübarizəm kimlərinsə xoşuna gəlmədi. Dedilər ki, başımdan böyük danışıram. Ancaq, peşiman deyiləm!!! Səni bu gün Vətən təəssübü, Vətən qeyrəti çəkən dostlarımız, həmyerlilərimiz hamısı söyürlər. Məni görənlər isə gözlərimdən öpüb, yer göstərirlər. (Əlbətə istəməyənlərimin gözündən iraq) Fərqimiz bundadır!!!
Nə qədər geç deyil, 1992-ci ildə baş verən Xocalı soyqırımı, ermənilərin bir şəhəri onun sakinləri ilə birlikdə Yer üzündən silməkləri barədə 5-cə dəqiqəlik reportaj hazırla ki, qəzəbimiz soyusun!!! Həqiqət , haqq naminə!!!

                         HAQQ-dan dönənə HAQQ qənim olsun!!!

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !