XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində iştirak edib
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Tarix: 9-11-2012 // saat: 08:14   

Rəyçilər:
Ənvər Əhməd
Şair, professor,
Aqil Abbas,
Yazıçı, millət vəkili
Redaktor:
Xəqani Məmmədov,
Tarix elmləri doktoru, professor
Bədii redaktorlar:
Bəxtiyar Qaraca,
Şair, publisist
Hikmət Məlikzadə,
Yazıçı, publisist
Məsləhətçilər:
Zamin Mehdiyev,
“Azərbaycan Tribunası” qəzetinin baş redaktoru
Kamalə Əvəzqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tele-jurnalist
Texniki redaktor:
Şəhla Həbibqızı
Müəllifdən
Əzizlərim! Mən bu kitabda çalışdım ki, doğulub, boya-başa çatdığım, qoynunda acılı-şirinli günlər keçirdiyim, bütün varlığımla bağlandığım doğma kəndim Şərəfxanlı ilə bağlı hisslərimi, məhəbbətimi sizlərə çatdıram.
Böyük rus yazıçısı Dostoyevski demişdir: "İnsan torpaqdan yaranır, torpağa gömülür". Mənim kəndimlə bağlı fikirlərim də elə bu amilə xidmət edir.
Şərəfxanlı kəndinin tarixi çox qədimlərə gedib çıxır. Qoynunda doğulan hər kəs bu kəndi özünə doğma bilir, sevir, əzizləyir.
Ulu babalarımızdan, ağbirçək nənələrimizdən bu kəndə nə miras qalıbsa, o, müqəddəsdir, ülvidir. Bu müqəddəslik əsrlərin, illərin süzgəcindən damla-damla qəlblərə hopub, qəlbləri isindirir; Gələcəyə, nurlu sabaha açılan işıqlı pəncərəyə şəfəq saçır - şəfəqləndirir.
- Əyilməyib, alçalmayıb, düşmənə bac verməyib bu kənd. Əsirlərdən bəri igidlik simvoluna çevrilib. Ərənləri ilə öyünüb, fəxarət duyub. "İgidi olan el basılmaz"- deyib babalar da.
Hər dəfə bu kənddə olarkən xəyal məni 40-50 il əvvələ aparır: səhər tezdən durub bir qarnı ac, bir qarnı tox gecə-gündüz əlləşən insanları görürəm. Zülmət gecələrdə asılı çıraq işığında səhəri diri gözlü açan insanları xatırlayıram. Çantasına bir parça quru çörək, bir az da şor qoyub bütün günü qoyun-quzu arxasında olan məsum uşaqlar gözlərim önünə gəlir və bütün gerçəkləri bu günlə müqayisə edirəm…
Bu gün mənim ulu kəndim gözəlliklər məskənidir. Bu gün mənim kəndim çıl-çıraqlarla zülmət gecələrdə bərq vurur. Sayrışan ulduzları xatırladır. Səhər tezdən əllərində məktəb çantası, gözəl məktəbli formasında məktəbə tələsən məsum uşaqlar sanki çiçək açırlar. Kənddəki İşıqlı sinif otaqları, əsaslı təmir olunmuş məktəb inkişafdan xəbər verir. Bir ziyalıya, oxumuşa həsrət qalan kəndim indi 33 ali təhsilli müəllimi ilə fəxr edir. Kəndin havasını udan, suyunu içən onlarla övladı dünyanın hər yerində çalışır, öz işi, əməli ilə kəndin başını uca edir.
Nədən danışım, nədən yazım. Bunlar hamısı həqiqətdir. Bunlar hamısı bu balaca kəndin tarixinə əbədi həkk olunub.
Bu gün kəndim yaman kövrək-kövrək boylanır mənim ana kəndim Ağdama sarı. Yollarına bir kədər hopub. Bu kədərin səbəbi ona görə olan, onunla nəfəs alan Qarabağın, Ağdamın köksünün yaralı olmasıdır. Başını dik tut, doğma kəndim! Gün gələcək bu torpaqlar yağı düşməndən azad olqnacaq və... Və sən qollarını daha geniş açacaqsan: Doğmalarına, müqəddəslərinə qovuşmaq üçün...
Seyid Səttar ağa
1937-ci ildə Laçın rayonunu Böyük Seyidlər kəndində anadan olub. 1992-ci ilə qədər Laçın rayonunun müxtəlif vəzifələrində çalışıb. Rayonda böyük nüfuz sahibi idi.
Seyid Səttar ağa təkcə Qarabağda deyil, bütün şərq aləmində tanınan, ağır seyid olan Seyid Lazım ağanın səcərəsindəndir.
- 1992- ci ildə Laçın rayonu işğal olunduqdan sonra biz Ağcabədi rayonun Şahmallar kəndində məksumlaşdıq.
16 il mən orada yaşayası oldum. əgər mənim birinci vətənim Laçın idisə mən həmin istiliyi, çılğınlığı, mehribanlığı Şahmallar, Şərəfxanlı, Kəhrizli kənd camaatında gördüm. Başqa yerlərdə mənə əzizdir. Ancaq mənim sevdiyim müqəddəs saydığım Şərəfxanlı və o kəndin camaatıdır. Biz qaçqın kimi Şahmallar kəndində yaşadığımız vaxt mənim ilk qapımı açan Şərəfxanlı kəndinin ağsaqqalı Məhəmməd kişi olub. Adıgözəl olu Məhəmməd. Mənə bir ağa kimi, bir ağır seyid kimi, inanan və şəklimi öz maşınında gəzdirən deputat İnqilab kişi olub. Bunların şəxsində gördüyüm sizin nəslin şəxsində görüdüyüm insanlığı mən təkcə öz doğmalarımda görməmişəm. Şərəfxanl kəndinin kiçiyindən tutmuş ağsaqqalına qədər hamısının qarşısında baş əyirəm. Səcdə edirəm.
Mən artıq Bakı şəhərində, Novxanı qəsəbisində yaşayıram. Hər dəfə Şərəfxanlı kəndinə gedəndə camaat elə bil mənim pişvazıma çıxır. Bu kəndin sakinləri mənimçün o qədər əzizdi ki, mən bu insanlar arasında olarkən özümü sanki, doğuduğum Seyidlər kəndində doğmalarım arasında hiss edirəm.
Mənim qəlbimdə ağır bir dərd, ağır bir həsrət var. Vətən dərdi, vətən həsrəti, torpaq həsrəti. Düzdür mən Şərəfxanlı kəndində olarkən o qədər o kəndə doğmalaşıram ki, bəzən elə bilirəm ki, elə Seyidlər kəndindəyəm.
Onlar mənə bu həsrəti unutdururlar. Sizin doğulub boya-başa çatdığınız, mənim isə 16 il yaşadığım mənə həsrəti, vətən yanğısını unutduran bir kənd haqqında, onun keçmişi,ağsaqqla, ağbirçəyi haqqında bu günü və gələcəyi barədə belə bir kitab yazmağınızı mən cani-dildən alqışlayıram. Sizin o kitabda adlarınızı çəkdiyiniz, ağsaqqallar, ağbirçəklər, kənd sakinləri-ümumiyyətlə o kənd mənə doğmadır, əzizdir.
Əslimi-kökünü, əcdadını yaşadan bir insan müqəddəslik zirvəsinə ucalır, müqəddəsləşir. Bu kəndin əsli, kökü, müqəddəslik üzərində qurulmuşdur. Bu müqəddəsliyi yaşamaq istəyinizi alqışlayıram və sizə sizin şəxsinizdə bütün Şərəfxanlı kəndini salamlayır, can sağlığı arzulayıram.
Cəddim köməyiniz olsun!

Qədim Oğuz yurdu
Ağcabədi
Ağcabədi Azərbaycan Respublikasının Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən qədim Oğuz yurdudur. Ağcabədi rayonunun qədim tarixi e.ə. VI-IV minilllikləri əhatə edən Eneolit dövrünə aiddir. Arxeoloji qazıntılar zamanı Ağcabədi rayonu ərazisində gil qablar, əmək alətləri, saxsı küplər, tunc dövrünə aid (e.ə.IV-II minillik) silahlar, qablar, küp qəbirlər və s. tapılmışdır. Qalatəpədə Eneolit dövrünə aid qədim yaşayış məskəni aşkar edilmişdir. Həmin şəhərin adı qədim yunan və roma mənbələrində "Aynian" və ya "Enian" adlandırmışdır. Şəhərin ərazisi 6-8 hektar olub, qala divarları iri, siklopik çiy kərpicdən hörülmüşdür. Qalanın kənarında aşkar edilən qəbristanlıqda küp qəbirlərinin üstünə oxra səpilmişdir. Ağcabədi ərazisində Eneolit və Tunc dövrlərinə aid Kültəpə, Üçtəpə, Qaraköbərtəpə, Kamiltəpə, Töyrətəpə, ümumiyyətlə 60-dan çox kurqanlar, yaşayış məskənləri nekropollar aşkar edilmişdir.
Ağcabədi rayonu ərazisi e.ə. IV əsrdə yaranmış Qafqaz Albaniyası dövlətinin tərkibində olmuşdur. Qədim Yunan coğrafiyaşünası Strabon e.ə. I əsrdə bu ərazilərin tarixi-coğrafiyası, əhalinin məşğuliyyəti barədə ətraflı məlumat vermişdir.
Ağcabədi Albaniya dövlətinin tarixi vilayətlərindən biri olan Uti ilə həmsərhəd Arsax vilayətinin tərkib hissəsi olmuşdur. Bu ərazidə qədim türk tayfaları olan qarqarlar və albanlar yaşamışlar. Burada yaşayan əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, maldarlıq, əkinçilik, sənətkarlıq, ovçuluq və balıqçılıq olmuşdur.
Mühüm əlverişli geostrateji mövqeyi, zəngin təbii sərvətləri olan Albaniya dövləti dəfələrlə yadelli işğalçıların hücumlarına məruz qalmışdır. Roma sərkərdəsi Qney Pompey e.ə. 66-cı ildə böyük ordu ilə Albaniyaya hücum etmişdir. Alban hökmdarı Oroyz bu ərazidə Kürün sahilində Roma qoşununa inadlı müqavimət göstərmişdir. Bizim eranın I- II əsrlərində də Roma ordusu Albaniyaya dəfələrlə hücum etmişlər. Romalıların bu ərazidə işğalçılıq yürüşlərini Ağcabədi şəhərinin kənarındakı qəbiristanlıqda indiyədək saxlanılan başdaşında latın əlifbası ilə yazılmış Roma döyüşçülərinin qəbirləri bir daha sübut edir.
İlkin orta çağlarda Ağcabədi ərazisində 24 oğuz tayfalarından olan Bayat, Əfçar tayfaları Azərbaycan xalqının etnogenezində fəal iştirak etmişlər. " Kitabi Dədə Qorqud" dastanının əsas qəhrəmanı məşhur ozan Dədə Qorqudun oğuzların Bayat boyundan olduğu bəllidir. Məşhur türkoloq Mahmud Kaşğarı özünün "Divani-lüğət-ət türk" əsərində oğuz boylarından biri olan Avşar tayfasının adını qeyd etmişdir. Tarixçi Rəşidəddin Fəzlullah "Oğuznamə" əsərində Avşar sözünün mənasını "çevik və vəhşi heyvan ovuna həvəsli" kimi qeyd etmişdir.
VII əsrdə Qarabağ Ərəb xilafəti tərəfindən işğal edildikdən sonra Qarabağın aran hissəsində yaşayan əhali islam dinini qəbul etdi. IX əsrdə Qarabağ Şəddadilərin, XI əsrdə Səlcuqların hakimiyyətinə keçdi. XI-XII əsrlərdə Qarabağ Eldənizlər dövlətinin tərkibində olmuşdur. XIII-XIV əsrlərdə Qarabağ Hülakülər dövlətinin, XV əsrdə Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində olmuşdur.
XVI əsrdə Qarabağ Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) hakimiyyətinə keçdi. Səfəvilərin Azərbaycanda yaratdığı 4 bəylərbəylikdən biri Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Bu dövrdə Qarabağı Qacar tayfasından olan Ziyadoğulları idarə edirdi. Ağcabədi yaşayış məskəninin adı mənbələrdə ilk dəfə 1593-cü ildə çəkilmişdir. 1727-ci ilə aid "Gəncə -Qarabağ əyalətinin mufəssəl dəftəri" adlı tarixi sənəddə Bərdə livasına tabe olan Bayat nahiyəsi tərkibində Ağcabədi yaşayış məntəqəsinin də adı qeyd edilmişdir. Mənbələrdə göstərilir ki, müasir Ağcabədi şəhərinin qərb hissəsi keçmişdə Xəlfərəddin, qarşı tərəfi isə Ağcabədi adlanmışdır. 1823-cü ildə Xəlfərəddin 88 ailədən ibarət maldar icma, Ağcabədi isə iki ailədən ibarət kiçik məntəqə kimi qeyd olunmuşdur. Həmin məntəqələr birləşdikdən sonra yaşayış məskəni bütövlükdə Ağcabədi adlandırılmışdır. Ağcabədi toponimi ağca və bədi sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ağca komponenti burada "ağımtıl", "boz" mənasındadır. Bədi formantı "Vadi" sözünün təhrif forması olub " düzənlik" "düzən" mənasını verir. Vaxtilə Ağcabədi ərazisi Ağ Gölün yerləşdiyi geniş düzənlik olub. Ağ Göldən duz çıxarıldığından ərazi ağappaq olurmuş. Bu vadiyə gələn səyyahlar və tacirlər geniş vadinin ağ duza büründüyünü uzaqdan görüb həmin ərazini Ağca vadi adlandırıblar. Təsadüfi deyil ki, bu gün də Ağcabədinin yaşlı adamları Ağcabədini "Ağcavədi" kimi tələffüz edirlər.
XVIII əsrin ortalarında Pənahəli bəy Cavanşir Qarabağ xanlığının əsasını qoyur. O, 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını inşa etdirir. Bayat qalası xanlığın inzibati mərkəzi olur. 1805-ci il may ayının 14- də Qarabağ xanı İbrahimxəlil xanın Rusiya ilə bağladığı Kürəkçay müqaviləsinə əsasən Qarabağ Rusiyanın himayəçiliyinə qəbul edildi. 1813-cü il oktyabr ayının 12-də bağlanmış" Gülüstan" sülh müqaviləsinə görə Qarabağ xanlığı Şimali Azərbaycanın digər xanlıqları ilə birlikdə Rusiyaya birləşdirildi. Qarabağın bir hissəsi olan Ağcabədi Çar Rusiyası dövründə Müsəlman əyalətləri dairəsinə, Qarabağ əyalətinə (1826-1840-cı illər), Yelizavetpol quberniyasının Şuşa (1867-1918-ci illər) qəzalarının tərkibinə daxil idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Ağcabədi Qarabağ general-qubernatorluğunun tərkibində olmuşdur. Azərbaycan SSR-nin tərkibində 1930-cu ildə Ağcabədi inzibati rayonu təşkil edilmiş, 1963-cü ildə ləğv edilib Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Ağcabədi rayonu Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşir. Rayon qərbdən Ağdam, cənub-qərbdən Xocavənd, cənubdan Fizuli, cənub-şərqdən Beyləqan, şimal-qərbdən Bərdə rayonu ilə sərhəddir. Rayonun relyefi düzənlikdir. İqlimi mülayim isti və quru subtropikdir. İllik yağıntının miqdarı 360 mm-dir. Seyrək çay şəbəkəsinə malik olan rayonun şimal-şərq sərhəddi ilə təxminən 45 km məsafədə Kür çayı, mərkəz hissədən isə Qarqar çayı axır. Qarqar çayının adı qədim türk toponimlərinin adından qalıbdır. Kür çayının sahilində seyrək Tuğay meşələri vardır. Rayonun landşaftı yarımsəhradır. Qrunt suları yerin səthinə yaxındır.
İllik yağıntının miqdarı 360 mm-dir.
Ağcabədi rayonun ərazisi 1756 km2, əhalisi 123 min nəfərdir. Rayonda bir şəhər, bir qəsəbə, 44 kənd vardır. Rayonun mərkəzi Ağcabədi şəhəridir. Rayon etnik tərkibi baxımından əsasən Azərbaycanlılardan ibarətdir. Əhalinin az bir hissəsini etnik azlıqlar təşkil edir. Onların içərisində isə mehseti türkləri üstünlük təşkil edir.
2009-cu ildə Azərbaycanda aparılmış siyahıya alınmanın yekunlarına əsasən Ağcabədi rayonunun 121889 nəfər əhalisini Azərbaycanlılar, 143 nəfər mehsəti türkü, 94 nəfər ruslar, 81 nəfər Ukraynalı, 8 nəfər tat və digər millətlərin nümayəndələri təşkil edir. Ümumiyyətlə rayonda 9 xalqın nümayəndələri yaşayır. Rayonda yaşayan 123 nəfər əhalinin 38.9 min nəfəri şəhər, 83.4 min nəfəri isə kənd əhalisidir. Əhalinin sıxlığı hər km2-ə 69.6 nəfər düşür. Doğulanların sayı 2542, ölənləin syı 701, təbii artım 1841-dir.
Qarabağ müharibəsi əllilərinin sayı 105, şəhid ailələrinin sayı 170, məcburi köçkünlərin sayı 15560, qaçqınların sayı 243 nəfərdir.
 
Nəsimi Şərəfxanlı
Qısa tərcümeyi-hal
1976-cı ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Həmin fakültədə bakalavr və magistr elmi dərəcələri üzrə təhsilini başa vurub. Ölkə mətbuatında məqalələrlə çıxış edir.
 
Yurdum mənim
Dünyanın qitəsi çox, materiki müxtəlif, insanları cürbəcür. Müxtəlifliklə doludur Qoca Dünyanın qoynu. Bu müxtəlifliklər və qəribəliklər içində insanları birləşdirən, onlar üçün ortaq nöqtəyə çevrilən məqamlar da var. Həm də bu birləşdirici dəyərlər siyasi, milli və coğrafi sərhədlərdən çox üstün dururlar. Belə birgəlikdən biri də soy, kök birgəliyidir. Biz həmin birgəliyin bir qolundan danışacağıq. Söhbət Şərəfxanlı adından və bu adı daşıyan kənddən gedir.
Şərəfxanlı Ağcabədi rayonunun kəndidir. Açıq etiraf edim ki, bu soyadı daşımağıma rəğmən heç zaman bu kənddə olmamışam. Bildiyim qədərində babalarım indiki Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində yaşayıblar. Təvazökarlıqdan uzaq olsa da bir faktı deyim ki, "Şərəfxanlı" soyadını ancaq öz nəslimizə, kökümüzə aid olan insanlarda görmüşəm. Başqa bir nəsildə və başqa bir məkanda bu soyadın daşıyıcısına rast gəlməmişəm. Amma həm də içimdə bir maraq olub: necə olur ki, biz Füzuli rayonu ərazisində yaşaya-yaşaya bu soyad başqa bir rayonun kəndinin adında yaşayır? Düzdür, bu rayonlar həm ərazicə yaxın, həm də Qarabağ coğrafi bölgüsünə aid olmaqla eyni mədəniyyət və mentalitet daşıyıcılarıdır. Amma yenə də maraqlı faktdır. Özümü dərk edəndən bu sualın cavabını düşünürdüm. Əslində insanın özünü dərki keçmişini öyrənib, gələcəyini yaşamasındadır. Keçmişsə ilk olaraq şəcərədən, nəsil tarixindən başlayır. Mənim də araşdırmalarım burdan başladı. Əziz oxucu, Sizin üçün yorucu olsa da məqsədimizə çatmaq, yəni bir soyadın bir kəndin adında yaşaması sualına cavab tapılması üçün da bəzi məqamları diqqətinizə çatdıracağam.
Mən Turabxan kişinin üç oğlundan kiçiyinin övladıyam. Turabxan kişinin atası Cavad xan, onunsa atası Şərəf xan olub. Bax elə cavab da buradadır. İndi bizim soyadımızda və kənddə adı yaşayan şəxs də məhz həmin Şərəf xandır. Şərəf xanın atası Kərbəlayi Qafar xan bölgədə çox imkanlı şəxslərdən olub (yeri gəlmişkən, sovet dönəmindən sonra bu nəslin aqibətinə toxunacağıq), mahalda Kərbəla ziyarətinə gedən ilk şəxs olduğundan bu gün də kənddə (Yuxarı Yağlıvənd hazırda işğal altındadır) tayfamız Kafxalı (bu Kərbəlayi, Kəbleyi sözünün illər boyu leksik dəyişikliyə uğramış formasıdır) adlanır. Kərbəlayi Qafarın eşidib bildiyimə görə Gəncə xanı məşhur qəhrəman Cavad xanla münasibətləri olub. Cavad xan bu münasibətlərin qarşılığında dost payı olaraq xanlığın ərazisində Kərbəlayi Qafarın oğlu Şərəf xanın şərəfinə kənd salıb. Şərəf xanın oğluna isə artıq o zaman şəhid olmuş Cavad xanın adı verilib. Bəlkə də ya atası, ya Şərəf xanın özü nə zamansa həmin kəndə, yəni Ağcabədi rayonundakı indiki Şərəfxanlı kəndinə baş çəkib. Bu haqda konkret bir məlumatım yoxdur. Amma onu bilirəm ki, babam Turab xan öz babasının adına kənd olduğunu övladlarına danışıbmış. Bax belə, əziz oxucu, müxtəlif ərazidə olan insanların daha bir birgəliyinin qısa tarixçəsi budur. Əlbəttə, Şərəfxanlı soyadının daşıyıcısı və indi bu tarixi bilən şəxs kimi adıçəkilən kənd mənimçün də çox doğmadır və bizim nəslin hər bir üzvü də daşıdığı soyadla Şərəfxanlı kəndinin sakinləri ilə həmkəndlidirlər.
Son olaraq bir haşiyə də çıxım. Şərəf xanın nəvəsi babam Turab xan deyilənə görə çox tünd xasiyyətli adam olub. Sovet çevrilişindən sonra bu nəslin bütün varidatı, mal-qarası, torpaq sahəsi əlindən alınıb (uzun illər kənd orta məktəbi kimi fəaliyyət göstərən dədə-baba mülkləri də). Müsavat dönəmindən o zaman daxili işlər orqanlarında çalışan Mircəfər Bağırovla Turab xanın dostluq münasibətləri olub. 37-ci il represiyasından onu da məhz bu münasibət qurtarıb. Turab xanın hər şeyi əlindən alınsa da birbaşa Bağırovun göstərişi ilə atına toxunmayıblar. Əmimim söylədiyinə görə bu atla Bağırov özü də Qarabağın bölgələrinə çox səfərlər edib. 42-ci ildə həmin at ölür və nə qədər maraqlı olsa da kiçiyinin bir yaşı olan üç oğlunu elat yurdunda qoyub "Bizim bəyliyimizdən bir bu at qalmışdı" deyən Turab xan Arazın o tayına keçir və az sonra dünyasını dəyişir. Bu da son...
... Amma tarix heç nəyi unutmur və heç bir haqqı udmur. Necə ki, bütövlükdə Azərbaycanın müstəqillik və insanlarımızın bəy vüqarı haqqı özünə qayıtdı...
P.S. Haqq demişkən, bəlkə də mən şəcərəmiz haqqında bu qısa tarixçəni heç zaman qələmə almayacaqdım. Öz eli, kəndi və həm də mənim kəndim haqqında bu kitabı ərsəyə gətirən Vidadi müəllimin bu baxımdan, üstümdə haqqı var...
Mənim qənaətim
Tarixi mənbələrə, arxiv sənədlərinə müraciət edərkən məlum olur ki, Şərəfxanlı kəndinin adının çəkilməsi və Şərəfxanlı adlandırılmasının kökü çox qədimdir. Nəsimi müəllimin aşkarladığı fakta əsaslansaq, görərik ki, tarixin dərinliklərinə iz salmış bu kənd Kərbəlayi Qafar xanın oğlu Şərəfxanın şərəfinə belə adlandırılmışdır. Kərbəlayi Qafar xan Gəncə xanı Cavad xanın ən yaxın dostlarından biri olmuşdur. Onun igidliyi, mərdliyi, təmizliyi, saflığı, insanlara qarşı xeyirxahlığı Cavad xanın nəzərindən qaçmamış, onlar möhkəm dost olmuşlar. Deyildiyi kimi, Gəncə xanı Kərbalayı Qafar xanın oğlu Şərəfxanın şərəfinə mahalda xanlığın ərazisində kənd salıb. Cavad xan döyüşlərin birində şəhid olduqdan sonra Şərəfxan da öz oğluna Cavadxan adı verib. Bəylər arasında olan təmiz, saf dostluq onları mahalda da çox məhşur edib.
Qafarxan oğlu Şərəfxanın şərəfinə salınan bu kənd Cavadxan dövrünə təsadüf edir. Elat, tərəkəmə yolunun üstündə, aran bölgəsində yerləşən bu kənd o vaxtdan Şərəfxanın şərəfinə "Şərəfxanlı", "Şərəfxanlılar" adlandırılmışdır. Buradan belə qənaətə gəlirəm ki, kəndimizin ilk sakinləri Şərəfxanın nəslindən olub ki, onların da törəmələri Füzuli rayonunun Yağlıvənd kəndində bu gün də yaşayırlar. Demək, bu kəndin adı ilk dəfə XVII əsrin sonu - XVIII əsrə təsadüf edir.
Bəs bu kənddə evlər tikilərkən torpaq altından çıxan küplər, məişət əşyaları, küpdə dəfn olunmuş insan skeletləri hansı tarixi köklərə sirayət edir?
Buradan belə qənaətə gəlmək olar ki, Aran bölgəsində yerləşən bu məkanın həm coğrafi mövqeyi, həm də iqlimi tərəkəmə camaatının bu kənddə müvəqqəti köç salmasına uyğun idi. Dağdan Arana, Arandan yaylağa qalxan tərəkəmə camaatı bu kəndi seçmişdilər. Çünki torpaq altdan çıxan küp qəbirlər, məşiət əşyaları, bunu tam sübut edir.
Uzun zaman ərzində apardığım axtarışlar nəticəsində belə qənaətə gəldim ki, Gəncə xanı Cavad xanın yaxın dostu və silahdaşı Kərbəlayi Qafarxanın oğlu Şərəfxanın şərəfinə salınmış bu kənddə qədim tarixi ənənələr, mənəvi bağlılıq əsas kriteriyalardan olmuşdur və belə bir kəddə doğulduğum üçün özümü xoşbəxt sayıram. Və mən bu xoşbəxtliyi bu gün bu kənddə doğulub boya-başa çatan bütün insanlara şamil edirəm. Əsli-nəcabəti olan soy-kökünün davamçısı olmaq elə bu tayfanın ruhuna həmişə duaçı olmaq deməkdir.
Mənim kənd
düşüncələrim
Gözümü dünyaya açandan Şərəfxanlı kəndini hay-haraylı, insanlarını ora-bura qaçan görmüşəm və bir də gördüyüm palçıqlı küçələr, qarğı Qovustanlar, kərpicdən tikilmiş alçaq evlər və birdə bu evlərdə gecə-gündüz bir tikə çörək qazanmaq həsrətində olan insanlar olub.
Səhər tezdən kəndi qoyun-quzu mələşməsi bürüyərdi, sakinləri də əllərində bel və ketmən hay-küylə kolxoz sahələrinə axışan görərdik. Biz uşaqlar isə torbamıza bir az şor, bir az da quru çörək qoyub, evdən çıxar qoyun-quzu sürülərini axşama qədər çöldə-bayırda otarardıq. Çox maraqlı bir mənzərə yaranardı. Hər bir evdən 10-15 qoyun-quzu çıxar, kəndin əyri-üyrü küçələrində - kəndin bir qırağında sürüyə çevrilərdi. Və biz uşaqlar da bu sürülərin ardınca axşama kimi sürünər, harda gözəl otlaq sahəsi olardısa orada məskən salardıq.
Qəribə hal idi ki, bunlar hər gün təkrar olunardı. Hər səhər tezdən kəndin ortasında dirəyə bərkidilmiş bir dəmir parçasından qopan səs insanları sahələrə fermaya səsləyirdi və bu səs kəndin başı üzərini bürümüş ölüm sükutünu pozar, kənddə yeni bir canlanma yaradırdı.
Kənd camaatının əsas məşğuliyyəti əkinçilik idi. Onlar min bir əziyyətlə taxıl və pambıq becərərdilər; bol məhsulun alınması onlara çox əziyyətlər bahasına başa gələrdi. Bostan-tərəvəz məhsulları da yetişdirərdilər. Kolxoz bu məhsullardan kəndin sakinlərinə də paylardı.
Kəndimizdə o vaxt bir məktəb var idi. Palçıqdan tikilmiş bu məktəb bizim nəzərimizdə məbədgah idi. 4 sinifdən ibarət olan bu məktəb bizim gələcək həyatımızı müəyyən etmək üçün kənddə ən birinci və sonuncu təhsil ocağı idi.
Müəllimlərimizə müqəddəs bir varlıq kimi baxırdıq. Təkcə məktəbdə deyil, hətta kənd arasında müəllimlərimizi görərkən özümüzü itirər, ya da qaçıb gizlənərdik.
İlk müəllimlərimiz olan Məhəmməd müəllim, Bahadur müəllim, Sabir müəllim, Zəhra müəllimə, Əminəxatun müəllimə yaddaşımızdan heç vaxt silinməyən kəndin ilk ziyalılarından idilər.
Ən çox Məhəmməd müəllimdən qorxardıq. Çox zəhmli bir insan idi. Tez-tez onun sinifdə səsləndirdiyi " Mən sənə tay-tuş deyiləm, vuraram ölərsən", "Burax məni ənğini əzim” və s. kimi ifadələr bizim lap uşaq yaşlarından hafizəmizə həkk olunmuşdu. Sonra məktəb 8 illik oldu. Böyründən daşdan 3 sinif otağı da tikdillər. Biz kəndin ilk 8 illik məzunlarıyıq. Artıq burada Mürsəl müəllim, Fərhad müəllim, Şənhəyat müəllim (direktor idi), Qasım müəllim, Zahid müəllim, Elman müəllim, Əli müəllim, İdris müəllim kimi öz sənətlərini bizlərə aşılamaq istəyən gözəl müəllimlərin şagirdləri olduq. Sinifdə 8-12 uşaq olardı. Bizə tapşırılan bütün tapşırıqları yerinə yetirməyə çalışır çətin də olsa bu vəzifənin öhtəsindən gələ bilirdik.
Ən çox yaddaşımıza həkk olunan kəndin bayramları idi. Bunlardan ən birincisi isə Novruz bayramı idi. Biz Novruzun gəlişinə hələ bir ay qalmış hazırlaşardıq. Əski parçasını möhkəm büküb, məftilə sıxar, onu neftə bulayar, şar düzəldib bayram günləri havaya atıb atəşfəşanlıq edərdik.
Maraqlı məqamlardan biri çərşənbə günündə evlərə torba sallamağımız idi. Həmin gün özümüzü ən xoşbəxt şəxs hesab edərdik. Axşam hava qaralan kimi, biz evləri busar, sakinlər qapını örtən kimi cəld o evlərə torba salardıq. Qənimətimiz çox olanda sevinər, az olanda dodaqaltı mızıldanardıq. Yadımdadır, bir dəfə biz evə torba atdıq, torbanı geri götürərkən onun ağır olduğunu gördük. Qənimətimizi bölüşdürmək üçün bir kənara çəkildik. Açarkən içindən qoz, fındıq qabığı, sabun bir də bir neçə kartof çıxdı. Görünür, ev sahibi bayramın şirinliyini bir az da artırmaq üçün bizimlə zarafat edibmiş.
Yumurta döyüşdürmək, qatar düzəltmək bizim ən çox sevdiyimiz bayram oyunlarından idi. Bayram günləri biz hətta həyətlərdə hinlərə girər, toyuqların yumurtalarını oğurlayar, qatar düzəldərdik. Bəzən udar, bəzən də uduzardıq. 10-15 yumurtanı qatar kimi düzər, iki nəfər bir-bir götürüb döyüşərdik. Axırda kimin yumurtası sınmasa demək, o, qələbə çalır və bütün yumurtalara sahib çıxardı. Ən çox yumurtaları üstümüzdə gizlətmək oyunu xoşumuza gəlirdi. Mərc gəlib yumurtanı gizlədirsən, əgər tapsan mərci udursan, tapmasan... Bu oyunun bəzi qəribəlikləri də olurdu...
Bir dəfə Şamil və Raqif yumurta gizlətmək oyunu oynayırdılar. Raqif yumurtanı öz üzərində gizlətməli və Şamil də bu yumuratanı tapmalı idi. Raqif yumurtanı papağının altında gizlətmişdi. Şamil onu çox dəqiqliklə axtarır, tapa bilmir, əsəbləşib Raqifin başına bir "qapaz" vurur: - Əyə, sən bu yumurtanı harada gizlətmisən? Tapa bilmirəm. Papağının altından yumurtanın ağı-sarısı üzünə axan Raqif: "Şamil, elə tapsan yaxşı idi" deyir.
Kənd əhli hamısı köhnə dükanın yanına yığışardı. Kəndin cavanları "dirədöymə" oyununu göstərərdilər. Kəmərlərin yeri dizlərdə göy zoldjaq salardı. Amma heç kəs uduzmaq istəməzdi. Səhərə kimi "çillə" çıxarardıq. Təkcə uşaqlar yox, böyüklər də "çillə" gecəsi oyaq qalar, evlərin birinə toplaşıb səhərə qədər aşıqlarının söhbətinə qulaq asar, bəzən də səhərə qədər müxtəlif oyunlar göstərərdilər. Novruz bayramı öz qəribəlikləri ilə bizi asta-asta öz ağuşuna bürüyərdi.
Səhər lap tezdən hamı yuxudan erkər durmağa çalışardı və ilk üz tutduğu su arxının üstü olardı. Çoxları arxın şəffaf suyunun üstündən hoppanar, əl üzlərini yuyar və bütün əziyyətlərinin arxada qaldığını, xoş gün niyyət edərdilər. Bu da onları yüngülləşdirər, sanki qəlblərində bir ümid çırağı yandırardı.
Uşaqlığımız çox ağır keçib. Camaatımızın da gün-güzəranı çox məşəqqətli olub. İşıq yox, qaz yox. Bütün günü çöllərdə əlləşən insanlar axşam hisli çıraq işığında səhərin açılmasını gözləyərdilər.
Pambıq yetişdirmək, bol məhsul əldə etmək demək olar ki, çox böyük əziyyətlər tələb edərdi. Bu müddətdə bir an belə istirahət etmək yox idi. Qız-gəlinlər, arvadlar ketmən əllərində səhərdən axşama qədər pambıq alağı edər, hətta körpə uşaqlılar belə uşaqları ilə sahələrdə olardılar. Kiçik yaşlı uşaqlar üçün xüsusi bir yer seçərdilər. Qadınlar uşaqları bir dayəyə tapşırardılar. Uzanan pambıq kolları arasında itib batardılar. Hansı qadının uşağı ağlayardısa dayə həmin qadının kəlağayısını bayraq kimi qaldırar və həmin qadın uşağının yanına gələrdi.
Məhsul toplantısı isə lap dəhşətli olardı. Kənddə bir nəfər canlı insan qalmazdı. Hamı bir nəfər kimi bu toplantıda iştirak edərdi. Axşam saat 9-10-a kimi pambıq növbəsində yığdıqları məhsulu təhvil verər, gecədən xeyli keçmiş evə dönər, kirli, paslı yorğun-yorğun bir tikə çörək yeyib güclə özünü yatağa salardı. Yataq isə... Pambıqdan doldurulmuş döşəklər, ya da köhnə kilimlər. Bunun da öz gözəlliyi var idi.
Kəndin ən ağır günlərindən biri də ipəkqurdu bəsləyib barama istehsal etmək idi. Demək olar ki, bütün evlər bu ağırlığın altına girərdi. Qırxgünlük əziyyət sakinləri əldən, ayaqdan salardı. Axırıncı on gün "böyük-xrik " deyilən vaxt gecə gündüz dərələrdə tut yarpağı qırır və açgöz ipək qurdlarını ac qoymaq istəmirdi. Bu müddətdə qonaq getmək də xəcalət olardı. Ev, çovustan, üstüörtülü nə bina var idisə, hamısı ipəkqurdu üçün ayrılardı. Belə bir ağır zəhmətin müqabilində aldığı qəpik-quruşlar onların ehtiyaclarını ödəməsə də onlar heç də ruhdan düşmürdülər. İllər öz atını dördnala çapdıqca dövran zaman-zaman dəyişirdi. Kəndə texnikalar gətirilir, əməyi yüngülləşdirən qurğuları alınırdı. İnsanlar yavaş-yavaş bu ağır məşəqqətdən qurtulurdular. Kəndə ilk işığın çəkilməsi indiki kimi gözümün qarşısındadır. Biz buna möcüzə kimi baxırdıq. Necə olur ki, işıq şalbanlarının üstündəki naqillər kəndi zülmətdən qurtarır?
Bu, bir həqiqət idi.
Yadımdadır. Kənddə ilk televizor buxaltr Məlikdə və Mürsəl müəllimdə idi. Molla Qulu kişi Mürsəl müəllimgildə olarkən görür ki Rübabə Muradova oxuyur. Məlik kişinin televizorunda isə nə isə başqa veriliş gedir. Molla Qulu kişi xeyli sakitcə televizorun qabağında dayanır. Özünü saxlaya bilməyib:
- Maşallah, sağ olsun belə höküməti. Mürsəl müəllim Rübabə Muradovanın muğamatını çox sevdiyi üçün onunçün xüsusi həmin konserti, Məlik isə təbiəti sevdiyi üçün onunçün təbiətə aid verilişlər verirlər.
Mən Bayram kişini, İbiş kişini, Məhəmməd Həsən kişini, Ələslan kişini, Cümşüd kişini, Bəhlul kişini çiynində bel görərdim. Onlar gecə-gündüz su başında olar və kəndin bütün əkin sahələrini suvarardılar.
Kəndimizin tarixi çox qədim olduğundan sahələrindən qədim məişət aşyalarnın parçaları, saxsı qablar, küplər üzə çıxır və bu kəndin qədim tarixə malik olduğunu bir daha sübut edirdi.
Məhəmməd Həsən kişi ilə Cümşüd kişi həmişə su növbəsinə bir çıxardılar. Məhəmməd Həsən kişi bir az səhlənkar, işdən boyun qaçıran adam idi. Bəzən heç su növbəsinə də getmirdi.
Bir gecə Məhəmməd Həsən kişi sahədə su başında olarkən beli bərk şeyə dəyir. Bir az qazdıqdan sonra o, bunun iri bir küp ağzı olduğunu görür. Bu zaman Cümşüd kişi də gəlib çıxır. Məhəmməd Həsən kişi heç bir şer olmamış kimbir şer olmamış kimi Cümşüd kişiyə deyir: "Cəmşid, mənim əziyyətimi çox çəkmisən. Təkbaşıma bacararam, sən get evə dincəl".
Cümşüd kişi təəccüblə onun üzünə baxır. Heç bir şey demədən evə yollanır. Gecədən xeyli keçməsinə baxmayaraq onun yuxusu gəlmir, öz-özünə fikirləşir: "Balam, bu kişi həmişə işdən boyun qaçırardı. İndi məni evə buraxdı. Yox, burada nə icə gizli bir sirr var". Yenidən sahəyə yollanır. Məhəmmədhəsən kişi Cümşüdü yola salandan sonra küpü yerdən çıxarmaq istəyir. Nə qədər torpağı qazırsa küpü yerdən çıxara bilmir. Bir tərəfdən sevinc, bir tərəfdən keçirdiyi həyacan onu ətrafda baş verən hadisələrdən xəbərsiz edir.
Cümşüd kişi gəlib Məhəmməd Həsən kişini qan-tər içərisində görür. Cümşüdü görüb kömək etməsini istəyir. Hər ikisi yeri çox qazsalar da küpü çıxara bilmirlər. Gecənin zülmət qaranlığda və bir də zəif fənər işıqında bir metrdən çox yeri qazırlar.
Küp çox nəhəng imiş. Sanki böyük bir heykələ bənzəyirdi. öHər ikisi nə qədər çalışsalar da küpü yerindən tərpədə bilmirlər. Məhəmmədhəsən kişi əlindəki bel ilə küpü silkələmək istəyir. Küp ikiyə bölünür. Küpün içərisində olan insan skeleti düz Məmmədhəsən kişinin üstünə aşır. Məmmədhəsən kişi qışqırır və bayılır. Cümşüd kişi gördüyü mənzərədən dəhşətə gəlib qaçmaq istəyir. Fikrini dəyişib Məhəmmədhəsən kişini dalına alıb kəndə doğru addımlayır...
Bu da onu göstərir ki, bu kəndin tarixi e.ə neçə əsr əvvəllərə gedib çıxır.
Mən kəndin dörd yanını sıx meşəliklər, dərə-təpə görmüşəm. Yavaş-yavaş bu meşəliklər, dərə-təpələr düzəldilib, əkin sahələrinə çevrilirdi.. Bu meşəliklərin, təpəciklərin adları indiyə qədər yaddaşlarda qlıb. "Qarağacı meşəsi", "Tısbağa yatan" təpə, "Şiştəpə" hər dəfə bu yerlər düzlənib əkinə yararlı hala salınanda sakinlər oradan çoxlu tarixi əşyalar, boyunbağılar, qədim məişət əşyaları qalıqları, qılınc, dəbilqə qırıqları bir də qədim pul sikkələri tapırdılar.
Hətta yadımdadır, bir dəfə anam Qarağacı meşəsi sahəsində ketməb vurarkən XII-XII əsrə aid bir pul sikkəsi tapmışdı. Qızıl olmasa da onu parrıldadarkən üstündəki yazı aydın görünürdü.
Müxtəlif bəzəkli küp, saxsı qab qırıntıları hətta bütöv şəkildə bu ərazidə çox idi. Hətta "tısbağa yatan" təpənin ətəyindəki sahə qədim zamanlarda qəbiristanlıq olduğu güman edilirdi. Burada çoxlu insan sümükləri adi şəkildə, küplərdə müəyyən olunurdu. Yadımdadır, həmin ərazidən bir dənə sandığa bənzər bir qutu çıxdı. Qutu açılarkən orada bir döyüşçünün dəfn olunduğu məlum oldu. Bütün döyüş sursatı, qılıncı, oxu, zirehli döyüş paltarı, həmin qutunun içərisində idi. O vaxtlar söz gəzdi ki, həmin döyüş paltarı Leninqrad Tarix muzeyinə verilib, indi də oradadı.
O vaxtlar kəndin qırağında olan "şiş" təpə (indi kənd çox genişlənib, həmin təpə indi demək olar ki, mərkəzindədir). Indi də durur. Biz o təpənin üstünə çıxar, yamaclarında qoyun-quzu otarardıq. Təpənin üstünü bir az qazdıqda müxtəlif məişət əşyalarının bəzəkli qalıqları çıxırdı. Biz uşaqlar hətta mərcləşərdik ki, görək kim çox bəzəkli əşya toplaya bilər.
Təpənin ətəyində ipəkqurdu yetişdirmək üçün tut bağı salındı. Tut bağının dörd yanı xəndəkləndi. Xəndəyin bir hissəsi təpənin ətəyinə düşdü. Deyilənə görə ekskavatorçu burada xəndək qazarkən bir küp qızıl tapmışdı. Onun bu hadisədən sonra yoxa çıxması buna əyani sübut idi.
İndinin özündə də kəndin bir çox evlərində çox qədim tarixə malik olan mis məcmüələr, səhənglər, qaşıqlar, palaz, kəbə və kilimlər saxlanılır. Əsrdən-əsrə, nəsildən-nəslə keçdikcə bu tarixi incilər kəndin lap qədim zamanlara gedib çıxdığını göstərir.
Mənim doğma kəndim, ulu kəndim! Sən əsrlərin keşməkeşlərinə, əzab-əziyyətlərə mətinliklə tab gətirdin əyilmədin, ağlamadın, bizlərin qəlbində müqəddəs məbədgaha çevrildin.
Kəndimizin nemətləri
Mənim doğma beşiyim olan Şərəfxlının havası, suyu, təbiəti çox füsunkar idi.
Yaz gələndə hər yan sanki yerə döşənmiş xalıya bənzəyirdi.
Göz işlədikcə uzanan düzənlərdə, qırmızı lalənin, çaban yasdığının, təbiətin özünün yartdığı cürbəcür rəngli çiçəklərin ətrindən doymaq olmurdu.
Təsəvvür edin. Qoyun-quzu sürüsü ətrafa səpələnib, günəşin al şəfəqləri başın üstə aləmi nura boyayıb. Bu şəfəqlər altda hər yan laləzardır. Kəpənəklər şehli çiçəklərin üzərinə qonub. Rəngarəng qanadları bərq vurur. Təbiətə xüsusi gözəlliklər gətirir. Müxtəlif böcəklərin bal arılarılnın qəlbi oxşayan vızıltısı bəstələnməmiş bir melodiyanı xatırladır. Sən bir ətrafda, göy otların üstündə dirsəklənib bu füsünkar gözəllikdən doymursan. Ətrafı bürüyən xəfif qoxunu, ciyərlərinə çəkirsən (indi o gözəllikdən əsər-əlamət qalmayıb). Bu torpağın yetişdirdiyi hər bir bəhrə öz dadı, ləzzəti ilə seçilərdi. Yadımdadır kəndin arvadları bir yerə yığışıb, şoku, həmən-koməci, yarpız, "donbalan" yığmağa gedərdilər. Sonra inəklər sağılar, nehrələr çalxalanar, turş ayrandan hazırlanan şomu, yarpız həmənköməci dovğasının ətri öz ağuşuna alardı.
Burada bitən hər bir bitki, öz dadı ilə seçilərdi: Acıtəpə, keşmiş, şüyüd, ispanaq, reyhan, nanə, turp bir də təbiətin özünün bu torpağa bəxş etdiyi bir çox yabanı bitkilər.
Yadımdadır. Qoyun-quzu otararkən təndir çörətinin üstünə şor yayıb bir çəmənlikdə oturardıq. Çörəkdən dişləyib o bitkilərdən dərərdik. Əsl ləzzət bunda idi.
Mən indi televiziya kanallarının birində işləyirəm. Bizimlə birlikdə gözəl, istedadlı tele-aparıcı Kəmalə xanım da işləyir. Kəmalə xanım həmişə stolun üstünə göy-göyərti düzərdi. Bu göy-göyərtilər nə qədər təzə olsalar da, o illərdə bitən göy-göyərtinin dadını verməzdi. Bəzən mən bir çox bitkilərin adını çəkərdim. O, təəccüblə mənim üzümə baxardı.
Bizim ağzımızın dadı da, ləzzəti də o bitkilərdə getdi.
Cincilimi göy çəməndən dərərdik,
Şomu ilə, tərə ilə sərərdik,
Sonra onu nənəmizə verərdik,
Nənəmiz də bulayardı dovğanı,
Xoş qoxusu bürüyərdi hər yanı.

Toplayardıq çölkeşnişin, kəvəri
Gözləyərdik biz açılan səhəri,
Nanə, reyhan, quzuqulaq, cövhəri
Süfrəmizdə şah yeməyi olardı.
Biz yeyərdik, ac qarnımız doyardı.

Əsrlərin yaddaşına
hopmuş toy adətləri
Kəndimizdə qorunub saxlanan, həmişə ehtiramla həyata keçirilən milli adətlərimizdən biri də toy adətləri idi. Kimsə qız köçürürdüsə bu proses kiçicik kənddə hamının xeyir duası ilə baş verirdi.
Qız seçmək, qız sevmək heç də çətin məsələ deyildi. Çünki hamı səhərdən axşama kimi pampıq çölllərində çalışar, kollektiv şəkildə dövlət tapşırıqlarını yerinə yetirərdi.
Oğlanlar ürəklərində tutduqları qızların hərəkətlərinə göz qoyar, onların əl qabliyyətinə, işgüzarlığına, təmizkarlığına diqqət yetirərdilər. Elə sahədə də edilən hərəkətlərdən bilinərdi ki, kim kimə daha çox meyllidir.
Əvvəlcə, "kəşfiyyat" işlərdi. Qız anasına ismarınc göndərilərdi. Sonra kəndin ən çox sayılan iki-üç ağsaqqalı, ağbirçəyi toplanıb qız evinə elçi düşərdi. Əvvəlcə lal bir sükut hökm sürərdü. Qəlyan tüstüsünün xəfif qoxusu, təsbeh şaqqıltısı bu lal sükutu pozardı. Ağsaqqal və ağbirçəklər yerdə salınmış kiçik döşəkçələrdə oturar, mütəkkəyə dirsəklənəndilər. Adətən, qonağa ilk anda çay təklif olunardı. Heç kəs çayı içməzdi. Niyyət hasil olandan sonra çay stəkanları dəyişillər, təzələnər, məclisə iki rəng şirin çay gələrdi. Əgər məclisə şirin çay gələrdisə, demək qız evi razıdır. Kiminsə xoşbəxtliyinin bünövrəsi qoyulardı. Elə həmin anda bütün kəndə xəbər yayılardı ki, "bəs bu gecə filankəsin qızının filankəsin oğluna "hə"sini aldılar." Bu, xoşbəxtlik kimi qarşılanardı.
Sonra oğlan evi əl-ayağa düşərdi. Tez-tez Ağdam şəhərinə gedər, gələcək gəlinləri üçün bər-bəzək, qızıl əşyaları alardılar. Qız üçün əyin-baş xüsusi seçilərdi.
Qız evi isə qonum-qonşu, qohumların köməyi ilə təzə yun çırpar, yorğan-döşək tədarükündə olar, elə həmin gündən ev üçün lazım olan hər şeyi almağa başlayardılar. Adi iynədən tutmuş mebelinə qədər hamısı qızın adına alınardı ki, qız gəlin köçəndə heç şeydən korluq çəkməsin.
Sonra yenə qız evi ilə oğlan evi bir stol başında cəmlənərdi. "Qız toyunu etmək üçün oğlan evi nələri etməlidir? Bir siyahı qoyulardı stol üstünə. O olsun, bu olsun. Bəzən mübahisələr qızışardı. Ancaq sonra hər şey razılıqla qurtarardı. Buna "kəmləşmə" deyərdilər. Qızın toyuna hazırlıq gedərdi. Səhərə kimi qız evində konfetlər bükülər, kiçik bir torbada ağzı tikilərdi. Hər bir qonaq üçün ayrıca nəmər alınmalı idi.
Budur, artıq qız toyu (buna o vaxtlar qız toyu yox, paltar biçdi, paltarkəsdi deyərdilər" başlayırdı. Səhər tezdən oğlan evindən gətirilmiş ərzaq məhsulları bir də boğazına qırmızı lent bağlanmış, zınqırovlu qoçlar artıq qız evində olardı. Günortaya yaxın oğlan evi gələrdi. Bəyin bütün qohum-əqrəbasının əllərində cürbəcür xonçalar və hədiyyələr toy mağarına daxil olardılar. Gələcək gəlin məclisin baş tərəfinə keçər, bəyin anası, bacısı, xalası, bibisi, kimlər-kimlər gətirdikləri qızıl əşyalarını, geyim və paltarları nümayiş etdirərək bir-bir gəlinə təqdim edərdilər.
Kişilər qız toyunda iştirak etməzdi. Qız-gəlinlərin səsi toy mağarlarından süzülüb kəndi ağuşuna alardı. Ağbirçək nənələr enli oniki taxtalıq gen balağlı tumanları ilə məclisdə rəqs edər, bayatı deyər, gəlinə öz xeyir-dualarını verərdilər. Gəlinsə mağarın baş tərəfində öz rəfiqələri arasında dinməzcə oturar, utancaq nəzərlərlə baş verənlər qarşısında özünə yer tapa bilməzdi.
Sonra Sitarə nənə ortaya çıxar, Səltənəti çağırar, öz duzlu-məzəli sözləri, rəksləri ilə təzəcə qohumluğun bünövrəsini qoymuş bəy-gəlin anasını mağarın ortasına çağırar və sındıra-sındıra süzərdilər.
Kənd həmin gün özünün xoşbəxt günlərindən birini yaşardı. Məclis gecədən keçənə qədər davam edərdi. Musiqi səsi, çal-çağır kəndi öz ağuşuna alardı.
Artıq yük oğlan evinin üstünə düşərdi. Onlar toyun vaxtını təyin edər, tədarük görərdilər. O vaxtlar kənddə toylar üç gün, üç gecə idi. Cöngələr kəsilər, qazanlar yan-yana düzülər, mağar qurulub bəzənər, kəddə işıq olmadığından qonum-qonşudan çıraqlar yığılar, mağar həmin çıraqların işığına qərq olardı.
Toy evinin həyətini xüsusi bir canlanma alardı. Kimi sac asıb yuxa salar, kimi kartof, soğan təmizlər, kimi çay işinə baxar, kimi qab-qacaq təmizlər, kimi əlində balta ocaq kənarını odunla təmin edərdi.
Bir sözlə, çox maraqlı bir mənzərə yaranardı.
Hərənin öz işi olardı. Kimi gələn qonaqların yerləşməsinə nəzarət edər, kimi məclisə verilən içki və yeməklərin vaxtında çatdırılmasına baxar, iki-üç nəfər də mağarda olan qonaqların narazı getməməsi üçün mağarın ortasında fırlanardı.
Əsas iş aşbazın idi. Aşbaz cöngənin və qoçların iri sümüklərini, zing, bud, baş-ayaq hissələrini bir yekə qazana yığıb soyutma edər, xüsusi qonaqların sifarişi ilə onlara çatdırardı. Zing kimə göndərilərdisə mütləq o xələt verməli idi. Mən kəndimizin toylarında həmişə Nubar xalanı, Kamili aşbaz görmüşəm. Onların bişirdikləri sous, mal ətinin soyutmasının qoxusu kəndi öz ağuşuna alardı. Amilin əlində çömçə mağara girib oynamağı var idi. Kamil elə ki, mağara girdi mütləq "Tormuz Hüseyn" havası çalınardı. Onun da bir əlində çömçə, bir əlində kəfkir məclisi daha da şənləndirərdi.
Toyda "padişah" kəndin ən nüfuzlu ağsaqqalı olmalı idi ki, üç gün müddətində davam edən toyda dava-dalaş olmasın. Fərraş isə əlində nar çubuğu padşahın əmrlərini sözsüz yerinə yetirməli idi.
Axşam gün batana yaxın stollar yığışılar, yalnız bundan sonra qız - gəlinlər toy mağarına daxil ola bilərdilər. Qız-gəlin olan məclisdə heç kəs cınqırını çəkməz, nalayiq hərəkətə yol verməzdi.
Mən gözümü açandan Adıgözəl oğlu Məhəmmədi toylarda Padişah görmüşəm. Kimin nə hünəri var idi onun bir sözünü iki eləsin. Məclisin qızğın vaxtı qəflətən musiqini saxlar, fərraşı çağırıb tapşırığını verər, kimi ağır cəzalandı və məclis yenidən davam edərdi. Kənd elə öyrənmişdi ki, toyu idarə etmək üçün Məhəmməd kişidən başqa heç kəsi məsləhət görmürdü. O sanki toylar üçün doğulmuşdu.
Təsəvvür edin, kəndin ağsaqqalları sıra ilə mağarın baş tərəfində oturmuşlar. Qəlyan tüstüsü, təsbeh şaqqıltısı çalınan musiqinin səsinə qarışıb xüsusi bir həmahəng yaradırdı. Budur, ağsaqqal Adıgözəl kişi meydana çıxır. Musiqiçilər tez "Buleyli" xalq mahnısını çalardılar. Adıgözəl kişi bir ağsaqqal təkəbbürü ilə əlini qarnına qoyub mahnının ahənginə uyğun rəqs etməyə başlayır. Səltənət xala tez özünü ortaya atır. Hər ikisi ağayana addımlarla mağarın ortasında fırlanırlar. Mağar bir şux görkəm alır. Alqış səsləri hər yanı bürüyür. Hər kəs ortada süzənləri sevinclə süzürlər. Hər ikisinin əlləri kağız pullarla dolur. Dəmir manatlar göydən səpələnir. Hər oyundan sonra bir sükut çökür. Ələ verilən pullar hamısı padişahın qarşısına yığılır. Məhəmməd kişi pulu göstərir. 10-luq 5 ədəd, 25-lik 10 ədəd, 5-lik, 3-lük nə qədər, nə qədər...
Məhəmməd kişi ələ verilən iri pulları bir-bir sahibinə qaytarır, Fərraş çevik hərəkətlə hər bir iri pulun cəriməsini alır və padişaha təqdim edir.
Kəndimizin toylarında muğama çox üstünlük verilərdi. Xanədə Yelmarın həzin, məlahətli səsilə bizim toylarda necə oxuduğu indi də yadımdadır.
Budur, məqam yetdi. Bəyi gətirmək lazımdır. Məşəllər alovlanır, gecənin qaranlığında cavanlar musiqi sədası altında bəyi gətirməyə qalxırlar. Bəyinsə sağ-solunda, sağdışı, soldışı, hay-küylə tüfəngdən açılan güllələrin sədası altında mağara gətirilir. Mağarda sağdişi, soldişi bəyə çox ciddi nəzarət edirlər. Bəyi oğurlaya da bilərlər. Yerində də otura bilərlər. Bunun müqabilində sa dış, soldış çoxlu cərimə verməli idi.
Sonra Məhəmməd kişinin "bəylə-gəlinə" son xeyir duası eşidilir. Sükut içərisində hamı bu xeyir duanı özü üçün qəbul edir. Sonra nə olur? Sonra...
Bəy tərifi başlayır, nə başlayır. Kimin adı çəkilirsə, o, xanəndənin nəmərini göndərir.
Biz uşaqlarsa mağarın ora-burasından boylanıb bu gözəl mənzərəni diqqətlə seyr edir, xəyallarımızda uşaqlıqdan çıxıb, arzularda özümüzü bəyin yerində hesab edirdik.

Kəndin müqəddəs
qəbristanlığı
Hər bir kəndin müqəddəs yeri, ziyarətgahı onun qəbiristanlığıdır. Kəndin kökləri, uluları bu məzarıstanda uyuyur.
Şərəfxanlı kəndinin özünəməxsus qəbristanlığı 80-ci illərə qədər olmayıb. Kənddə vəfat edən hər kəsi qonşu Bilağanlı kənd qəbristanlığında dəfn edərdilər. Biləğanlı kənd qəbristanlığının tarixi çox qədimlərə gedib çıxır. Hətta mənim atamın, böyük qardaşlarımın məzarları da bu qəbristanlıqdadır. Bundan başqa, bu qəbristanlıq həmin illərə qədər dünyadan köçmüş bütün Şərəfxanlıların məzarlarını öz ağuşuna alıb.
Kənd gündən-günə inkişaf etdikcə kənd əhalisinin sayı artdıqca bu kəndin qəbristanlığa ehtiyacı hiss olunurdu. Amma heç kəs birinci öz nəslindən kimisə yeni salınacaq qəbiristanlığa sakin etmək istəmirdi. Buna görə də bu məsələ həll olunmurdu.
1980-cı ildə kəndin ağsaqqalı, bu kənd üçün əlindən gələn hər bir şeyi etmiş Adıgözəl kişinin nəvəsi vəfat edir. Adıgözəl kişi bu addımı atır. O, öz nəvəsini yeni salınacaq qəbirsitanlıqda dəfn edir və camaata bildirir ki, bu gündən qəbiristanlığın bünövrəsi qoyuldu. Kənd sakinlərinin əksəriyyəti bu fikrə etinasız yanaşırlar.
1980-81-ci illərdə adıgözəl kişinin nəvəsi həmin təzə qəbristanlıqda tək uyuyur. Kənddə vəfat edənlər olursa da heç kəs orada məskən salmaq istəmir.
1981-ci ildə Adıgözəl kişinin özü vəfat edir. Ölüm ayağında oğlanları Məhəmmədi, İnqilabı, İlyası çağırır. Son vəsiyyətini edir. Onu təzə salınacaq qəbristanlıqda dəfn etməsini onlara tapşırır.
Oğlanları onun bu vəsiyyətini yerinə yetirirlər. O vaxtdan, yəni 1981-ci ildən Adıgözəl kişi kənd qəbristanlığının ilk sakini olur və rəhmət qazanır. Artıq o vaxtdan 30 ildən çox bir vaxt keçir. Şərəfxanlı kənd qəbristanlığı öz ağuşuna onlarla uşaq, cavan, qoca sakinlərini alıb. Bu qəbristanlıq Xocalı faciəsinin 15-ə yaxın qurbanlarına da öz qucağında yer verib.
30 ildə nə qədər insan bu dünyadan köçüb bu müqəddəs yerin sakinləri olub. Bu gün tək Şərəfxanlı deyil qonşu Şotlanlı, Şahmallar kəndlərinin vəfat etmiş sakinləri də bu gorgahda uyuyur.
Allah hamısına rəhmət eləsin…
Kəndimiz 1941-1945-ci illər
Böyük Vətən Müharibəsi illərində
Sovetlər İttifaqının başının üstünü qara buludlar alanda, müharibə dalğası o vaxtlar Sovetlər İttifaqının kiçik bir müstəmləkə dövləti olan Azərbaycandan da yan keçmədi. Vətəni qorumaq üçün igidlər ayağa qalxdılar.
Bizim Şərəfxanlı kəndindən onlarla insanlar elə müharibənin ilk günlərindən cəbhəyə yollandılar. İgidlik göstərdilər. Çoxlarının qara kağıza gəldi.
Biz Böyük Vətən Müharibəsi illərində kəndimizin fədakarlıqla döyüşmüş sakinlərinin müharibə haqqında söhbətlərinə qulaq asmaqdan yorulmazdıq. Uşaq təxəyyülü ilə onların çoxunun faşistlləri əzməsinin xəyalımızda canlanırdı. Biz də onlara oxşamaq istəyirdik. Onların çoxunun bədənlərində müharibənin yadigarı olan qəlpələr var idi.
Kəndimizdən olan Məmmədov Səttar Məmməd oğlu 1941-ci ilin oktyabr ayından cəhbəyə yollanmışdı. Gənc müəllim, leytenant olan Səttar 3 il faşistlərə qarşı vuruşmuşdu. Mazdok, Tuapsi, Krosnadar, Kurskda gedən ölüm-dirim savaşında böyük igidlik göstərmişdi. Onun komandirlik etdiyi bölük Krosnadar vilayətinin Tuapsi şəhəri uğrunda gedən döyüşlərdə mühasirəyə düşür. Ancaq bölük son nəfəsinə qədər döyüşür, geri çəkilmir. Həmin döyüşdə leytenant Məmmədov qəhrəmanlıqla həlak olur və Krosnadar vilayətinin Tuapsi rayonunu Şaumyan kəndində dəfn olunur.
1983-cü ilə kimi Səttar Məmmədov itkin düşmüş hesab olunur. Onun haqqında heç bir məlumat yox idi.
Yadımdadır. Mən hələ Hundarx kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyirdim. Müharibə vetaranlarına çox böyük rəğbət bəsləyirdim. Tez-tez onların həyat yollarıından müxtəlif səpkili yazılarla rayon və respublika mətbuatında çıxış edir.
Onlarla müxtəlif tədbirlər, görüşlər təşkil edirdim.
Bir gün kəndimizdən olan (sonralar O peşəkar juurnalist kimi "Tale" qəzetinin redaktoru oldu) Səttarın bacısı qızı Zemfira xanım mənə dayısı Səttarın döyüş yolundan qısa danışdı və onun axtarışına başladım. Sovet Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin arxivinə müraciət etdim. Onun o vaxtkı sağ qalan cəbhə yoldaşları ilə söhbət etdim. Uzun sürən axtarış öz gözəl nəticəsinin verdi. Məlum oldu ki, Səttar Məmmədov 1943-cü ilin axırlarında Krasnadar vilayətinin Tuapsi rayonunun Şaumyan kənd uğrunda gedən döyüşlərdə həlak olub və məzarı da oradadır. Tez həmin vilayətə məktub göndərdim. Tezliklə Şaumyan kənd "Döyüş" muzeyinin direktoru H. A. Qriqoriyevdən geniş bir məktub aldım. O, uzun illərdir Səttarın Məmmədovun qohumalarını axtardıqlarını bildirir və onun əşyalarını muzeydə saxlandığını yazırdı, məzarının burda olduğu haqqında məlumat verdi və onun qohumalrını ora dəvət etdi. Məktub bizim üçün gözlənilməz idi. Tezliklə Səttarın qardaşı Rasim öz qardaşının məzarın ziyarət etdi. Məzarın üstünə Vətən torpağı səpdi.
Rasimin dediklərindən: "Krosnadar şəhərində qatardan düşərkən hərbi orkesr bizi qarşıladı. Vağzalda insan axını var idi. Yaxası orden və medallarla dolu veteranlar məni duz kimi yaladılar, bağırlarına basdılar. Sonra böyük mitinq oldu. Həmin vaxt qardaşımla bir səngərdə vuruşan döyüş yoldaşaları igidliyindən ağızdolusu danışdılar. Bir dəqiqəlik sükütla onun xatirəsini yad etdilər.
Sonra qardaşım Səttar dəfn olunan məzarstana getdik. 4 nəfərin adı bir məzar daşında həkk olunmuşdu. Onlardan üçüncüsü "Məmmədov Səttar Məmməd oğlu - baş leytenant - 1943. Noyabr".
Unudulmaz görüş idi. O illəri gözüylə görüb xatırlayanlar çıxış etdilər və məni Krosnadar vilayətinin Tuapsi şəhərinin fəxri vətəndaşı seçdilər."
Mənim özümün televiziya məkanına yaxınlığım elə Səttar Məmədovun məzarının tapılması ilə bağlı axtarışlarım haqqında 1983-cü ildə Azərbayacan televiziyasının "Hünər" verilişləri redaksiyasına göndərdiyim məktub və sənədlər oldu. O vaxtlar "Hünər" verlişlər redaksiyasının baş redaktoru Babək Hüseynov və redaktor Şəmistan Nəzərli məni verilişə dəvət etdi. İlk dəfə olaraq "Hünər" verilişində bu axtarışlar haqqında sənədlər əsasında efirdə məlumat verdim. Və mənim televiziya işim həmin vaxtdan başladı. Kəndimizin müharibə veteranlarına kənd sakinləri, ələlxüsus uşaqlar çox böyük hörmətlə yanaşırdılar. Kəndimizin yaddaşlarda qalan müharibə veteranları:
1. Məmmədov Səttar
2. Səfərov Alı
3. Quliyev Əli
4. Məmmədov Əlaslan
5. İbrahimov İsmayıl
6. Əliyev Xanalı
7. Nəcəfov Məhəmməd
8. Qasımov Musa
9. İmanov Heydər
Arxa cəbhədə də kəndimiz gecə-gündüz çalışdı, əlləşdi. Cəbhəni ərzaqla təmin etmək üçün səhərləri taxıl, pambıq sahələrində açdı. Özləri ac qalıb cəbhəni ərzaqla, isti əlcək, corabla təmin etdilər. Ağır illərin imtahanından mətanətlə çıxdılar. Əyilmədilər. Dözdülər. Xoş açılan sabaha doğru inamla addımladılar.
 
Şərəfxanlı kəndi Qarabağ
müharibəsi illərində
Hələ 1988-ci ildən Qarabağın səmasına qara buludlar toplaşanda bütün Azərbaycan xalqı kimi Şərəfxanlı kəndinin sakinləri də ayağa qalxdılar. Gecə-gündüz postlar qurub əldə silah qarovul çəkməyə başladılar. Mitinqlər, yürüşlər təşkil edir və ermənilərə qarşı amansız olduqlarını sübut edirdilər.
Xocalı faciəsi Şərəfxanlı kəndinin yeniyetmələrinin qəlbində dərin iz buraxdı. Faciənin səhərisi gün gənclər könüllü surətdə təzəcə yaranmış batalyonlara yollandılar. Onların səsi Qarabağın bütün döyüş bölgələrindən gəldi. Gecə-gündüz silah əllərində torpaqlarımızı yağı düşməndən qorumaq üçün fədakarlıqla döyüşdülər. Şücaət göstərdilər.
Qarabağ müharibəsi onların bir daha mərd, cəsur olduğunu subut etdi. Bir qarış torpaq üçün canlarını fəda etdilər. Şərəfxanlı kəndi cəbhə zolağının 5-6 kilometrliyində yerləşir. Qarabağ müharibəsi zamanı kəndə bir neçə dəfə qrafqurğusundan mərmilər, raketlər düşmüşdür.
Kəndin kişiləri tez-tez döyüşən əsgərlərin yanında olur, silah-sursatın daşınmasına kömək edirdilər.
Torpaqlarımız erməni mənfurları tərəfindən işğal olunan zaman yurdundan, yuvasından məcburən qovulmuş qaçqın ailələri Şərəfxanlı kəndində məskunlaşdı. Bu insanlardan bir ılıqlıq, mehribanlıq və doğmalıq gördü.
Oğullar isə gecə-gündüz cəbhələrdə doğma Qarabağı qoruyurdular. Kənd ilk şəhidini verdi. Ceyhun Qaraş oğlu Cəfərov Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. İndi Şərəfxanlı kəndindəki orta məktəb onun adınadır.
Eldəniz Əliyev, Loğman Əliyev 6 il topçu batalyonunda, Rauf Məmmədov, Məmməd Tağıyev, Seyran Behbudov, Səjjar Behbudov 5 il cəbhələrdə polis kimi vuruşdular.
Qarabağ müharibəsində Şərəfxanlı kəndindən döyüşən mərd oğullar bunlardır:
1.Cəfərov Ceyhun Qaraş oğlu (şəhid olub)
2. Cəfərov Məmmədəli Tapdıq oğlu
3. Əliyev Zaur Sərhad oğlu
4. Əliyev Faiq Fərman oğlu
5. Qurbanov Qəfər Həmdəm oğlu
6. Cəfərov Cavid Rafiq oğlu
7. Əliyev Eldəniz İnqilab oğlu
8. Əliyev Loğman Silyan oğlu
9. Məmmədov İmdad Yasir oğlu
10. Əliyev Şəhriyar Qüdrət oğlu
11. Əliyev Elsevər Şikar oğlu
12. Quliyev Barat Yelmar oğlu
13. Əliyev Fəxri Əskər oğlu
14 Məmmədov Rauf Əli oğlu
15. Behbudov Seyran Sərhad oğlu
16. Xanalıyev Bakir Məmmədhəsən oğlu
17. Tağıyev Məmməd Məlik oğlu
18. Behbudov Səyyaf Sərhad oğlu
19. Məmmədov Şahmalı Mamed oğlu
20. Səfərov Xəyyam Rafiq oğlu
21. Həsənov Dilafət Yusif oğlu
25. Əsədov Yaqut Məhəmməd oğlu
26. Xanalıyev Alyar Məmmədhəsən oğlu
Bu oğullar Qarabağ müharibəsi veteranı olmalarına baxmayaraq, lazım gələrsə yenidən silahlanıb torpaqların azad olunması uğrunda döyüşə getməyə hazırdırlar.
Şərəfxanlının şəhid oğlu
Ceyhun!
Qarabağ torpağında gedən elan edilməmiş müharibə Azərbaycan xalqının tarixində qanlı bir iz buraxdı. Azərbaycanın minlərlə qeyrətli, igid oğul və qızları Qarabağ uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar. Belə oğullardan biri də igid oğlumuz Ceyhundur.
Ceyhun Qaraş oğlu Cəfərov 1971-ci il avqustun 10-da Ağcabədi rayonunun Şərəfxanlı kəndində dünyaya göz açmışdır. Orta məktəbi Şərəfxanlı kəndində bitirmişdir. Ceyhunun musiqiyə çox böyük həvəsi olduğundan o, beş il Ağdam rayonunun Evoğlu kəndində musiqi məktəbində oxumuşdur. Ceyhun çox gözəl qarmon çalmağı bacarırdı. O, 1989-cu ildə könüllü olaraq ön cəbhəyə yollanır. Ceyhunun ilk döyüş yolu Tərtər rayonundan başlayır. Ağdərənin quldur yuvasına dönmüş Çaylı, Mehmanlı, Umudlu, Kərəmli, Canyataq, Gülyataq, Mannik, Drambon, Çıldıran kəndlərinin azad edilməsində gedən qanlı döyüşlərdə, eləcə də "Qızıl qaya" yüksəkliyinin alınmasında göstərdiyi igidlik Ceyhunun cəsurluğunu, Vətənin hər qarış torpağı uğrunda canını əsirgəmədiyini bir daha sübut etdi.
Ceyhunun son günlərini Gözəl ana belə xatırlayır:
"1993-cü il idi. Dekabrın 29-u Ceyhun əmək haqqısını alıb mənə verib dedi ki, ay anna, süfrə açarsan, dostlarım bizə gələcək. Özüm də bir-iki günə qaydıram. Mən də hər şey bişirib hazırladım. Dekabrın 31-i oldu, Ceyhun gəlib çıxmadı. Mən narahat olduğumdan küçəyə çıxdım. Qonşudan evə qayıdanda qapının ağzında üç polis işçisini görüb onlara tərəf addımladım. Polislərdən nə baş verdiyini soruşduqda onların ikisi pambıq tarlasına tərəf irəlilədi. Qapımın qarşısında qalan bir polis işçisini evə dəvət etdim. O, mənim üzümə baxmayıb, qonşunun evinə sarı addımladı. Qonşunun həyətinə girib ona nə isə dedi. Elə bu vaxt qonşu arvadı saçını yolaraq "vay Qaraşın evi yıxıldı" - deyərək, şivən qopardı. Mən heç nə başa düşmədim. Polisə tərəf yeriyib, ayağını qucaqlayaraq "qurban olum sizə, deyin görüm axı nə olub". Elə bil ki, polisin dili tutulmuşdu. O heç nə deməyib üzümə baxırdı. Elə bu vaxt təcili yardım maşını gəlib düz qapının ağzında saxladı. Maşından Ceyhunun məzarını düşürtdülər…
31 dekabr. 1 yanvar. Beş bacı, tənha ana ilin son gecəsini yas içində - qarşıladılar. "Qardaş" deyib, ağı çəkdilər.
1993-cü ilin may ayından Ağdam rayon polis idarəsində rost-patrul xidməti alayının tərkibində düşmənə zərbələr endirəndə, 26 erməni quldurunu hərbis ursat maşınını məhv edən Ceyhun döyüşçü yoldaşlarının yaddaşında əbədi həkk oldu.
Məğrur, heç nəyə əyilməyən Gözəl ana Ceyhunsuz günlərini yaşayır. Gözəl ananın yeganə təsəllisi Şərəfxanlı qəbristanlığında uyuyan Ceyhunun o soyuq məzarıdır. Bəli, Ceyhun uyuyan o soyuq məzar.
Gözəl anna indii yalnız Ceyhundan sonra qalan bircə oğlu Mehdiyə ümid edir. Mehdi isə öz həyatından şikayətlənir ki, ay ana, niyə Allah mənə atamı da, qardaşımı da çox gördü.
Ceyhunsuz günlərini xatırlayan Gözəl ana isə belə deyir:
Xanımlığımdan xarac oldum
Taxtımdan tarac oldum.
Tənha ananı, 5 bacını gözüyaşlı qoyub getdi Ceyhun!
Lakin Ceyhunun ölümündən sonra da Şərəfxanlılar onun ailəsini yaddan çıxartmadılar. Oxuduğu məktəbə onun adı verildi. Ağcabədi rayon İH başçısı Şamil müəllim Ceyhunun ailəsinə imkan daxilində əlindən gələn köməkliyi əsirgəmir.
Lakin tənha qadının, Gözəl ananın, imkanı olan idarə və təşkilatlardan bircə arzusu, istəyi var ki, oğlunun məzarını düzəltdirməyə kömək etsinlər.
Biz əminik ki, Gözəl ananın bu istəyini həyata keçirən tapılacaq. Çünki Ceyhun Qarabağ torpağı uğrunda canından keçmişdir. Şərəfxanlının yeganə igid, şəhid oğlu Ceyhun!
Dilarə NƏSRƏDDİNQIZI
Əsədov Yaqub
Məhəmməd oğlu
27 dekabr 1965-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kənddində doğulub. 1983-cu ildə Şərəfxanlı orta məktəbini bitirmişib. 1984-1986-ci illərdə Xabarovski şəhərində hərbi xidmətdə olub.
- Xocalı faciəsinə biganə qala bilməzdim. Hadisənin səhəri günü fevralın 27-də Şuşa şəhərində yaranmış könüllü batalyona yazıldım. Şuşanın "Quşçular" deyilən aşağı tərəfinin müdafiəsinə dayandım. Rayonda gedən bütün döyüşlərdə iştirak etdim. Şuşanın İŞĞALININ son günlərinə qədər döyüşdüm. Sonra Ağdamın Ğülablı kəndində tağım komandiri kimi müdafiyədə dayandım. 1992-ci ildə Habil Hüseynovun başçılığı ilə kəşfiyyat qrupu yarandı. Bu, Azərbaycanda ilk kəşfiyyat qrupu idi. Gizir rütbəsində kəşfiyyat qrupu ilə ilk dəfə Kəlbəcərin, "Bilim" düzü uğrunda gedən döyüşlərdə iştirak etdim. Ermənilərin bir çox döyüş texnikalarını məhv etdik. Bir erməni girov götürüb Milli Təhlükəsizlik Komitəsinə təhvil verdik. Sonra həmin kəşfiyyat qrupu ilə Qubadlı rayonunun "Suarası" deyilən yüksəkliyi uğrunda gedən döyüşlərə atıldıq. Ermənilərin bir çox canlı qüvvəsini və texnikasını məhv etdik. Qubadlı rayonunda gedən bir çox döyüş əməliyyatlarında başçılıq etdiyim kəşfiyyat qrupu igidliklə vuruşdu. 1992-cu ildə 2 ay Şəmkir rayonunun Seyifəli deyilən ərazisində, təlim keçdim, sonra Fərrux dağına olan hucumlarda ön sıralarda döyüşdüm. 1993-ci ilin fevral ayında Kəlbəcər rayonunun "Dozlu körpü" deyilən yüksəliyi uğrunda gedən ağır döyüşlərdə qələbə çaldıq.
Düşmənin bir "zirehli", bir "rabitə" maşınını, 3 plumyotunu qənimət kimi götürüb batalyona təhvil verdim. Döyüş dostlarımın bir nəfərini bu döyüşdə itirdim.
Gözlənilmədən bu döyüşdən sonra bizi arxaya, yenidən Şəmkirin "Seyfəli" poliqonuna çağırdılar. Rəhim Dazıyev, Surət Hüseynov və İsgəndər Həmidovla olan münaqişəyə görə bizi - 64 nəfər olan bir bölüyü tərkisilah edib Gəncə həbsxanasına göndərdilər. Hətta R. Dazıyevin belə bir əmri oldu ki, 5 nəfər zabit məhkəməsiz güllələnsin. Müstəntiq bu qərarı yerinə yetirməmişdi. 62 gündən sonra aprelin 13 də günahsız olduğumuz sübuta yetirildi. 1993-cü ildən 1996-cı ilin dekabrın 31-ə kimi 161 nömrəli hərbi hissədə gizir rütbəsində vzvod komandiri kimi xidmətimi davam etdirdim.
1994-cu ilin yanvar ayında Təzəkənd uğrunda gedən döyüşlərdə göstərdiyim şücayətə görə Müdafiyə Nazirliyinin fərxri-fərmanına layiq görülmüşəm. Qarabağ veteranıyam.
Döyüşləri xatırlayarkən bir yerdə qərar tuta bilmirəm. Bütün döyüşlər mənim xatirimdə dərin iz buraxıb, onları unutma çox çətindir.
Mənim üçün ən ağır döyüşlərdən biri Laçın rayonunda olan doyüşdür. Kəşfiyyat qrupu ilə orada olmuşuq. Bizə Təvəkkür və Mürvət komandirlikedirdi. Laçının yerli botoliyanunun komandiri var idi. Çox cəsur və igid bir komandiri Vaçaq kənd orta məktəbinin direktoru idi.
Vaqifin köməkliyi ilə biz erməniləri mühasirəyə aldıq.Vaqifə bu yerləri yaxşı tanı üçün tanıdığı bər birimizi mühum mövqelərdə yerləşdirdi. Ermənilər yaşıl bir çəməndə ağacın altında bir yerə toplanıb istirahət edirlər. Hətta samavar da qaytmışdılar. Elə bil bu torpaq dığaların dədə baba torpaqları idi. Özlərini çox sərbəst aparır, şənlənirlər. Harınlamış ermənilər bizim hücumumuzu gözləmirdilər. Biz dörd tərəfdən onalrın üstünə hücuma geçdik. Təsəvvür edin, bayaqdan özlərini bu torpağın sahibi kimi hiss edən ermənilər necə donuz kimi böyüyurdülər. “Ara musalman kirvə deyə-deyə yalvarırdılar. Biz onlara aman vermədik hamısını məhv etdik. Bir erməni "bayaviki", bir UAZ maşın xeyli sayda döyüş sursatı qənimət götürüb Kəlbəcərdə Zaur Rzayevə təhvil verdik. Həmin döyüşdə biz tərəfdən 6 nəfər şəhid verdik. 60 yaxın ermənilərin meyidi döyüş meydanında qaldı.
İki döyüş mənim xatirəmdə əbədi həkk olunub, Fərrux yüksəkliyi uğurunda gedən döyüşdə bir oğlan var idi. Ağdaş royonundan idi. Özü ilə həmişə bayraq gəzdirirdi ki, Şuşaya ilk bayrağı mən sancacağam. Düşmən gülləsi düz onun xirtdəyindən dəymişdi. O bayrağı neçə başı üstünə qaldırıb son nəfəsinə kimi düşmən üstünə getdiyini unuda bilmirəm. Bir də Qubadlıda gedən bir döyüşü mən heç vaxt unutmayacağam. Lənkərandan bir komandir botalyon var idi. Adı Fərəc idi. Çox cəsur komandir idi. Həmişə qabaqda gedirdi. O, adamın bir botolyonu orada qırdığının şahidiyəm. Iki dağın arasında ermənilərə qan uddurdular. Bir oğlan var idi. Əlində avtomat yana-yana ermənilərin üstünə necə hücum etdiyini gözlərimlə görmüşəm. Təsəvvür edin, bütün bədəni yanırdı. Amma o ermənilərə təslim olmurdu. Bir nəfəri isə yəni həmin oğlanı biz bir gün sonra tapdıq. Sağ qalmışdı. Gətirib xəstəxanaya təhvil verdik. Bütün bədəni yansa da o düşmənlərə təslim olmadı.
Mənimçün ağırdı o günləri xatırlamaq. Hər gecə yuxuda şəhiid olmuş dostlarımı görürəm. Hər gecə sanki, onlarla dərdləşirəm. Onların ruhu qarşısında özümü günahkar sayıram. Çünki onların uğrunda şəhid olduğu o torpaq indi yağı düşmən tapdağı altındadır. Mən o vaxt özümü günahkar saymaram ki, işğal olunmuş torpaqlarımız azad olunsun.
Tağıyev Məmməd
Məlik oğlu
1970-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulmuşdur.
1976-ci ildə Şərəfxanlı kənd orta məktəbinin 1-ci siinfinə qəbul olub. 1986-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.
1988-90-ci illərdə Belorrusiyanın Minks şəhərində hərbi xidmətdə olmuşdur.
Ordudan təxris olunandan sonra doğma Şərəfxanlı kəndinə qayıdır.
Bu elə bir zaman idi ki, artıq Qarabağ müharibəsinin ilk cücərtisi görünürdü. Mənfur erməni qonşularımız Qarabağ iddialarını geniş şəkildə həyata keçirməyə çalışırdılar. Məmməd polis paltarında əlində avtomat Tərkicahan, Quşçular kəndinin keşiyində dayandılar. Yorulmaq billməyən milis dostları Rauf, Seyran, Abbasla birlikdə Dağlıq Qarabağın bir çox kəndlərini gəzir, asayişin keşiyində dayanır . Bir çox döyüşlərdə şücaətlər göstəriri.
Məmmədin ölümü çox gözlənilməz oldu. Bir gün dostları ilə yeyib içməyə gedən Məmməd göldə çimmək qərarına gəlir. Doslarına demədən özünü gölə atır, damarları tutulur. Gölün dibi nohurla dolu olduğu üçün nohur onu suyun dibinə çəkir. Məmmədin cəsədini gölün dibindən iki gün sonra çıxarmaq mümkün olur.
Seyranın dediklərindən: - Məhəmmədlə Ağcabədi RPŞ-də yaradılmış xüsusi qrupla demək olar ki, Qarabağın onlarla kənlərində sükutlarla keşik çəkmişik. Məmməd çox qorxmaz idi. Keşikdə duran vaxt çox ayıq olardı. Hansı kənddə olurduqsa o kəndin sakinləri ilə çox tez mehribanlaşar, onlara ürək-dirək verər, onların gecələr rahat yatması üçün onları arxayın edərdik.
Abbasın dediklərindən: Məmmədlə mən çox döyüşlərdə olmuşam. Çox çətinliklərimiz olub. Ancaq Məmmədin bir dəfə də olsun narazı olduğunu görməmişəm. Həmişə ən çətin postlarda birinci gedərdi. Yoldaşları arasında da çox böyük hörməti var idi. Heyf ondan.
Rafun dediklərindən: İkimiz də bir gündə əynimizə polis paltarı geyinmişdik. Əlimizə bir gündə avtomat götürmüşdük. Meşəli, Quşçular, Kərkicahan, Mərzili və bir çox kəndlərdə onunla birlikdə keşik çəkmişik. Erməniləri görəndə əli gicişirdi.
Təəssüflər olsun ki, biz onu tez itirdik. Bir belə döyüşlərdə ona güllə dəymədi, ancaq gözlənilməz bir ölüm onu haqladı. Onun ölümünün son günündə mən də yanında idim. Dostumu xilas etmək üçün çox çalışdım. Fəqət bacara bilmədim. Məmmədin ölümü ömrüm boyu məni sarsırtdı.

Məmmədov Rauf Əli oğlu
17.07.1969-cu ildə Şərəfxanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Şərəfxanlı kənd orta məktəbinin I sinfinə daxil olmuş - 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1986-cı ildə ordu sıralarına çağrılmış əsgəri xidmətini o vaxtlar qaynar nöqtə olan Əfqanıstan torpağında keçirmişdir. Rafuf hərbi xidmətdə olarkən bir çox ağır döyüşlərdə iştirak etmiş, özünü cəsur döyüşçü kimi göstərmiş, o vaxtlar SSRİ-nin 4 orden və medalları ilə təltif olunmuşdur.
1990-cı ildə Ağcabədi Rayon Polis şöbəsində işə düzəlmiş, 1994-cü ildə Polis Akademiyasına daxil olunmuş, 1996-cı ildə həmin akademiyanı bitirmiş Ağcabədi rayon polis şöbəsində ekspert-kriminalist vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən Ağcabədi rayon Cinayət-axtarış şöbəsinin rəisi işləyir. Polis mayoru Rauf Məmmədov bu gün də asayişin keşiyində ayıq dayanır və cinayətkarlara qarşı yorulmadan mübarizə aparır.
1992-ci ildən Qarabağ savaşı başlayarkən mən də polis nəfəri kimi kənarda qala bilməzdim. Əvvəlcə Martuni (indiki Xocavənd) rayonunun Əmralılar kəndində gedən döyüşlərdə, sonra isə Füzuli, Ağdam bölgələrində vuruşmuşam. O illəri xatırlamaq \mənim üçün çox ağırdı. Könüllü batalyonlar, polis işçiləri gecə-gündüz düşmənlə mübarizə aparırdılar. Onların döyüş təcrübəsi yox idi. Amma vuruşurdular. Yadımdadır. Şuşanın Cəmilli kəndi uğrunda gedən döyüşlərdə mühasirəyə düşdük. Düşmən atəşə tutmuşdu. Biz polis nəfərləri zənginvari döyüşürdük.
Cəmilli kəndinin könüllüləri və biz 20 nəfər polis işçisi mətanətlə vuruşurduq. İki sutka ermənilər aramsız hücum edib bizi əsir götürmək istədilər. Biz təslim olmaq istəmir və mühasirədən çıxmaq üçün vuruşurduq. İki sutkadan sonra Kosalar kəndi tərəfdən bizə kömək gəldi. Biz gecəykən Cəmilli kəndindən Kosalar kəndinə gedən iki qaya arasından su yolu ilə Kosalar kəndinə tərəf keçə bildik. Kosalardan sonra gəldik Şuşaya. Şuşadan da Akara yolu ilə Qubadlıya irəlilədik. Ən dəhşətlisi o idi ki, biz öz paqon yoldaşımızı orada şəhid verdik. Səfər həmin oğlun. Nə qədər cəhd etdiksə, onun cəsədini döyüş meydanından çıxara bilmədik. 5 il Qarabağ müharibəsində döyüşdüm. Ən ağır dəhşətlərin şahidi oldum. Demək olar ki, gecə-gündüz səngərlərdə olurduq. Mənimlə birlikdə milis nəfərləri Seyran Behbudov (Məmməd Tağıyev) da var idi. Neçə-neçə ağır döyüşlərdə Məmmədə güllə dəymədi. Təsadüf nəticəsində göldə boğulub rəhmətə getdi.
Ağırdır, çox ağırdır o günləri xatırlamaq. Əgər bu gün müharibə olarsa, mən silaha sarılmağa hazıram. Neçə-neçə döyüş yoldaşımı itirmişəm. Onların ruhu məni bağışlamaz.
Artıq Ağcabədi Rayon Polis şöbəsində Cinayət-axtarış şöbəsinin rəisiyəm. Rayonumuzun asayişini qorumaq üçün gecə-gündüz çalışıram.
Şərəfxanlı mənim üçün qibləgahdır. Tez-tez demək olar ki, hər gün orada oluram. Bütün kənd sakinləri mənə əzizdir. Doğmadır.
İki oğlum var. 1996-cı ildə ailə qurmuşam. Biri 15 yaşında, biri isə 6 yaşında. Uşaqlarımı hərbi vətənpərvərlik ruhunda tərbiyə edirəm. Onları vətən müdafiəçisi, Vətəni sevən ruhunda tərbiyə edirəm.

Behbudov Seyran
Sərhad oğlu
1967-ci il aprel ayının 20-də Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulmuşdur. 1984-ci ildə Şərəfxanlı kənd orta məktəbini bitirmişdir. 1986-ci ildə hərbi xidmətə yollanmış, hərbi xidmətini Çita vilayətində tank qoşunları hissəsində 1988-ci ildə başa vurmuşdur. Bu müddət ərzində o, nümunəvi əsgər kimi Monqolustan Xalq Respublikasına gəndərilmiş, hərtərəfli bacarığa malik olan bir əsgər kimi özünü göstərmişdir.
1985-ci ildə Ağdam Mexanizasiya Texnukumuna qəbul olmuş, hərbi xidmətdən sonra 1990-ci ildə həmin texnukumu bitirmişdir. Çkalov adına kolxozda avto-mexanik vəzifəsində işləmişdir.
Qarabağ müharibəsi başlayarkən o, könüllü surətdə müharibəyə yollanmış, BMT-2 zirehli döyüş maşınında mexanik-voditel kimi döyüşə atılmışdır.
İlk döyüşü Martuni (indiki Xocabənd) rayonunun Kurapatkin, Əmralılar, Muğanlı kəndlərində 1992-ci ilin əvvəllərində olmuşdur. 776 nömrəli hərbi hissənin nəzdində 40 nəfər təcrübəli döyüşçü içərisində onlardan biri Seyran Behbudov da var idi.
Təcrübəli döyüş sirlərini, hərbi təcrübəsi olan 40 nəfəri seçib, xüsusi kəşfiyyat alayı yaratdılar. Seyran kəşfiyyat qrupunda BMT-2 zirehli maşınında mexanik kimi döyüşə atılır. Bu könüllülər rəhbəri polis rəisi Tofiq Cəfərov idi.
Bakının Pirəküşkül qəsəbəsində tam təlim keçən bu qrup yenidən cəbhəyə yollanır. Bu dəfə onlar Ağdamın Sırxavənd, Ağbulaq, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
...Bu gün o döyüşləri xatırlamaq mənim üçün çox ağırdır. Mən bu döyüşdə mənimlə çiyin-çiyinə döyüşən bir çox dostlarımı itirdim... Canlara dəyən oğlanlar idi. Bundan başqa, bir çox cəbhə dostlarım var ki, onlar bu gün də mənimlə tez-tez görüşür. Bakıdan Seyid Mirqasım, Ağcabədi rayonunun Hacıbədəlli kəndindən Mürşüdov hazırda Bakı şəhərində yaşayır.
Sonradan Ağdamın Güllücə, Taprəvənd, Şotlanlı, Seyidlər kəndləri uğurunda gedən döyüşlər mənim xatirəmdən heç vaxt silinmir. Gecə-gündüz yağı düşmənə qarşı mətinliklə vuruşmuşdur.
1993-cü ilin mart ayında məni mülki polis sıralarına götürüblər. Ağcabədi rayon polis şöbəsinə işə düzəldim. Mənim polis şöbəsinə gəlməyimə əsas səbəb rota komandirim Xəqani Sadıqov olmuşdu ki, o mənim döyüş yolumla çox maraqlanırdı. O vaxt cəsur döyüşçülərdən xüsusi polis dəstələri düzəldirdilər. Mənim də necə döyüşməyim onlara məlum olduğu üçün heç də fikirləşmədən məni Ağcabədi polis şöbəsinə qəbul etdilər.
1993-cü ildən Ağcabədi rayon polis şöbəsinin tərkibində mən Ağdam rayonunda, Füzuli uğrunda gedən döyüşlərdə bir polis işçisi kimi vuruşmuşam. Həmin polis şöbəsinin 200-dən çox polisi ilə birlikdə biz demək olar ki, bütün döyüşlərdə iştirak etmişik. Postlarda durar, döyüş vaxtı isə döyüşə atılardıq.
Ağdam rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə bir çox döyüş yoldaşlarımı itirdim. Hacıbədəlli kəndindən olan Füzuli adında döyüş yoldaşımı Pirin yanında vurdular. Biz iki bölüyə bölünmüşdük. Bir hissəmiz Aranzəmin istiqamətinə, o biri hissəmiz isə Nazçıvanik istiqamətinə nəzarət edirdik. Bu vaxt Əsgəran istiqamətindən ermənilərin iki vertolyotu qalxdı qayaların üstündəki pir istiqamətinə tərəf. Döyüş vertolyotları atəş açmadı, onlar elə bildilər ki, buradakılar ermənilərdir. Keçib Aranzəmin, Pircamal və Gülablı kəndlərni bombalayıb qayıtdılar. Sonra ermənilər başa düşdülər ki, biz döyüşərək bu postu onlardan götürmüşük. Tanklardan zirehli maşınlardan həmin yüksəkliyi atəşə tutmağa başladılar. Tank mərmisinin biri biz olduğumuz qayaya dəydi. Bir neçə yoldaşımızı yaraladı. Və Füzuli orada şəhid oldu. 21 nəfər qalmışdıq. Bizim mühasirədən sağ-salamat çıxmağımıza Ağdamın Novruzlu kəndindən olan tank komandiri Rəhman adında oğlan çox böyük risqə atıldı. Ermənilər bir tankı vursa da, o, geri çəkilmədi və bizi mühasirədən çıxardı. Başqa bir yoldaşımız da bu döyüşdə şəhid oldu. Onun meyidini 4 gündən sonra oradan çıxara bildik. Bu oğlanın adı Sarvan idi, Ağcabədi rayonunun Muğanlı kəndindən idi. Bu gün bu epizodları xatırlayarkən sanki özümü günahkar hesab edirəm. Elə bilirəm ki, onların ruhu bizi qınayır. Çünki bu müharibədə biz məğlub olduq. Ancaq bu müharibədən 20 il keçməsinə baxmayaraq, bizdə döyüş ruhu bu gün də çox yüksəkdi. Əgər yenidən müharibə olarsa, mən və döyüş yoldaşlarım silaha sarılmağa hazırdır.
Mənim artıq 45 yaşım var. Bu gün möhtərəm prezidentimiz əmr versə, mən və döyüş yoldaşlarım heç də fikirləşmədən yenidən öndə getməyə hazırıq. Nə qədər ki, torpaqlarımız erməni işğalındadır, bizi o şəhidlərin ruhu bağışlamaz. Başımızı dik tuta bilmərik. Həmişə döyüşməyə hazırıq.

Kəndimizdə tanıdıqlarım
Vallah, tarix özü də insanların yaşadığı vaxta, zamana, məkana münasibətdən yaranır. Bir kəndin tarixindən yazmaq elə millətin, dövlətin tarixini əbədiləşdirmək qədər şərəfli bir işdir. Bu təşəbbüsü yüksək qiymətləndirir və kəndimizin adamları haqqında eşidib, gördüklərimi kağıza köçürürəm.
Bizim kəndimiz Şərəfxanlı, tayfamız da Şərəfxanlılar tayfasıdır. Tayfanın görüb tanıdığım ağsaqqalları bunlardır: Tağızadə kişi, Adıgözəl kişi, Həsənalı kişi, Həsənqulu, Əmaməli İzzət, demokrat İzzət, Xanalı, .... Fətulla, Molla Qulu, Alı kişi, Əlaslan, İsmayıl, Zeynal kişi, ordubatıq, İzzət, Mıkı Məhəmməd, Məhəmmədhəsən, Əmirhüseyn, ağbirçək Fatı arvad, Sona xala, Vəsmicahan, Müşəccər, Mülayim arvad, Münəvvər, Sərvinaz nənə, Firəngiz arvad, Zöhrə xala, Güldəstə, Nübar xala, Səmayə, Sitarə, Sitarə, Mənsümə xala, .... Mənzər, Ağgül, Durna xala, Balaxanım, Ayna Bağdagül, Xurşud arvad, Dilarə, Manya, Tamaşa xala, Hamayıl, Pəri xala, Səmayə, Tavar xala, Güllü arvad, Bahar xala.
Sonra gələnlər, Məhəmməd kişi, Molla Rəhim, Qəssab Rasim, Qara Musa, Əvəz, kassir Əliş, uzun İnqilab, Zöhrəoğlu Məhəmməd, İsa, Saldatəli, Şofer Fərman, nubar oğlu Yusif, Sərhad, qarabığ Heydər, buxalter Məlik, Qənbərov Əjjub, Səttar, Musa kişi, deputat İnqilab, Elşən, Silyan, Qara kişi,- kimləri deyim.
İndi bu dünya bizi də rəndələyib, rəndələyib gətirib qoyub ağsaqqallar sırasına. Vallah, nə qədər baxıramsa bizim tay-tuşlarımızın arasında pisini görmürəm. Elə özümü tanıyandan onları da öz torpağına bağlı olan, hədsiz vətən sevgisinə malik insanlar kimi gördüm. Öz obalarının rifahı üçün onlar kəndin bir övladı kimi əllərindən gələni əsirgəmədilər.
Daimi bu kənddə yurd saldılar. Şərəfxanlı kəndini inkişaf etmiş ziyalılar məskəninə çevirdilər.
Kəndimizi rayonumuzun başqa kəndlərindən fərqləndirən cəhətlərdən biri odur ki, burada insanlar çox mehriban, xeyirdə, şərdə birgə iştirak edən, qonaqpərvər, milli dəyərləri özündə birləşdirən və demək olar ki, bu kənd əhalisi hər bir evi özününkü bilir və çətində də, xoş gündə də bir yerdə olurlar.
Qonaq gəlsən bu torpağa,
dostlar sənə əl verər.
Qızlar səni qarşılayar,
dəstə-dəstə gül verər.
Qocası da, cavanı da,
ürəyini, bil verər,
Onunçün də el içində
vallah, Şərəfşanlıyam,
Ünvanımı sorursansən,
bil ki, Şərəfxanlıyam.
 

Tağızadə kişi
Onu hamı Tağızadə kişi deyə çağırırdı.
Adı Məmməd, soyadı isə Tağızadə idi.Tağızadə kişi bu kənddə ilk kök salanlardan idi. Təkcə Şərəfxanlı kəndində deyil, o, ətraf kəndlərdə, rayonda, hətta respublikada tanınırdı.
Məmməd Tağızadə 1897-ci ildə Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuşdur. Gənc yaşlarından o da iş tapmaq üçün 1915-ci ildə Bakı şəhərinə gəlir. Bakı şəhərində neft mədənlərində fəhlə kimi işə düzəlir. Sonra usta köməkçisi, usta vəzifələrində çalışır.
İnqilab dalğası o vaxt beynəlmiləl şəhər olan Bakıdan yan ötmür. O, ictimai-siyasi hadisələrdə fəal iştirak edir. Görkəmli inqilabçılarla o cümlədən Nəriman Nərimanovla görüşür azadlıq hərakatının fəal üzvlərindən olub, xalq arasında böyük nüfuz sahibi olur.
1925-ci ildə "iyirmibeşminçilər" sırasında Astarxanbazar rayonuna kolxoz sədri göndərilir. O vaxtlar Bakı fəhlələri ucqar rayonlara göndərilirdi. Tağızadə kişi Astarxanbazar (indiki Cəlilabad rayonu) rayonunun, Pokrovka, Novoşina, Andrejevka, Dünyamalılar, Alar kəndlərində kolxoz quruluşunun fəal üzvlərindən olur. 1937-ci ilə qədər bu rayonda işləyir. Böyük nüfüz sahibi olur. Həmin il bir uşaqlı qadına 3 kq buğda verdiyinə görə ( dövlət əmlakını dağıtmaq maddəsi ilə həbs olunur. 6 ay yatmamış amnistiyaya düşür. Ağcabədi rayon MTS-nın direktoru təyin olunur. Sonra isə "komintern" kolxozunda sədr və daha sonra isə Ukalov adına kolxozda ömrünün sonuna qədər inşaat briqadiri işləyir.
Onu Şərəfxanlı kəndində hamı zəhmli, sözü bütöv, əqidəsi düz, zəhmətkeş bir insan kimi tanıyırdı. Danışanda həmişə el məsələləri, bayatılardan istifadə edərdi. Bu kənddə demək olar ki, bütün ictimai-sosial binaların əsasını o qoymuşdur.
Kəndin məktəbi, klubu, tibb məntəqəsi, mağaza və bir çox tiklilər bu kişinin adı ilə bağlıdır. Kənddə ilk artezin quyusunu da qazdırmışdır. Respublika qəzetlərində "Kommunist", "Sovet kəndi" rayon qəzetləri olan "Sürət"də onun şərəfli həyat yolunu əks etdirən xeyli maraqlı yazılar dərc olunmuşdur.
Tağızadə Məmmədin 10 övladı olmuşdur. Övladlarının hamısı ali təhsil almışdır. Böyük oğlu Məlik uzun müddət Hindarx kənd Texnika Birliyinin baş mühasibi, Tağıyev Şənhəyat Şərəfxanlı kənd orta məktəbinin direktoru, Tağıyev Hidayət isə ukalov adına kolxozun baş zootexniki işləmişlər. Qəribəsi budur ki, Tağızadə kişinin sonbeşiyi Nəriman doğulanda onun 73 yaşı olmuşdur.
Tağızadə kişinin 1970-ci ildə vəfat etmişdir.
Əliyev Məhəmməd
Adıgözəl oğlu
1926-ci ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub.1971-74-cu illər Ağdam Kənd Təsərrüfatı texnikumunda oxumuşdur.
Uzun illər kənd təsərrüfatının müxtəlif sahələrində çalışmışdır. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 12 dekabr 1973-cu ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Əmək bayrağı ordeni" ilə,1975-ci ildə "Kənd Təsərrüfatının inkişafında nümunəvi xidmətinə görə" gümüş medalla 1986-cı ildə "Əmək veteranı", "Böyük Vətən Müharibəsi veteranı" medalları ilə təltif olunmuşdur.
Gözümüzü açandan Məhəmməd kişini pəhləvan kimi tanımışıq. Pəhləvan cüssəli, qorxmaz, cəld və çevik bir kişi idi. Hətta deyərdilər ki, bir dəfə kəndə gələn bir pəhləvanla güləşmiş, onun kürəyini yerə vurmuşdur.
Məhəmməd kişi əsl el ağsaqqalı idi. Elə bir xeyir-şər olmazdı ki, Məhəmməd kişi orada olmasın. Ağır, həlim olmayan problemlərdə, elçiliklərdə, toyda nişanda bu kişinin zamin durması, bir kəlmə sözü hər şeyi həll edərdi. Onun mətinliyinin, cəsurluğunun ağsaqqal müdrikliyinin sorağı bütün Qarabağ obasında dillə söylənərdi.
Əvvəllər "Şofer Məhəmməd" adı ilə (kənddə ilk maşını o idarə edirdi) Qarabağ diyarını qarış-qarış gəzmiş, o vaxtlar bir tərəfi tərəkəmə olan Şərəfxanlı camaatının bütün ağrısını öz çiyinlərində daşımışdır.
Bir sözü iki olmazdı Toylarda həmişə "Padişah" olardı. Onun padişahlıq etdiyi toylarda bir adam səsini çıxarmazdı.
Kənar kəndlərdən bəzən dəliqanlı cavanlar toyda şuluq salmaq istəyərdilər. Bu zaman "padişah" meydana sıçrayar və yeri düşəndə yumruq davasından çəkinməzdi.
Mən deyərdim ki, 40-cı illərdən ta bu günə qədər Şərəfxanlı kəndinin cavanlarının xoşbəxt ailə həyatı məhz bu kişinin xeyir-duası nəticəsində hayata keçirilib .
Qəbrin nurla dolsun, Məhəmməd kişi!
Dəqiqliyi sevən mütəxəssis
Xasay Həsənalı oğlu Əliyev
X. Əliyeva 1926-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. Hindarx kənd 8 illik məktəbı, Ağdam ikiillik mühasibatlıq məktəbini, sonralar isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "İqtisadiyyatın əsasları" fakultəsini bitirib. Əmək fəaliyyətinə 1944-cü ildə Ağcabədi rayonunun Kəhrizli kəndindəki kolxozda baş mühasib kimi başlayıb. Sonraki dövrlərdə Ağcabədi rayonunun Boyat, Hindarx və Hüsülü kəndlərindəki kolxozlarda baş mühasib, rayon İstehsalat İdarəsinin baş müvəttişi, baş mühasibi vəzifələrində çalışıb. 1960-cü ildə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin qərarı ildə bacarıqlı mütəxəsis kimi Ağdam rayonuna göndərilib. Elə həmin ildən də Ağdam rayon Kənd Təsərrüfatı İdarəsində baş mühasib vəzifəsində çalışmış, 1966 - ci ildə isə irəli çəkilərək rayon Aqrar Sənaye Birliyində plan-maliyyə idarəsinin rəisi təyin edilir. 1993-cu ilin oktyabr ayınadək, yəni 27 il fasiləsiz bu vəzifəni icra etməklə rayonun iqtisadi həyatına bir başa rəhbərlik etmişdir.
İstər Ağcabədi də, istərsə də Ağdam da işlədiyi dövrdə rayonun kolxoz, sovxozlarının, istehsalat müəssisələrinin iqtisadi inkişafı üçün çalışmışdır. Öz işinin bilizisı olduğu üçün təsərrüfat rəhbərləri onunla məsləhətləşər və dəyərli tövsiyyələr alardılar. O, iş prinsipində dəqiqliyə olduqca çox önəm verərdi. Onun fəaliyyəti keçmiş Sovetlər höküməti tərəfindən yüksək qiymətlədirilib. Müxtəlif vaxtlarda "Lenin", "Qırmızı Əmək Bayağı" ordenləri, "Şərəf Nişanı", "Böyük Vətən müharibəsi dövründə rəşadətli əməyə görə", "Qələbənin 20 illiyi", "Qələbənin 40 illiyi", "Əmək veteranı" medalları və bir neçə qiymətli mükafat və təltiflərə layiq görülüb. 1988-ci ildə Moskvada keçirilmiş SSRİ kənd təsərrüfatı işçiləri qurultayının nümayəndəsi olub.
Ağdamın işğalından sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşan Xasay kişi burada da öz sevimli mühasibatlıq peşəsindən ayrılmadı. 1994-cu ilin yanvar ayından Azenirjı Dövlət Şirkətinin Layihə İnsititunda baş mühasib, 1995-ci ilin noyabr ayından isə Azenirjı Dövlət Şirkətınin Baş Nəqilliyyat Birliyində maliyyə şöbəsınin rəisi vəzifələrındə çalışıb. Bakıda çalışdığı müddətdə də hər il mükafat və təltiflərə layiq görülüb. 2002-ci ilin dekabr ayında isə təqaudə çıxıb.
Səmimiyyəti, vicdanlı əməyi və düzgünlüyü ilə hər iki rayonda, hətta Bakıda çalışdığı kollktivdə də böyük nüfuz qazanmışdır. Həm Şərəfxanlı kəndində, həm də Ağdamda yaşadığı müddətdə evi həmişə qonaqlı-qaralı və çoxları üçün ümid yeri olub. Ona müraciət edənlərə imkanı daxilində köməkliyini əsirgəməyib. Hər iki rayonda saysız-hesabsız dostları var idi.
Xasay kişi bacarıqlı mütəxəssis, səmimi dost olmaqla yanaşı həm də qayğıkeş ata idi. O səkkiz övlad, 19 nəvə və 10 nəticə sahibi idi. Böyük oğlu Surxay Əlibəyli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və 10 yaxın kitabın müəllifidir. Onun imzası Qarabağsevərlərə yaxşı tanışdır. Bir qızı həkim, iki qızı müəllimədir. Kiçik oğlu Etibar Toğrul isə dörd kitab müəllifi və "Hüquqi Cəmiyyət" qəzetinin baş redaktorudur. Nəvələrindən səkkizi ali təhsillidir. Onlardan biri politoloq, üçü həkim, dördü isə müəllimlik ixtisasına yiyələnib. Nəvəsi Altay Əliyev uzun illər Azərbaycan Televiziyasında idman şəhçisi işləyib, sonbeşik nəvəsi Xasay orta məktəbin 5-ci sinifində oxuyur və əlaçı şagirdir.
Xasay Əliyev 2008-ci ildə haqq dünyasına qovuşub.
 
 
 
Tağıyev Məlik
Məmməd oğlu
1927-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. Məliyin atası Tağızadə Məmməd uzun müddət Bakı neft mədənlərində çalışıb. Bakıda baş verən inqilabi proseslərdə fəal iştirak edib.
Məlik orta məktəbi bitirdikdən sonra Hindarx Maşın Traktor sexində əvvəl fəhlə, sonra çilingər vəzifələrində işləyib. Sonra qiyabi yolla Kirovabad Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat mühasibat fakültəsini bitirmişdir. Mühasib kimi ilk fəaliyyətini Hindarx MTS-da başlayıb.
Baş mühasibin köməkçisi və sonra ömrünün axırına qədər baş mühasib vəzifəsində işləyib.
1970-ci ildə vəfat edib.
Hindarx kəndi rayonun ən böyük kəndidir. O vaxt burada fəaliyyət göstərən MTS yeddi rayonu əhatə edirdi. Belə böyük bir müəssisədə Məlik özünü bacarıqlı, xeyirxah bir mütəxəssis kimi göstərib. Böyük nüfüz sahibi olub. Təkcə yaşadığı Ağcabədi rayonunda deyil, bütün respublikada öz səmimiliyi və xeyirxahlığı ilə tanınıb.
Məlik həm də poeziya və saz həvəzkarı idi. Saatlarla şeir deyər, həm də saz ifa etməkdən yorulmazdı. Məclis adamı idi. Həmişə toy-düyündə olardı.
Vaxtsız ölüm onu arzularının həyata keçirilməsinə qoymadı.

Əliyev İnqilab
Adıgözəl oğlu
1936-ci ilin iyul ayının birində Ağcabədi rayonunu Şərəfxanlı kəndində doğulmuşdur.
Öz yaşıdları kimi onun da uşaqlığı adi kənd şəraitində keçmişdir. Başqa kənd uşaqları kimi o da səhər lap tezdən durar, çantasına bir parça çörək, bir az şor qoyar, axşama kimi qoyun- quzunun dalınca çöldə, bayırda olardı. Məktəbə də həvəs göstərə bilmirdi. Ailə böyük, dolanışıq çətin idi. Ailə üzvlərinin hərəsi bir işlə məşğul olmalı idi.
İnqilab kişi gənc yaşlarından texnikaya böyük həvəs göstərir. "Traktorçuluq" kusuna yazılır.
Tezliklə Çkalov adına kolxozda traktorçu kimi pambıq sahələrində əmək fəaliyyətinə başlayır.
Öz işi, bacarığı ilə diqqəti cəlb edir. Qarşısına qoyduğu öhtəlikləri artıqlaması ilə yerinə yetirir. Artıq onun hünərinin səs-sədası rayon miqyasından kənara çıxır.
1966- ci ildə respublikada keçirilən gənc mexanizatorların yarışmasında İnqilab birinci yerə çıxır. AzLKGMK-nın 25 dekabr 1966-ci il tarixli fərmanı ilə "İlin ən yaxşı gənc mexanizatoru" adına layiq görülür.
Artıq onun qarşısında geniş üfüqlər açılmağa başlayır. Maşınla pambıq yığanların yarışına qoşulur. Birinci il böyük uğur qazanır. Qarabağda maşınla ən çox pambıq yığan mexanizator olub. XXII SSRİ Ali Sovetinin qurultayına nümayəndə seçilir. Qurultaydan böyük təəssüratlarla qayıdır. İmkanlarından daha səmərəli istifadə etməyə çalışır.
1962-ci ildə Sovet İKP-MK sıralarına qəbul olunur.
1976-ci il yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilir.
Yenidən 1971-ci ildə Sov. İKP-nin XXIV qrultayına nümayəndə seçilir.
1973-cü ildə qiyabi yolla Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1976-ci ildə oranı bitirib.
1973-cü il Azərbaycan SSR Ali Sovetinin 13 iyun fərmanına əsasən "Maşınla pambıq yığımı ustası" fəxri adına layiq görülür.
İnqilab Əliyevin hünəri dövlətimiz tərəfindən çox yüksək qiymətlədirilib. O iki dəfə "Lenin ordeni", "Əmək bayrağı" ordeni bir neçə sosializm yarışının qalibi, "Kominist əməyi zərbəçisi", iki dəfə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin xüsusi diplomları və qalib döş nişanları, dövlət mükafatı lauryatı kimi fəxri adlara, orden və medallara layiq görülmüşdür.
O qurultaya nümayəndə olduğu müddətdə SSRİ Xalq Nəzarəti Komitəsinin üzvü, Azərbaycan SSRİ Ali Soveti təftiş komissiyasının üzvlərindən biri olmuşdur.
Kəndimizdə orta məktəb olmadığına görə biz VIII sinifi bitirib qonşu Hindarx kənd orta məktəbində oxumalı idik.
Hindarx kəndi bizim kənddən 2 km aralıda yerləşirdi. O vaxtlar mmaşın qıtlığı olduğu üçün biz həmin məsafəni piyada gedirdik.
Yol boyu göz uzandıqca pambıq tarlaları idi. Biz hər gün dərsə gedərkən kolxozçuların sahələrdə necə əlləşdiyini görürdük. Qadınlar və qızlar başlarını aşağı salıb, axşama qədər pambıq kollarını alaqdan təmizləyirdilər. Bir sözlə sahələrdə insanlar "qarışqa" kimi ora-bura qaçışırdılar. Çox ağır zəhmət tələb edirdi pambıq yetişdirmək.
İnqilab kişini o vaxtlar biz ideal bir qəhrəman kimi tanıyırdıq. Bu bir az arıq,qarayanız, möhkəm bədənli insanı görəndə, zümüzü itirərdik.
Elə bilirdik ki, qəhrəmanlar başqalarından nə iləsə fəqlənir.
Pambıq cərgələri arasında onun becərmə traktorunda əyləşib neçə işləməsi, bir də onun kolxozçularla söhbətləri mənim yaddaşımda əbədi iz salıb. Görünüşdə bir cür idi. Kombinzon paltarda, hərəkət edərkən o sanki, bütün texnikanı özünə cəlb edirdi.
Pambıq yığımı zamanı biz bir tərəfə çəkilib ağ örpəyə bürünmüş pambıq cərgələrini öz "dəmir atı" ilə necə təmizlədiyini saatlarla izlərdik.
Bütün qəzetlər, radio və televiziya onun haqqında yazır penortajlor hazırlayırdılar. Biz onun hünər göstərməsini öz gözlərimizlə görürdük. Qoşqu qoşulmuş traktorlar çatdıra bilmirdi. Sahənin hər iki başında hazır vəziyyətdə dayanırdılar.
Ən unudulmaz yadda qalan xatirələr Ulu Öndərimiz Heydər Əliyevin tez-tez onun sahəsinə gəlib onunla səmimi görüşməyi, tez-tez əlini onun kürəyinə vurmağı idi.
Heydər Əliyev bu torpağa gələrkən ilk dəfə onu qarşılayanlar arsında kəndin ağsaqqalarından olan qocaman təsərrüfatçı İnqilabın atası Adıgözəl kişi olardı. Heydər Əliyev Adıgözəl kişini görən kimi onun qabağına çıxıb səmimi əl tutar. "Ağsaqqal bu il məhsul necə gözlənilir" - soruşardı. Adıgözəl kişi də bir ağsaqqal təkəbbürü ilə ona geniş məlumat verər, onu bütün vəziyyətdən hali edərdi.
Yadımdadır, növbəti səfərlərinin birində Heydər Əliyev İnqilabın sahəsində olarkən Adıgözəl kişini görmədi. Adıgözəl kişi xəstə yatırdı. Ulu öndər onun harada olması, vəziyyəti ilə maraqlandı. Vəziyyəti biləndən sonra lazimi göstərişlərini verdi.
H. Əliyev inqilaba çox böyük ümid bəsləyirdi. Onun uğuruna inanardı. Onu "Qarabağın Sərdarı" adlandırmışdı. (Sərdar Şirəliyev sosialist əməyi qəhrəmanı, sürücü mexanikdi.)
Təsadüfü deyil ki, SSRİ Ali sovetini XXIII-XXIV qrultayına onun namizədliyini irəli sürmüşdü. Bütün bunlar bizə imkan verir ki, biz İnqilabı ideal qəhrəman kimi görək, onunla fəxr edək, öyünək.
Hər dəfə o SSRİ Ali sovetinin qurultayından qayıdarkən kənd camaatı onun başına toplanar, o da maraqla, həvəslə özünün qurultay təəssüratından camaata danışardı.
Biz də boynumuzu büküb marağla onun söhbətlərinə quulaq asardıq.
İnqilab Əliyev bütün ömrünü təssərrüfatda keçirtdi. Əkib, becərməkdən yorulmurdu. Həmişə onu tarlalarda görmək olardı.
O həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı Suğra xanım olduqca mülayim, qayğıkeş bir insan idi. Həyat yoldaşı İnqilabla o da gecə-gündüz çalışırdı. Həyatın çətin günlərində onunla çiyin-çiyinə dururdu.
Bütün bu çətinliklərə baxmayaraq onlar 9 övlad böyütmüşdülər. Övladları da ataları ilə çiyin-çiyinə verib gecə-gündüz pambıq tarlalarında olardılar.
İnqilabın övladları:
1. Əliyeva Nəcibə
2. Əliyeva Naibə
3. Əliyeva Aytəkin
4. Əliyev Təvəkkül
5. Əliyeva Tamella
6. Əliyev İlham
7. Əliyev İbadət
8. Əliyev Elbrus
9. Əliyev Eldəniz
Ömrünün axırlarına yaxın İnqilab kişi fermer kəndi təsərrüfatının rəhbəri oldu.
Kolxoz quruluşu dağılandan sonra öz torpaq sahəsində əkin biçinlə məşğul olmağa başlayır.
Pambıqçılıq sahəsində həmişə birinci yerlərdə gedən 100 min tona qədər pambıq təhvil verən Ağcabədi rayonunda pambıqçılıq qismən saxlanılmışdır. Fermer təsərrüfatları əvvəlki dövrlərdə olduğu kimi pambıq becərə bilmişdilər.
2000-ci ildə yenidən Ağcabədi torpağında olan Ulu H. Əliyev bu rayonun əvvəlki nailiyyətləri haqqında geniş danışdı. Panbıqçılıq sahəsinə toxunarkən o Ağcabədinin qabaqcıl təsərrüfata malik olan pambıq ustalarından danışdı. "Hanı İnqilab Əliyev, bütün respublika onun qabaqçıl iş təcrübəsindən istifadə edirdi. O, Qarabağın Sərdarı idi. Onun həyatı pambıqçılıq məktəbi idi. Niyə onun təcrübəsindən istifadə etmirsiniz?".
Həmin vaxt İnqilab Əliyev ağır xəstə idi.
"DƏMİR ATLI"
QƏHRƏMAN
Redaksiyanın tapşırığı ilə Ağcabədi rayonuna ezam olunmuşdum. Məqsədim Azərbaycan SSR Ali Sovetinin deputatı, sürücü-mexanik, öz hünəri ilə respublikaya səs salmış İnqilab Əliyev haqqında geniş bir yazı yazmaq idi. Onun işlədiyi Çkolov adına kolxoza yollandım.
Rayon mərkəzindən kolxoza 20 km-dən çox yoldur. Kolxoza yollanarkən yolqırağı əməkçilərin pambıq tarlalarında necə çalışdıqlarının şahidi olurdum. Burada aləm bir-birinə qarışmışdı. Bir nəfər bekar adama rast gəlmək mümkün deyildi.
Şərəfxanlı kəndinə yaxınlaşarkən yol qırağında pambıq sahəsinin kənarında 10-12 yaşlı bir uşaq gördüm. Yaxınlaşıb İnqilab Əliyevi tanıdığını və onun hansı sahədə pambıq yığıldığını soruşdum.
- Geroy İnqilab dayını deyirsən? Onu kim tanımır ki, o, dəmir maşınla respublikamızda ən çox pambıqyığan sürücü-mexanikdi. Dayı, bilirsən, o, həm də deputat seçilib.
Təəccüblə uşağın üzünə baxdım. Ondan belə cavab gözləmirdim. Uşağın bələdçiliyi ilə İ.Əliyevin pambıq sahəsinə yollandım. Gördüyüm mənzərə məni çox heyrətləndirdi. Bəlkə, kənd adamı üçün bu adi bir şey idi. Ancaq, şəhərdən gəldiyim üçün gözlərim önündə baş verənlər məni hədsiz dərəcədə təəccübləndirdi.
Pambıq sahəsinin kənarında iki "Belarus" markalı traktor və həmin traktorlara qoşulmuş iki-iki lafetlər gördüm. Bir nəfər lafetin üstündə lafetə tökülmüş pambığı ayaqlayırdı.
Kənarda qoca, uca qamətli bir ağsaqqalın ona-buna göstəriş verdiyinin şahidi oldum.
Qoca mənim nabələd olduğumu görüb mənə yaxınlaşdı. Çox sağlam görünürdü. Uzun boylu, gur saçları var idi. Qızmar günəşin altında sifəti qəribə bir rəng almışdı.
Gəlişimin məqsədini bilirdim. Gülümsədi, əlindəki qəlyanından dərin bir qullab vurub sahənin o başını göstərdi:
Ay oğul, görürəm nabələdsən. İnqilabı bir yerdə tapmaq olur ki, o dey, uzaqdan gələn onun pambıqyığan maşınıdır. Amma inanmıram ki, vaxt tapıb səninlə söhbət etsin.
Mən, çaş-baş qaldım. Nə edəcəyimi bilmədim. Qoca mənim belə hala düşdüyümü görüb: Oğul, şəhərdən gəlmisən, gəl keçək, lafetin yanına bir stəkan çay iç, sonra hər şeyi öz gözlərinlə görəcəksən.
Qoca elə inamla, səmimi danışırdı ki, onun sözündən çıxa bilmədim. Fürsətdən istifadə edib İnqilab barəsində ona bir neçə sual vermək istədim.
- Oğul, mən İnqilabın atasıyam. Adım da Adıgözəl kişidir. Özüm uzun illər bir çox kolxozlarda sədr işləmişəm. İndi o yaşım deyil. Ancaq insanların bu cür həvəslə işləməsini görüb kənarda qala bilmərəm. Elə burada pambığın itkiyə verilməməsinə nəzarət edirəm. Bax, görürsən, uzaqdan yan-yana düzülmüş pambıq yığan maşınları (Qoca əli ilə uzaqdan sanki pambıq cərgələrini ağzına almış yan-yana bizə tərəf gələn pambıq yığan maşınları göstərdi). O birinci maşın oğlum İnqilabındır ki, sən onunla maraqlanırsan, o birisi oğlum Məhəmmədin, o birisi oğlum Silyanın, o birisi isə oğlum Şamilindir. O biri oğlanlarım, nəvələrim başqa sahədə pambıq yığırlar. Hərəsi gündə 100-150 kq pambıq toplayırlar. Ay oğul, bu pambıq yığımı ki, var, bu iki ay müddətində biz nəsillikcə gecəni, gündüzü sahələrdə keçiririk. Axı ağ qızıl bu torpağın sərvətidir. Torpağın sərvətini itkiyə vermək olmaz. Adıgözəl kişinin bir ağsaqqal kimi fəxrlə danışmağı məni çaşdırdı. Özüm də bilmədən məni maraqlandıran ünvana düşmüşdüm.
Bayaq uzaqdan gördüyüm maşın karvanı sahənin kənarına yaxınlaşdı. Sahənin kənarında olanlar tez ora-bura qaçışmağa başlayırdılar. Adını eşitdiyim, özünü televiziya ekranında, qəzetlərdə gördüyüm qəhrəmanım İnqilabın pambığyığan maşını sahənin kənarında dayanmış "lafetlərin" birinə yaxınlaşdıq. İnqilab cəld hərəkətlə dolu bunkeri lafetə boşaltdı. Yerə atıldı. Əlini əlinə sürtərək, bizə tərəf addımladı.
Mən, onu başqa cür təsəvvür edirdim. Elə bilirdim ki, qəhrəmanlar adi insanlardan tamam fərqlənirlər. Ancaq gözlədiyimin əksi oldu.
Onun əynində kambinzon var idi. Orta boylu, arıq cüssəli, gur saçları və bu gur saçların alın hissəsinin ortasında bir ton ağ tük onun xarici görünüşünə xüsusi bir qəribəlik verirdi. Qızmar günəşin isti şüaları onun sifətini şabalıdı rənginə boyamışdı.
Əl tutuşdu. Gəlişimin məqsədini bilib, gülümsədi:
- Mən, nə deyə bilərəm ki, mən heç də hünər göstərməmişəm. Hamı necə, mən də elə. Bir-bir pambıq sahəsinin kənarına yaxınlaşan pambıqyığan maşınlardan düşən insanlar bizi dövrəyə aldılar. Ehtiramla mənimlə görüşdülər. Adıgözəl kişinin gur səsi eşidildi.
- Ay oğul, gəlin bir sətkan çay için, sonra danışarsız.
İnqilab ehtiramla atasına:
- Dədə, qonağa yaxşı bax, heç yerə buraxma. Vaxtım yoxdu.
Sonra o birilərinə göstəriş verdi.
Artıq hava qaralmasına baxmayaraq hələ də sahədə bir canlanma var idi. Pambıqyığan maşılar bir-bir cərgələrin arasından öz yüklərinin boşaldır və onlar üçün ayrılmış sahədə sıralanırdılar. İnqilab Əliyev axır ki, son göstərişlərini verib mənə yaxınlaşdı.
- Bacıoğlu- dedi. Bağışla ki, sənə vaxt ayıra bilmirəm. Hər şeyi özün görürsən də. Mən sənə əlavə nə deyə bilərəm? Sonra İnqilabla bir az aralıda ağacın altında dayanmış dövlətimiz tərəfindən verilmiş "Moskviç 412" markalı maşına əyləşdik. Mən buradan hara gedəcəyimi bilmirdim. Biz oradan çıxandan sonra mən başqa bir mənzərəyə düşdüm.
İnqilabın tarla düşərgəsində qəribə bir canlanma var idi. (Axı o həm də təsərrüfat briqadiri idi.) İnqilab cəld maşından düşün navesdəki insanlara yaxınlaşdı. Burada iri bardanlar ağzına kimi panbıqla dolu idi. Kolxozçular navesin altında sıraya düzülüb bu gün yığılan qızılı təhvil verdilər. Burada hər yaşda adama kiçik yaşlı uşaqlar ora-bura qaçışır, bir çoxları hazır panbığı maşına boşaldır, qız-gəlinlər isə maraqla nə qədər pambıq topladığını bilmək istəyirdilər. İnqilab Əliyevin gur səsi eşidildi:
Qulaq asın, bu gün əl ilə kim daha çox pambıq yığıbsa o, xüsusi hədiyyə alacaq.
Hamı sevinclə bir-birinin üzünə baxdı. Bütün bunlar hamısı mənim gözlərimin önündə baş verirdi. Mən bir jurnalist kimi kiçik bir detalın nəzərdən qaçmamasına çalışırdım. İnqilabın kolxozçularla söhbəti, onlarla səmimi, mehriban danışığı, hamını diqqətlə dinləməsi İnqilab Əliyevin xarakterində başqalarına oxşamamaq amilinin olduğunu göstərirdi.
Artıq gecə saat 10 olardı. Pambıq qəbulu yekunlaşdı. Bir az sonra İnqilabın gur səsi yenə də eşidildi:
Bu gün əl ilə ən çox pambıq toplayan Həmayil Məmmədovadı. 185 kq. Bu gün onların ailəsi 465 kq pambıq toplayıb. Biz həmayıl xanıma bu gün radio "Tranzisor" hədiyyə edəcəyik. Alqış səsləri gecənin sükutunu pozdu.
Artıq mən İnqilab Əliyevgildə çay stolunun arxasında onunla söhbət edirəm. Təzəcə pambıq tarlalarından qayıdan övladları bir-bir yaxınlaşıb etiram ilə görüşürdülər. İnqilab bir-bir onların haqqında məlumat verməyə başladı.
Qızlarım Nəcibə, Naibə, Aytəkin, Tamella gündə 100-150 kq pambıq toplayırdılar. Oğlanlarım Təvəkkül isə mənə çox yaxından kömək edir, İlham, Elburus, İbadət isə pambıq toplanan vaxt bütün gün sahələrdə olub hərəsi gücü çatan nə varsa mənə kömək etmək istəyirdilər. Sonbeşik Eldəniz isə kiçik yaşının olmasına baxmayaraq, o da atasının yanında olmaq, pambıq toplamaq istəyir.
Ən ağır yük oğul bax Suğra xalanın üstünə düşür. O, qımışaraq həyat yoldaşını görərdi.
Onsuz bir günüm olmasın. Bütün hamımızın ağırlığını o çəkir. Bax bütün günü belədir. Səhər tezdən 9 uşağı hazırlayıb yola salmaq, evin bütün ağırlığını öz üzərinə götürmək özü bir fədakarlıqdır. Mənim isə qayğımı çəkmək çox çətindi. İnanırsınız bizim qapı hamının üzünə açıqdı. İnanın o qədər gəlib gedən olur ki, bunların hamısının çayını, çörəyini çatdırmaq vallah böyük fədakarlıqdır.
Mənim üçünsə həmişə maraqlı olub görəsən belə bir məhşur adamın ailəsi başqalarından nə ilə fərqlənir. Ancaq şahid oldum ki, İnqilabın ailəsi çox sadə, zəhmətkeş ailədi-hamı bir-birinə can deyib can eşidir. Bütün günü sahələrdə olmağına baxmayaraq bir dəfə də olsun yorğunluqlarını buruzə verməyilər, bir-biri ilə çox səmimi, və mehribandırlar. Xüsusən İnqilabın həyat yoldaşı mən deyərdim əvəzolunmazdır. Mehriban övladları üçün əvəz olunmazdı. Çox həlim təbiətli, mülayim, işgüzar, həm də çox mehriban övladları üçün əsl anadır. Mən bir sutka adı dillər əzbəri olan Azərbaycan SSR Ali Sovetinin deputatı, SSR Ali Sovetini XXIV qurultay nümayəndəsi, 2 dəfə Lenin Ordenli respublikanın əməkdar mexanizatoru İnqilab Əliyevlə bir yerdə oldum. Bu sadə insanın hünərini, ictimaiyyətlə münasibətini, insanlar arasında olan nüfuzunu, ailəsini, övladlarını, qonaqpərvərliyini öz gözlərimlə gördüm.
Bu mənim bir jurnalist kimi hünər göstərən bir sadə insan haqqında etdiyim qeydlər idi. Heç bir əlavə etmək istəmirəm. Bu fikrimi Ulu Öndər Heydər Əliyevin respublika panbıqçılarının kənd təsərrüfatı müşavirəsində İnqilab haqqında dedikləri ilə bitirmək istəyirəm:
Qəhrəman anadan qəhrəman doğulmur. Onları yaşadığı mühit, cəmiyyət yetişdirir. Bu gün qəhrəmanlıqdan danışarkən mən İnqilab Əliyev haqqında danışmaya bilmərəm. Qarabağ torpağı, Azərbaycan fəxr etməlidir ki, onun İnqilab Əliyev kimi övladı var. Sadə bir insan, adi bir mexanizator öz işi ilə, hünəri ilə belə yüksək zirvələr fəth edirsə, bu onun doğulduğu torpağa, yurda ən başlıcası isə Vətəni olan Azərbaycana olan böyük sevgidən, məhəbbətdən irəli gəlir. İnqilab Əliyev bu gün Azərbaycanın ən hünər göstərənxariqələr yaradan övladlarındandır. Biz onun pambıqçılıqda qazandığı zəngin təcrübəsini respublikamızın bütün təsərrüfatlarına yaymalıyıq. Biz fəxr etməliyik ki, bu torpaq İnqilab Əliyev kimi, Şabam Rzayev kimi, Sərdar İmrəliyev kimi oğullar yetişdirmişdir.
Zamin Mehdiyev,
“Sovet kəndi" qəzeti
Məqalədən qeydlər
Mən əsl sovet adamı haqqında çox yazılar yazmışam. Ancaq mənim bu günki qəhrəmanım İnqilab Əliyev haqqında təsəvvürüm tamam bam-başqadır. İ. Əliyev sadə zəhmətkeş bir insandır. Üç gün onunla bir yerdə olmaq mənə imkan verdi ki, bu sadə sovet adamını daha yaxındam kəşf edim. Gözəl ailə başçısıdır, 9 övladı var. Hamısı əsl sovet uşaqları kmi böyüyüb, tərbiyə alıb. Ailəsi, uşaqları bir-birinə çox mehribandır. Xüsüsən həyat yoldaşı Süqra xanım. Mən bu üç gündə bu ailədə Azərbaycanın mətbəxi ilə, ləziz yeməklərlə tanı oldum. Ağsaqqal münasibətlərini hiss etdim. Adi bir sadə sovet adamının yaşadığı cəmiyyətdə necə nüfuz sahibi olduğunun şahid oldum. Onun kolxozçularla, sadə əmək adamları ilə səmimi münasibətlərini bir yerdə onlarla necə yemək yeməyini onların qayğısına qaldığını, bir sözlə sovet cəmiyyətində böyüyən, cəmiyyətin inkişafı üçün hünər göstərməyə çalışan doğulduğu yurdun, vətənin rifahı naminə xariqələr yaradan əsk sovet adamının tipik nümənələrinin mən məhz əsl insanla olan İnqilab əliyevin simasında gördüm. Belə oğullar sovet ölkəsində həmişə lazımdır. Belə oğullar ölkənin rifahı üçün həmişə hünər göstərməyə hazırdırlar.
Nikolay kolosnikov
"Pravda" 1971 may
***
Otuz ilə yaxin respublikamizda öz hunəri ilə şan-şöhrət qazanan İnqilab Əliyevin həyat yolu gənclərimiz uçun bir örnəkdir.Doğulduğu kiçik bir kənd olan Şərəfxanlı kəndini, vətəni olan Azerbaycani 30 ilə yaxin SSRİ məkaninda təmsil etmək onun adini,şərəfini ucaltmaqda İnqilaba da nəsib olmuşdur. O tez-tez Özbəkistan, Turkmənistan respublikalarına təcrubə mubadiləsinə gedər, orada öyrəndiklərini öz iş təcrubəsində tətbiq edərdi. İki dəfə Moskva şəhərində XXIII-XXIV qurultayinin numayəndəsi olmuş, Azərbaycan əməkçilərinin numayəndəsi kimi qurultay iştirakçilari arasinda böyuk nufuz sahibi olmuşdur.Umummilli liderimiz Heydər Əliyev bu sadə,zəhmətkeş insanın əməyini həmişə yuksək qiymətləndirmiş,onu həmişə böyuk mötəbər,dövlət səviyyəli tədbirlərdə iştirak etməyə dəvət etmişdi.
70-ci illərdə Rusiyada Dərc olunan dövlət qəzeti olan "Pravda" qəzetinin xüsusi müxbiri Nikolay Kolesnikov məhz İnqilab Əliyevin əmək rəşadətinsən geniş bir yazı hazırlamaq üçün onun qonağı olmuşdur. Üç gün İnqilabın doğulduğu Şərəfxanlı kəndində, onun ailəsində, panbıq tarlasında, zəhmətkeş arasında olan N. Kolosnikov böyük təəssürafatla qayıtmış və çox geniş bir məqalə çap etdirmişdir.
Bütün günü zəhmətkeşlər arasında, əkin sahələrində əməksevər insanlarla görərdilər. O kəndin bütün xeyr-şər işlərində bir ağsaqqal kimi, bir nüfuzlu şəxsiyyət kimi kənd sakinlərinə arxa-dayaq olardı. İnqilab kişi övladlarının, nəvələrini nəticələrini çox sevərdi. Bütün varlığı ilə onlara bağlannmışdı. Tez-tez onların yanında olar, həyat yoldaşı Suqra xanımla onlarla nəfəs alardı.Toy məclislərində, ad günlərində, müxtəlif mərasimlərdə bu kişinin xüsusi bir görünüşü var idi. Artıq gur ağ saçları, qocalıq onun qapısını kəs dirmişdi. Buna baxmayaraq o bir çox sanatoriyalarda, başqa-başqa şəhərlərə səhayət etməyi xoşlayardı.
Hansı şəhərdə olursa olsun, özünə təzə dostlar tapar, onlarla tez bir zamanda ünsiyyət qurardı.
Amansız xəstəlik ömrünün aqil çağında onu qəfil haqladı. Həyata nikbin baxan, insanları, insanlığı, torpağını, yurdunu sevən bu insan iki il tutduğu xəstəliklə mübarizə apardı. Xəstəliyə qalib gəlmək istədi. Fəqət...
Onun yaşamağa haqqı var idi. Çünki o bütün ömrünü yurdunun xoşbəxt rifahı üçün, insanların gələcəyə inamla baxması üçün, sülhə, əmin-amanlığa həsr etmişdi. Bu ömür şərəfli ömür idi. Bu ömür həyat davam etdikcə insanlara örnək olacaq bir ömürdür.
Bu ömür onun övladlarına, nəvələrinə, nəticələrinə, bütün Şərəfxanlı kəndinə, öz vətəni olan müstəqil Azərbaycana lazım idi. Artıq bu ömür minlərlə insanların yaddaşında həkk olub xatirələrində yaşayır.
Respublikamız müstəqillik qazandıqdan sonra İnqilab Əliyev özünün kəndli fermer təsərrüfatını yaratdı. Torpaq eşqi bu insanda o qədər güclü idi ki, o bir an da olsun əkin-biçindən uzaq dayana bilmirdi. Bütün günü əkin sahələrində olurdu.
Artıq övladları böyümüş, ali təhsil almış, hərəsi bir tərəfdə yaşayırdı. Neçə dəfə onu məcbur etmişdilər ki, o da şəhərə köçsün, övladları ilə bir yerdə yaşasın, amma doğulduğu kənddən, təsərrüfatdan ayrılmaq istəmirdi. Uzun illər ömür-gün yoldaşı Suğra ilə axşamlar çay süfrəsi arxasında oturar, televizora baxmaqla səhəri açardılar.
İnqilab kişinin 9 övladı, 23 nəvəsi, 12 nəticəsi olmuşdur. Oğlanları və qızları hamısı Bakıda yaşayırdılar. Son beşiyi Eldəniz öz ailəsi ilə Rusiyanın Lipetsk şəhərində yaşayır. Iş adamıdır.
O, Heydər Əlyev dühasına çox inanırdı. Onun oğlu İlhamın şəkli bu gün də onun otağında baş tərəfdən asılmışdır. Təsadüfü deyil ki, böyük dahinin oğlunun şərəfinə öz oğlunun adını da İlham qoymuşdur. Bu gün oğlu İlham cənab prezidentimiz İlham Əliyevin siyasətindən bəhrələnir və onu dəstəkləyir.
İnqilab kişi ömrünün sonuna qədər öz doğma Şərəfxanlı kəndinə bağlandı. Tez tez övladlarına qonaq gedər, onların məclisində həmişə ağsaqqal kimi bütün qayğıları yaşamasına baxmayaraq həmişə doğma kənddə, kənd sakinləri arasında olmağa üstünlük verərdi.
 
