ADU-da Çin Dili Günü -

ADU-da “Çin Dili Günü”

Aprelin 22-də Azərbaycan Dillər Universitetində (ADU) Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərin orijinallığına və zənginliyinə diqqət çəkmək məqsədi ilə adı çəkilən təşkilatı İctimai İnformasiya Departamentinin təklifi ilə 2010-cu ildə təsis edilmiş “Çin Dili Günü” münasibətilə bayram tədbiri keçirildi.
Öncə ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr tərəfindən Çin xəttatlığı üzrə ən məşhur beş yazılı əsərlərindən ibarət sərgi nümayiş olundu. Tələbələr, həmçinin məşhur Çin gimnastikası olan “tayszi”nın əsas elementlərini nümayiş etdirdilər.
Sonra Çində aprel ayında keçirilən eyni adlı ənənəvi festival şərəfinə rəngarəng “Çərpələng uçurtmaq” müsabiqəsi, həmçinin çərpələngin hazırlanmasına aid master-klass keçirildi. Müsabiqənin qalibi “Kağızlı çərpələng kralı” adına layiq görüldü.
Tədbir çərçivəsində, həmçinin universitetin Çin dili müəllimi Ayquli İmamuaçi "Antik Sian şəhəri " mövzüsunda açıq dərsi də keçirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !