8-ci Azərbaycan Beynəlxalq Təhsil 2014 ( Education 2014 ) sərgisi FOTO(YENİLƏNDİ-2)

8-ci Azərbaycan Beynəlxalq “Təhsil 2014” (“Education 2014”) sərgisi FOTO(YENİLƏNDİ-2)

Sizi 10-12 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 8-ci Azərbaycan Beynəlxalq “Təhsil 2014” (“Education 2014”) sərgisinə dəvət edirik.
Sözügedən sərgi təhsil dünyasında sizə bələdçilik etməklə yanaşı, arzuladığınız istiqamətlər barədə bütün məlumatları birinci mənbədən əldə etməyinizə, eləcə də təhsil alacağınız ölkəni və müvafiq ixtisas sahəsini seçməyinizə kömək edəcək.
Burada dünyanın 20 ölkəsindən gələn sərgi iştirakçıları bakalavr və MBA proqramlarını, eləcə də dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdirəcəklər. Sərginin daimi iştirakçısı - Litva milli stendi isə Litvanın 16 nüfuzlu universitetini təqdim edəcəkdir. Sərgidə yeni təhsil istiqamətləri kimi Hollandiya, Qazaxıstan, Latviya və Slovakiya çıxış edir. Builki sərgidə Polşanın Krakov Dövlət Universiteti, BƏƏ-nin Aviasiya Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti, Budapeşt Beynəlxalq Biznes Məktəbi, Britaniya Ali Dizayn Məktəbi (Moskva), “Webster” (ABŞ) Universiteti, Malayziyanın “Help” və Nottingem universitetləri, Niderland Krallığının Saksion Universiteti, Mastrixt İdarəetmə Məktəbi və “Inholland” Tətbiqi Elmlər Universiteti, Nazarbayev adına Universitet (Qazaxıstan) və Latviyanın Baltik Beynəlxalq Akademiyası kimi iri xarici universitetlərlə yanaşı, Slovakiyanın “Study in Slovakia” (“Slovakiyada təhsil”) təşkilatı tərəfindən təmsil olunan 44 universitet də iştirak edir.
Hörmətli valideynlər!

Description: http://files.iteca.az/Emailing/2014/Education/img/2.jpg

Description: http://files.iteca.az/Emailing/2014/Education/img/1.jpg

Sizi sərginin qonaqları arasında görməyə şad olarıq və ümid edirik ki, bu sərgini ziyarət etmək sizin üçün həm səmərəli, həm də faydalı olacaq.

Diqqətinizə çatdırırıq ki, iştirakçı şirkətlərin tərkibi ilə əlaqədar olaraq, "Education" ("Təhsil") sərgisinə giriş yalnız aşağıda sadalanan şəxslər üçün açıqdır:

10-cu və 11-ci sinif şagirdləri;
Abituriyentlər;
Tələbələr;
Bu sənaye sahəsinin peşəkarları;
Həmçinin, 10-cu və 11-ci sinif şagirdlərinin, eləcə də abituriyent və tələbələrin valideynləri.
Diqqət: Aşağıda göstərilən şəxslərin sərgiyə daxil olmalarına icazə verilməyəcək: Məktəbəqədər yaş dövründə olan uşaqlar, o cümlədən 1 - 9-cu sinif şagirdləri (istər valideynlərin müşayiəti ilə, istərsə də valideynlərsiz).

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]