Euronews telekanalında Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi ilə bağlı süjet yayımlanıb -

“Euronews” telekanalında “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə bağlı süjet yayımlanıb

Dünyanın nüfuzlu “Euronews” televiziya kanalında Bakıda, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə təşkilatçılığı ilə açılmış “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi haqqında süjet yayımlanıb.

Süjetdə sərgi haqda ətraflı məlumat verilib, orada olduqca maraqlı əsərlərin nümayiş olunduğu vurğulanıb, bu əsərlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərlərinin də böyük maraqla qarşılandığı qeyd olunub.

Sərgidə müxtəlif janrlarda işləyən azərbaycanlı rəssamların 100-dən artıq əsəri nümayiş olunur.

Süjetdə sərginin ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açıldığı, daha sonra iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edildiyi vurğulanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !