«Photoman-2013» müsahibəsi -

«Photoman-2013» müsahibəsi

«Photoman-2013» müsahibəsinin şərtləri və qaydaları.
Müsahibə haqqında ümumi məlumat


«Photoman-2013» beynəlxalq müsahibəsi ŞƏRQ ƏMƏKDAŞLIĞININ AILƏ ALBOMU “DIQQƏT GÜLÜMSƏ!” (SAY CHEESE!) layihəsi çərçivəsində keçirilir. Şərq əməkdaşlığının imkanlarının genişlərndirilməsi, əməkdaşlığın yaradılması və tematik fotoların inkişafı”. SAY CHEESE! layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Şərq əməkdaşlığının “Mədəniyyət” proqramı çərçivəsində reallaşdırılır.
Foto müsahibə İnternet realiti-şou prinsipi üzrə aparılır.
«Photoman-2013» müsahibəsinin əsas təşkilatçısı (həmçinin «Photoman» müsahibəsinin idea müəllifi) Gürcüstan Fotoqraflar Birliyidir (GFB). «Photoman» müsahibəsi GFB himayəsi altında Gürcüstanda üç dəfə keçirilib və buna qədər Gürcüstan foto cəmiyyətində populyarlığı və uğurları ilə seçilib. 2013-cü ildə «Photoman» müsahibəsi beynəlxalq müsahibə olmuş və Şərq əməkdaşlıq ölkələrində (Gürcüstan, Ermənistan, Azərbaycan, Belorusiya, Moldova, Ukrayna) «SAY CHEESE!» layihəsi çərçivəsində keçirilir. Müsahibə yeni başlayan və irəliləmiş foto həvəskarlara yönəlmiş və Şərq əməkdaşlıq ölkələrində gənc fotoqrafların həvəsləndirilməsinə, eyni zamanda Şərq əməkdaşlığının Photo-School.eu. birgə onlayn-foto məktəbinin pilot kursunun iştirakçılarının aşkarlanmasına xidmət edir.

«Photoman-2013» müsahibəsinin qayda və şərtləri


Müsahibənin şərtləri
«Photoman 2013» müsahibəsi müsahibə təşkilatçılarının müəyyən etdiyi müvafiq konkret qaydalar və şərtlər əsasında aparılır. Müsahibə Facebook rəsmi tətbiqi platformasında həyata keçirilir.
Müsahibənin təşkilatçıları «SAY CHEESE!» layihəsi əməkdaşlarının Şərq əməkdaşlıq ölkələri fotoqraflar birlikləridir.
Müsahibədə Facebook-da qeydiyyatdan keçmiş, 14 yaşına çatmış və Şərq əməkdaşlıq ölkəsinin (Gürcüstan, Ukrayna, Moldova, Belorusiya, Azərbaycan, Ermənistan) vətəndaşı olan istənilən şəxs iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün müəyyən olunmuş qaydada Facebook-da müsahibənin rəsmi tətbiqində (https://apps.facebook.com/photomann) qeydiyyatdan keçmək lazımdır. «Photoman-2013» müsahibəsində iştirak etməklə iştirakçı müsahibənin qayda və şərtləri ilə razılığını təsdiq edir. Müsahibənin qaydalarının pozulması zamanı iştirakçı apelyasiya hüququ olmadan müsahibədən uzaqlaşdırılacaqdır.
Təşkilatçıların və jüri üzvlərinin müsahibədə iştirak hüququ yoxdur.

Müsahibənin qaydaları


Müsahibə 4 mərhələdə keçirilir. Hər mərhələ iştirakçının cari mərhələdən öncə jüri tərəfindən işlənib hazırlanmış konkrek tapşırıqları (müxtəlif janrlarda fotoçəkilişlərin edilməsi) yerinə yetirməsi nəzərdə tutulur. İştirakçı tapşırığı müəyyən zaman çərçivəsində tapşırığı yerinə yetirməlidir.
Müsahibənin keçirilməsinə qədər çəkilən şəkillər qəbul edilmir. Belə hal aşkar olunduqda iştirakçı apelyasiya hüququ olmadan müsahibədən uzaqlaşdırılacaqdır.
Yerinə yetirilmiş iş müsahibənin Facebook-da rəsmi tətbiqinə, həmin mərhələ üzrə cari mərhələnin sonuna kimi müvafiq olar qalereyaya yüklənir. Əgər şəkillər verilmiş vaxt çərçivəsində yüklənməzsə iştirakçı apelyasiya hüququ olmadan müsahibədən uzaqlaşdırılır. Müsahibə iştirakçıları həmin mərhələnin başa çatmasına qədər redaktə etmək hüququna malikdir. Müsahibə işlərinə olan texniki tələblər mərhələnin tapşırığında qeyd olunacaqdır. Fotolar komposizisayının orqanik hissəsi hesab edilən reklam, mətn və ya qrafik elementləri təşkil etməməlidir. Özündə mətn əks etdirən təsvirlər diskvalifikasiya olunacaqdır. Müəllif hüquqlarının pozulması halları aşkar olunduqda iştirakçı apelyasiya hüququ olmadan müsahibədən kənarlaşdırılacaqdır.
Şəkillərin yüklənməsi üçün müddətin başa çatması ilə mərhələnin qalereyası bağlanır və qiymətləndirmə rejimi qoşulur. Mərhələnin qalereyasının bağlanmasından sonra şəkil redaktə oluna və ya silinə bilməz. Qiymətləndirmə rejimi müəyyən dövr davam edir (bütün tarixlər hər mərhələnin tapşırığında qeyd olunur). Qiymətləndirmə dövründə Facebook istifadəçisi müsahibə şəkillərini 10 ballıq sistemlə qiymətləndirir. Hər istifadəçi bir iştirakçının foto işini yalnız bir dəfə qiymətləndirə bilər.
Qimətləndirmə vaxtının bitməsindən sonra tətbiqin proqramı hər bir müsahibə işinin balını toplayır və yekun balların əsasında hər bir etap üzrə iştirakçıların reytinqi yaradır. Həm ümumi reytinqləri, həmçinin ölkələr üzrə reytinqləri izləmək mümkündür.
Hər mərhələdən sonra iştirakçıların sayı azalır. Hər bir ölkə üçün keçid ballı müəyyən olunur; lazımı balı toplaya bilməyən iştirakçılar oyundan kənarlaşır. Keçid balı hər ölkədən olan iştirakçıların sayından asılıdır və müsahibənin nəticələrinə əsasən 6 ölkədən 90 nəfər olmaqla 90 qalib seçilmiş olmaqla müəyyən olunur. Bundan başqa jüri hər ölkədən iki nəfər müsahibədən kənarlaşdırılmış iştirakçını növbəti mərhələyə keçirmək imkanına malikdir.
Növbəti mərhələlər də analoji olaraq aparılır.

Müsahibənin qaliblərinin müəyyən olunması


Bütün mərhələlər başa çatdıqdan sonra isə ballar toplanır və hər ölkə üçün yekun reytinq tərtib olunur. Hər ölkədən 15 nəfər olmaqla (cəmi 90 nəfər) ən yüksən balaları toplamış iştirakçılar müsahibənin qalibi olur və Şərq əməkdaşlığının PHOTO-SCHOOL.EU. beynəlxalq onlayn-foto məktəbində 4 aylıq (mart-iyul 2014-cü il) ödənişsiz tədris kursu keçmək hüququ qazanırlar. 4 aylıq tədrisin nəticələrinə əsasən Şərq əməkdaşlığının 6 ölkəsinin fotoqraflar birlikləri tərəfindən qəbul edilən Şərq əməkdaşlığının fotoqraf sertifikatı ilə təltif olunur. Qalibin Şərq əməkdaşlığı onlayn- fotoməktəbində ödənişsiz tədrisdən imtina etməsi halında bu hüquq reytinqə müvafiq olaraq digər iştirakçıya keçir.
Öz ölkəsində daha çox bal toplayan iştirakçı qabil altılığa daxil olur (hər ölkədən bir nəfər olmaqla). Qalib altılığın daha çox bal toplayan iştirakçısı qran-pri alır. Qalib altılığın digər iştirakçıları isə qiymətli mükafatlar qazanırlar.

Jüri


Beynəlxalq jürinin tərkibi altı nəfərdən ibarətdir (Şərq əməkdaşlıq ölkələri fotoqraflar birliklərindən bir nəfər olmaqla: “Foto-incəsənət” Belorusiya Ictimai Birliyi, “Ermənistan fotoqrafları” Milli Assosiasiyası, Gürcüstan Fotoqraflar Assosiasiyası, Moldova Respublikası Foto sənətkarlar Ittifaqı, Ukrayna foto Sənətkarların Milli Ittifaqı, Azərbaycan Fotoqraflar Birliyi). Hər etap üçün tapşırığı jüri hazırlayır. Jürinin hər ölkədən iki nəfər olmaqla müsahibədən kənarlaşdırılməş iki iştirakçını növbəti mərhələyə keçirmək hüququ var. Müəllif hüquqlarının pozulması və ya müsahibənin digər qaydalarının pozulması ilə bağlı şübhələr yarandığı təqdirdə jürinin iştirakçıdan müsahibə işinin orijinal faylını və EXIF məlumatlarını tələb etmək hüququ var. Iştirakçıların ballarının miqdarının süni artırlması ilə əlaqədar şübhələr yarandığı təqdirdə jürinin qiymətləndirənlərin akkauntlarını yoxlamaq hüququna və şübhələrin təsdiq olunması halında bu səsləri ləğv etmək hüququna malikdir.

Müəllif hüquqları


Iştirakçılar təsdiq edirlər ki, onların təqdim etdikləri işlər orijinaldır və bu müsahibənin tapşırığı çərçivəsində hazırlanmışdır. Iştirakçılar həmçinin təsdiq edirlər ki, təqdim etdikləri iş üzərində bütün müəllif hüquqlarına malikdirlər. İştirakçılar təsdiq edirlər ki, «Photoman-2013» müsahibəsinin təşkilatçılarına qarşı heç bir iddiaları olmayacaq və onların işlərinin qeyri-kommersiya qismində istifadə olunmasına və ya yayımlanması görə təşkilatçıları məsuliyyətə cəlb etməyəcəklər.
Müsahibənin iştirakçıları təsdiq edirlər ki, «Photoman-2013» müsahibəsində iştirak etməklə onlar təşkilatçılara, işlərinin müsahibənin Facebook-da rəsmi tətbiqində, Şərq əməkdaşlığı fotoqraflar birliklərinin internet saytlarında, «Photoman-2013» müsahibəsinə aid olan məqalələrdə, sərgilərdə və nəşrlərdə yayımlanmasına, həmçinin mütləq şəkildə müəllif hüquqları qeyd olunmaqla «Photoman» müsahibəsinin gələcək reklamlarında istifadə olunmasına razılıq verirlər.
«Photoman» müsahibəsinin təşkilatçıları aşağıda göstərilən hüquqlar istisna olmaqla iştirakçının işi üzərində hüquqa malik deyildir.

Mükafatlar


• Qran-pri: Müsahibənin baş sponsoru Tbilisi meriyası Mədəni Tədbirlər Mərkəzi tərəfindən təqdim edilən 24-105 mm obyektivli Canon 6D fotokamera.
• Mükafat almaq hüququna malik altılığa daxil olan iştirakçılar üçün: sponsorlardan qiymətli mükafatlar.
• Öz ölkəsində daha çox bal toplayan 90 iştirakçı üçün (Şərq əməkdaşlığının hər ölkəsindən 15 iştirakçı: Avropa birliyi tərəfindən maliyyələşdirilən Şərq əməkdaşlığının PHOTO-SCHOOL.EU. beynəlxalq onlayn-foto məktəbində 4 aylıq (mart-iyul 2015-cü il) ödənişsiz tədris kursu keçmək haqqında sertifikat.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !