Ramina Saədətxanın Xaosun enerjisi adlı fərdi sərgisi +FOTO=23

Ramina Saədətxanın “Xaosun enerjisi” adlı fərdi sərgisi +FOTO=23

Ramina Saədətxanın “Xaosun enerjisi” adlı fərdi sərgisi +FOTO=23

 

Ramina Saədətxanın “Xaosun enerjisi” adlı fərdi sərgisində son üç ildə yaradılmış 50-ə yaxın rəsm əsərləri ibarətdir.

 

 

Ramina Səadətxan – öz dəsti xəttində universal müəllif yanaşmasını formalaşdıran bir rəssamdır. Rəssam müxtəlif estetika və üslubları birləşdirərək, yaradıcılığında abstrakt ekspressionizm elementləri ilə kollaj pop sənəti üsullarından istifadə edərək formalar yaradır. İstifadə etdiyi rənglər isə onun əsərlərinə əlavə şərh qatır və ya əksinə, görüntünü şifrələyir. Bu müasir dövrlə, mif və ekzotik aləmlərlə rezonans yaradır. İncil təsvirlərinə istinad edən Ramina, nəticədə ümumiləşdirmə tələb edən bəzi formalar yaratmaq üçün özünütəhlilə üz tutur.

 

 

Ramina Səadətxan vizual oriyentasiyasının təsiri başqadır – formaların hərfi sadəliyi ilə deyil, əksinə, təsviri quruluşların ağlasığmaz mürəkkəbliyinin nümayişi ilə – təmiz abstraksiyadan tutmuş fiqurativ
“sadəlövhlüyə” qədər fərqlənir. Ramina Səadətxanın əsərləri qədim Azərbaycan xalçaları və orta əsr miniatür rəsmləri ilə formaların düzülüşü, rəng kompozisiyaları və ecazkar mühitin ötürülməsi üsulları ilə müəyyən əlaqəyə malikdir.

 

 

Sərginin ekspozisiyasında həmçinin Ramina Səadətxanın əsərlərindən ibarət məşhur azərbaycan musiqiçisi İsfar Sarabskinin oranjiman etdiyi “Le vent nous portera” kompozisiyanın əsasında rejissor Samir Kərimoğlunun hazırladığı videoart nümayiş olunacaqdır.

 

 

Rəssam Ramina Səadətxan (d. 1977, Bakı ş.) hal-hazırda Bakı şəhərində yaşayıb yaradır. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini (2000), həm də Azərbaycan Dövlət İncəsənət Akademiyasının təsviri incəsənət fakültəsini (2005) bitirmişdir. Rəssamın yaradıcılığında rəsm və qrafika ilə yanaşı, fotoqrafiya ilə bağlı eksperimentlər də daxildir. Azərbaycan Rəssamlar İttifaqının (2002), Azərbaycan Fotoqraflar
Birliyinin (2006) üzvüdür. Yaxın Şərq Universiteti tərəfindən “Gümüş Açar” mükafatı (2019, Nikosiya, Şimali Kipr), Azərbaycan Fotoqraflar Birliyinin tərəfindən İlin fotoqrafı mükafatı çərçivəsində “Gümüş Arqus” (2012, Bakı, Azərbaycan) mükafatı ilə təltif olunub. 1996-cı ildən müxtəlif yerli və xarici sərgi və simpoziumların iştirakçısıdır. Bu zamana kimi 5 fərdi sərgisi keçirilmişdir. Yaradıcılıqla bərabər
Ramina Səadətxan rəssamlıq üzrə bir sıra ustad dərslərin müəllifidir, və kiçik yaşlı rəssamlara dərs deyir.

 

 

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı: 24.09. – 24.10.2021

İş rejimi: həftənin II-VII günləri, saat 11:00 – 20:00.

Biletin qiyməti: 5 AZN

Tələbələr üçün: 2 AZN

 

Ünvan: Yusif Səfərov küç., 5

T. +99412 490 84 04

 

www.moma.az
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]