Şərafət Şəfa : Yagış olmaq istəyirəm.! -

Şərafət Şəfa : Yagış olmaq istəyirəm.!

 

 

 

 

Ümid qapısına dikib gözümü,
Hər gecə səhəri gözləmişəm mən.
Günəşın uzanan sarı telini,
Sənin telin bilib süsləmişəm mən.
Darıxıb gecələr yarasa kimi,
Xəyalən göylərə pərvazlanmışam.
Dolanıb evinin ətrafında mən,
Məhəbbət donunda pişvazlanmışam.
Sənin yaşadığın bu məmləkətin,
Istədim daşından, gülündən öpüm.
Hər səhər yandırıb axşam söndürən,
Isti ocağının külündən öpüm.
Noolsun!
Noolsun sən məni görmürsən, gülüm,
Mənim məhəbbətim sənə də bəsdi.
Noolsun yanımda olmayacaqsan,
Mənimçün bax bu da gözəl həvəsdi!
Hər kəlmə, hər sözdə gözəlliyə bax,
Sanki kəpənəklə çiçək qarışır.
Niyə də, niyə də olmasın,bir bax,
Mənim bu şeirim səndən danısır.

 

***

 

Yagış olmaq istəyirəm.!
O dən düşən saçlarına səpilməkçün,
Saçlarından süzülərək
Üz-gözünə tökülməkçün.
Gözaltında qırışlara sıgal çəkib,
Üzündəki o nisgili, o kədəri ,
Yagışdakı məhəbbətlə
tamam silib itirməkçün.
Yanagından cıgır açıb
Sərinliklə qucaqlasıb
Bogazından mərd sinənə
Cıgır açıb süzülməkçün.
Yagış olmaq istəyirəm,
Dəridəki dəlikllərdən
bədəninə hopmaq üçün,
qarısaraq damarında axan qana,
ürəyinlə vurmaq üçün!
Yagış olmaq istəyirəm!

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gecə açıqdı göylərin üzü,
Bu gecə göylər də sevgiylə baxdı.

 

Büllur bulaq kimi qaynadı qəlbim,
Bir köhlən at kimi oynadı qəlbim,
Vallah bu seyirdən doymadı qəlbim.
Bu gecə başqaydı dünyanın rəngi.
Bir təmiz sevginin yolçusuyam mən,
Göylərin parlayan ulduzuyam mən.
Yox, yox bu sevgini bir qonaq kimi
Yayda susuz qalan bir bulaq kimi,
Sel yuyub aparan bir çaylaq kimi,
Seyr etmək olmayıb arzu-muradım…
Sonu bilinməyən bu hicran ki var,
Bu xoşbəxt günlərdən qalsın yadigar…
Əgər bu dünyada sən olmasaydın,
Aşılmaz sədləri sən aşmasaydın,
Ruhum, bu istəyə qoşulmasaydın,
Həyatın da rəngi olmazdı məncə..
Bu gecə başqaydı dünyanın rəngi,
Seyr etdim gözünün qarasını mən.
O dogma əllərin, dogma nəfəsin,
Hopdurdum ruhuma hamısını mən
Unudub dostları, yaxınlarını
Nagıl aləminə gedən olmuşdum.
Bu gecə başqaydı dünyanın rəngi,
Mən özüm deyildim, mən sən olmuşdum.

 

 

 

Allah sene rehmet elesin Bextiyar müellim! tekce dünya firlanmir, ele adamin basi da firlanir olanlara...

 

Vaxtin deyirmaninda das eridi, qum oldu,
Tarixe atdigiimiz qayitdi, luzum oldu.
Dunenin heqiqeti bu gun ters yozum oldu,
Niye de yozulmasin, axi, dunya firlanir.
Cox ovlaqlar icinde cox ovlari ovladim,
Asib-dasan arzumu men artiq cilovladim.
Men atami otmusem, meni otur ovladim,
Bu, bele de olmali, axi, dunya firlanir.
Dunen duz sandigimi bu gun eyri saniram.
Bezen olur, ozumden ozum ogurlaniram.
Her il basqa arzunun basina firlaniram,
Niye de firlanmayim, axi, dunya firlanir
Cox eyilen gormusem, eyilmeyen baslari.
Sular duruldu, gorduk dibindeki daslari
Unvanmi deyisdi dunenin alqislari;
Niye de deyismesin, axi, dunya firlanir
Nece donur bu dovran, nece donur bu gerdis,
Tazilarm ustune dovsanlar da gulermis.
Dunya bina olandan her sey deyisilermis,
Deyismesin neylesin, axi, dunya firlanir.
Ebedini dunyada men ebedi sanmadim,
Bir atese tutusdum, min atese yanmadim,
Butler geldi ve getdi, birine inanmadim
Niye inanmaliyam, axi, dunya firlanir.
Firlandiqca bu dunya, yox da donub var olur,
Quruyan cesmelerden sular yene car olur.
Bu dunyanm xeyri de, seri de tekrar olur,
Niye tekrar olmasin? Axi, dunya firlanir.
Min-min iller bu dunya belece firlansa da,
Bir yuvanin bulbulu min budaga qonsa da,
Aylar, iller, fesiller bir-birini dansa da,
Deyismezdir eqidem, cox da dunya firlanir,
Ne qeder isteyirse, min o qeder firlana,
Qarsima gah ser cixa, gah xeyir digirlana.
Cerxi-felek isteyir lap dolana tersine,
Niyede dolanmasin axi dunya firlanir.

 

 

 

Qoy diriyken Ramiz Rövsene rehmet oxuyum! Allah sene rehmet elesin, sevimli sair!

 

Menim balam bu dunyayla oynama,
Sen cavansan dunya qoca dunyadi.
Dusmen nedir?Dost evini dost yixar,
Bilen bilir dunya nece dunyadi.

 

Omre,gune etibar yox ezelden,
Birde donub yarpaq olmaz xezelden,
Besiyinden bize tabut duzelden,
Beleyinden kefen tiken dunyadi.

 

Kim ne anlar bu zalimin isinden,
Coxlarini keciribdi disinden,
Mohkem yapis papaqindan basindan,
Basdan papaq alib qacan dunyadi.

Şərafət Şəfa