Tağıyeva Həqiqət
Məlik qızı
1950-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olmuşdur. 1957-ci ildə kənd məktəbinin ibtidai sinfinə qəbul olunmuş, 1961-ci ildə həmin ibtidai məktəbin IV sinfini bitirmişdir. 1961-1968-ci illərdə Hindarx kənd orta məktəbin V-XI siniflərində oxumuş və həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.
1968-ci ildə Şərəfxanlı kənd kitabxanasında müdir vəzifəsində işləmişdir.
1969-75-ci illər C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində qiyabi yolla təhsilini davam etdirmişdir.
1969-cu ildən 1975-ci ilə qədər Kəhrizli kənd sovetinin sədri vəzifəsində çalışmışdır. 1975-1979-cu illərdə Azərbaycan Lenin Komunist Gənclər Təşkilatının Ağcabədi rayon komitəsinin birinci katibi kimi fəaliyyət göstərmişdir.
1979-cu ildən ömrünün axırına qədər Ağcabədi rayon İctimai Təminat şöbəsinin müdiri kimi şərəfli bir ömür yolu keçmişdir.
Həqiqət müəllimə işlədiyi müddət ərzində bir çox orden və medallarla təltif olunmuşdu, Azərbaycan qadınları və LKGİ-qurultayının nümayəndəsi seçilmiş, Ağcabədi rayon sovetinin deputatı olmuşdur.
Hələ gənc yaşlarından Kəhrizli kənd sovetinin sədri işləyən Həqiqət müəllimə bütün gücünü sovetliyin abadlaşmasına , inkişafına, insanların həyat rifahlarının yaxşılaşdırmasına həsr edir.
Rayon komsomol komitəsinin birinci katibi işlədiyi dövrlərdə gənclər arasında çox böyük nüfuza sahib olmuş, rayon gənclərinin sevimlisinə çevrilmişdir.
Daha sonra rayon İctimai Təminat Şöbəsinin müdiri işləyərkən bütün rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır.
Həqiqət xanım hər bir evin əziz qonağı idi. Hansı qapını açırdısa onu gülərüzlə qarşılar, ehtiram göstərərdilər. Ona hər kəs çəkinmədən müraciyət edə bilirdi. O, hər kəsin qəlbində ümid qığılcımları yandırmağı bacarardı. Hamı onu ümid yeri, arxa, kömək hiss edirdi. Ona güvənirdi.
Ona müraciət edən hər kəslə elə danışırdı ki, insanlar onu öz doğması hesab edərdi.
Öz yurduna, yuvasına, elinə, obasına, bağlı insan idi. İnsanaların güzaranalarının yaxşılaşması üçün var gücünü sərf edərdi.
Son tikəsini də kasıblarla bölüşərdi. Ona "Qarabağın Həmidəsi" deyərdilər. O, bu adı öz işi ilə əməli ilə, xeyirxahlığı ilə qazanmışdı.
Evdən çıxıb iş yerinə gələnə qədər neçə-neçə insanlara əl tutar, onaların problemlərini həll etməyə çalışardı. Onun üçün qəbul saattı yox idi. Vətəndaşalrın özü qabağına çıxar, diqqətlə dinləyər, ərizə və şikayətlərinə baxar, əgər ucqar kənddən gəlmişsə onunçün maşın tutar, lazım olan ərzaq avadanlıqlarını alıb onu yola salardı. İnsanlar onu sevər, rəğbətlə, iftixarla onunla fəxr edərdilər. Vaxtsız ölüm onu caynağına çox tez aldı. Həyatdan tez köçdü. Onun dəfn mərasimində minlərllə insan ağlayırdı. İzdihamın ucu-bucağı yox idi. Çünki onlar ən əziz adamlarını itirmişdilər.

Onu sevəndi dünya
(Böyük fəzilət sahibi, gözəl insan
Həqiqət Tağıyevanın əziz xatirəsinə)
Bacı köçdü dünyadan
Ürəkləri dağladı.
Bacı kööçdü dünyadan
Nisgili daş baydadı!
Ədalətli bir hakim
Bəlkə də, həkim idi!
- Xeyir-o, bir sadə kəs
Ürəklərin nuruydu.
Axar bir bulaq
O, sudan da duruydu!
Bir bacı itirmişik
Bacıların tacıydı.
Hamıya əl tutardı
Qəlblərin möhtacıydı
Ürəyi günəş kimi
Məhəbbəti dənizdi.
Bir bacı itirmişik...
Hamımıza əzizdi!
Bir bacı itirmişik
Baharın tərafəti.
Bir bacı itirmişik
Çox sevərdi milləti!
İlahi bir varlıqdı...
Qəlbi geniş nur idi
Adı tək işi doğru
Daima məğrur idi!
Şərəf idi bizlərə
O, şan idi bizlərə.
Doğmadan daha artıq
İnsan idi bizlərə!
Həqiqət yolçusuydu
Onun adı Həqiqət.
Tanısaydı bilin ki,
Onu sevərdi dünya
Sevərdi bəşəriyyət!
Vaqif Kəhrizli
Yanvar 2002-ci il

Əliyev Silyan
Adıgözəl oğlu
1942-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 1949-1956-ci illərdə Şərəfxanlı və Hindarx kənd məktəblərində oxumuş, məktəbi müvffəqiyyətlə başa vurmuşdur.
1972-1976-ci illərdə Gəncə şəhər Kənd Təsərrüfatı İnstitutunun "kənd təsərrüfatının mexanikləşdirmə və elektrikləşdirmə" fakültəsini qiyabi yolla bitirmişdir. Əmək fəaliyyətinə Ağcabədi rayonu, Çkalov adına kolxozda baş mexanik, 1982-ci ildə Kənd Təsərrüfatının elektrikləşdirmə idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1986-cı ildə rayonun Çapayev adına kolxozunda sədr,1987-ci ildə çörək zavodunda böyük mühəndis işləmişdir.1991-ci ildən ta ömrünün bu gününə qədər Ağcəbədi rayonu, zonalar arası işıq idarəsinin rəisi vəzifəsində çalışmışdır.
Silyan müəllim öz peşəsini sevən peşəkar mühəndis idi. Elektrik sahəsini gözəl bilirdi. İdarəetmə qabiliyyəti güclü idi. Müxtəlif rəhbər vəzifələrdə işlədiyinə baxmayaraq xalq adamı idi. Onu həmişə sadə insanların əhatəsində görmək olardı.
Elinə yurduna, torpağına bağlı bir insan idi. Yurdunun inkişafında, gözəlləşməsi üçün əlindən gələni əsirgəməzdi. Xeyirxahlığı da var idi. Kasıb insanlara əl tutmaq, kömək etmək onun məramı idi. Bu gün Şərəfxanlı kəndində onun xeyirxah əməllərinin nişanələri özünü göstərir. Övladları da onun şərəfli həyat yolunu davam etdirirlər.

Hüsüyev Məzahir
Əbdüləli oğlu
7 oktyabr 1949-cu ildə Ağcabədi rayonu Boyat sovetliyinin Hacılar kəndində doğulmuşdur.
Uşaq yaşlarında atası vaxtsız dünyadan köçdüyü üçün bütün ailənin ağırlığını, dolanışığı çətinliyini görüb Şərəfxanlı kəndinə babası Adıgözəl kişinin yanına köçmüşdür.
Məzahir ailənin bütün ağırlığını öz çiyinlərinə götürmüş, gecə-gündüz Çkalov adına kolxozda çılışmışdır.
1969-cü ildə Ağdam Kənd Təsərrüfatı Texnikumun aqranom şöbəsini bitirmişdir.
1970-1972- ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir.
Hərbi xidməti başa vurduqdan sonra yenidən Şərəfxanlı kəndinə qayıtmışdır. Çkalov adına kolxozda əvvəl təsərrüfat briqadiri, sonra aqronom-entimoloq vəzifəsində çalışmışdır.
Məzahir ağır zəhmətlərə qatlaşaraq ailəsini çətinlikdən qutarmışdır. Öhdəsində olan bacı və qardaşlarını böyütmüş, oxutmuş xoş günə çıxartmışdır. Amansız xəstəlik onun ömür yolunu yarıda kəsmişdir. İş başında qəflətən ürək tutması nəticəsində vəfat etmişdir. Məzahir çox baməzə, zarafatcıl, deyib-gülən bir insan idi. Bir az da oxumağı var idi. Hansı məclisə olurdusa mütləq o məclisdə şuxluq yaranardı.
Onun söylədiyi məzəli lətifələr, yamsılamalar indi də dildə-ağızda gəzir.
Bəzən bu lətifələri özü yaradırdı. Dolu bədənli, pəhləvanlığı var idi.
Bir dəfə pambıq yığımının qızğın vaxtında (onda Məzahir kənd yeməkxanasında dayısı Kamilə kömək edirdi) dedilər birinci katib gəlir. O vaxtlar pambıq yığımı mövsümündə bir iradə, müəssisə işləməzdi. Hamı pambıq yığımına cəlb olunardı.
Hərə qaçır bir yanda gizlənir. Məzahir qaçmağa imkan tapmır. Katib yeməkxananın qapısınını açıq olduğunu görüb içəriyə daxil olur. Hər tərəfə göz gəzdirir. Heç kəsi tapa bilmir.
Məzahir piştaxtanın altında elə pozada gizlənir ki, katib burada canlı insan olduğunu hiss etmir və onun yanından ötüb keçir.
Bu kənddə bir Məzahir ömrü də yaşadı. Elə bir ömür ki, əzab əziyyətli, ancaq nikbin, şux həmişə sabaha ümidli gözlərlə baxan bir Məzahir ömrü.
Əsrlər keçəcək Məzahir ömrünün duzlu-məzəli lətifələri yaddaşlarda həkk olunub. İnsanların yaşam tərzində onlara bir ümid verib sabaha atılan addımları inamlı edəcək.
 
Tağıyev Tağı
Məlik oğlu
1952-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1969-cu ildə Hindarx kənd orta məktəbini bitirmişdir.
Bir müddər Ukolov adına kolxozda fəhlə işləmiş 1972-ci ildə hərbi komissarlıq hesabına sürücülük kursunu bitirmişdir. 1972-74 cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini Rusiyanın Dorki şəhərində başa vurub doğma Şərəfxanlı kəndinə qayıtmış Ukolov adına kolxozda sürücü işləməyə başlamışdır.
Tağı ömrünün axırınadək sükan arxasından aralanmamışdır.
Tağını bu kənddə hamı ciddi, qaraqabağ bir insan kimi tanıyırdı. Öz tay-tuşalrı ilə düzlu-məzli zarafat etməyi çox sevərdi.
Ailəsinə, uşaqlarına bağlı bir ailə başçısı idi. Sözü bir dəfə deyər, özü də verdiyi sözdən çıxmazdı. Kəndin xeyir şərində Tağı həmişə başda olar, hər kəsə imkanı qədər kömək etməyə çalışardı.
Tağıyevlər sülaləsinin başına gələn dalbadal faciyələr Tağını olduqca sarsıdı. Atasının, anasının, iki gənc qardaşının, iki gənc bacısının çox erkən həyatdan köçməsi gənc Tağını qaradinməz etmişdi. Həyatın ona bəxş etdiyi bu acı imtahandan çıxa bilmirdi. Hər dəfə yaşadığı ata məhləsinə qədəm qoyanda qəlbini bir kədər hissi bürüyürdü. Onların yoxluğuna inana biilmirdi. ..
Bu niskil onun gənc yaşında həyatdan köçməsinə səbəb oldu...
Rzayev Əfqan
Əskər oğlu
1942-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində dünyaya göz açmışdır. 1949-cu ildə həmin kəndə ibtidai məktəbə getmişdir. 1962-ci ildə Hindarx kən orta məktəbini bitirmişdir.
1963-cü ildə Bakı əhəri 3 saylı tibb texnikomuna daxil olmuşdur. 1966-ci ildə həmin məktəbin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1967-ci ildə Hindarx kənd xəstəxanasında feldşer kimi fəaliyyətə başlamışdır. Tez bir zamanda təkcə Hindarx kəndində deyil, qonşu kənlərdə də bacarıqlı bir həkim kimi tanınmışdır. Əfqan həkim Şərəfxanlı kəndindən çıxan ilk həkimdir. 70-ci illərdə o öz səyi nəticəsində ərəfxanlı kəndində ferdşel mama məntəqəsi yaratmışdır. onun gecəsi-gündüzü yox idi. Şərəfxanlı, Şoltanlı, Şahmallar kəndlərində kənd sakinlərinin sağalması üçün əlindən gələni əsirgəmirdi.Çox savadlı işgüzar, öz peşəsinin sirrlərini öyrənməyə çalışırdı.
Yadımdadır.. bir qohumuz ağır xəstələnmişdi. Rayon həkimləri onun düçar olduğu xəstəliyinin dioqnozunu qoya bilmirdi. Bir gecə xəstənin vəziyyəti pisləşdi. Əfqan həkimi çağırdıq. O xəstəni birtəhər vəziyyətdən çıxardı və təcili Bakıya çattdırılmasını tövsiyyə etdi. Dioqnozu müəyyənləşdirildi. Xəstəni təcili Bakıya çatdırdılar. Respublika Mərkəzi Xəstəxanasında xəstəyə baxan professor dioqnozu gözdən keçirib demişdi:
- Bu dioqnozu kim qoyubsa çox düzgün müəyyənləşdirib. Görünür çox təcrübəli həkimdir.
Əfqan həkimsə ferdşer idi.
Əfqan həkim çox şərəfli, çox mənalı bir ömür yolu keçdi. Ömrünü insanların sağlamlığına həsr etdi.
Bütün Qarabağ mahalında bir bacarıqlı həkim kimi adını yaddaşlara həkk etdi.
Çox vaxtsız dünyadan köçdü. Qarabağ dərdi onun ürəyini yaraladı. Dözə bilmədi.
Ruhun şad olsun Əfqan həkim.
Cəfərov Mübariz
Tapdıq oğlu
1955-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub.
1971-ci illər Şərəfxanlı kənd orta məktəbini bitirib. Həmin ildə Çingiz İldırım adına Azərbaycan Texniki İnstitutuna daxil olub. 1976-ci ildə həmin istitutun "Avtomobilin istismarı" fakültəsini bitirir.
1976-78-ci ildə Sovet ordusu sıralarında xidmət etmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra Bakıya gəlir. Bir nömrəli taksimator parkında çilingər vəzifəsində işə düzəlir.
Bir müddət bu müəssisədə işlədikdən sonra Bakı şəhər yol polisi şöbəsində serjant kimi işə başlayır. 1986-cı ilə kimi Bakının Nəsimi, 26-Bakı komissarları rayonunda Yol polisi, avtomobil müfəttişi vəzifələrində çalışır.
1986-cı ildə Azərbaycan SSR Ağcabədi rayonunun Dövlət Yol Avtomobil Müfəttişliyinin rəisi vəzifəsinə irəli çəkilir.
1986-1988-ci illərdə həmin rayonda DAM rəisi vəzifəsində çalışır.
Milis mayoru Mübariz 1988-ci ildə ürək çatışmamazlığından qəflətən vəfat edib.
Mübariz ailəsini, doğma yurdunu çox sevirdi. Səmimiliyi və işğüzarlığı ilə qonşu rayanlarda da böyük hörmət qazanmışdır.
Mübariz həyatdan köçdükdən sonra onun ailə üzvlərində də dalbadal ağır faciələr baş vermişdir. Bir qardaşı hərbi xidmətdə yanğın zamanı vəövladları da dünyadan köçmüşlər.
Bu itgilər Cəfərovlar ailəsini sarsıtmışdır.
Hazırda Mübarizin ocağında onun yolunu davam etdirən Sadiq adında bir oğlu qalmışdır.
 
Xudiyev Şahlar
Cümşüd oğlu
1957-ci ildə Ağcabədi rayonunu Şərəfxanlı kəndində anadan olmuşdur. Atası Cümşüd kişi Laçın rayonunun Şirlan kəndindən bu kənddə məksumlaşmışdır.
1964-cu ildə Şərəfxanlı kənd 8 illik məktəbinə daxil olub. Oranı 1971-ci ildə bitirmiş 1971-73-cü illərdə Hindarax kənd orta məktəbində oxumuşdur.
Orta məktəbi bitirdikdən sonra bir müddət Ukalov adına kolxozda işləmiş sonra hərbi xidmətə yollanmışdır.
Hərbi xidmətdən sonra yenidən öz doğma kəndinə gəlmiş yenə kolxozda işləyə-işləyə S. Ağamalıoğlu adına Gəncə Kənd Təsərrüfatı İnstitunun iqtisadiyyat və mühasibat fakültəsinə daxil olmuş, institutu müvvəffəqiyyətlə bitirmişdir. 1985-ci ildən Ukolov adına kolxozda mühasib köməkçisi, sonra mühasib, daha sonra Kəhrizli kənd Panbıq Qəbuletmə Məntəqəsində müdir vəzifəsində işləmişdir.
Şahlar öz elinə, obasına camaatına bağlı bir insan idi. Həmişə sadə kənd camaatının arasında olurdu. Kəndin xeyirində, şərində həmişə onlarla bir yerdə olurdu. Onlara kömək edirdi.
Yadımdadır… 20 - Yanvar 1990-ci il Şahların necə gecə-gündüz insanlar arasında olduğunu görürdüm. Qarabağ müharibəsi illərində isə o qaçqınların yerləşdirilməsində onların ərzaqla təmin olunmasında, onların arzu və istəklərinin həyata keçirilməsində Şahların zəhməti əbəzsidir.
Müstəqillik dövründə o kənddə fermer təsərrüfatına rəhbərlik etdi. Kənddə qoyunçuluğunu məhv olmasına imkan vermədi.
Vaxtsız ölüm onu tez haqladı.
Ömrünün qaynar çağında, övladlarının toyunu görmədən həyata göz yumdu.
Bu gün Şərəfxanlı kəndi onu xatırlayır, xatirəsini əziz tutur, yad edir.
Allaha rəhmət eləsin!
Sizlərə rəhmət diləyirəm!
Tağzadənin ağır idi baxışı,
Yükləmişdi onu zaman qarğışı,
Elin ona xoş nidası, alqışı,
Bizləri də ağuşuna alardı,
Yaddaşlarda xatirə tək qalardı
Musa kişi "Əskərəni" dağıtdı,
Arabayla o tərəfə daş atdı.
Deyə-deyə dodağını silərdi,
Bir göz vurub qımışaraq gülərdi,
Əsl həyat belə olar-deyərdi.
Gözlərindən kimə baxsa donardı,
Hara baxsa çırta-çırta yanardı.
Qonum-qonşu danlayardı, qınardı,
Gözlərini süzdürərək baxardı,
Baxışıyla yandırardı, yaxardı.
Vəsmicahan 115 il yaşadı,
Elin yükün o, ciynində daşıdı.
Onun ömrü torpağın qan yaşıdı,
Bu ömürdən bizə nələr söylədi,
Lap axırda bizə xoş gün dilərdi.
Şikar kişi qorxmaz idi, yatmazdı,
Halallığa haram tikə qatmazdı.
Bağındakı meyvələrin satmazdı,
Çağırardı, bizlərə pay verərdi.
Xoşbəxtliyin yalnız bunda görərdi.
İmaməli boyu bəstə bir kişi,
Qorxutmazdı onu zaman gərdişi.
Afərimin etdiyi o biş-düşü,
Süfrə açıb yedirdərdi hər kəsi,
Bəndəsiydi, Allahın xoş bəndəsi.
Qara Musa sanki qara nər idi,
Yorulmazdı həm də igid ər idi.
İşləyərək ömrü çöldə əridi,
Buğdasının təravətin duyardıq,
Bu kişini torpaq oğlu sanardıq.
İsmayılın faşistlərlə söhbəti,
Qaçılmazdı bizlər üçün ləzzəti.
Söhbətindən yorulmazdıq biz qəti,
Onun ilə "nemesləri" əzərdik,
Almanyanı, Fransanı gəzərdik.

Oruc kişi əlləşərdi dəmirlə,
İş görərdi, yer əkərdi səbrlə,
Topağının buğdasını xəmirlə,
Bişirərək iştah ilə yeyərdi,
Əsl nemət belə olar - deyərdi.
Tapdıq kişi bişirərdi dolmanı,
Gözləməzdi nə vaxt gələr zamanı,
Xoş diliylə ovsunlardı insanı,
Bişirdiyi yeməklərdən doymazdıq,
Özümüzü biz o yerə qoymazdıq.
Kamran kişi eşitməzdi çox sözü,
Həssas idi, həm qulağı, həm gözü.
Söz deyəndə, dinməyəndə o, özü.
Hiss edirdik, bəlkə o, eşitməyir,
Bəlkə bunu bilərəkdən etməyib
Zeynal kişi lapatkası əlində,
Cümşüd kişi qaşqa atın belində,
Bəhlul isə "Qarağacı" çölündə,
Səhər-axşam su üstündə yatardı,
Taleyinə ağır zəhməz qatardı,
Sitaranın tumanının balağı,
Ölçülməzdi, tumanının dalağı.
Ketmən əldə təmizlərkən alağı,
Hay küyündən arvadlar yığışardı,
Ketmən əldə sahəyə axışardı.
Güldəstənin həlim idi sədası,
Ağır idi, böyük idi ədası.
Kimi görsə deyər idi qadası,
Pay verərdi pendirindən, şorundan,
Paylayardı kasıb olan varından.
Volibolda izləyərdik Silyanı
Vurduğu top dağıdardı "setkanı",
Top daşıyıb çəpərlərdik dörd yanı,
Oxşadardıq biz özümüzü ona,
İftixarla biz baxardıq Silyana.
Pəri nənə bulamanı bulardı,
Bulamsı ağ kətəməz olardı,
Sonra yerə bir az kilim salardı
Kətəməzdən bir az yeyib doyardıq
Ömürümüzün günlərini sayardıq
Lal Familə süpürgəsi əlində,
"Əbə-əbə"-şirin sözü dilində,
Bir mərhəmət hissi edirdik qəlbində,
Səhər-axşam bizi boyunu sevərdik,
Lallığına- tanrısına söyərdik,
Səltənət də özü kimi səltənət,
Gözləməzdik biz ondan bir mərhəmət,
Oynayanda toyda verməsək xəlat,
Dədəmizə-nənəmizə söyərdi,
Bəxtim var ki, mən bəxtsizəm deyərdi.
Əlaslanın baxçasına girərdik,
Tut çırpanda biz "karxana" sərərdik
Ondan gizli meyvələri dərərdik,
Tutan zaman, o, bizləri döyməzdi,
Dədəmizə-nənəmizə söyməzdi.
Ağgül arvad təmizliyə nişanə,
Təmizliyisoraq salmış hər yana,
Hirslənəndə bəzən oğlu Rövşənə,
Yuyurərək tumanından tutardıq,
Biz bununla arzumuza çatardıq...
Abuhəyat arvadın düyünçəsi,
Ovsunlardı görsə idi hər kəsi,
O kimsənin yox idi bir kimsəsi,
Biz də onu nənə deyə sevərdik,
Bişirdiyi umacından yerərdik.
Qaraqızın süfrəsindən doymazdıq,
Bu sevincdən, bu peşədən uymazdıq,
Hər nə versə qabığını soymazdıq,
Hövkəl-hövkəl dişimizə çəkərdik,
Doymayanda boynumuzu bükərdik.
Alı kişi od-alovdan keçmişdi,
"Nemesleri" bir-bircə biçmişdi,
Başqa kənddən bu obaya köçmüşdü,
Koroğlu tək hər an nərə çəkərdi,
Axsasa da bir quş kimi səkərdi.
Müşəccərin xaşılının qoxusu,
Çoxlarının haram etmiş yuxusun,
Gözlədiyi düyüncəsin, boxçasın,
Ramiz ilə oğurlayıb tapardıq,
Qarğı atla kənd arası çapardıq.
Əfqan həkim qonağıydı hər kəsin,
Çalışardı heç kəs vaxtsız ölməsin,
Oğurlardıq "şprisin", iynəsin,
Xəyallarda biz də həkim olardıq,
Bax, beləcə, arzularla yaşardıq.
Sərhad kişi balacaboy kişiydi,
Baməzəlik, xoş söz demək işiydi.
Bəziləri təcrübəsiz, naşıydı,
O, onlara ustalıqla bəzədi,
Muncuq kimi sözlərini düzərdi.
Boyu uzun İnqilabın zəhməti
Yaratmışdı toy - busatla, neməti,
O çırpdığı Xarı tutun ləzzəti,
İndiyədək damaqlarda qalandı,
Bu şirinlik bizi-bizdən alardı.
Sitarənin ağır idi ayağı,
Geyinərdi "tərəkəmə" sayağı,
Gizlədəndə küpədə küpə yağı,
Qaraş onu oğurlayıb "ütərdi",
Qızardılmış çörək üstə səpərdi.
Bahar arvad qovurqa qovurardı,
Çəltiyini havaya üfürərdi,
Sonra bizi o bir küncə yığardı,
Qovurğadan ovuclayıb verərdi.
Xoş günü o, bizlərlə bir görərdi,
Cəmil kişi dükanını açardı
Qonum-qonşu tez yanına qaçardı
Neyləsinlər onlar buna naçardı
Qənd-çay ilə doldurardı torbanı
O, naümüd qoymazdı bir insanı
Rəhim kişi oxuyardı duanı,
Nağıllarla ovsunlardı insanı,
Vəsf edərdi o, Musanı, İsanı,
Özlüyündə onlara söz qoşardı
Özlüyündə o, onlarla yaşardı.
Qəmər arvad ocaq idi müqəddəs,
Səcdə edib, təmizlənərdi hər kəs.
Qatıq çalıb, çörək üstə o, bəhməz,
Qapısından keçənlərə verərdi,
Xoş gününü o, beləcə görərdi.
Yusif kişi telefona çıxanda,
Telefona lampıçkanı taxanda,
Yuxarıdan öz kəndinə baxanda,
Qərq edərdi o nura öz kəndini
Unutmazdı, sevərdi öz kəndini.
İpək xala hər evin qonağıydı
Həkim idi sağlamlıq sorağıydı
Xəstələrin məlhəmi, dayağıydı
Gec-gündüz xəstələrlə olardı
Yoxsulluqdan ağ bənizi solardı.
Nubar nənə bişirənə "bozbaşı"
Bozartmanı birdə ətirli aşı
Hövkəl yeyər gözümüzdə göz yaşı
Çömçəsini oğulayıb qaçardıq
Səhərləri bax beləcə açardı.
Heydər kişi "qara bığın" eşərdi
Bığlarıyla sanki, gözlər deşərdi
Kombayından bircə dəfə düşərdi
Düşəndə də, yorulmazdı, gülərdi
Zəhmətini hər an halal bilərdi.
Məhəmmədhəsən çuvalını güdərdi
Gecə-gündüz su işinə gedərdi
Şakir idi Bakir idi bir dərdi
Dilarənin "qındısını" yəyərdi
Şakirinə, Bakirinə söyərdi
Kurd Qaranın maşınına minərdik
Bərk sürərdi, biz güzova sinərdik
Axşam üstü kəndimizə dönərdik
Gözlərdik biz açılan sabaha
Unudaraq etdiyimiz günahı
Zəri arvad tərpədərdi koxanı
"Dörd ayaqda" yayımlardı yuxanı
Çağırardı baxçasından çıxanı
Bircə-bircə bizlərə pay edərdi
Sonra durub cərgədə yun didərdi.
Yelmar kişi coşdurardı məclisi
Yaxın uzaq tanımırdı şux səsi
Ləhçələnib uzaqlarda nəğməsi
Biz kənarda boyu bükük durardıq
Arzumuzda toy məclisi qurardıq.
Mülayimin həlim idi nəfəsi
İnciməzdi, oxşardı hər kəsi
Bayram üçün yoğurduğu kündəsi
Sağ üstündə yumurlanıb bişərdi
Bizlərə də ondan bir pay düşərdi
Adıgözəlin bərbəzəkli qəlyanı
Xoş qoxuya bürüyərdi hər yanı
Ağsaqqal tək qarşılardı hər insanı
Biz də ona etiramla baxardıq
Bax beləcə uşaqlıqdan çıxardıq.
Məhəmmədi biz pəhlavan sanardıq
Özüzümüzü pəhlavan tək sınardıq
Yıxılanda kimsənisə qınardıq
Oxşadardıq özümüzü bu ada
Kimlər gəldi, kimlər getdi dünyada.
Ağır idi, Məhluqənin yerişi
İncitmişdi onu zaman gərdişi
Yubatmazdıq tamamlayıb hər işi
Köks ötürüb övladına baxardı
Zaman ötüb, axarıyla axardı.
Məzahirin şirin idi ləhçəsi
Baməzəydi güldürərdi hər kəsi
Söylədiyi muncuq-muncuq kəlməsi
Toplayardı bizləri öz başına
Yaraşardı şuxluq onun yaşına.
Elşən müəllim kavur dili deyərdi
Bizlərə də "urusicə" söyərdi
Gecikəndə bizi yaman döyərdi
Kötəyinin ağrısı da şirindi
Xatirələr ötən o günlərindi.
Həsənqulu iri addım atardı
Istədiyin çox asanca tutardı
Dəcəl idik arxamaızca qaçardı
Sarıyardı bizləri o ocağa
Kəm baxmasın gərək heç kəs ocağa.
Sərvinazın boxçasını güdərdik
Tumanın ətəyini didərdik
Əl çəkməzdik onu başdan edərdik
Boxçasından bizə noğul paylardı
Çatmayanı unutmazdı harlardı.
İzzət kişi bağlı-bostan əkərdi
Gecə-gündüz qaravulun çəkərdi
Oğru olsa bir quş kimi səkərdi
Biz gizlicə yemiş-qarpız oğurlar
Zülm edərdi biz dəcəllər-oğrular.
Firəngizin cırıldardı cəhrəsi
Keçmişlərin bu günlərə töhvəsi
Bal dadardı bayatısı-nəğməsi
Əyirdiyi yunu yerə sərərdi.
Həsənalı səhər tezdən durardı
Lala arvad bir dəm-dəsgah qurardı
Danışardı o hamını yorardı
Camavarın lüləsinə baxardı
10 stakan çayın evin yıxardı
İsmayılın yığışardıq başına
Baxmaz idik onun qoca yaşına
Bağlanmışdı torpağına, daşına
Sinə dolu bu torpaqdan deyərdi
Yağıları naməhrəmi söyərdi.

Molla Qulu bic gözlərin süzərdi
Danışdıqca o Təbrizi gəzərdi
Tarın yansın deyib sözlər düzərdi
Dolanardıq biz Tehranı, Təbrizi
Tanıyardıq biz də öz nəslimizi.
Fatı nənə sac asardı lap tezdən
Şomu toplar o çəməndə o düzdən
Kətə salar soruşmazdı heç bizdən
Çağırardı o bizlərə verərdi
Yerə kilim parçasını sərərdi.
Xanım-xatın xanım idi Münəvvər
Şux qaməti, şux baxışı təzə-tər
İzzət kişi öz yurdundan dərbədər
Münəvvərə sığınaraq yaşardı
Aradabir şirin nəğmə qoşardı.
Zöhrə oğlu Məhəmmədin malası
Bu oymağa bir az qoymuş qalası,
Neçə evin bünövrəsin salası
Yorulmadan bir-bir evlər tikərdi
Hər bir daşa alın təri tökərdi.
Soldat Əli, soldat kimi yekəydi
Qamətiylə o pəhlivan qüssəydi
O quyudan bir də saf su çəkərdi
Ovuclayıb damla damla içərdik
O həyətdən o çəpərdən keçərdik.
Mənzər arvad «cincilim»i yığardı
Suya salıb sıxıb sanki onu boğardı
Sonra durub "boz inəyi" sağardı
Ayran edib bişirərdi dovğanı
Turş dovğayayla ətirlərdi hər yanı.
 
Kəndin lətifələri
Tağıyev Vaqifi kənd sakinləri Ağdam dəmiryol vağzalından əsgərliyə yola salınıb qayıdırdılar. Elşən müəllimin "Jiquli"sində Hidayət Qağa, Məzahir, Zahir və Qüdrət kəndə qayıdırlar. Yolda Səltənət oğlu Zülfünün maşını Elşən müəllimin maşınını keçir. Qüdrət Elşən müəllimə: - Ə, sür, sür. Səltənətin oğlu bizi ötdü. Elşən müəllim ayağını qaza basır, sayğac 150-155 göstərir. Qüdrət:
- Hə, noldu sür də. Elşən müəllim əsəbləşir: - Ə, hara sürüm sayğac 155-i göstərir. Qüdrət:
- 155-nədir, al ver 130-a onda keçəcəksən.
***
Bir dəfə Məhəmmədhəsən kişi su növbəsində imiş. Birdən yadına düşür ki, siqareti qutarıb. Yolun kənarına çıxır ki, bəlkə birindən siqaret alsın. Bu zaman Hindarxlı Şahpələng kişiyə əl edir. Şahpələng maşını saxlayır. Məmmədhəsən kişi ondan siqaret istəyir.
Şahpələng kişi siqaretim var?-deyir. Amma sən çəkən deyil. Məhəmmədhəsən kişi hansındandır? Şahpələng : "Kazbek". Məhəmmədhəsən kişi. Əşşi, ver bura. O qədər çəkmişəmki.
Şahpələng heç bir söz demədən həmişə onun hazır olan "kazbekdən" iki dənə ona verir. Məmmədhəsən kişi acgözlüklə siqareti ciyərlərinə çəkir. Cərgə arası ilə axıb gələn su ona çatıb göllənir. Gecə fənər işığında Məmmədhəsən kişini pambıq cərgələri arasında yatmış halda tapırlar.
***
"Mıkı" Məhəmməd hər il bostan əkərdi. Məhsulu yığıb yığışdırmaq olmurdu. Bostanı Şərəfxanlı kəndindən bir az aralı "Tısbağa yatan" təpə deyilən bir yerdə əkərdi.
Kəndin cavanları tez-tez o bostana hücum edərdi. Məhmməd kişi heç vaxt onları tuta bilməzdi.
Bir gün o bostana hücum edən oğruları güdmək qərarına gəlir. Bostanda kol-kosun və qarpız tağlarının qalın olan bir yerində uzanır. Hər dəfə başını ülgüzlə qırxdırdıqından başı gecənin ay işıqında işım-işım işıldayır. Yetişməmiş qarpızdan seçilmir.
"Oğrular" gecədən xeyli keçmiş bostana hücuma keçirlər. "Mıkı" Məhəmmədin yaşı çox olduğu üçün tağların arasında onu yuxu tutur. "Oğrular" qarpızın yetişmişini, kalını ayırd etmək üçün elə tağın üstündəcə onu iki əlləri ilə sıxırdıalr. Uşaqlardan biri qalın qarpız tağları arsında parlayan "Mıkı" Məhəmmədin başını qarpız bilib bərk sıxır. Ağrıdan yuxudan hövləng qalxan Məhəmməd kişi oğrunun ayaqlarından yapışır. Belə bir canlı, yetişmiş qarpız görməyən oğru qışqırıb huşunu itirir. Qışqırığa o biri oğrular qaçıb pərən-pərən olurlar. Mıkı Məhəmməd bilmir huşunu itirmiş oğrunu ayıltsın, yoxsa o birilərinin dalınca qaçsın.
***
Ələ keçən və evdə valideynləri tərəfindən möhkəm kötəklənən oğrular yenidən Mıkı Məhəmmədin bostanına hücum etmək qərarına gəlirlər.
Gecədən xeyli keçmiş ay işıqının ətrafı öz işığına qərq etdiyi bir vaxtda onlar hərəsi bostanın müxtəlif yerlərindən ağ mələfəyə börünmüş halda asta-asta bostana yaxınlaşırlar.
Mıkı Məhəmməd bostanın hər tərəfindən ağ kəfənə bürünmüş qeyri-adi varlıqları görüb onları qəbirdən xortlamış insanlara oxşadır. Kəndə sarı qaçır. Bu gördüklərini camaata çatdırmaq istəyir.
Oğrular isə sakitcə bostana girib bostanı talan etməyə başlayırlar.
***
Ziyad kişinin bir oğlu olur, adını Rüstəm qoyur. Qəribəsi bi idi ki, o oğlunun adını heç cürə yaddında saxlaya bilmir. Kəddə bir İnqilab kişi yaşayırdı. Boyu çox uca olduğuna görə ona "uzun İnqilab" deyərdilər. Onun Hindarx kəndində bir bacanağı var idi, Abbas kişi. Onun da oğlunun adı Rüstəm idi.
Ziyaddan soruşanda ki, Ziyad oğlunun adı nədir?- Belə cavb verərdi:
Burdan gedin Uzun İnqilabgilə. Ondan soruşun ki, bacanağının oğlunun adı nədir, onda biləcəksiniz.
***
İzzət kişi kəndin kənarındakıı böyük kolxoz bağının həm bağbanı, həm də qaravulçusu idi. Bağın bir tərəfində bir talada, özü üçün kiçik bir bostan da əkərdi. Çox dadlı qarpızlar, yemişlər olardı bostanda.
Bir gün uşaqllar xəlvəti bostana girmək istəyirlər. Günün günorta çağı İzzət kişi onları qovmağa başlayır. Uşaqlar xəndəkdən tullanıb qaçmağa üz qoyurlar. Uşaqlardan biri arxada qalır. İzzət kişinin onu tutacağından qorxur. Geri çevrilir.
İzzət kişiyə: - Əşi , ey, birdən daş zad atarsan, lazım deyil-deyir.
Belə bir məqamda daş atmağı ağlına gətirməyən İzzət kişi yerdən bir kəsək parçası götürüb uşağın dalınca atır.
Kəsək parçası uşağın kürəyinin ortasından tutur. O üzüquyulu yerə yıxılır.
İzzət kişi oğrusunu tutur.
***
Ziyad o vaxtlar Ağcabədi rayon hərbi komissarlığının və o vaxtki həkim komissiyasının səhvi ucbatından əsgərliyə göndərilir.
Hərbi borcunu uzaq Sibirdə yerinə yetirməyə məcbur olur. Heç bir ay keçmir ki, o vaxtki sovet həkimlərinin düzgün dioqnozu nəticəsində "komsomat" olur. Bir təhər qatarla Moskvaya, oradan da Bakıya evlərinə göndərilir. Moskvada dəmiryol vağzalında olarkən keçənlərdən Hindarxına necə getmək lazım olduğunu soruşmaq istəyir. Rus qadınına yaxınlaşır:
- Ey qocaman rus arvadı, Hindarxına yol hardan gedir?
Heç bir şey başa düşməyən rus qadını təəccüblə gözlərini döyür. Bə "çto, to?" deyir.
Bundan əsəbiləşən Ziyad:
Canın yansın, məni qınayan. Ə, bu dil bilməyir. Deyir və ona elə gəlir ki, Moskvada yaşayan hər bir kəs Hindarxının yolunu bilməlidir.
***
Ziyad kəndin mal-qarasını otarırdı. O vaxtlar Hindarx kəndində hərbi poliqon var idi. Qırıcı təyyarələr bura enirdi. Uzaq məsafədən qırıcıların düzgün istiqamətləndirilməsi üçün dörd kilometr təpələr düzülmüşdü və hər təpənin üstündə dirəklər bastırılmışdı. Dirəklərin üstündə qırmızı, yaşıl, sarı rəngli lampalar asılmışdı. Uzaq vaxtı biz gizlicə onları qırar və rəngarəng şüşələrlə günəşə baxardıq.
Bir dəfə hərbi poliqonun yanında biz öz növbəti dəcəlliyimizi etməyə başladıq. Hərbiçilər görüb bizi qovmağa başladılar. Hamımız hərə bir tərəfə qaçdıq. Ziyad isə yerində qaldı. Onun niyə qaldığını soruşduq. O isə çoxdandı rus dilində danışmıram-deyə cavb veridi.
Əsgərlər yaxınlaşarkən:
Urus, urus vot Ajastanın oğlu?
Ruslar onu aparıb bütün ərazisini təmizlədib 3 gün saxladılar.
***
Vahidin qədimi bir gümüşü xəncəri var idi. O vaxtlar o xəncərə görə biz Vahiddən yaman qorxardım. Balaca bir iş olan kimi sən yıx mən başın kəsim deyərdi. Həmişə xəncəri üstündə gəzdirərdi. Bununla çox şeşələnərdi.
Bir gün uşaqlar arasında adəti dalaşma olur. Vahid bir kənarda durub bu davanı seyr edir, kimnən xoşu gəlmirsə ona yaxınlaşır əli xəncərin dəstəyində "ə qorxma sən yıx, mən başın kəsəcəm".
Artıq 50 ilə yaxındır ki, Vahidin dediyi bu kəlam dillərdə dolaşır.
***
Tağı hazırcavablığı, baməzə danışığı ilə öz tay-tuşlarından fərqlənərdi. O, oturduğu məclisdə həmişə şurluq yaradar,özünün duzlu, məzəli söhbətləri ilə hamını şənləndirərdi. Hamı onun xətrini çox istəyər və onun söhbətləri üçün darıxardı.
Bir gün Tağı öz əmisigilə qonaq gedir, süfrəyə dadlı, ləzzətli tənək yarpağından hazırlanmış dolma gəlir. Tağı görər ki, süfrəyə çəngəl qoymaq yaddan çıxıb, əmisi qızı Sevilə üz tutar:
- Sevil, bala o yabanı bura gətir. Sevil surətlə evdən çıxar, bir xeyli müddət səsi-küyü gəlmir, xeyli keçəndən sonra əlində Dırtmıx içəri girər.
- Əlim səhərdən axtardım. Yabanı tapa bilmədim. Dırtmıx olar?
***
Biz uşaq vaxtı uzunqulağın belində otura bilmirdik. Oturmağa qorxurduq. Şamil bir dəfə məni və Vaqifi bir uzunqulağın üstə kəndirlə möhkəm sarıdı. Uzunqulağa bir qamçı vurdu. Uzunqulaq yerindən götürüldü. O vaxtlar "Qaracağı" deyilən çox sıx qanqallıq içərisinə apardı. Bizi o qədər möhkəm sarımışdı ki, düşmək qeyri-münkün idi. Uzunqulaq bir arxdan sıçrayanda biz fırlanıb uzunqulağın qarın nahiyəsinə düşdük. Təsəvvür edin, başımız ayağlarımız göydə, uzunqulaq da öz keyfində. Axşama yaxın uzunqulaq qanqanlıqdan çıxdı, yorğun addımlarla kəndə doğru addımladı. İtlər gördükləri əcaib formalı uzunqulağın arxasına düşdülər. Özünü itlərdən qorunmağa çalışan uzunqulaq bəzən qoşa "şıllaq" atırdı. O şıllağın istiqamətinə bizim yuxarıda olan ayaqlarımızda qalxıb enirdi. İtlər bu əcaib varlıqdan qorxub buraxdılar.
***
Tapdıq kişi Şərəfxanlı kənd yeməkxanasını işlədirdi. O vaxtlar yeməkxanaya gələn insanların sayı həddən artıq çox idi. Burada müxtəlif yeməklər bişirlərdilər.
Tapdıq kişi bir dəfə menyuya kələm dolması əlavə edir. Kələm dolması bişirir. Müştərilər ondan soruşanda ki, yeməyə nə var?
O belə cavab verir:
- Sənnənəm, eşit baştan. Yaxşı piti var, istəsən suyunu çox eliyərik. Bir də üç gündən qalma yaxşı kələm dolmamız var. Ye dadna bax. Xoşuna gəlsə pulunu ver. Xoşun gəlməsə, kələm dolmasını ver.
***
Tapdıq kişi Moskvaya oğlunu yoxlamağa gedir. Şərəfxanlı uşaqları Moskva vilayətinin Puşkino şəhərində bizneslə məşğul olurlar. Gedərkən qapısından bir fartuk kal alma da pay aparır. Uşaqlar Tapdıq kişinin başına toplaşıb kal almadan bir-bir dişlərinə çəkirlər. Bir gün keçir. Uşaqlar onu şəhərlə tanış etmək üçün şəhərdə gəzdirirlər. Hər dəfə qarşılarına başqa millətdən olan gözəl gözəl qadınlar çıxarkən uşaqlar qımışaraq Tapdıq dayı necədi, sümüyünə düşür? Tapdıq kişi susub cavab vermirdi. Özünü saxlaya bilməyib deyir: - Sənnənəm, Qüdrətin uşaqları qəşəng xanımları mənə göstərib deyirlər ki, necədir? Amam mən inanmıram. Müəllim, bu sözü sən desən inanaram. Bilərəm ki, düz deyirsən.
***
Tapdıq kişi kolxozda o vəzifə yox idi ki, işləməsin. Gah baş mexanik, gah traktor briqadiri, gah da təsərrüfat rəhbəri. Haml elə bilirdi ki, onun qulaqları ağır eşidir. Ancaq, o ona sərf edən sözləri eşidəndə cavab verirdi.
Tapdıq kişi təzərrrüfat briqadiri işləyirdi. Bu elə bir zaman idi ki, camaat gecə-gündüz çalışıb yuxarıların planını yerinə yetirməli idi. Əmək haqqı cədvəllərində o qədər saxtakarlıqlar olurdu ki, bəzən rəhbərlik bu saxtakarlığa göz yummağa məcbur olurdu. Tapdıq kişi əmək haqqı naryadi yazır:
Cəfərov Məhəmmədəli
Cəfərov Pəpiş
Cəfərov Alagöz
Kolxoz sədri Cəfərovlar soyadını cədvəldə çox görüb soruşur!
Tapdıq kişi Məhəmmədəli, Pəpiş, Alagöz kimdir?
Tapdıq kişi öz sakitliyini pozmadan: - Sənnənəm, eşit baş tap, Məhəmmədəli mənim oğlumdur . Pəpiş deyə çağırırıq. Alagöz isə...sənnəm, ay sədr, bunların nə əhəmiyyəti var.
Məlum olur ki, Alagöz onun inəyinin adıdır.
***
Məmmədhəsən kişinin külfəti çox böyük idi. O vaxtlar dolanışıq çətin olduqğundan o külfətini dolandırmaqda çox çətinlik çəkirdi. Gecə-gündüz nə qədər əziyyətlərə qatlaşsa da bir çıxış yolu tapmırdı. Amma gözü tox idi. Kolxoz sədri Adıgözəl kişi bunu görüb anbardara tapşırır ki, axşam Məmmədhəsən kişinin evinə bir çuval qarğıdalı unu göndərsin. Anbardar sədrin göstərişini yerinə yetirir.
Ertəsi gün kolxoz sədrini rayon mərkəzinə çağırırlar. Ondan şikayət ərizəsi olduğunu bildirirlər.
Məmmədhəsən kişi rayon rəhbərliyinə belə bir ərizə ilə müraciət etmişdi... "kolxoz sədri Adıgözəl kişi o qədər artırıb ki, bir çuval qarğıdalı unu da mənə verib?"
***
Qüdrət kişi pambıq qəbuletmə məntəqəsində pambıq qəbul edirdi. O vaxtlar pambıq briqadirləri bir birinin bəhsinə öndə getmək üçün saxta pambıq yazdırırdılar. Pulun miqdarı o qədər çox olurdu ki,onu yığıb yığışdırnmaq olmurdu. O vaxt çox dəbdə olan sarı kağız torbalara pulu yığardılar.
Qüdrət kişi çox yeyib içən adam idi. Hər gün işdən sonra o özünü yeməkxanaların birinə salıb möhkəmcə yeyib içərdi.
Bir gün də o işdən çıxır və əlində xeyli sarı kağız torba olur. Məntəqə kənddən bir az aralı olduğu üçün o həmişə rastına çıxan maşına əyləşərdi.
Bir maşına yaxınlaşır. Torbaları maşına qoyub bazarlıq etmişəm deyir.
Sürücü heç bir şey demədən torbaları maşına yerləşdirir.
Yol üstü Qüdrət kişi də ona yemək-içmək həvəsi oyanır. Maşını Soltanbud meşəsindəki yeməkxanaya sürdülür. Sürücüyə gözləməyi tapşırır.
Başı yemək içməyə qarışan Qüdrət kişi sürücünü və kağız torbalarını unudur. Yemək içməyi davam etnək üçün Gəncəyə yola düşür. Sürcü isə orada qalır.
Səhər məntəqəyə gələn Qüdrət kişi dünən nə baş verdiyini xatırlamağa çalışır. Bilmir ki, burada qoyub yoxsa harda. Eh, deyə əlini yelləyir.
Bir azdan onu bir nəfərin gözlədiyini söyləyirlər. Qüdrət kişi bayıra çıxıb dünənki yaşlı sürücünü görür. Əşii... sən necə adamsan gecə səhərə kimi yatmamışam. Fikirləşmişəm ki, səni arvad evdə gözləyir. Bazarlıq etmisən, indi hamısı xarab oldu. Aparmaq istədim. Çəkindim.
Qüdrət kişi heç bir şey olmadan maşından torbaları boşaldır. Torbaların birindən bir onluq paçkası götürüb açır və beş onluq sürücüyə yzadır. Qorxma xarab olan deyil.
Sürücü gecə səhərədək ona narahatcılıq verən sarı torbaları da pul olduğunu bilib bayılır.
***
Cəmşidin oğlu olmuşdur. O, sevincək halda oğluna yaxşı bir ad qoymaq istəyir. O vaxtlar Şərəfxanlı kəndində Şənhayat müəllimi təkcə kənddə, rayonda deyil, hətta Respublikada da gözəl ziyalı, təcrübəli pedaqoq kimi tanıyırdılar. Cəmşid öz oğluna Şənhəyat müəllimin adını qoymaq istəyir.
Kənd sovetinə yollanır. Təzə doğulmuş oğluna şəhadətnamə almaq istəyir.
O vaxtlar kənd sovetinin katibi Əhmədov Hümbət işləyirdi. Çox hazırcavab və əqidəsinə sadiq adam idi. Sovetliyin bütün ağırlığını çiyinlərində daşıyırdı.
Hümbət kişi Cəmşidə şəhadətnamə yazarkən nə ad qoyacağını soruşur.
Cəmşid: - Əhmədov elə bu uşağa Şənhəyat müəllimin adını qoymaq istəyirəm. İstəyirəm ki, o da Şənhəyat müəllim kimi oxuyub tanınmış bir ziyalı olsun. Əlində şəhadətnamə yazan Hümbət kimi dik ayağa qalxır. Şəhadətnaməni cırır.
- Yazmıram.
- Niyə, Əhmədov?
- Ə, dılğır, Sənin oğlun böyüyüb Şənhəyat müəllim olacaqsa bəs onda Şənhəyat müəllim kim olacaq. Yazmıram.
Tutaşırlar. Əhmədov Cəmşidi idarədən qovur. Şənhəyat müəllim arzusu ilə ürəyində xoş niyyət tutan Cəmşidin niyyəti puça çıxır.
***
Əhmədovun həyətində bir pişik ona göz verib işıq vermirdi. Həyətdə olan toyuq-cücəni bir-bir dənləyirdi. Ona zuyanlıq verirdi. Dəfələrlə rayon mərkəzinə gedərkən dörd yol deyilən yerdə pişiyi azdırmaq istəmiş, ancaq axşam evə gələrkən pişiyi yenə həyətdə görmüşdür.
Bir gün yenə pişiyi torbaya salır. Onu azdırmaq üçün avtobus dayanacağına gəlir. Ağdam ictiqamətinə gedən tərəfdə durur. Kəndçilərindən birb onun yol qırağında durduğunu görüb soruşur Əhmədov hara gedirsən?
Ağcabədiyə işim var:
Əhmədov orda niyə durmusan, Ağcabədiyə getmək üçün bu tərəfdə durmaq lazımdır.
- Sakit, torbada pişik var, eşidər qoy elə bilsin ki, mən Ağcabədiyə gedirəm, Əhmədov pişiyi azdırır. O gündən pişik bir daha görünmü Əhmədovun pişik əhvalatı uzun illərdir ki, Qarabağ torpağında bir lətifəyə çevrilir.
***
- Əhmədov bir dəfə rayondan kəndə qayıtmaq istəyir. Avtobusa gecikdiyi üçün taksi tutmaq istəyir. Sürücüyə yaxınlaşır kəndə neçeyə aparacağını soruşur. Sürücü:
- 5 manat.
Əhmədov təccübələnir. A kişi, bi yolu biz həmişə 2 manta gedirik. Sən niyə 5 manat deyirsən.
Sürücü halını pozmadan!
- Bura bax, ağsaqqal, xoşun gəlir get, gəlmir getmə. Mən belə aparırıram.
Əhmədov sürücünün bu cür cavabından hiddətlənir. Buruzə vermir. Sakitcə maşına oturur. Sür gedək.
Maşını düz kəndə darvazalarının ağzına sürdürür. Maşından düşür. Taksi sürücüsünə bir manat uzadır.
Taksi sürücüsü: Əşşi bu nədi. Biz belə danışmamışdıq.
Əhmədov halını pozmadan! Götür-deyir, Qoçu sən deyilsən, qoçu mənəm.
Taksi sürücüsü başını bulaya-bulaya geri qayıdır.
***
Əhmədov kənd soveti katibi işlədiyi müddətdə yazdığı müxtəlif arayışlardan bir manat alardı. Artıq sovetliyin bütün sakinləri bunu bilirdilər və hər arayışa bir manat verirdilər.
Bir gün kəndin sakini Sitarə oğlu Ənvərə öz qapısının məhsulunu Rusiyaya satmaq üçün arayış lazım olur. O, kənd sovetinə gəlir. Əhmədov arayış yazır. Sitarə oğlu Ənvər ona üç manat uzadır. Əhmədov üç manatı görərkən tez arayışı cırır və Sitarə oğlu ənvəri idarədən qovur.
- Sən bilmirsən ki, mən arayışa bir manat alıram. Sən mənə, üç manat uzadırsan. Ayıb deyil? Mənə rüşvət verirsən?
Sitarə oğlu Ənvər nə qədər çalışırsa Əhmədovdan arayış ala bilmir. Xasiyyətini bildiyi üçün kor peşman geri qayıdır.
***
Kənddə hamınının "qağa" deyə müraciyət etdiyi Hidayət kişi yedəkli bir motosklet almışdı. Kolxozda baş zootexnik işlədiyinə görə o həmin bu motoskletlə fermaları gəzir, gecə-gündüz çöllərdə olurdu.
Hidayət qağa həm də bərk yeyib-içən adam idi. Bir gün axşam tərəfi qohumu Səhrad kişi ilə bərk yeyib içdikdən sonra kəndə dönmək istəyirlər. Səhrad kişi motoskletin arxa oturacağında oturur.
O vaxtlar Qarqar çayı tez-tez məcrasından çıxıb yolları yuyub aparardı.
Gecənin zülmət qaranlığımda onların oturduğu motoskletin qabaq təkəri çayın yuyub apardığı çalaya düşür və arxada oturan Səhrad kişini uzağa tullayır. Bir az kefli olan Hidayət qağa onun neçə yox olduğunu belə hiss etmir.
Gecənin qaranlığında, yol boyu söhbətinə davam edir. Elə bilir Səhrad kişi arxada oturur. Kəndə çatanda arxaya çönüb:
Düş bir stakan çay içək, sonra gedərsən-deyir.
Səs gəlmədiyini görərkən arxaya çevriləndə Sərhad kişini öz yerində görmür.
- Deyəsən bərk qorxursan qohumundan. Aradan çıxmısan-deyib başını bulayır.
Yazıq Səhrad kişi isə gecə qaranlığında bir neçə kilometr yolu axsaya-axsaya bir təhər gəlib səhərə yaxın kəndə evlərinə yetişir.
***
Qağa həyət yoldaşı Qubanın tapşırığı ilə Ağdama dəryaz almağa yollanır. Yolda ona kəndçisi Yaqut da qoşulur.
Ağdam bazarında Qağa on manatı ayrı qoyur ki, arvadın tapşırığıdır. Dəryaz alacağ. Yaxşıca oturub yeyib içirlər. Kefləri yuxarı halda dəryaz axtarmağa dururlar. Bir yeməkxananın qabağından keçərkən Qağa Yaqutu yeməkxanaya yönəldir. Yaqut təəccüblənir:
- Qağa bizim ki, pulumuz yoxdur. Biz bura niyə gedirik. Quba xala sənə dəryaz sənə dəryaz tapşırıb.
- Kəs səsini. Quba İndiyə qədər dəryazı qonşudan almayıb? Qoy indi də alsın. Deyərəm tapmadım.
***
Kolxozun baş zootexniki işlədiyi vaxt Hidayət qağa bir "juquli" alır. Ora bura bura bir təhər sürməyi öyrənir. Bir gün öz müavini Mustafa ilə Ağdamda möhkəm vururlar. Axşam qaranlığa düşürlər. Qağanın sərxoş olduğunu görən Mustafa qorxur.
- Mən əsgərlikdə tanksürən olmuşam. Mənim sürcülükdə təcrübəm var, qorxma.
Mustafa car-naçar razı olur.
Onlar Ağdamda Musradbəyli tərəfdən döngəni elə dönmüşdülər ki, qəfləti qabaqdan bir "Zil" maşını çıxır.
Qağa əyləc əvəzinə qazı basır. Zil maşını ilə düz qabaq-qabağa gəlib toqquşurlar. Zərbənin təsirindən Mustafa qabaq "partpres"dən çıxıb zilin kapotunun üstünə düşür. Halsız qalır. Qağa baxır ki, Mustafa zilin kapotunun üstündə qalıb.
- Ə Mustafa, sən mənimlə gəlmişdin, indi tanımadığın maşının kapotunda oturmusan?
***
Qağa öz oğlanları üçün yeni həyət məhləsi götürmüşdü. Orada yaxşı dirrik əkmişdi.
Həyat yoldaşı Quba onun tez-tez içkili olmasını görüb həmişə evdə dava-dalaş salırdı.
Qağa bunun yolunu asanca tapmışdı. Bir butulka alıb səhər evdən çıxar dirriyə, orada dəmlənərdi. Elə tağın üstündən pamidordan xiyardan "zakuska" edib öz kefində olardı. Dirriyi isə alaq-ulaq basardı.
Bunu qaynatası Cümşüd kişi hiss edir. Bir gün Qağa səhər tezdən gətirdiyi putulkanı pomidor kolunun dibində gizlədir.
Bir az aralanan kimi Cümşüd kişi butulkanı tapır. Qağaya bildirmir.
Bir azdan Qağa qayıdıb butulkanı axtarmağa başlayır. Tapmır. Əsəbləşir. Bütün pomidor kollarının dibini və xiyar tağlarını alaqdan təmizləyir.
Bir azdan ora gələn Cümşüd kişi dirriyin tər-təmiz olduğunu görür.
- Ə, Hidayət yorulmursan, bu gün nə yaxşı işləyirsən. Dirrik tər-təmizdir. Məsələni başa düşən Qağa:
- Əşşi, Cümşüd kişi səni mənə qarovulçu qoyublar. Get işinlə məşğul olda. Evdən bir tikə çörək və su gətirmişdim. Onu da, siçovul apardı. İndi mən nə edim?
Cümşüd kişi heç nə demir.
Gülümsəyə-gülümsəyə ondan uzalaşır.
***
Bol məhsul götürmək o vaxtlar çox ağır zəhmət tələb edirdi. Camaat səhərdən axşamadək sahələrdə getmən əldə pambığı alaqdan təmizləyərdi, yenə çatdırmırdı.
Bir gün o vaxtlar kolxoz sədri Adıgözəl kişiyə deyirlər ki, katib gəlib sahənin başında onu gözləyir.
Kolxoz sədri cəld ora yollanır. Katib alaq basmış sahənin kənarında dayanıb onu gözləyirdi. Kolxozçu qadınlar isə alaq vura-vura ona tərəf gəlirdilər. Katib kolxoz sədrini bərk danlayır. Ona belə bir göstəriiş verir. Sabaha qədər arvadların qabağındakı kol-kos təmizlənməsə onu işdən azad edəcək. Adıgözəl kişi bütün qüvvəni ora yönəldir.
Hava qaralana kimi oranı alaqdan təmizləyir.
Səhər iclasda katib onu ayağa qaldırır və məlumat verməsini xahiş edir. Adıgözəl kişi.
-Yoldaş katib siz dünən gördüyünüz o sahədə arvadların qabağındakı kol-kos tamam təmizlənib. İndi arvadların qabağı tər-təmizdir.
***
Arvad nəfə qalar...

