British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir - VİDEO

British Council və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yeddinci Britaniya Film Festivalına start verir - VİDEO

Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin otuzuncu ildönümü ərəfəsində British Council, Böyük Britaniya səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edərək hər il keçirilən Britaniya Film Festivalının yeddinci buraxılışına start verir.

Festival bu il filmlərin 3-15 mart 2022-ci il tarixlərində Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilməsi ilə keçiriləcək. Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.

Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "HERSOQ" retro-komediyası ilə açılacaq. "İNSANLAR İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI" və "SƏRHƏDLƏRİN MƏHVİ: PLANETİMİZ HAQQINDA ELM" sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.

Media nümayəndələrini 3 mart, saat 18:30-da Nizami Kino Mərkəzində festivalın açılışında iştirak etməyə dəvət edirik. Azərbaycanda Britaniya Film Festivalı British Council-ın Azərbaycandakı nümayəndiliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilir. Fürsətdən istifadə edib tərəfdaşlarımız Nizami Kino Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına və CoolConnections İncəsənət Assosiasiyasına təşəkkürümüzü bildiririk.

Britaniya Film Festivalı bizim bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyimizi filmlərlə ifadə edir.

Bütün filmlər ingilis dilində nümayiş etdiriləcək. Festivalın treylerinə buradan baxa bilərsiniz: http://bit.ly/britishfilmfestival

Biletləri Nizami Kino Mərkəzinin kassalarından və www.nizamicinema.az saytından əldə edə bilərsiniz.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]