Bu günün (1 noyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (1 noyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

     =======================================

MƏLUMAT  9 - (22:48)

Düşmənin canlı qüvvəsinin aviazərbələrlə məhv edilməsi

Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib.

Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

Youtube linki: https://www.youtube.com/watch?v=HhXr2cpRsRM&feature=youtu.be

     =======================================

MƏLUMAT  8 - (21:46)

Düşmənin hərbi avtomobil korteji məhv edilib

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

Youtube linki: https://www.youtube.com/watch?v=HhXr2cpRsRM&feature=youtu.be

     =======================================

MƏLUMAT  7 - (19:41)

Düşmənin canlı qüvvəsinin məhv edilməsi – *VİDEO* 

Youtube linki: https://www.youtube.com/watch?v=DALfsOzU7Zc&feature=youtu.be

     =======================================

MƏLUMAT  7 - (18:46)

Düşmənin iki artilleriya batareyası məhv edilib

Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib.

Youtube linki: https://www.youtube.com/watch?v=zs-8PBKlZWw&feature=youtu.be

    =======================================

MƏLUMAT  6 - (17:52)

Düşmənin iki ədəd “Qrad”ı məhv edilib

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Youtube linki: https://www.youtube.com/watch?v=1aCmcgKGNeg&feature=youtu.be

      =======================================

MƏLUMAT  5 - (16:21)

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması barədə xəbər düşmənin növbəti dezinformasiyasıdır”

Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

   =======================================

MƏLUMAT  4 - (16:21)

Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.

Əldə edilən silah və sursatın videogörüntüsünü təqdim edirik.

Youtube linki: https://www.youtube.com/watch?v=CLEzDkTW_50&feature=youtu.be

     =======================================

MƏLUMAT  3 - (12:40)  

Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Youtube linki: https://www.youtube.com/watch?v=Sx2uGCPfhv4&feature=youtu.be

     =======================================

MƏLUMAT  2 - (09:37)  

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

  =======================================

MƏLUMAT  1 - (08:00)  

 Cəbhədə noyabrın 1-nə olan son vəziyyət

Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

   =======================================

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]