Binəqədi Gənclər Evi "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Kod Da Vinçi" oyunu təşkil edib! - FOTO

Binəqədi Gənclər Evi "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Kod Da Vinçi" oyunu təşkil edib! - FOTO

Cənab Prezident İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı sərəncamlar imzalanıb.


Binəqədi Gənclər Evi gənclərin asudə vaxtlarının daha düzgün və səmərəli keçirməsi üçün 25.05.2021-ci il tarixində "Könüllülük Akademiyası" 4(GəncLiderlərimİZ) layihəsi çərçivəsində Code of Azerbaijan-nın dəstəyi ilə "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Kod Da Vinçi" oyunu təşkil edib.


Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən oyunun açılış nitqində Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla xanım Quliyeva çıxış edib. O, çıxışı zamanı Nizami ilinin əhəmiyyətini, bu istiqamətdə Binəqədi Gənclər Evi ilə birlikdə təşkil olunacaq tədbirlər haqqında məlumat verib.


Daha sonra oyunun moderatoru Mahmud Məmmədzadə iştirakçıları qaydalarla tanış edib.


-5 komandanın iştirak etdiyi oyunda qalib -Cıdır düzü komandası olub!


‼Qeyd edək ki, "Kod Da Vinçi" oyunu Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, müvafiq təlimatlar əsasında təşkil olunub!

-Nəzərinizə çatdıraq ki,
"Könüllülük Akademiyası" 4(GəncLiderlərimİZ) layihəsi "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə keçirilir!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]