Osman Gündüz: İşıq dirəkləri ilə fiber optik internet ?

Osman Gündüz: İşıq dirəkləri ilə fiber optik internet ?

Osman Gündüz: İşıq dirəkləri ilə fiber optik internet ? 

 

Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilkşi üçün elektrik dirəklərindən istifadəyə başlanıb.

Maraqlı məsələdir.
Düşünürəm ki, əgər dirəklər müasir və dayanıqlı olarsa, naqillər də keyfiyyətli və standarta cavab verərsə bu məsələdə ciddi uğur qazanmaq olar.
Hazırda elə fiber optik kabellər var ki, onlar da daha keyfiyyətli və daha dayanıqlıdır.
Amma, təbii ki, kənd və qəsəbələrdəki bəzi sıradan çıxmış və ömrünü tamamlamış dirəklər üzərindəki internetin dayanıqlığından danışmaq doğru olmazdı.
Odur ki, hər iki infrastrukturda, elektrik enerjisi və internet texnologiyalarda müasif standartlar gözlənilərsə onda gözləmək olar ki, ölkə üzrə daha sürətli formada keyfiyyətli internet infrastrukturu qurula bilər.

 

Ümumiyyətlə, müşahidələr göstərir ki , nazir Rəşad Nəbiyevin bütün ölkə üzə "2 ilə internet problemi həll olacaq" mesajından sonra ciddi addımlar atılır.

 

Regionlarda və Bakı ətrafı kəndlərdə Aztelekom və Baktelecom-un çoxsaylı briqadaları çalışır.
RİNN-nin bu prosesi sürətləndirmək üçün həyata keçirdiyi daha bir yenilik isə regionlarda GPON xətlərin yerin altı ilə deyil, yerin üstü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparmasından ibarətdir.
Ənənəvi yanaşmalardan fərqli olan bu üsul da , düşünürəm ki, fiberoptik xətlərin çəkiliş proseslərini xeyli sürətləndirəcək.

 

Xatırladıram ki, Nazirlik eyni zamanda mobil infrastrukturdan , mobil operatorların baza stansiyalarından da istifadə etməklə geniş zolaqlı internetə əlçatanlığı artıqmaq niyyətindədir və bu istiqamətdə LTE texnologiyası ilə internetə əlçatanlıq artırılır.

 

Eyni zamanda ucqar ərazilərə də mobil texnologiya ilə internet nəzərdə tutulur.
Məlumat üçün bildirirəm ki, 7-8 il öncə ölkə üzrə bu işi gerçəkləşdirmk üçün "Hər evə optika" dövlət proqramı hazırlanmış və Neft Fondundan 0.5 milyard manat dövlət vəsaiti ayrılmış və 5 il vaxt nəzərdə tutulmuşdu.
İşin həcmi çox böyük idi.

 

Son anda hökumət müəyyən obyektiv və subyektiv səbəblərdən bu pulu ayırmaqdan imtina etmişdi.
Bu baxımdan, səmimi olaraq qeyd edim ki, yeni nazirin "2 ilə hər evə optika" açıqlaması da müəyyən qədər real görsənmirdi.

 

Amma görünən odur ki, Nazirlik dediyində israrlıdır.
Artıq bütün ölkə üzrə normal, dayanıqlı və keyfiyyətli internet infrastrukturu üçün yeni yanaşmalar, yeni prinsiplər tətbiq edilir.

 

Həmçinin, yalnız Aztelekom və Baktelekom resurslarından deyil, "dövlət- özəl tərəfdaşlığı" çərçivəsində özəl operatorların da resurslarından da istifadə edilir.
Özəl operatorlar dövlətə məxsus rabitə resurslarından istifadə edə bilirlər.

 

Adı çəkilən qurunmların da yenidən qurulması, regional idarəetməyə keçid , koporativ idarəetməyə hazırlıqa bağlı sürətli işlər aparılır. Prosesə xarici qurumlar da cəlb edilib.

 

Keyfiyyətli və dayanıqlı internet infrastrukturu məsələsində müsbət rol oynayacaq digər vacib məqamlar haqqında, qlobal peyk operatorlarının (Starlink, OneWeb) imkanlarından istifadə, dövlət səviyyəsində təsdiqlənən Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistan istiqamətinə çəkiləcək TransXəzər fiberoptik magistralın nə zaman reallaşacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur.

 

Beləliklə, RİNN tərəfindən atılan addımlara əsasən ümid etmək olar ki, yaxın 2 ilə, 2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi nəhayət ki öz həllini tapacaq.
Yeri gəlmişkən, ölkə üzrə qurulacaq nəhəng dövlət internet infrastrukturunun, həmçinin son nöqtəyə veriləcək internetin gələcək idarəetməsinin, istifadəsinin necə olacağı, dövlət yoxsa özəl səviyyədə olacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]