Kaspersky: bir doza Covid-19 vaksini darknet -də ortalama 500 dollara satılır

Kaspersky: bir doza Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

Kaspersky 15 kölgə saytını araşdırıb və üç növ patentləşdirilmiş koronavirus peyvəndi - Pfizer / BioNTech, AstraZeneca və Modernanın, eyni zamanda hələ patentləşdirilməmiş bəzi digər peyvəndlərin satışına dair elanlar aşkarlayıb. Bir nəfər üçün bir dozanın qiyməti 250-1200 dollar arasında dəyişir və ortalama 500 dollara təklif olunur.


Kaspersky-nin məlumatına görə, elanlar əsasən Fransa, Almaniya, İngiltərə və ABŞ-dan gəlir. Satıcılarla ünsiyyət üçün mesajları taymerlə silmək funksiyasına malik etibarlı messencerlərdən istifadə olunur. Ödəniş əsasən bitkoinlərlə tələb olunur. Əməliyyatların təhlilinə əsasən, Kaspersky tərəfindən aşkarlanan bir çox elan müəllifi 100-dən 500-ə qədər əməliyyat həyata keçirib.


“Darknetdəki [anonim iştirakçılardan ibarət gizli şəbəkə] peyvənd satışı elanlarının skam olub-olmaması və ya alıcıların həqiqətən axtardıqlarını əldə edib-etməməsi barədə qəti bir nəticə çıxarmaq mümkün deyil. Bu elanlardan bəzilərinə müsbət rəylər yazılıb. Bəzi əməliyyatlar nəticəsində insanların həqiqətən də istədikləri məhsulu aldıqlarını düşünmək olar. Nəzəri cəhətdən bu mümkündür, çünki dünyanın müxtəlif yerlərindəki xəstəxanalarda bəzən peyvənd paketi açıldıqdan sonra istifadə olunmamış dozalar qalır. Bununla belə, peyvəndin düzgün saxlanılması üçün bütün şərtlərin yerinə yetirildiyinə dair bir zəmanət əldə etmək mümkün deyil. Ampulaların içində həqiqətən də peyvəndin satıldığına dair bir zəmanət də yoxdur,” deyə Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Dmitri Qalov bildirib.


Qara bazarda saxta peyvənd sertifikatları da satılır. Məsələn, Avropa sertifikatı nümunəsinin müvafiq sənədinin qiyməti təxminən 20-25 ABŞ dollarıdır. Bundan əlavə, bəzi ölkələrdə, məsələn, ofisə getmək və ya işgüzar səfərlər, məzuniyyət gəzintiləri üçün COVID-19-a yoluxmama barədə arayış tələb olunur.

Darknetin rus dilində danışan seqmentində bu sənədin qiyməti 3500-5000 rubl (47-67 ABŞ dolları) arasında qiymətləndirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]