Kərim Kərimli: Əziz dostlar və həmkarlar!

Kərim Kərimli: Əziz dostlar və həmkarlar!

Kərim Kərimli: Əziz dostlar və həmkarlar!

 

Əziz dostlar və həmkarlar!

Bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm:

 

1. 270 illiyini dövlət səviyyəsində qeyd etməyə hazırlaşdığımız Şuşada bütün bu tarixi boyu heç vaxt "parlament binası" adlı yer, tikili, ev bina OLMAYIB!
Ermənilərin "parlament binası" adlandırdığı bina (1-ci şəkil) Şuşa işğal olunana qədər "Azərbaycan" kinoteatrı idi və qədim bina da deyildi, ötən əsrin 1980-ci illərinin əvvəllərində istifadəyə verilmişdi. Hazırda o bina yerli-dibli yoxdur və yerində tikiləcək hotelin artıq təməli qoyulub.

 

2. Həmin bina, yəni işğala qədər "Azərbaycan" kinotetrı yerləşən bina "mədəniyyət mərkəzi", "mədəniyyət evi" də deyildi. Düzdür ermənilər bu cür də deyir və yazırlar, ancaq siz niyə ermənilərin ağzı ilə danışa, ermənilərin əli ilə yazasınız ki?

 

3. Şuşada işğala qədər bir "Mədəniyyət evi" var idi (2-ci şəkil), onu da şəhər işğal olunandan bir az sonra vandalizm "xadim"ləri tamamilə yer üzündən siliblər.

 

4. Hazırda Şuşada mədəniyyət evi kimi bu binadan istifadə olunur (3-cü şəkil), ancaq bir qədər təmir olunub. Bu şəkil işğal altında olduğu dövrün şəklidir və işğala qədər Şuşa şəhər 1 nömrəli internat məktəbi idi.

 

5. Həmkarlarımızın Şuşa barədə yazılarını həvəslə oxumağa başlayıram və bu cür ifadələrə rast gələndə, daha ardını oxumuram. Çünki, fikirləşirəm ki, bizim jurnalist erməni mənbəyinə daha çox istinad edirsə, onun yazısı da qurama olacaq, daha nəyə oxuyum?

 

P.S. Düzdür, həmkarlarımdan kimsə deyə bilər ki, gözüm aydın, heç oxuma, ancaq əvvəla, yazı ona görə yazılır ki, onu oxuyan olsun, ikincisi də, bu halda adamda belə təəssürat yaranır ki, bu müəllif yazılarını ürəkdən yazmır, sadəcə şöhrət, reklam naminə guruldayır. Bu isə Vətənə qarşı çox pis əməldir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]