Mariya Stadnik 5 qat olimpiya medalçısı olmaq istəyir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik 5 qat olimpiya medalçısı olmaq istəyir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Mariya Stadnik 5 qat olimpiya medalçısı olmaq istəyir- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Tokio-2020-də fəxri kürsüyə qalxmaqla ilk 4 qat olimpiya medalçıSI kimi adını Azərbaycan idman tariximizə yazdıran Mariya Stadnik karyerasını davam etdirmək qərarına gəlib. Qadın güləşi üzrə millimizin lideri bu barədə Dünya Güləş Birliyinin (UWW) saytına verdiyi açıqlamasında danışıb. Ali qurumun portalında qeyd olunub ki, çoxları 33 yaşlı və 2 uşaq anası olan Stadnikin karyerasını başa vuracağını gözlədiyi halda, Mariya gözlənilməz addım atıb.

 

4 qat olimpiya mükafatçısı karyerasını davam etdirmək haqda qəbul etdiyi qərarı belə izah edib: "Düşünürəm ki, nə qədər güləşmək istəyim varsa, mütləq bütün potensialımı göstərməliyəm. Bu qərarımı Tokiodan evə qayıdan kimi verdim. Bütün dostlarım və yaxınlarım mənə inanır. Oğlum karyeramı davam etdirməyimi çox istəyir və mənim güclü olduğumu deyir. 5 qat olimpiya medalçısı olmağı çox istərdim. Hər medal həyat hekayəmin bir parçasıdır. Bu, mənim yolumun bir hissəsidir. Beynəlxalq Olimpiya Komitəsinin bayrağında 5 olimpiya halqası var. Bu üzdən 5 olimpiya medalı qazanmaqla yeni tarix yazmaq istəyirəm.

 

İl ərzində 4-5 yarışda iştirak etmək mənim üçün ideal göstəricidir. Yeganə məsələ Paris-2024 öncəsi orqanizmimin məşqlərə necə reaksiya verməsidir. 20 yaşdakı enerjimi kompensasiya edə biləcək qədər böyük təcrübəm var".

 

Saytda qeyd olunub ki, titullu güləşçinin 2022-ci ildə ilk hansı yarışa qatılacağı bəlli olmasa da, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatında iştirak etməsi gözlənilir.

 

Xatırladaq ki, Mariya Stadnik London-2012 və Rio-2016-nın gümüş, Pekin-2008 və Tokio-2020-nin bürünc medalçısı olmaqla yanaşı, 2 qat dünya və 8 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi və İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısıdır..

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]