Red Bull M.E.O. 2020 - PUBG Mobile üzrə Milli Çempion adını qazanacaq komanda yaxın günlərdə bəlli olacaq

Red Bull M.E.O. 2020 - “PUBG Mobile” üzrə Milli Çempion adını qazanacaq komanda yaxın günlərdə bəlli olacaq

İlin son günlərini başa vurmaq istəyən bütün “PUBG Mobile” oyunçuları üçün onlayn formatlı çempionat yaxın günlərdə start götürəcək!


Qeyd edək ki, Azərbaycanda indiyə qədər təşkil olunan ən böyük “PUBG Mobile” oyunu üzrə turnirdir – “Red Bull M.E.O. 2020”.


Belə ki turnirin sonunda qalib adını qazanacaq komanda 5000 AZN dəyərində mükafat əldə edəcək. Bundan başqa, çempionatın ən yaxşı ikinci və üçüncü komandaları da turnirdən əliboş qayıtmayacaq: ikinci yerin sahibi olan komandanın bütün üzvlərinə “HONOR” brendinin ölkəmizdə eksklüziv distribüteri olan və turnirin dəstəkçisi qismində çıxış edən “İrşad Electronics”dən “HONOR Pad V6” tabletləri, üçüncü yeri tutacaq komandanın hər üzvünə isə 128 GB daxili yaddaşa sahib “HONOR 9X” smartfonları hədiyyə kimi təqdim olunacaq.


Turnirin digər rəsmi tərəfdaşı olan Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası, “Red Bull M.E.O. 2020” turnirində qələbə qazanmış komandanı Milli Çempion elan edəcək.


Azərbaycan Kiber İdman Federasiyanın məlumatına görə, Kompüter oyunları üzrə XIV Milli Çempionatın 15 fevral 2021 tarixində digər onlayn oyun növləri üzrə son oyun keçirilməsi planlaşdırılır.


“PUBG Mobile” sevən oyunçuları bir araya toplayacaq “Red Bull M.E.O. 2020” turniri üç mərhələdə təşkil olunacaq. 21-25 dekabr tarixləri arasında seçmə mərhələ, 26 dekabrda yarımfinal, 27 dekabrda isə final görüşü keçiriləcək. Qeyd edək ki, turnirdə 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları tamamilə ödənişsiz iştirak edə bilər.

Qeydiyyatdan indi keç: REDBULL.AZ/MEO


İrşad Electronics və Azərbaycan Kiber İdman Federasiyası “Red Bull M.E.O. 2020” turnirinin rəsmi tərəfdaşlarıdır.


Oynayır hamı, qalib gəlir biri! Bu keçiddən istifadə edərək turnirə qoşul və 5000 AZN pul mükafatı və ya dəyərli hədiyyələr qazanma şansını əldə et.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]