Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 012 Bakı Public Art Festivalı çərçivəsində təqdim olunmuş Beyin əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “012 Bakı Public Art Festivalı” çərçivəsində təqdim olunmuş “Beyin” əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir

Mayın 11-də Bakıda, Neftçilər prospektində, Qız qalasının yanındakı boş sahədə “YARAT!” qeyri-kommersiya təşkilatının Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsəri haqqında məlumat vermişdir. Bildirmişdir ki, “Beyin” memarlıq obyekti formal baxımdan qeyri-adi dərəcədə paradoksaldır və bu səbəbdən də hiper-simvolikdir. Müəllif tərəfindən yaradılmış bu qeyri-ənənəvi memarlıq nümunəsi beynin yox, ürəyin üçölçülü plastik “təsvirini” əks etdirir...
Yəni müəllif fiziki ürəyi beyin adlandırır və bununla da hər dəfə təzadlarla və yaxud paradoksla üzləşən zaman bizim qavramamızı itiləşdirir. Axı, məhz bu, şüurlu olaraq şeyləri öz adı ilə çağırmamaq əməliyyatı və beləliklə də məna və məntiqi təzadın yaranması bütün işin məğzini təşkil edir. Bu situasiyada həmin fikir öz mənbəyini qədim dini nəzəriyyələrdən alır ki, burada da çox zaman Ürək məkandan xaric Müdrikliyi özündə var edən sırf düşünmə orqanı kimi, gerçəkliyi ayıran, deməli, qeyri-həyati olan Beyinə əks kimi göstərilir... Bu nəzəriyyələrə əsasən, Beyin təhlil edir, ayırır, bütövü bölür və detalları araşdırır; Ürək isə intuitiv olaraq məğzin özünə nüfuz edir, bütövün hissələrini özündə birləşdirir və bütün təzadları dəf edir. Lakin bu nəzəriyyələrdə, ŞÜUR adlı belə bir bütöv anlayış da mövcuddur ki, bu da Ürəyin qaynar müdrikliyini və Beynin soyuq səmərəliliyini birləşdirən güclü mental sahəni özündə əks etdirir. Hətta “ağılın ürəyə enməsi” kimi belə bir ifadə vardır ki, bu da mənəvi mücahidin aydınlaşması prosesini simvolizə edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovaya yaradıcı insanların əsərlərinin nümayiş olunduğu belə bir festivalın təşkilinə görə təşəkkürünü bildirmişdir.
Əsərlə tanış olarkən biz “Beyin” obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə Ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, Beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.
Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran “Beyin” art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan əvvəl IX əsrdə Urmiya gölünün sahilində yaranmışdır. Bu dövlətin mərkəzi şəhəri İzirtu olmuşdur. Mannanın əmələ gəlməsi – tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan əvvəl 321-ci ildə əsası qoyulan və VII əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynamışdır. Sasani dövlətinin ərəblər tərəfindən işğalı nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilmişdir. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlamışdır. Onlardan biri Şirvanşah-Məzyədi dövləti olmuşdur. 1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdür. Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında Şirvanşahların rolu danılmazıdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırmış, ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını inşa etdirmişdir. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsilə qalaya içməli su çəkdirmiş, karvansaraların tikintisinə diqqət yetirmişdir. Azərbaycan ərazisində parçalanma dövründə, 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı şəhəri olmaqla Bakı xanlığının əsası qoyulmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünya siyasəti ixtisası üzrə təhsil almışdır. O, həmçinin “Baku” jurnalının təsisçisi kimi də Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalında, “Ön söz” - “YARAT! Müasir İncəsənət Məkanı” tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilmişdir. 2012-ci ildə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında və Parisin məşhur Salomon de Rotşild malikanəsində keçirilmiş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Onun müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə geniş tamaşaçı auditoriyasının qəlbinə yol tapır.
“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

***

 

"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə keçirilən "012 Baku Public Art Festival" layihəsi çərçivəsində Leyla Əliyevanın işlərindən ibarət sərgi keçiriləcək! "Beyin" adlanan ekspozisiya mayın 11-dən 17-ə qədər Qız Qalası qarşısındakı meydanda təqdim ediləcək. Ekspozisiyanın açılışı 11 may 19:00-da baş tutacaq. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva yaradıcılıqla uzun müddətdir məşğul olur və onun işlərində xalqımızın qədim folkloru öz əksini tapıb.

“Beyin” memarlıq obyekti formal nöqteyi nəzərdən geyri-adi dərəcədə paradoksaldır və bu səbəbdən də hiper-simvolikdir, müəllif tərəfindən yaradılmış bu geyri-ənənəvi memarlığın özü, beynin yox, ürəyin üçölçülü plastik “təsvirini” əks etdirir...
Yəni müəllif fiziki ürəyi beyin adlandırır və bununla da hər dəfə təzadlarla və yaxud paradoksla üzləşən zaman bizim qavramanı itiləşdirir. Axı məhz bu şüurlu olaraq şeyləri öz adı ilə çağırmamaq əməliyyatı və beləliklə də məna və məntiqi təzadın yaranması bütün işin məğzini təşkil edir. Bu situasiyada həmin fikir öz mənbəyini qədim dini nəzəriyyələrdən alır ki, burada da çox zaman Ürək məkandan xaric Müdrikliyi özündə var edən sırf düşünmə orqanı kimi, gerçəkliyi ayıran, deməli qeyri-həyati olan Beyinə əks kimi göstərilir.. Bu nəzəriyyələrə əsasən Beyin təhlil edir, ayırır, bütövü bölür və detalları araşdırır; Ürək isə intuitiv olaraq məğzin özünə nüfuz edir, bütövün hissələrini özündə birləşdirir və bütün təzadları dəf edir.
Lakin bu nəzəriyyələrdə ŞÜUR adlı belə bir bütöv anlayış da mövcuddur ki, bu da Ürəyin qaynar müdrikliyini və Beynin soyuq səmərəliliyini birləşdirən güclü mental sahəni özündə əks etdirir. Hətta “agılın ürəyə enməsi” kimi belə bir ifadə vardır ki, bu da mənəvi mücahidin aydınlaşması prosesini simvolizə edir.
Beləliklə “Beyin” obyektini biz yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə Ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrildi, Beyin simvolu kimi hesab olunan aktiv intelektual fəaliyyət mərkəzi oldu.
Beləliklə, Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Və bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran “Beyin” art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.


Tarixi Məlumat

Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan öncə 9-cu əsrdə Urmiya gölünün sahilində yaranmışdır. Bu dövlətin mərkəzi şəhəri İzirtu olmuşdur. Mannanın əmələ gəlməsi – tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan öncə 321-ci ildə əsası qoyulan və 7-ci əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynamışdır. Sasani dövlətinin ərəblər tərəfindən işğal edilməsi nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilmişdir. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlayır. Onlardan biri Şirvanşah-Məzyədi dövlətidir. 1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdür. Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI-ci əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında şirvanşahların rolu danılmazıdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırmış, ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını tikdirmişdir. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsi ilə qalaya içməli su çəkdirmiş, karvansarayların tikintisinə diqqət yetirmişdir. Azərbaycan ərazisində parçalanma dövründə 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı olmaqla Bakı xanlığının əsası qoyulmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !