Tokio-2020-də daha bir medal boksçumuz Dominqesdən gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Tokio-2020-də daha bir medal boksçumuz Dominqesdən gəlib - İNTİQAM təqdim edir (AZpress.AZ)
Tokio-2020-nin bu günə təsadüf edən 8-ci günü Azərbaycan üçün həqiqətən də uğurlu gündür. Belə ki, geridə qalan 7 gün ərzində 4 idmançımızdan 22-si mübarizəni əliboş dayandırdığı halda, bu gün meydana atılan 3 idmançımızdan ikisi medal şansını dəyərləndirə bilib. Belə ki, yığmamızın aktivinə ilk medalı yazdıran cüdoçumuz İrina Kindzerskayanın (+78 kq) ardından 69 kq-da rinqə çıxan boksçumuz Alfonso Dominqes 1\4 final döyüşünü qələbəylə başa vuraraq, yarımfinala yazdırıb. Bu isə ən pis halda onun bürünc medal qazanması deməkdir. Dominqes yarımfinalı da uğurla bitirb finala çıxmaqla medalının əyarını gümüş və ya qızıla çevirə bilər. Mütəxəssislərin rəyinə görə, Dominqes bunu etmət bacarığındadır.
Xatırladaq ki, 1\8 finalda özbəkistanlı Dilşod Ruzmetovu üstələyən boksçumuz 1\4-də isə türkiyəli Bayram Malkanı 5:0 hesabla məğlub edən Dominqes finala çıxışda kubalı Arlen Lopeslə qarşılaşacaq. Həmin döyüş avqustun 1-də baş tutacaq.
İntiqam Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)










