Vladimir Klicko dünyanın 10 varlı boksçusu arasında İNTİQAM təqdim edir (AZpress.AZ)

Vladimir Klicko dünyanın 10 varlı boksçusu arasında İNTİQAM təqdim edir (AZpress.AZ)

 BOKS
------------------------------------------------------------------------
Vladimir Klicko dünyanın 10 varlı boksçusu arasında


İngiltərənin "Manchester Evening News" qəzeti dünyanın ən zəngin 10 super ağır çəkili peşəkar boksçusunun siyahısını açıqlayıb. Siyahıda ukraynalı tanınmış rinq ustası Dladimir Kliçko da yer alıb. "İnterfaks"ın verdiyi məlumata görə peşəkar karyerası dövründə 58 milyon funt sterlinq qazanan Kliçko Top-10-u tamamlayır. Xatırladaq ki, peşəkar boks üzrə 5 versiyada 6 il çepionluğunu qoruyan Kliçkonun ən çox qazancı britaniyalı boksçular - Tayson Fyuri və Entoni Coşua ilə döyüşdən gəlib.
"Manchester Evening News"in araşdırmasına görə zənginlərin siyahısına ABŞ-dan olan 5 qat dünya çempionu Floyd Meyvezer başçılıq edir. O, 479 milyon avroluq sərvətə malikdir. Onun həmyerlisi ağır çəkidə keçmiş dünya çempionu Corc Forman (266 milyon avro) ikinci, filippinli dəri əlcək ustası Menni Pakyao (195 milyon avro) isə üçüncü sırada yer alıb.


İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]