Norveç Parlamentinin nümayəndələri Ağdamın Quzanlı qəsəbəsində səfərdə olublar FOTO
Bu xəbəri paylaş
Ölkəmizdə səfərdə olan Norveç Parlamentinin üzvüləri Mariya-ev Fredrix, Daq Siqurdson və Çaloko Beyani bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsinə səfər ediblər. Qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş abidə önünə gül dəstələri qoyduqdan sonra Ağdam rayon İcra Hakimiyyətinin binasında rayon rəhbərliyi ilə görüş keçidilər. daha sonra Avropali nümayəndələr rayonun bir neçə ərazisində olublar.
Belə ki, Avropalılar rayonda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və bir köçgün məktəbində olaraq, rayonda yaşayan məcburi köçgünlərin həyat şəraiti ilə yaxından maraqlandılar. Daha sonra cəbhə bölgələrində yerləşən yaşayış məntəqələrinə yollanan qonaqlar rayonun Çıraqlı kəndinə dinc əhalinin ermənilər tərəfindən necə atəşə tutulmasının şahidi oldular.
Elgün Rəhimov - AzPRESS