Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin B Ə Y A N A T I

Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin B Ə Y A N A T I

 Azərbaycanın Tarix və Mədəniyyət Abidələri Müdafiə Təşkilatı
İctimai Birliyinin

B Ə Y A N A T I


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı yürüşü 44 günə zəfərlə başa çatdırdı.
Azərbaycanın bu qələbəsini həzm edə bilməyən bəzi ölkələr Azərbaycana qarşı siyasi müstəvidə təzyiqlərə, təxribatlara başladılar. Minsk qrupunun üzvü olan Fransa, heç bir əsas olmadan, işğaldan azad olunan Azərbaycan ərazilərindəki xristian dövrü abidələrini azərbaycanlıların ehtimal olunan “təcavüz”ündən qorumağa çağırış etdi.
19 noyabr 2020-ci il tarixdə isə Rusiyanın bir qrup mədəniyyət xadimi Rusiyanın Prezidenti Vladimir Putinə və YUNESKO-nun baş katibinə müraciət edərək, Fransanın çağırışına dəstək verdilər. Halbuki bu müraciətlər, erməni vandalizmindən diqqəti yayındırmaq üçün suveren Azərbaycan Dövlətinə təzyiq və təhdiddən başqa bir şey deyildi.
Erməni diasporuna satılmış bu adamların sırasına azərbaycanlı memar Elçin Əliyevində qoşulması bizdə təəssüf və təəccüb hissi yaratdı.Octagon.Media saytına verdiyi müsahibədə Elçin bəy həmkarlarından bir az da qabağa gedərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki memarlıq abidələrinin dağıdılmasında döyüşən tərəflərin hər ikisini günahlandırdı. Onun sözlərindən belə çıxırki, ermənilərin törətdikləri cinayətlərin bir hissəsiniAzərbaycan tərəfi öz üzərinə götürməlidir.
Biz bütün məsuliyyətimizlə qeyd edirik ki, nə birinci və nədə ikinci Qarabağ Müharibəsində döyüş zamanı hərbçilər tərəfindən abidələr kütləvi şəkildə zərər çəkməmişdir. Tarix və memarlıq abidələrinin dağıdılması və ya formasının dəyişdirilərək erməniləşdirilməsi, ermənilər tərəfindənatəşkəs dövründə həyata keçirilmişdir.
Nədənsə Elçin Əliyev,Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan Ali Sovetinin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın Ermənistan ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş normativ aktları barəsində bir kəlmədə dilinə gətirməmişdir.
Elçin Əliyevin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan son 30 ildə işğal altında saxladığı Azərbaycan ərazilərindəatəşkəs dövründə1119 memarlıq abidəsini, o cümlədən64 bağ-park monumental və xatirə abidələrini, 72 məscidi, 165 inanc yeri və ziyəratgahı dağıdaraq, yerlərini xarabalığa çevirib. Qafqaz Albaniyası memarlığı üslubunda inşa edilmiş 310 məbədin, 8 kilsəvə 5 monastrın divar yazıları, kilsə və monastrlara aid xaç nişanları dəyişdirilərək erməniləşdirilmişdir.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsi, eyni zamanda Azərbaycanın mədəni irsinə qarşı soyqırım cinayətləri törətməsi, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi Ermənistanın tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət doğurduğunu sübut edir.

Elçin Əliyevtəklif edirki: “Barışıq və normal münasibətlər qurmaq üçün Moskvada dəbdəbəli otellərdə yox, Dağlıq Qarabağa, Ağdama ya Xankəndiyə (Stepanakert), yaxud Cənubi Osetiyanın Sxinval şəhərinə gedib dialoq qurmaq istiqamətində addım atmaq lazımdır”.

Doğrudanmı Elçin ƏliyevAzərbaycanda “Dağlıq Qarabağ” adlı İnzibati ərazi vahidininolmamasındanxəbərsizdi?Doğrudanmı, Xankəndi şəhərini,“Xankəndi (Stepanakert)” yox, sadəcə Xankəndi adlandırmaq lazım olduğunu bilmir? Elçin Əliyevdən soruşmaq lazımdır,siz Xankəndinə getsəniz erməni həmkarlarınız tərəfindən tikilən “1915-ci il soyqırım abidəsi”nidə ziyarət edəcəksinizmi? Siz işğaldan azad olunmuş ərazilərdəki xristian dövrü abidələrinin qorunmasının vacibliyini vurğulayarkən bu memorial kompleksin uçurdulmasındanmı qorxursunuz?

Siz Azərbaycanda abidələrin qorunması öhdəliyini üzərinizə götürürkən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qeyri-qanuni inşa edilən 20 müasir erməni kilsəsini, beynəlxalq cinayətkar Monte Melkonyanın, müharibə canisi Ter-Todevosyanın heykəllərini, azərbaycanlılara qarşı cinayətlərdə suçlanan digər terrorçuların xatirələrinə qoyulmuş 40-dan çox monumental xatirə komplekslərinin taleyini də düşündünüzmü? Onların taleyi necə olacaq?

Elçin bəy, siz Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılmasını müharibənin quyruğuna bağlayıb, erməniləri məsuliyyətdən azad etmək istəyirsiniz. Bəs onda deyə bilərsinizmi, nədən ərazisində müharibə olmayan Ermənistandan 250 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı? Onların yaşadıqları inzibati ərazi vahidləri sökülərək dağıdıldı? Nədən Ermənistanda azərbaycanlılara məxsus 3 mindən çox tarix və mədəniyyət abidəsi, o cümlədən, 33 məscid, türbə, qala bürcləri, qala divarları, qəbirüstü abidələr, qəbir daşları, karvansaralar, at-qoç fiqurları dağıdılıb, sındırılıb məhv edildi? Bu cinayətə görə Ermənistandan bir hesab soruşan oldumu?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirmişdirki, Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsi barədə xarici ölkə vətəndaşları tərəfindən irəli sürülən tövsiyyə və təkliflərə ehtiyacımız yoxdur. Azərbaycanda dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqlara və millətlərə məxsus tarix və mədəniyyət abidələri Dövlətimizin qanunları ilə qorunur, mühafizə edilir, ehtiyac yarandıqda bərpa və korservasiya edilir.


Təşkilatın sədri Faiq İSMAYILOV
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü,
Beynəlxalq Memarlıq Akademiyasının
Moskva bölməsinin professoru.

https://octagon.media/istorii/elchin_aliev_put_k_primireniyu_na_yuzhnom_kavkaze_nachnetsya_s_dialoga_.html

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]