"Qatil" tamaşası

"Qatil" tamaşası

Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən AzPRESS.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Naxçıvan MR-nın əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bəstəkarı əməkdar incəsənət xadimi Aygün Səmədzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada xalq artisti Səidə Quliyeva (Qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (Qadın), Elxan Quliyev (Polis), və gənc aktyor Hikmət Rəhimov (Oğlan) çıxış edirlər.
Fotomüxbir.Alisatov Elxan (AzPRESS.az)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]