Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə mütəxəssisləri qəbul edib -

Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə mütəxəssisləri qəbul edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London Zoologiya Cəmiyyətinin eskperti Kris Rensomu qəbul edib.

Ekspertlər Bakıya Leyla Əliyevanın dəvəti ilə gəliblər. Onlar Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.

Görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən effektiv yolları müzakirə edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !