BDU-nun tələbələri ölkəmizi Beynəlxalq Könüllü Gənclər Forumunda təmsil edəcəklər

BDU-nun tələbələri ölkəmizi Beynəlxalq Könüllü Gənclər Forumunda təmsil edəcəklər

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbələri İmran Sayılov və Heydər Pərvazlı 2021-ci ilin may ayında Qətərdə keçiriləcək “Beynəlxalq Könüllü Gənclər Forumu - 2021” layihəsində ölkəmizi təmsil edəcəklər.
 

Forum 2014-cü ildən etibarən Ərəb Könüllü İş Federasiyası tərəfindən hər il dünyanın 45-dən çox ölkəsinin iştirakı ilə təşkil edilir. Forumun əsas məqsədi gənclər arasında könüllülük mədəniyyətini yaymaq, müxtəlif ölkələrin könüllülük modelləri və layihələri ilə tanış olmaq, eyni zamanda COVID-19 pandemiyası dövründə könüllülük hərəkatını təşviq etməkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]