Ziyad çox çək-çəvirdən sonra ailə həyatı qurur. Bununla fəxr edir. Ondan soruşanda ki, " Ziyad arvad olmaq necədi?" O, belə cavab verir:
- Bilirsiz, arvad olmaq problem deyil. Bir az borc-xərc eləyib toy edirsən. Sonra yava yavaş borcu qaytararsan. Sonra isə (gülə-gülə) arvad nəyə qalır.

***
Sitarə oğlu Ənvər kəndin sakini İlqar Heydər oğlundan övladının kiçik toy məclisinə dəvət alır. Toy Ağdam rayonunun "Quzanlı" şadlıq evində təşkil olunur. Ənvər isə Boyat kəndində yerləşən "Zərifə" şadlıq evinə gedir. Yeyir, içir durur oynayır, nəmərini yazdırıb çıxır:
Ertəsi gün Ənvər kənddə deyir:
- Sağ olsun İlğarı çsx yaxşı toy təşkil etmişdi. Məni sayıb, kənddən bircə mənə dəvət etmişdi.
***
Həsənoğlu kişi oğlu Əlişə bir berlomont qaloş alır. Əliş onda Hindarx kənd orta məktəbinədə oxuduğu üçün hər gün piyada gedirdi.
Həsənoğlu kişi oğluna bərk-bərk tapşırırlar.
Əmi, bala, daş yolnan getmə, toypaq yolnan get ki, qaloşun altı cırılmasın.
 
Kəndimizin ilk ziyalıları
Rüstəmov Mürsəl
Cəmil oğlu
1932-ci ildə may ayının 5-də Ağcabədi rayonunun Şahmarlar kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1952-ci ildə Bakı Pedoqoji məktəbini 1963- ci ildə S.M. Kirov adına Azərbyacan Dövlət Universitetinin tarix və iqtisadiyyat fakültəsini bitirmişdir.
Rayonun Şərəfxanlı, Hacılar, İmamqulubəyli kənd məktəbində direktor işləmişdir. Sovetlər vaxtında Rayon Partiya Komitəsində təlimatçı, Kəhrizli kənd Zəhmətkeş Deputatları Sovetinin sədri olmuşdur.
Hal-hazırda Qaraş Əliyev adına Hindrax kənd 3 saylı əsas məktəbinin direktoru vəzifəsində işləyir.
Mürsəl müəllim Şərəfxanlı kəndinin ilk ali təhsilli ziyalısıdır. Hansı sahədə işləməsindən asılı olmayaraq, həmişə öz xalqı ilə bir yerdə olmuş bir ziyalı kimi Şərəfxanlı kəndinin inkişaf etməsində əlindən gələni əsirgəməmişdir. 50 ildən çoxdur ki, onun zəkasının parlaq işığı gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətə layiqli insan yetişdirmək ruhuna şölə saçır. Bu şölə hələ uzun müddət Şərəfxanlı kəndinin səmasında aləmi nura qərq edəcək.

Əhmədov Məhəmməd
İzzət oğlu
1932-ci ildə Ağcəbədi rayonunun Hindrarx kəndində anadan olmuşdur. (O vaxtlar sovetlik Hindarx kəndində yerləşdiyi üçün doğum şəhadətnamələrini Hindarx kəndi yazırlar).
Atası Əhmədov İzzət Əhməd oğlu 1884-cü ildə anadan olmuş, 1971-ci ildə vəfat etmişdir.
Anası Əhmədova Bahar Sadiq qızı 1913-ci ildə anadan olmuşdu, 1993-cü ildə vəfat etmişdir.
1938-ci ildə Şərəfxanlı kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olub. Ağır müharibə illəri olduğu üçün, ailə vəziyyətləri çətin olduğundan üçün 6-sinifdən kolxozda işləməyə başlayır. Yaxşı işlədiyinə görə 1947-ci ildə "fədakar əməyinə görə" medalı ilə təltif olunur. 1948-49-cu illərdə yenidən məktəbə qayıdır. Həmin il Hindarx kəndinin 7 illik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna daxil olur, 1953-cü ildə həmin texnikumu bitirib sinif müəllimi və pioner baş dəstə rəhbəri ixtisasına yiyələnir.
Təhsil Nazirliyinin bölgüsü üzrə Kəlbəcər royununun Seyidlər 7 illik məktəbində sinif müəllimi, sonra öz doğma kəndlərinə müəllim təyin olunur.
1967-ci ildə qonşu Şahmarlar kəndində yeni açılmış "Oktyabrın 50 illiyi” ibtidai məktəbinə direktor təyin olunur. 1970-ci ildə yüksək pedaqoji fəaliyyətinə görə, Lenin yubleji medalına laiq görülür.
Məhəmməd müəllimin Şərəfxanlı kəndində çox böyük zəhmətləri olmuşdur. Belə ki, 70 ilə yaxın bir müddətdə bu kənddə uşaqların savadlanası, təhsil alması Məhəmməd müəlimin üzərinə düşmüşdür. Əsrlər ötəcək, Məhəmməd müəllimin dərs dediyi şagirdlər bu gözəl insanı, xalq müəllimini xatırlayacaq və onun xatirəsini həmişə qəlblərində yaşadacaqlar.
Məhəmməd müəllim 2007-ci ildə vəfat etmişdir.
Tağıyev Şənhəyat
Məmməd oğlu
1937-ci ildə Şərəfxanlı kəndində doğulmuşdur. Əvvəl Şərəfxanlı kənd ibtidai məktəbini, sonra isə Hindarx kənd orta məktəbini bitirmişdir.
Şənhəyat müəllim 1957-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olmuşdur. 1959-cu ildə sinif müəllimi kimi oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Texnikumu bitirdikdən sonra bir neçə il Ağcabədi rayonunun "Zarya vostok" kənd məktəbində sinif müəllimi kimi əmək fəliyyətinə başlamışdır. Müəllim işləyə-işləyə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Qiyabi yolla oxumasına baxmayaraq, o, Azərbaycan klassik ədəbiyyatını, şifahi xalq ədəbiyyatını, folklorşünaslığı incəliklərinə kimi öyrənmiş və respublikada gözəl, savadlı bir ədəbiyyatşünas kimi tanınmışdır. Bir çox elmi məqalələri, tədqiqatları Elmi Şuraya çox tanış idi. Uzun illər Şərəfxanlı kənd orta məktəbində direktor vəzifəsində çalışmışdır.
Onun dərs dediyi uşaqlar istər-istəməz ədəbiyyatın, poeziyanın sirlərini mütləq öyrənməlidilər. Şənhəyat müəllim bütün Qarabağda bir ziyalı kimi tanınırdı. El şənliklərində, toylarda mütləq klassik irsimizdən bir nümunə söyləməli idi. Həyat yoldaşı Əminəxatın da müəllimə idi. Beş övlad dünyaya gətirmişdilər. Səyavuş, Nüşabə, Aqil, İlhamə, Təyyar xoşbəxt idilər ki, onların belə valideynləri var.
Vaxtsız ölüm Şənhəyat müəllimi və Əminəxatın müəlliməni eyni vaxda aramızdan apardı. Ömürlərinin çiçəkləndiyi bir vaxtda hər ikisi həyata gözlərini yumdular.
Bu gün onların yüzlərlə şagirdi onların aşıladığı yolla addımlayır və onların adlarını, xatirələrini həmişə əziz tuturlar...
Seyidova Əminəxatın
Vəlixan qızı
1939-cu ildə Qax rayonunun Qum kəndində doğulmuşdur. 1947-ci ildə Qum kənd orta məktəbinin 1-ci sinfnə daxil olmuş, 1957-ci ildə həmin məktəbi qurtarmışdır. 1958-ci ildə Nuxa pedoqoji məktəbinə daxil olmuş, 1960-ci ildə həmin məktəbin sinif müəllimi ixtisasına yiyələnmişdir.
1960-ci ildə onunla bir kursda oxuyan Şənhəyat müəllim onu çağırmış, Şərəfxanlı kəndinə gətirmiş, ailə qurmuşlar. O vaxtdan ömrünün sonuna qədər Şərəfxanlı kəndində sinif müəllimi işləmişdir.
Gözəl, həlim xüsusiyəti var idi, Əminə müəllimənin (kənddə onu hamı bu adla çağırırdı) pedaqoji fəaliyyətə başladığı ilk gündən kəndə qaynayıb, qarışdı. Kəndin xeyir-şərində həmişə kənd sakinləri arasında olardı. Valideynləri istəyirdi ki, onların uşaqları Əminəxatun müəllimənin sinfində oxusun, çox şirin danışardı. Sinifdə çox tələbkar olardı. Amma ictimaiyyət arasında öz mehribanlığı, səmimiliyi ilə seçilərdi. Məktəbi öz doğma evi bilərdi və bununla fəxr edərdi.
Əliyev Fərhad
Xanəli oğlu
1939-cu ilin Ağdam rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur.
Atası Xanəli kişi 1941-ci ildə müharibəyə getmiş, qayıtmamışdır. 1947-ci ildə partiya sıralarına qəbul olunmuşdur.
Şərəfxanlı kəndi ibtidai məktəbinə daxil olmuşdur. Sonra Hundarx kənd orta məktəbini 1957/58 illərdə müvəffəqiyyətlə bitirmişdir. 1958-ci ildə hərbi xidmətə çağrılmışdır. 1960-1962-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Kürdlər kənd orta məktəbində hərbi və idman müəllimi işləmişdir.
1962-1963-cü illərdə Nuxa Pedaqoji Texnikumunun ibtidai məktəb şöbəsinə daxil olub, 1963-1964-cü ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Fərhad müəllim həm də ehtiyatda olan zabit idi. O, mayor rütbəsinə kimi yüksəlmişdi. 1972-ci ildə V.İ Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdikdən sonra Şərəfxanlı kəndinin 8 illik məktəbində tarix müəllimi, sonra 10 ilə yaxın Hindarx kəndinin 8 illik məktəbində direktor işləmişdir. Fərhad müəllim ömrünün sonuna qədər pedaqoji fəaliyyətindən ayrılmamışdır. 2001-ci il iyunun 1-də vəfat etmişdir.
Biz lap uşaq yaşlarından Fərhad müəllimdən çox qorxardıq. Onu çox zəhmli bir müəllim kimi tanıyardıq. Bəzən olurdu ki, başqa dərslərdən qaçar, amma Fərhad müəllimin dərsində hamımız yerimizdə olardıq.
Çox tələbkar və nizam-intizamli müəllim idi. Verdiyi tapşırıqaların cavabını bizdən almamış əl çəkməzdi. Bəzən biz onu hərbi paltarda da görərdik. Mayor rütbəsi ona çox yaraşardı. Onu hərbi paltarda görərkən xəyallarda onun kimi olmağın azusunda olardıq.
Hər dəfə Şərəfxanlı kənd orta məktəbinin həyətinə qədəm qoyarkən sanki hiss edirəm ki, Fərhad müəllim bu saat məktəbdən çıxacaq onun ciddi siması gözlərim önündə canlancaq.

Kazımova Zəhra
Əbülfət qızı
1948-ci ildə Bərdə şəhərində doğulmuşdur. 1954-cu ildə Bərdə şəhər 3№ -li orta məktəbinin 1-ci sinfinə daxil olub. 1962-ci ildə orta məktəbi müvəfəqiyyətlə bitirmişdir. 1962-ci ildə Şəki Pedaqoji məktəbinin ibtidai sinif müəllimi hazırlayan şöbəsinə daxil olub 1966-ci ildə həmin texnikumu bitirmişdir.
Texnikomu qurtardıqdan sonra onunla bir kursda oxuyan Fərhadla ailə qurmuş ömrünün axırrına kimi C. Cəfərov adına Şərəfxanlı kənd orta məktəbində sinif müəllimi işləmişdir.
Zəhra müəllimə uşaqlarla dil tapmağı bacarırdı. Uşaq psixologiyası ilə uşaqlara yanaşmağı çox sevər, uşaqlarda onda həmişə analıq qayğısını görərdilər.
Artıq o həyatdan köçmüşdür. Bu gün onun xatirəsi milyonlarla insanın qəlbində yaşayır və əziz tutulur.
Əliyev Elşən
Adıgözəl oğlu
1940-ci ildə Şərəfxanlı kəndində doğulmuşdur. Hindarx kənd orta məktəbini bitirdikdən sonra bir müddət kolxozda işləmiş, M. Ə. Sabir adına Pedaqoji Texnikomun Rus dili fakültəsini bitirmişdir.
Uzun müddət Şərəfxanlı kənd məktəbində rus dili müəllimi işləmiş, işləyə-işləyə əvvəlcə H. B. Zərdabi adına Kirovabad Pedoqoji İnstitutun tarix fakültəsini sonra isə S. Ağamalıoğlu adına Kirovabad kənd təsərrüfatı İnstitutunun Aqonom- Etimoloq fakültəsini bitirmişdir.
Elşən müəllim kəndin sosial inkişafında yaxından iştirak etmiş dəfələrlə rayon-kənd sovetinə deputat seçilmişdir.
Uzun müddət Ukalov adına kolxozda baş aqronom işləmişdir.
Elşən müəllim qayğıkeş insan idi. O torpağa elinə, obasına, öz ailəsinə bağlı idi. Bir müəllim kimi, bir kəndinə bağlı insan kim, həmişə təkcə kənddə deyil, rayonda da böyük nüfuz qazanmışdır.
Bu gün o həyatda yoxdur. Ancaq onun aşıladığı işlər, xeyirxah əməllər bu gün yaşayır.
Alla rəhmət eləsin!

Əliyeva Bilqeyis
Şahlar qızı
1948-ci ildə Ağcabədi rayonunun Hacılar kəndində dünyaya göz açıb.
1954-cü ildə Hacılar kənd 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1961-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Həmin ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1966-cı ildə texnikumu başa vurmuşdur.
Bilqeyis müəllimə, qonşu Hacılar kəndindən bi kəndə gəlin köçmüşdür. Həyat yoldaşı Elşən müəllimdir. Pedaqoji fəaliyyətinə Şərəfxanlı kəndində başlayan Bilqeyis müəllimə özünün səmimiliyi və mehribanlığı ilə az bir zamanda kənddə tanınmağa başlamışdır. Onun dərs dediyi kiçik yaşlı uşaqlar başqalarından fərqlənirdi. Sinifdə çox tələbkar idi. Əsəbləşərkən həmişə baş barmağını dişləyərdi. Onun bu vərdişi dərs dediyi yüzlərlə şagirdə də keçmişdi. Yüzlərlə şagird bu gün bu vərdişi unuda bilmir.
Bilqeyis müəllimə bəy nəslindən idi. Anası Afərim əsli-nəsli, nəcabəti olan Muxtar bəyin qızı idi. Kərbəlaya ziyarət etmişdi. Xanım-xatın həmişə üzündən nur əskik olmayan, kasıb-küsublara əl tutan bir ağbirçək idi. Atası Şahlar kişi el ağsaqqalı idi. Həlim təbiətli, zəhmətkeş bir insan idi. Onların bütün müsbət xüsusiyyətləri Bilqeyis müəllimənin üzərində cəmlənmişdi.
Çox vaxtsız köçdü dünyadan. Arzularının çoxuna çata bilmədi.
Onun məsum, mülayim çöhrəsi bu günə də əbədi iz salmışdır.
 
İbrahimov Elman
İsmayıl oğlu
9 noyabr 1949-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində doğulmuşdur.
1955-ci ildə Şərəfxanlı kənd ibtidai məktəbinə daxil olmuş,1959-cu il həmin məktəbin 4-cü sinfini bitirmişdir.
1959-cü ildə Hindarx kənd orta məktəbinin 5-ci sinfinə daxil olmuş, 1966-ci ildə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə başa vurmuşdur. 1966-1970-ci illərdə Şəki Pedaqoji Texnikumunda oxumuşdur. 1970-1971-ci illərdə Ağcabədi rayonunun Köyük kənd məktəbində sinif müəllimi işləmişdir. 1971-ci ildə qiyabi yolla Bakı Dövlət Universitetinin mexaniki riyaziyyat fakültəsinə qəbul olunmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir.
1971-79-cu illərdən ta bu günə qədər Şərəfxanlı kənd orta məktəbinin pedoqoji kollektivinə rəhbərlik edir.
Hər bir kəndin nur saçması, inkişafı o kənddə yaşayan ziyalıların üzərinə düşür. Həyat üçün, cəmiyyət üçün, savadlı, ağıllı şəxsiyyətlər yetişdirmək isə təbii ki müəllimlərin üzərinə düşür. Müəllim cəmiyyətin inkişafı üçün hərtərəfli inkişaf etmiş insan böyüdürsə cəmiyyət heç vaxt büdrəmir. Inkişaf edir.
Elman müəlimin Şərəfxanlı kəndi üçün etdiyi xidmətlər saysız-hesabsızdır. Uzun müddət böyük bir pedoqoji kollektivə rəhbərlik etmək, şagirdlərin savadlı böyüməsi üçün həmişə axtarışda olmaq, doğulduğu boya başa çatdığı doğma kəndinin insanları ilə həmişə səmimi, mehriban münasibətdə olmaq Elman müəllimə xas olan ən müsbət xüsusiyyətlərin öncəsidir. O, harada olsa ziyalı adına sığınmış, müəllim şərəfini qoruyub saxlamışdır.
Yanar qığılcımın közünə bənzər,
Həyatda düzgün yol tutandı müəllim.
Ömür yollarında özünə bənzər,
Böyük amallara çatandı müəllim.
Quliyev Bahadur
Əli oğlu
1938-ci ildə Ağcabədi rayonu Kəhrizli Sovetliyinin Şərəfxanlı kəndində anadan olmuşdur. Atası Quliyev Əli Böyük Vətən müharibəsində həlak olmuşdur.
Quliyev Bahadur 1945-ci ildə Şərəfxanlı kəndinin ibtidai məktəbinə daxil olmuş, 1949-cu ildə həmin məktəbi bitirmişdir. 1949- cu ildə Kəhrizli kənd 7 illik məktəbinə daxil olmuşdur. 1956-cı ildə Ağdam Pedaqoji Texnikumuna qəbul olunmuşdur. Texnikumu bitirdikdən sonra 1957- ci ildən Şərəfxanlı kənd ibtidai məktəbində sinif müəllimi işləmişdir.
1968-ci ildə Həsən bər Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cu ildə bitirmişdir.
50 ildən çoxdur ki, Bahadur müəllim gənclərin təlim-tərbiyəsi ilə məşğul olur. Onun ilk dəfə əlinə qələm tutub yazmağı öyrətdiyi yüzlərlə şagirdin sədası müxtəlif sahələrdən gəlir. O, bu gün də yorulmur. Ömrünü uşaqların xoş gələcəyinə həsr etmişdir.
Abbasov Sabir
Həbib oğlu
25 dekabr 1941-ci ildə Ağcabədi rayonun Şahmarlar kəndində doğulmuşdur.
1948-1949 tədris ilində Boyat kənd orta məktəbinin 1-ci sinfinə daxil olur. 1958-1959 tədris ilində həmin məktəbin 10-cu sinfini bitirmişdir. Bir müddət Kəhrizli kənd kitabxanasında işləmişdir.
1960-ci ildə S.M. Kirov adına APU-nun filologiya fakültəsinə qəbul olunub.
1964-cu ildə ixtisasını dəyişmiş, V.İ. Lenin adına APU-nun pedaqogika fakültəsinə qəbul olunur. 1965-ci ildən Şərəfxanlı kənd, 1969-1972-ci illər İmamqulu kənd məktəbində, 1972-81-ci ildə isə Kəhrizli kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir.
Yenidən 1981-ci ildən Şərəfxanlı kənd orta məktəbində müəllim işləyir.
Sabir müəllim gözəl ziyalı, kollektivlə tez bir zamanda ünsiyyət yaratmağı bacaran, şagirdlər tərəfindən sevilən bir müəllimdir.
50 ilə yaxın pedaqoji fəaliyyətni fasiləsiz davam etdirən Sabir müəllim bu gün də müəllim və şagird kollektivinin sevimlisidir.
 

Əsədov Kazım
Məhəmməd oğlu
20 aprel 1954-cü ildə Şərəfxanlı kəndində dünyaya göz açıb. 1960-cı ildə 1-ci sinfə getmiş,1968-ci ildə Şərəfxanlı kəndinin 8 illik məktəbin məzunu olmuşdur.
Şərəfxanlı kəndinin 8 illik məktəbini fərqlənmə ilə bitirən Kazım 1968 ci ildə Şəki Pedaqoji Texnikumuna qəbul olur və 1972-ci ildə həmin texnikumun "ibtidai sinif müəllimi" şöbəsini müvəffəqiyyətlə bitirir.1972-1973-ci il tarixə kimi "Zarya Vostoka" kəndinin 8 illik məktəbində sinif müəllimi işləyir. Sonra hərbi xidmətə çağrılır. 1975-ci illərdə Kəhrizli kənd orta məktəbində hərbi rəhbər işləyir. 1976-1979-cu ildən "leytinant Şmit" adına İmamqulubəyli kəndinin 8 illik məktəbində rus dili müəllimi işləyir.
1976-1981-ci illərdə qiyabi yolla M.F. Axundov adına Azərbaycan Rus dili və Rus Ədəbiyyatı İnstitutunu bitirir. O vaxtlar "rus dili ikinci ana dilimizdir" devizi altında rus dili və rus ədəbiyyatına orta məktəbdə maraq çox güclü idi. Kazım müəllim ilk gündən rus dilinin incəliklərini şagirdlərə həvəslə öyrətməyə başladı. Təkcə rayonda yox, respublikada da qabaqcıl müəllimlər sırasına yüksəldi. "Baş müəllim", "Qabaqcıl maarif xadimi", "İlin ən yaxşı müəllimi" fəxri adına layiq görüldü.
Respublikada barmaqla göstərilən fənn kabinəsi yaratdı. Şagirdlərin səs-sədası SSRİ-nin müxtəlif şəhərlərindən gəlməyə başlayırdı.
Kazım müəllimlə orta məktəbi bir sinifdə oxumuşam. Uşaqlıqdan bizim möhkəm dostuğumuz olub. Biz həmişə bir yerdə gəzərdik. Sonralar tele elə gətirdi ki, mən də Rus dili müəllimi oldum. Bu bizi daha da yaxınlaşdırdı.
O, çox həlim, mehriban, qayğışek insan idi. Bir az kövrəkliyi var idi. Nizamini, Füzulini əzbər bilirdi. Gözəl şeir demək qabiliyyətinə malik idi.
Tale onun da bəxtinə çox tez qıydı. Vaxtsız köçdü bu dünyadan. Arzuları yarımçıq qaldı. Bizlər isə onun əziz xatirəsini həmişə əziz tuturuq.
Mən, Kazım müəlilimə yas mağarı qurarkən qəlbimdən keçən hissləri şeirə köçürmüşəm.
Mən təskinlik verirəm
hərdən özüm özümə
Vaxtsız itirdiyim, həyatda həmişə
mənim üçün xatirəsi əziz olan, dostum
Kazım müəllimi son mənziıə yola salarkən...
Belə bir yas mağarı mənim üçün qurulacaq,
Qonum-qonşu yığılıb mənə yas saxlayacaq,
Sevgilimin gözləri boşalacaq, dolacaq,
Son mənzilin qapısı açılacaq üzümə,
Mən təskinlik verirəm, səndən özüm-özümə.
Coşqun çaytək çağlayıb, axan məndim, axan mən,
Bu dünyaya sevinclə baxan məndim baxan mən,
Zülmətdən aydınlığa, çıxan məndim, çıxan mən,
Həsrətlə boylanıram ömrümdəki izimə,
Mən təskinlik verirəm hərdən özüm özümə.
Övlad çiyinlərində köçəcəm o dünyaya,
Mən həsrət qalacağam payıza, qışa, yaya,
Tanrı mənə qıymaya məni nakam qoymaya,
Onda qibtə edəcəm etibara, dözümə,
Mən təskinlik verirəm hərdən özüm özümə.
Bir gəlin boylanacaq qəbristan yollarına,
Sonra da güc verəcək açılan qollarına.
Cahan sükut edəcək qəmli haraylarına,
O baxa bilməyəcək qismətinin gözünə,
Mən təskinlik verirəm hərdən özüm özümə.
Nəvələr baba deyib dərd əlində itəcək,
Qızımın gülşənində solğun güllər bitəcək.
Görən Tanrı onların imdadına yetəcək?
Kimsə həsrət qalacaq söhbətimə, sözümə,
Mən təskinlik verirəm hərdən özüm özümə
Təbiət də donunu dəyişəcək bu anda,
Fırlanan təkərini saxlayacaq zaman da.
Bir hüzürlük olacaq bu eldə bu məkanda,
Həsrətlə baxacağam çəməninə, düzünə,
Mən təskinlik verirəm hərdən özüm özümə.

Keşməkeşli həyatda yox olacaq izlərim,
Yaddaşlarda qalacaq söhbətlərim, sözlərim,
Məni unudacaqdır doğmalarım, kəslərim,
Sükutla baxacaqlar divardakı əksimə,
Mən təskinlik verirəm hərdən özüm özümə.
Yaşamaq yanmaqdısa, mən odlanıb yanmışam,
Həyatdakı gedişi, duymuşam, anlamışam,
Tale savaşlarında bütləşmişəm, donmuşam,
Təəssüflə baxıram gücsüzləşən dizimə,
Mən təskinlik verirəm hərdən özüm özümə.

Belə bir yas mağarı mənim üçün qurulacaq,
Qonum-qonşu yığılıb mənə yas saxlayacaq.
Sevgilimin gözləri boşalacaq, dolacaq,
Son mənzilin qapısı açılacaq üzümə,
Mən təskinlik verirəm səndən özüm-özümə.
Vidadi ŞƏRƏFXANLI
11-02-2009
Həsənov Sədrəddin
Qara oğlu
1952-ci ilin mart ayının 28-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1960-ci ildə Hindarx kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1970-ci ildə həmin orta məktəbi bitirmişdir. 1970-ci ildə H.B. Zərdabi adına Kirovabad Pedaqoji institutunun riyaziyyat fakültəsinni bitirmişdir. 1974-cü ildə 1996-ci ilə kimi Kəhrizli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1996-ci ildən ömrünün sonuna kimi Şərəfxanlı kənd orta məktəbində əvvəl riyaziyyat müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir.
Sədrəddin müəllimlə orta məktəbə bir oxumuşuq və çox gözəl yoldaşlığımız olub. Öz ixtisasını müəkəmməl bilən bir müəllim idi. Riyaziyyatın sirrlərini həvəslə öz tələbələrinə öyrətməkdən yorulmazdı.
Çox baməzə, yerini bilən, həmişə şən məclislərdə olmağı xoşlayırdı. Gəncliyimiz bir yerdə keçib. Sonra elə oldu ki, mən 15 il Moskvada yaşamalı oldum. Hər dəfə kəndə gələndə görüşər, demək olar ki, bir yerdə olardıq. Şirin, duzlu zarafatları var idi.
Bir dəfə mən Moskvadan gələrkən onunla bir yerdə çörək yemək istədim. Kazım müəllimi də özmüzlə götürdük. "Azəri Hüseynin" yeməkxanası deyilən yerdə yaxşıca dincəldik. Günorta idi. Mən Poladlı kəndində yaşayan dostum Hümbətə baş çəkmək istədim. Belə qərara gəldik ki, bir yerdə gedək. Sədrəddin müəlimin o vaxt qırmızı "Juqulisi" var idi. Ceyran maşın deyirdi.
Yolda Sədrəddin müəllim maşında bir "nömrələr" göstərdi ki, Kazımla mən maşına minməyə peşman olduq.
Poladlı kəndinin içərisində çox sürətlə sürməyə başladı. Döngəni dönərkən maşının mən oturan tərəfinin əyildiyini hiss etdim. Çatanda gördük ki, sağ tərəf qabaq və dal təkərlər parlayıb və şinlər ortadan bölünüb.
Sədrəddin müəllimin bundan xəbəri yox idi. Biz onu yuxuya verib bir təhər təkərləri dəyişdik. Sədrəddin bunu hiss etmədi. Yol boyu məndən 1 şirvan pulun davasını etdi. Vermədim. Ertəsi gün səhər tezdən gördüm Sahibə müəllimə (həyat yoldaşı idi) qapıda məni çağırır. Getmədim.
Günorta məktəbin həyətinə yığışdıq. Sədrəddin müəllim tamam başqa adam olmuşdu. Məni görərkən, sən çox pis adamsan, dünən səndən 1 şirvan pul istədim vermədin. Amma mən özüm 32 şirvan ziyana düşdüm. Qırmızı ceyranın ayaqlarını sındırdın. Mən bu tarixi özümçün xüsusi qeyd edəcəm: “Sədrəddin müəllimin böhran günü.”
Allah, həyatın nə amansız qanunları varmış. Vaxtsız apardı onu dünyadan. Ondan mənə acı xatirələr, bir də duzlu, məzəli lətifələr qaldı.

Məmmədov Rövşən
Əliaslan oğlu
1955-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulmuşdur. 1971-ci ildə Hindarx kənd orta məktəbini bitirdikdən sonra bir müddət Ukolov adına kolxozda işləmişdir. 1974-76-ci illərdə hərbi xidmətini Almaniya şəhərində başa vurduqdan sonra doğma vətənə qayıtmış Bakı Bədən Tərbiyəsi Texnikomunu bitirmişdir.
Texnikomunu bitirdikdən sonra Ağcabədi rayonu Şərəfxanlı kənd orta məktəbimdə bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. O işlədiyi müddətdə Şərəfxanlı kəndinin voleybolçuları dəfələrlə rayon və respublika yarışlarının qalibi olmuşlar. 20 ilə yaxındır ki, Rövşən müəllim Şərəfxanlı kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyir. O işlədiyi müddət ərzində şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması yüksək səviyədə təşkil olunmuş, hərbin müasir silahların sirləri şagirdlərə aşılanmışdır.
Rövşən müəllim baş leytinant kimi ehtiyatda olan zabitdir.

TANIDIQLARIM...
Qasımov Allahyar
Musa oğlu

1947-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulub. 22. 02. 2000-ci il tarixindən Şərəfxanlı kənd ərazi vahidi üzrə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsidir.
Bu gün Şərəfxanlı kəndində 807 nəfər əhali yaşayır. 807-nəfər əhalini 174 təsərrüfat birləşdirir. 807 nəfərin 500-dən çoxu 18 yaşından yuxarı sakinlərdir. Əvvəllər kənddə hər bir ailənin 8-10 uşağı alardı. Hətta kənddə 10 nəfərdən çoxu "Qəhrəman ana" idi. Ancaq bu gün hər bir ailənin ya iki, bəzi hallarda 3 övladı olur. Bu da müasir dövrün şəratinə uyğun hərəkət edirlər. İki və ya üç övladdan artıq övladlarının olmasını istəmirlər. Hər il kənddə əhalinin artımı 16-nəfər 18 nəfər olur. Son illər Rusiya torpaqlarına iş dalınca, çörək dalınca, gedən insanlar arasında Şərəfxanlı kəndindən xeyli insan var. Onların bəziləri hətta ailəliklə başqa-başqa ruspublikalarda, şəhərlərdə yaşayırlar. Şərəfxanlı kəndində bu gün iki yüzdən artıq ev var. Şərəfxanlı kəndi ətraf kəndlərlə müqayisədə çox inkişaf etmiş kənddir. Bu gün bu kənddə 50- yə yaxın kommersiya obyektləri ixtisaslaşdırılmış mebel mağazası, bir neçə xırda sahibkarlıqla məşğul olan insanlar var.
Şərəfxanlı kəndində orta məktəb, klub, uşaq bağçası, tibb məntəqəsi, musiqi məktəbi fəaliyyət göstərir. 3 kitabxana kənddə yerləşir və sakinlərin ən çox üz tutduğu yerlərdəndir.
Şərəfxanlılar elmə meyli olan insanlardır. Məktəbin 33 müəlliminin 30 nəfəri həmin məktəbin məzunlarıdır.
Sakinlərin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdır. Bu gün əhalinin demək olar ki, 80% bu sahələrlə məşğuldur. Yerdə qalanları isə kommersiya və sahibkarlıqla məşğuldur.
Kənddən kənarda, başqa respublikalarda və şəhərlərdə yaşayan sakinlərin bütün problemlərinin həll olunmasında yaxından iştirak edirlər. Bir faktı da qeyd edim ki, 2001-2002-ci ildə Moskva vilayəti Puşkino və Nijni-Vortoveki şəhərlərində yaşayan həmkəndlilərimizin və kənd sakinlərinin yaxından köməyi ilə kəndin bütün elektrik və işıq sistemini dəyişdik, iki km kənardan kəndə yol çəkdik. Kəndin küçələrinə yolları qrabil və şebenlə nizama saldıq.
Şərəfxanlı kəndinin sosial inkişafı göz qabağındadır. Bu il möhtərəm prezidentimizin "regionların sosial inkişafı" lahiyəsinə əsasən kənddə yeni orta məktəb, icra nümayəndəliyi üçün inzibati bina, polis məntəqəsi, poçt, ATS binalarının tikilməsinə artıq başlanmışdır. Kəndin bələdiyyə və İcra Hakimiyyətliyi ilə birlikdə Şərəfxanlı kəndindən keçən şosse yolunun kənarında 100-ə yaxın ağac əkmişik ki, onun 300 yüzə yaxını həmişə yaşıl ağaclardır.

