Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib (+FOTO=5, +VİDEO)

Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib (+FOTO=5, +VİDEO)

Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib (+FOTO=5, +VİDEO)

 

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]