Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib 

 

Yanvarın 14-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

 

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

 

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin elmi işçisi Vüsalə Əliyeva “Herbig AE HD 31648 ulduzunun spektrində Hα və Hβ xətləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Vüsalə Əliyeva AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda ShaFES lifli eşel spektroqrafında bircins cavan Ae Herbig tipli HD 31648 ulduzunun spektral Hα və Hβ xətlərinin tədqiqindən bəhs edib. Məruzəçi bildirib ki, müşahidə periodunda Herbig Ae HD 31648 ulduzunda baş verən atılma prosesləri Hα və Hβ xətlərində sinxron olaraq müşahidə olunmuşdur.

 

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]