ARGTMŞ ÜZVLƏRİNİN NÖVBƏTİ MƏCLİSİ KEÇİRİLİB FOTO (YENİLƏNDİ)

ARGTMŞ ÜZVLƏRİNİN NÖVBƏTİ MƏCLİSİ KEÇİRİLİB FOTO (YENİLƏNDİ)

28 May 2014-cü il Respublika Günündə Gənclər Paytaxtı Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarla növbəti iclası keçirilib.

Toplantının rəsmi açılışı Quba Rayon Gənclər və İdman İdarəsi rəhbəri Mustafa Nöhbalayev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyid-zadənin açılış çıxışları ilə başladı.
Məclisinin gündəliyi təsdiqindən sonra, iclasda Rəşxan Qaraşlının sədrliyi ilə ARGTMŞ-nınBaş Katiblik hesabatı, Seymur Hüseynovun 2014-ci ildə beş ayda görülən işlər və 2014-cü il üçün İnkişaf Planı barədə, eləcə də katibliyinin məsul şəxsi Ülkər Qurbanovanın Üzv təşkilatlarla iş üzrə görülmüş işlər barədə hesabatları təqdim olunmuşdur.
Görüşdə ARGTMŞ üzv təşkilatlarının irəli sürdüyü məsələləri müzakirə edilmiş, ARGTMŞ-ın yeni üzvlük məsələsinə baxılmışdır. Səsvermə nəticələrinə görə ARGTMŞ-ın sırasına Cinema Gənc Kinematoqrafçılar Mərkəzi qəbul edilmişdir. Beləliklə, ARGTMŞ üzvlərinin sayı 111 gənclər təşkilatlarından ibarət oldu.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]