Yaradıcılıq ənənəsi -

Yaradıcılıq ənənəsi

 Azərbaycan Fotoqrafları birliyi və Gürcüstan Fotoqrafları Asossasiyasının Şəki şəhərində birgə görüşü keçirildi. 14 və 15 fevral 2015-ci il tarixində baş tutan görüşdə yerli fotoqrafların da işrakı ilə gürcü foto sənəti və asossasiyasının sədri Kaxa Pxadzdenin yaradıcılığı nümayiş olundu,asossasiyanın üzvü Nino Mğrebaşvili gürcüstalı fotoqraflar haqqında ətraflı məlumat verildi. Eyni zamanda yerli fotohəvəskarlar üşün ustad dərsi də keşirildi, foto texmikası haqqında verilən suallara ətarlı cavab erildi.
Görüş zamanı AFB-nin sədri Mirnaib Həsənoğlu və idarə heyyətinin üzvü Rauf Umud Gürcüstan Fotoqrafları Asossasiyasının fəxri üzvü seçildilər.
İki günlük görüş zamanı Şəki şəhərində fəaliyyət göstərən yerli el sənətkarla ilə görüş, Xan sarayını ziyarət edən qonaqlar Şəkinin qədim ənənələri ilə tanışlıq, YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil olan kəlağayı sənəti, onun hazırlanmasını, məşhur Şəki şirniyyatının, təkəlduz, musiqi alətləri və şəbəkə ustalarının emalatxanarında oldular. Qonaqları Şəkidə AFB sədri Mirnaib Həsənoğlu, idarə heyyətinin üzvü Rauf Umud, birliyin üzvləri Araz Adiloğlu və Azad Bağırov müşayət etdirdilər.
Şəki milli mətbəxinə vurğunluqunu, görüşdən məmnun qalan qonaqlar belə görüşlərin tez-tez təşkil olunması və ikitərəfli yeni layihələr haqqında müzakirələr apardılar.

Foto-reportaj: Azad Bağırov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !