Qazaxıstan səfiri Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşüb
Bu xəbəri paylaş
Qazaxıstanın Bakıdakı Səfiri Serjan Abdıkarimov Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Sədri Səməd Seyidovla görüşüb və Prezident Kasım-Jomart Tokayev adından ona Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə minnətdarlıq rəmzi kimi “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib.
Danışıq zamanı həmsöhbətlər parlamentlərarası əməkdaşlığın, beynəlxalq parlamentlərarası təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, o cümlədən, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlaqədar cari ildə ikitərəfli səfərlərin və tədbirlərin hazırlığı və keçirilməsi məsələlərini müzakirə ediblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)