7 yaşlı gənc rəssam Leyla Qurbanovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi
Bu xəbəri paylaş
AzPRESS xəbər verir ki, 30 oktyabr Baku Creative Center-ın sərgi salonunda 7 yaşlı gənc rəssam Leyla Qurbanovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilmişdir. Ekspozisiyada rəssamın müxtəlif texnikalarda işlədiyi 50 əsəri təqdim olunub. Sərgidə Ofeliya Mirzəzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Validə Abbasova, rəəssam Vaqif Ucatay, həmçinin gənc rəssamın ilk rəsm müəlliməsi Tamilla Qurbanova, hazırki rəsm müəlliməsi Nərminə Vəliyeva çıxış edərək Leyla Qurbanovanı təbrik edib gələcəkdə yaradıcılıq uğurları arzu etdilər. Sərgi iki gün davam edəcək.
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !