Milli Paralimpiya Komitəsində görüş keçirilib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Milli Paralimpiya Komitəsində görüş keçirilib - İNTİQAM təqdim edir (AZpress.AZ)
AMPK-də (Azərbaycan Milli Paralimpiya Komitəsi) Tokio-2020 Paralimpiya Oyunlarında iştirak etmək üçün yola düşən bir qrup idmançılarla (üzgüçülərlə) görüş keçirilib. Görüşdə iştirak edən komitə prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları bir daha təbrik edib. Daha sonra o, idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq yarışda onlara uğurlar arzulayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı bəzi məhdudiyyətlərə baxmayaraq, paralimpiyaçılarımız Tokio-2020-yə yüksək səviyyədə hazırlaşıblar. İdmançılarımızın həm yerli, həm də beynəlxalq Təlim-Məşq Toplanışlarında (TMT), eləcə də bir sıra turnirlərdə iştirak etdiklərini vurğulayan İlqar Rəhimov onların Yaponiyada yüksək nəticələr əldə edəcəklərini əmin olduğunu bildirib.Üzgüçülük idman növü üzrə yığma komandanın baş məşqçisi Alaverdi Culfayev onlara göstərilən dəstəyə görə, Komitə prezidentinə təşəkkür edib. Daha sonra idmançılarımızın Tokio-2020-yə hazırlıq mərhələsi haqda geniş məlumat verən A.Culfayev Oyunlarda uğurla iştirak edərək, Vətən medallarla dönəcəklərini bildirib. Komanda görüşdən sonra Bakı-İstanbul və İstanbul-Tokio marşurutu üzrə yola salınıb. Yola salınan heyəıtdə komandaya rəhbərlik edən Hacılı Rüfət, baş məşqçi Alaverdi Culfayev, idmançılar Fyodor Krillov, İsmayıl Şıxverdizadə, Raman Saleh, Dana Şandibina və Vəli İsrafilov yer alıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)