Anadolu Qartalı - 2021 beynəlxalq taktiki-uçuş təlimində sonuncu mərhələnin tapşırığı icra edilib (+FOTO=8, +VİDEO)

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində sonuncu mərhələnin tapşırığı icra edilib (+FOTO=8, +VİDEO)

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində sonuncu mərhələnin tapşırığı icra edilib  (+FOTO=8, +VİDEO)

 

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan HHQ-nin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.
Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.
Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]