Mərkəzi Gömrük Hospitalında 8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Mərkəzi Gömrük Hospitalında 8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib - FOTO

5 noyabr 2021-ci il tarixində  Mərkəzi Gömrük Hospitalının konfrans zalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi  (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov,  Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan tarixinin şanlı səhifəsi - 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib. Ceyhun Məmmədov qeyd edib ki, noyabrın 8-i 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı işğalçı Ermənistan üzərində tarixi qələbə qazanmış, işğal altında olan torpaqlarımız geri qaytarılmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.


Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı yad etməyə çağırıb. Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib: “Bu böyük Qələbəyə gedən yol heç də asan olmadı. Qəhrəman əsgər və zabitlərimizin qanı-canı bahasına başa gəldi. Dastan yazan mərd oğullarımızın qəhrəmanlığı sayəsində... 2908 şəhidin qanı hesabına, min bir əziyyətlə oğul böyüdən şəhid analarının göz yaşları hesabına. Bu gün bu tarixi qələbəmizin qeyd edilməsində onlara borcluyuq”.


Sonra Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixindəki çıxışının videoçarxı nümayiş etdirilib. Şuşanın azad edilməsini Azərbaycan xalqına çatdıran prezidentimiz həmin müraciətdə “Şuşa bizimdir!” “Qarabağ bizimdir!” deməklə döyüş meydanında erməni faşizmi üzərində şanlı qələbəmizi elan edib. Bu xəbər əhalinin böyük sevincinə səbəb olmuşdur. Onlar gecə ilə üçrəngli bayraqlarla yürüşə çxaraq, şanlı qələbəmizi  qeyd ediblər.


Dövlət başçısının bu tarixi çıxışını izlədikdən sonra Ceyhun Məmmədov Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatmasında Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının da payı olduğunu vurğrlayıb, onları təbrik edərək,  VMF-in Azərbaycanın Vətən müharibəsindəki zəfərinə həsr  edilmiş “Qarabağ Azərbaycandır!” kolleksiyasından olan  “Miras Qələbə vaxtı” qiymətli xatirə saatları onlara hədiyyə edib.


Sonra  DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Dr.Gülşən İmanova, Travmatologiya şöbəsinin rəisi Dr.Ramin Rzayev, tibb bacısı Nərmin Fərəcova çıxış edərək  tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalın 44 günlük müharibə zamanı hərbçilərə göstərdiyi tibbi xidmətlər haqqında məlumat veriblər.  


Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Racu Nəbiyev 44 günlük Vətən müharibəsində iştirak edən DGK Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin inspektoru Nicat Həsənovun,  patomarfoloq Emin Mirzəyevin, DGK "Azərterminalkompleks" Birliyindən  Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş IT mütəxəssis Kamran Mirzəyevin və DGK  Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş mühafizəçi Süleyman Süleymanovun adından çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova  və Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova onlara göstərdiyi qayğı və diqqətə görə dərin minnətdarlığını  bildirib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]