BMM-nin xanımlara musiqi təbriki

BMM-nin xanımlara musiqi təbriki

 BMM-nin xanımlara musiqi təbriki

Tarixən qadının çox uca tutulduğu ölkəmizdə qadınların adı ilə bağlı bayram Novruzqabağı çərşənbələrin doğurduğu hərarətli və coşğulu günlərlə bir vaxta düşdüyündən yazın gəlişini, həyatın təzələnməsini müjdələyən məqamlardan biri kimi ikiqat sevinclə qeyd edilir. Bayram günündə Beynəlxalq Muğam Mərkəzi Azərbaycan xanımlarına musiqi sovqatı hədiyyə edəcək. Həmin gün 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev xanəndələr İlkin Əhmədov, Elgiz Əliyevin ifaları ilə xanımlarımızı təbrik edəcəklər. Xanəndələri Rövşən Qurbanov, Rəşad İbrahimov, Ceyhun Muradov, Təbriz Yusubov, Rafael Əsgərov, Amil Mustafayev müşayiət edəcək.

Konserti BMM-nin sosial şəbəkələrində 8 mart saat 12:00-da izləyə bilərsiz.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]