Xanalıyev Əlyar
Məmmədhəsən oğlu
1 iyul 1950-ci ildə Şərəfxanlı kəndində doğulmuşdur. 1956-60-cı illər Şərəfxanlı kənd ibtidai məktəbində oxumuşdur. 1961-1966-cı illərdə Bərdə şəhər avtomobil məktəbində oxumuş 1968-1970-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətini Almaniya şəhərində başa vurmuşdur.
1971-1972-ci ildə Bakı Dövlət Dəniz Donanmasında I dərəcəli motorist kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə onun ictimaiyyətçi, təşkilatçı bir komsomolçu kimi göstərilmiş komsomol təşkilatının katibi seçilmişdir. Sonra Şaumyan rayon (indiki Xətai r-n) komsomol komitəsinin göndərişi və zəmanəti ilə Türkmənistan SSR-in Krasnovodski şəhər milis şöbəsinin sərəncamına göndərilmişdir. 1972-ci ildən 1992- ci ilə qədər Krosnovodsk şəhərində hərbi məktəbi bitirib baş leytinant rütbəsi almışdır. Sonra qiyabi yolla Türkmənistan SSR Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 3 il Krasnovodsk Vilayət Partiya komitəsinin katibinin sürücüsü işləmişdir. İki il Vilayət Partiya Komitəsi katibinin zəmanəti ilə şəhər evlər idarəsinin müdiri vəzifəsində çalışmışdır. Sonra şəhər stadionunun direktoru və futbol məşqçisi kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkmənistan SSR-də Respublika dərəcəli hakim kimi ümumittifaq futbol oyunlarını idarə etməyə başalamışdır.
Əlyar 20 il Krasnovodsk şəhərində yaşadığı müddətdə ictimaiyyətin böyük hörmətini qazanmışdır. Xüsusi ilə orada yaşayan azərbaycanlılar arasında böyük nüfuz sahibi olmuşdur. Şəhər ictimaiyyətini yaxından tanıyan Əljar həmişə öz həmyerlilərinin problemlərinin həll olunmasında yaxından iştirak etmiş, onların hamısınə çevrilmişdir.
Qəribəsi budur ki, bu 20 il ərzində Əlyar ailə həyatı qurmamış, bütün həyatını öz amalı, məqsədinin həyata keçirilməsinə yönəlmişdir.
1992-ci ildə Bakı şəhərinə köçmüşdür. Bu günə kimi o Nəsimi rayon Təhsil Şöbəsində hərbi rəhbər AFFA-nın komitə üzvü, respublika dərəcəli hakim, futbol oyunlarına nəzarət etmək üçün insipektor, təyinat komissiyası sədri vəzifələrini yerinə yetirir.
1993-cu ildə noyabr ayında Nəsimi rayon hərbi komissarlığının çağırışı ilə 701 nömrəli hərbi hissəyə qərargah rəisi göndərilir. Bir çox ağır döyüşlərdə iştirak edən Əlyar Murov dağında 5 əsgər və bir kapitanla qar uçqununa düşür. 8 saatdan sonra qar uçqunundan xilas olurlar. İki əsgərin ayaq barmaqlarını bir əsgərin isə əlini şaxta dondurur.
Əlyarın isə ciyərlərinə möhkəm soyuq dəyir. Öd kisəsi isə partlayır.
Müalicə üçün hərbi qospitala göndərirlər.
Əlyarı qospital qəbul edir. Ancaq müalicə üçün pul tələb edirlər. 1994-cu ildə Əlyar öz hesabına öd kisəsindən əməliyyat olunur. 20 gün sonra əməliyyata məruz qalır. 2000-ci ildə isə üçüncü dəfə bağırsaqlarından əməliyyat olunur.
Qarabağ müharibəsində bütün sağlamlığını itirmiş Əlyar hisslərə qapanmır. Həyata nikbin gözlə baxır. Öz orqanizmi ilə mübarizə aparır. Gecə-gündüz öz üzərində çalışır. Axı, o idmançı idi. Çox ağır əməliyyatlar keçirmiş, ölümün caynağından qurtarmış, mən deyərdim, bütün bunlara öz iradəsi, mətinliyi ilə nail olmuş Əlyar indi də idman aləmindədir. 1995-ci ildən "Qarabağ veteranı" II qrup əlil olmasına baxmayaraq, Əlyar bu gün də Azərbaycan Futbol Federasiyasında respublika dərəcəli hakim kimi futbol oyunlarını idarə edir, hakim-inspektor kimi yorulmadan fəaliyyət göstərir.
İnsan həyatda hər şeyə qadirdir. O, öz əzmi, mətanəti, iradəsi ilə ağlasızmaz möcüzələr göstərir. Əlyar həyatın ağır burulğanına düşsə də bu burulğanınından mətanətlə çıxmış, həyatda özünün qarşısına qoyduğu məqsədə nail olmuşdur. Hər dəfə kəndə gələrkən uşaqlıq illərini xatırlayır. Olduqca kasıb, yoxsul bir ailənin övladı olduğu üçün illərin acı sınağında büdrəməyib keşməkeşlərdən keçdiyi üçün, özü üçün, kəndi üçün, doğma vətəni Azərbaycan üçün layiqli bir övlad olduğu üçün özünü xoşbəxt sayır. Gələcəyə nikbin baxır. O, bütün bunlara layiqdir.
 
Əhmədov Hümbət
İzzət oğlu
1936-cı ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olmuşdur. Atası İzzət kişi, anası Bahar xanım Şərəfxanlı kəndinin ilk sakinlərindəndir.
Əhmədov Hümbət Şərəfxanlı kənd ibtidai məktəbini bitirdikdən sona Hindarx kənd orta məktəbinə daxil olur. 1953-cü ildə həmin məktəbi bitirdikdən sonra bir müddət Ukalov adına kolxozda əmək fəaliyyətinə başlayır. Sonra Ağdam Mexanizasiya Texnikumuna daxil olur.
Texnukumu bitirdikdən sonra Ukolov adına kolxozda müxtəlif vəzifələrdə çalışır. Öz işgüzarlığı, tələbkarlığı, qətiyyəti ilə diqqəti cəlb edir. Dövlət işinə cəlb edilir. O düz əlli il dövlət qulluğunda çalışır. Əvvəlcə Kəhrizli kənd Zəhmətkeş Deputatları Sovetinin katibi, sədri vəzifələrində çalışır. Kəhrizli kənd soveti 4 kəndi əhatə edirdi. Kəhrizli, Şərəfxanlı, Şotlanlı, Şahmallar kəndində əhalinin rifahlarının yaxşılışdırlımasında, kənddə quruculuq işlərinin inkişafında, sovetlik camaatının sosial təminatının təmin olunmasında onun misilsiz xidmətləri olmuşdur. Sovetlərin əhatə etdiyi dörd kənddə onu çox meh riban qarşılayır, ona güvənirdilər. Bu hörməti o özünün təmiz vicdanlı olması ilə qazanmışdı.
Əhmədov hümmətin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. “Əlli il dövlət qulluğunda qüsürsüz xidmətlərinə görə” fəxri fərman, döş nişanı “Əmək igidliyinə görə” medalı, respublika və rayon rəhbərliyi tərəfindən müxtəlif fəxri fərmanlar və diplomlarla təltif olunmuşdur. Fərdi pensiyaçıdır. Dövlət qayğısındadır.
O, həm də gözəl ailə başçısıdır. 5 övlad atasıdır. Övladları Rüfət, Samir, Fariz, Əhməd, bu gün həyatın müxtəlif sah ələrində çalışırlar. Atalarını tez-tez yad edirlər.
Hümbət kişi bu gün ömrünün aqil çağını yaşayır. Tez-tez 50 il qulluq etdiyi kəndləri dolaşır. İnsanlar arasında olur. Xalq bu gün də onun hömətini saxlayır. Onu etiyatla qarşılayırlar.

Muğam xalqımızın
milli sərvətidir
Tanışlıq: Hüsüyev Zahir Əbdüləli oğlu 1956 - cı il yanvar ayının 14 - də Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuşdur. Müəyyən səbəblər üzündən 1973 - cü ildə həmin rayonun Şərəfxanlı kəndinə gəlmişlər. Hələ uşaq çağlarından Zahirdə xüsusi musiqi duyumu və milli musiqimiz olan muğama çox böyük maraq olmuşdur. Bu da onun sonrakı taleyində özünü açıq - aşkar şəkildə, yəni, Zahirin böyüdükdən sonra mahir bir muğam ifaçısı olmağında özünü göstərmişdir.
Orta məktəbi bitirdikdən sonra Zahirin musiqiyə, xüsusən də muğama olan sevgisi onu 1980 - cı ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Texnikumuna aparmışdır. İlk sınaq imtahanından yüksək qiymətlər alan Zahiri həmin texnikumun muğam şöbəsinə qəbul etmişlər. Məşhur muğam ifaçısı, mərhum Valid Abdullayevdən dərs alan Zahir Əbdüləli oğlu muğamın sirlərinə daha da dərindən bələd olmuş və bu ecazkar musiqinin bütün incəliklərinə bacardığı qədər mükəmməl yiyələnmişdir. Çünki o, gözünü dünyaya açanda sanki muğamla doğulmuşdur. Bunu yəqin ki, Zahiri dinləyənlər təsdiqləyə bilərlər.
Öz ifa yeniliyi və orijinallığı ilə fərqlənən Zahir Əbdüləli oğlu ilk dəfə olsa da, onu dinləyənlərin yaddaşında dərin iz buraxır, adama elə gəlir ki, yeni bir səslə, təmiz bir ifa ilə görüşür. Həmin səsin, ifanın cazibəsinə düşür, səsinin büllurluğu, zəngulələrinin şaqraqlığı, yerli - yataqlı olması hamını sehrləyir.
Zahir Əbdüləli oğlunun bütün ifalarında bir kövrəklik, bir qədimlik və çox - çox uzaqlarda olan bir gələcək duyulur. Adama elə gəlir ki, o, bu muğamları oxumur: daxilən onu narahat edən, tərpədən acıları, duyğuları, xalqımızın ümdə dərdi olan Qarabağ dərdini adamlarla bölüşmək istəyir. Zahir Əbdüləli oğlunun səsində uzaq keçmişdən gələn əks - sədalar hiss olunur, insanlarda sevinc və məhəbbət duyğusu oyadır...
Respublikamızın əməkdar artisti, uzun illərdir ki, Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik edən, məşhur tarzən Adil Bağırov onun ifasını eşitmiş, çox bəyənərək onu ansambla dəvət etmiş və Zahirin ifasında "Bayatı - Şiraz" muğamını lentə yazdırmışdır. Bu gün də həmin lent yazısı Azərbaycan Dövlət Televiziya və Radiosunun fonotekasında saxlanılır və dövlət radiosu ilə muğamat saatlarında səsləndirilir.
Zahir Əbdüləli oğlu 1985 - ci ildən Ağcabədi rayon Kəhrizli kənd Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır, eyni zamanda, gənclərimizə muğamatdan dərs verir.
Hələ 1982 - ci ildə bir çox muğam ifaçıları ilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Zahirin ifası çox bəyənilmiş və o, fəxri fərmanla təltif edilmişdir.
1988 - ci ildə isə indiki Heydər Əliyev adına Sarayda keçirilən festivalda Zahir Əbdüləli oğlu münsiflər heyəti tərəfindən çox bəyənilmiş və həmin festivalın qalibi olaraq medala layiq görülmüşdür.
Zahir Əbdüləli oğlu bu gün də xalqımızın maddi və mənəvi mədəniyyətinin qiymətli sərvətlərindən olan, xalqımızın əsrlər boyu qoruyub saxladığı muğamlarımızı sevərək oxuyur və gənclərimizə tədris edir. Onun səsi - sorağı tez - tez cəbhə bölgələrindən gəlir.
Azərbaycan musiqi sənəti qalereyasında, musiqi gülüstanımızda öz səsi, özünəməxsus ifası, öz orijinallığı ilə seçilən, həm qədim keçmişlərdən, həm də çox - çox uzaq gələcəkdən xəbər verən, öz ifasıyla insanlarda nikbinlik yaradan əziz dostumuz, gözəl insan, gözəl muğam ifaçısı Zahir Əbdüləli oğluna ulu Tanrıdan cansağlığı və yeni - yeni sənət uğurları arzulayırıq.
Əminik ki, onun yeni - yeni, bir - birindən gözəl ifaları sənət gülüstanımızı daha da bəzəyəcəkdir. Bu yolda ona Tanrı yar olsun. Amin!
Kərbəlayi Səfalət
Səmədli
Xudiyev Natiq
Qara oğlu
10 oktyabr 1962-ci ildə Şərəfxanlı kəndində doğulmuşdur. 1976-ci ildə Hindarx kənd orta məktəbini bitirmişdir. 1979-81-ci illərdən Sovet Ordu sıralarında xidmət etmişdir.
1981-83-cü illərdə Ağdam KTT-da oxumuşdur.
Texnikumu bitirdikdən sonra Ukolov adına kolxozda əvvəlcə mexanik, ehtiyat hissə anbardarı sonra isə "Nəsimi" kəndli Fermer Təsərrüfatının rəhbəri vəzifələrində çalışmışdır.
1990-2010-cu ilə qədər Şərəfxanlı bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Bələdiyyə sədri işlədiyi 10 il müddətində kəndin abadlaşdırılmasında, yolların çəkilməsində, kəndin sosial problemlərinin həll olunmasında böyük fəallıq göstərmişdir.
Hal-hazırda bələdiyyənin memarlıq şöbəsinin sədri vəzifəsində çalışır.
Natiqin bütün ömrü Şərəfxanlı kənd sakinləri arasında keçeir. Kəndin xeyir-şərində, problemlərin həll olunmasında həmişə çalışır ki, insanlara yaxından köməklik etsin.
Doğma Şərəfxanlı kəndini çox sevir.
 
 
 

Xudiyev Fərahim
Qara oğlu
17 oktyabr 1977-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1984-cu ildə Şərəfxanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1995-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.
1995- ci ildə Naxçıvan MR-nın Dövlət universitetinin "iqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsinə daxil olmuş, 1999-cu ildə həmin universiteti bitirmişdir.
1999-2000-ci illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olmuşdur.
3 noyabr 2000-ci ildən 2003-ci ilin avqust ayına kimi Ağcabədi rayon Əmək Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsində mühasib vəzifəsində işləmişdir.
2006-ci ilin aprel ayında "Kapital Bank", ASC-nin Ağcabədi rayon filialında əməliyyat bölməsi üzrə nəzarətçi-operator vəzifəsində işləməyə başlamış və hal-hazırda kredit üzrə mütəxəssis işləyir.
Ailəlidir. İki övladı var. Fərahim kəndin qocaları ilə daha çox əlaqə saxlayır. Onların pensiyalarının vaxtlı-vaxtında çatdırılması, başqa qayğılarının yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmir.

Əlibəyli Surxay
Xasay oğlu
10 iyun 1949-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulmuşdur. Şərəfxanlı kənd ibtidai məktəbini bitirdikdən sonra Ağdam şəhər 1 №-li orta məktəbində təhsilini davam etdirib, 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967-ci ildə o vaxtkı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə qəbul olmuş 1982-ci ildə oranı bitirmişdir. 1967-ci ildən əmək fəaliyyətinə başlamış müxtəlif sahələrdə işləmiş, 1975-ci ildə ağdamda kitabsevərlər cəmiyyətində məsul katibi, 1976-cı ildə Ağdam şəhər mədəniyyət evinin direktoru, 1981-ci ildən Ağdam şəhər mədəniyyət və istirahət parkının direktoru (işğala qədər) işləmişdir. Ağdam hadisələri başlarkən cəbhənin fəal üzvlərindən biri olmuş, azadlıq hərəkatının təbliğatçısı, üçcildlik "Ağdam qibləgahım mənim" kitabının müəllifidir. 2000-ci ildə I cild, 2002-ci ildə II cild, 2003-cü ildə III cild çapdan çıxmışdır. "Bura Vətəndir", "Hüseynbala Mirələmovun yaradıcılığında Qarabağ ağrıları", "Qəlbin harayı", "Qarabağ bülbülləri", "Tanrının nur payı Seyid Lazım Ağa" kitablarının və minlərlə vətənə, torpağa elə-obaya həsr olmuş publisist məqalələrinin müəllifidir.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İki övladı var. Oğlu Altay ƏLibəyli tanınmış tele-jurnalistdir. Uzun illər Azərbaycan Dövlət Televiziyasında idman proqramları redaksiyasının baş redaktoru işləmişdir. Qızı ali təhsilli müəllimədir.
Şərəfxanlı mənim ilk beşiyimdir. İlk qədəm açdığım, iz qoyduğum, torpağına səcdə etdiyim bir kənddir.
Mustafa Çəmənlinin bir şeiri var:
Sənə ürəyimin paytaxtı desəm,
Nə Təbriz inciyər, nə də ki Bakı.
Şərəfxanlı mənim ürəyimin paytaxtıdır.

Tağıyev Yavər
Məmməd oğlu
1960-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulmuşdur.
1967-ci ildə Şərəfxanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olunmuşdur və 1971- ci ildə həmin məktəbin 4-cu sinfini bitirmişdir. 1971-76-ci illərdə Hindarx kənd orta məktəbində oxumuşdur.
1977-79-cu illər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurulduqdan sonra 2 il Lşimit adına Bakı Maşınqayırma zavodunda çilingər işləmişdir.
Sonra həmin zavodun göndərişi ilə C.M Kirov adına ADU-nun "kitabxanaçılıq" fakültəsinin hazırlıq şöbəsinə qəbul olunmuşdur. 1982-88-ci illər həmin universitetin tələbəsi olunmuşdur. Ali məktəbi bitirdikdən sonra təyinatla Ağcabədi rayon Mədəniyyət Şöbəsinə göndərilmişdir. Rayon Mədəniyyət Şöbəsində metodist kimi fəaliyyətə başlamış, 1998-ci ilə qədər həmin şöbədə çalışmışdır.
Minlərlə azərbaycanlı kimi Yavər də Qarabağ müharibəsində fəal iştirak etmişdir. Bir çox qəzetlərdə müxtəlif səpkili yazılar dərc etdirmiş, tez-tez cəbhədə əsgər səngərlərində əsgərlərlə bir yerdə olmuşdur.
"Azadlıq", "Azərbaycan ordusu", "Milli qəhrəman" qəzetlərində müntəzəm olaraq cəbhə xəbərlərini dərc etdirmişdir. Bir çox müharibə almanaxlarında onun Qarabağ müharibəsi şəhidləri haqqında geniş səpkili yazılarına rast gəlmək olur.
Yavər Tağıyev hal-hazırda Bakı Dövlət Əmlak Komitəsindədə şöbə müdiri işləyir.
Ailəlidir. İki övladı var.
Hər iki övladı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir.
Həyat yoldaşı Nailə xanım Sumqayıt şəhər 1№-li kitabxanın müdiridir.
İlham İnqilab
oğlu Əliyev
1966-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur.
Atası, o vaxtlar Azərbaycan SSR Ali Sovetinin deputatı, SSP Ali Sovetinin qurultay nümayəndəsi olmuş, sürücü-mexanik İnqilab Əliyev Ulu Öndər H. Əliyevin oğlu İlham Əliyevin şərəfinə oğluna İlham adı qoymuşdur.
İ. Əliyev 1973-1983-cu illərdə Şərəfxanlı kənd orta məktəbində oxumuşdur. İki il kolxozda işlədikdən sonra 1985-87-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Estoniya SSR-in Tallin şəhərində başa vurmuşdur. 1987-ci ildən Ağcabədi şəhərində bir çox sahalərdə çalışmışdır. Qiyabi yolla Kirovabad Kənd Təsərrüfatı İnstitutununun iqtisadiyyat fakültəsini bitirmişdir.
Ağcabədi şəhər çörək zavodunda əvvəlcə növbə rəisi, sonra isə baş iqtisadçı işləmişdir. 1996-cı ildən Bakı şəhərində yaşayır. Bizneslə məşğuldur. Bir çox ticarət mərkəzlərinin icraçı direktorudur. Elə bir ay olmaz ki, doğulduğu Şərəfxanlı kəndinin öz xeyir-şərində iştirak etməsin.
İlham kəndlə bağl günlərini unutmur. Kimin adını daşıdığını dərk edib, bu adı həmişə şərəflli tutmağa çalışır. Çalışır ki, bütün Qarabağda böyük nüfuza sahib olan atası İnqilab kişinin, bir də adını daşıdığını İlham Əliyevin layiqli davamçısı olsun. Cəmiyyətin inkişafında istəyir ki, onun da əməyi olsun. Çox kövrək qəlbi var İlhamın. Ürəyində Qarabağ dərdi gəzdirir. İnanır ki Qarabağ işğaldan azad olacaq, yenə onun Qarabağlı günləri başlayacaq.
Elə ailə qurduğu Günay xanım da kövrək qəlblidir. Ata-ana hörmətini çox uca tutur. Soy köklərinin onlara miras qoyduğu müəddəs nə varsa yaşatmağa çalışır.
Qızı Xədicə, oğlu Ayxan İlhamın doğulub boya-başa çatdığı Şərəfxanlı kəndində tez-tez olmağı xoşlayırlar. Vaxtlarının çoxunu həmin kənddə keçirmək üçün bəzən atalarından küsürlər.
Əliyev Əzim
Əliş oğlu
25.01.1961-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 1968-ci ildə Şərəfxanlıkənd 8 illik məktəbinin 1-ci sinfinə getmiş, 1977-ci ildə Hindarx kənd orta məktəbi bitirmişdir. 1979-cu ildə hərbi xidmətə çağrılmış, 1981-ci ildə hərbi xidmətdən qayıtmışdır. 1982-ci ildə Bakı Kooperativ Texnikumuna daxil olmuş, 1984-ci ildə həmin texnikumu bitirmişdir. Daha sonra təyinatı üzrə Ağcabədi rayon İstehsalat cəmiyyətində xəzinədar vəzifəsində işləmişdir. 1984-cü ildə ailə həyatı qurmuşdur. Hal-hazırda 3 övladı var. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Kooperativ İnstitutunun Bakı filialında qiyabi oxumuşdur. 1989-cu ildə həmin institutu bitirmişdir. Səhmdar kommersiya Aqrar Sənaye İdarəsinin Ağcabədi şöbəsində iqtisadçı vəzifəsində işləmişdir. 1997-ci il tarixdə Bakı şəhərinə gəlişi ilə sədərək ticarət yarmarkasında kiçik bizneslə məşğul olmuşdur. 2010-cu il tarixdən hal-hazıra kimi Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “famous” klubunun direktoru vəzifəsində çalışır.
ŞƏRƏFXANLI KƏNDİNİN ŞƏRƏFLİ
ÖMÜR SÜRMÜŞ KİŞİLƏRİ OLUB
Şərəfxanlı kəndi… Bu kənd çoxsaylı dəyərli kişilərin yaşayış yeri olub. Mən Şərəfxanlıda doğulmasam da, lakin hər məhləsində, hər cığırında babalarımın izi olan bu kənd mənim üçün çox əziz və doğmadır. Həmişə bu kəndin keçmiş kişiləri haqqında məlumat almağa çalışmışam və qürurverici sözlər eşitmişəm. Bunlardan babab Həsənalı kişi, Əli və İsmayıl qardaşları, Fətulla kişi, Adıgözəl kişi, Məlik kişi, atam Xasay kişi, İsmayıl kişi, və onlarca başqaları sözün həqiqi mənasında şərəfli bir ömür yolu keçiblər. Onlar haqqında eşitdiklərimin bir qismini qeyd etmək istərdim. Babam Həsənalı kişi keçən əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından, Şərəfxanlı kəndinə köçür. Bu kənddə ilk ev tikən və ilk mülk sahibi olan babam olub. Bacarıqlı, zəhmətkeş və imanlı kişi olduğundan heç vaxt ruzisi əksik olmayıb. Aclıq dövrlərində yaşadığı kəndin və qonşu kəndlərin əhalisinin əlindən çox tutub. İnsanlar babamın qapısına gəlib, bir ovuc qızılın əvəzinə, bir kisə un və ya taxıl istəyərmişlər. Babam da onların kisəsini un və ya taxılla doldurar, qızılları isə özlərinə qaytararmış. Söz düşəndə deyərmiş ki, "Bu ruzini mənə Tanrım verib, mən də imkanı olmayanlara verməliyəm. Əgər verdiklərimin əvəzinə onların son ümidi olan qızıllarını alsam, onda qıldığım namaz, tutduğum oruc Allah dərgahında qəbul olunmaz və axirətdə bunun cavabın verə bilmərəm." Gənc yaşlarında Laçından o kəndə köçən iki qardaşı da babam o aclıq illərində öz himayəsində saxlayıb. Babam ömrünün sonuna qədər ibadətlə məşğul olub. Mən onu görməsəm də lakin, deyələnlərdən bilirəm ki, yündur boylu, cüzsəli bədən quruluşuna malik, iri əlləri, nurlu siması olub. Mən belə bir KİŞİNİN nəvəsi olduğum üçün qürur duyuram. Babamın məzarı erməni işğalında olan Ağdamın Qarağacı qəbristanlığında nənəm və anamın məcarı ilə qoşadır.
Əli kişi atamın dayısı olub. 40-ci illərdə kənddə kolxoz sədri işləyib. Elə həmin dövrdə də qondarma ittihamla həbs olunub. Məhkəməsində vaxtı ilə çörək verdiyi bir şərəfsiz onun üzünə duraraq, yalançı şahidlik edir. Bu haqsızlığı dözə bilməyən Əli kişi həbsxanada dünyasın dəyişib.
Əli kişinin qərdaşı İsmayıl kişi 1941-45-ci il Böyük Vətən Müharibəsındə həlak olub.
Məlik kişi uzun illər kənddə kolxoz sədri işləyib. Kənd əhalisinə hər zaman qayğı ilə yanaşıb. Məlik kişi ilə mənim atam həm yaxın dost olublar, həm də bir neçə il kolxozda bir yerdə çalışıblar.
İsmayıl kişi savadlı iqtisadçı olmaqla yanaşı səmimi və mehriban insan idi. Əsl türk kişilərinə məxsus boy-buxunu və sifət quruluşu ilə çoxlarından fərqlənirdi. Rəhmətlik çox təmkinli və vuqarlı kişi olub. Allah hamısına rəhmət eləsin!
Mən bu kiçik yazımda Şərəfxanlının adlı - sanlı kişilərinin hamısı haqqında söhpət açmağı lazım bilmədim. Çünki Vidadi müəllim kitabda hər bir şərəfxanlılı haqqında söhpət açır. Mən sadəcə bildirmək istəyirəm ki, şərəfli ömür yolu keçmiş kişiləri olan Şərəfxanlını hər zaman ölkəmizin ən inkişaf etmiş kəndlərindən biri kimi görmək istəyirəm. Bunun üçün hər birimiz əlimizdən gələn köməkliyi etməliyik.
İnanıram ki, tezliklə Şərəfxanlı inkişaf etmiş, müasir səviyyəli bir kənd olacaq.
Etibar TOĞUL,
"Hüquqi Cəmiyyət" qəzetinin
baş redaktoru,
"Qızıl qələm" mükafatı laurantı

Təvvəkül İnqilab
oğlu Əliyev
1960-cı ildə Şərəfxanlı kəndində anadan olmuşdur. 1967-77-ci illər də Şərəfxanlı kənd orta məktəbində oxumuşdur. Orta məktəbi bitirdikdən sonra Ağdam kənd Təsərrüfatı Texnikumunun "Mexanikləşdirmə" fakültəsinə qəbul olmuş, 2 il hərbi xidmətdə olduqdan sonra həmin texnikumu bitirmişdir. T. Əliyev bir neçə il Ukolov adına kolxozda müxtəlif vəzifələrdə işləmişdir. Atası İnqilab kişi ilə çiyin-çiyinə çalışan Təvəkkül torpağa bağlı insandır. 1997-ci ildən 2006-ci ilə qədər Moskva vilayətinin Puşkino şəhərində bizneslə məşğul olmuşdur.
Yenidən öz doğma yurduna qayıdan Təvəkkül Bakı şəhərində bizneslə məşğul olur.
Ailəlidir. Həyat yoldaşı Zabilə xanım, oğlu Elgün, qızı Nərgizlə tez-tez ata yurdunda olmağı xoşlayır.
 
 
 
 
 

Tağıyev Vaqif
Məlik oğlu
1954-cu ildə Şərəfxanlı kəndində doğulmuşdur. 1961-ci ildə Şərəfxanlı kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olub. 1968-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Vaqif Şərəfxanlı kənd 8 illik məktəbinin ilk məzunlarındandır. 1968-1970 ci illərdə Hindarx kənd orta məktəbində oxumuşdur.
Orta məktəbi bitirdikdən sonra bir müddət Ağcabədi rayonu Çkalov adına kolxozunda inşaat briqadasında fəhlə işləmişdir.
1973-75-ci illərdə Sovet Ordusu sıralarında xidmətdən sonra “Bakı fəhləsi” xırda cıhazlar zavodunda əvvəl çilingər, sonra sex ustası vəzifəsində çalışmışdır.
1976-cı ildə komsomal putyovkası ilə Komi MSSR-ın , Varkuta şəhərində kömür şaxtalarında işləməyə göndərilir. Az müddət ərzində özünü bacarığlı bir işçi kimi göstərir. Briqadır vəzifəsinə yüksəlir. İctimai işlərdə də fəal çalışan Vaqif Vorkuta şəhərində bir ictimayyətçi kimi göstərir. Briqadir vəzifəsinə də yüksəlir. Şəhərdə olan bütün tədbirlərdə iştirak edir. Usta vəzifəsinə yüksəlir. Qiyabi yolla Vorkuta kömürçıxarma və metalergiya texnukumunu bitirir. 30 ilə yaxın kömür mədənlərində işləyir. Fəxri şaxtaçı adına layiq görülür. 1997-ci ildə Belqorod şəhərinə köçür.
Vaqif indi iş adamıdır. Belqorad şəhərində özünün biznesi var.
Oğlu Məlik Hüquq fakültəsini bitirib indi Belqorod şəhərində Hüquq mühafizə orqanlarında çalışır. Kiçik oğlu Rüstəm isə İdman Akademiyasını bitirib əlbəyaxa döyüş üzrə Rusiyanın idman ustasıdır. Bir çox ümumRusiya yarışlarında fəxri kürsünü tutub .
Vaqif tez-tez doğma kəndində yaşamamasına baxmayaraq ürəyi həmişə doğulduğu Şərəfxanlı kəndi ilə döyünür.
 
Əliyev Ebrus
İnqilab oğlu
1969-cu il iyun ayının 29-da Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 1976-85-ci illərdə Şərəfxanlı kənd orta məktəbində oxumuşdur. 2 il Ukolov adına kolxozda atası, Azərbaycan SSR Ali Sovetinin deputatı İnqilab Əliyevlə birlikdə işləmişdir. 1987-89-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1990-cı ildən Ağcabədi rayon çörək zavodunun Kəhrizli kənd filialının direktoru vəzifəsində işləmişdir. Qiyabi yolla Gəncə Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir.
E. Əliyev uzun illər Ağcabədi rayonunda müxtəlif vəzifələrdə işləmişdir.
İşlədiyi müddət ərzində kəndinə bağlı insan olmuşdur.
2002-2005-ci illərdə Ağcabədi Pambıq zavodunda yüksək vəzifədə çalışmışdır. 2005-ci ildən Bakı şəhərində yaşayır. Bakıda özünə uğurlu biznes quran Elbrus həmişə öz elinə, obasına yararlı insan olmaqla bərabər, doğma Şərəfxanlı kəndinin inkişafında, sosial qayğılarının həyata keçirilməsində yaxından iştirak edir.
Ailəlidir. Həyat yoldaşı Mətanət xanım oğlu, Orxan, qızları Fəridə və Şahin ilə tez-tez ata ocağı olan Şərəfxanlı kəndində olurlar.

Tağıyev Nəriman
Məmməd oğlu
1966-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulmuşdur.
1984-cu ildə Şərəfxanlı kənd orta məktəbini bitirmişdir.
Ailənin sonbeşiyi olan Nəriman bir müddət kolxozda işləmiş, sonra Azərbaycan Politexnik Universitetinə sənətlərini vermişdir. Yüksək bal toplamağına baxmayaraq müsabiqədən keçə bilməmişdir.
1984-1985-ci illərdə hərbi xidmətini Estoniya SSR-in Fallin şəhərində başa vurmuşdur.
Hərbi xidmətdən sonra yenidən bəxtini sınamış və instituta qəbul ola bilməmişdir.
1986-ci ildə Rusiyanın Lipetsk şəhərində yollanmış, əvvəlcə zavodların birində fəhlə, sonra Lipetsk Politexnik Texnikumuna qiyabi yolla daxil olunmuşdur. Lipetsk şəhər Lenin rayonunun milis bölməsində milis serjantı vəzifəsində yol patrul xidmətində işə düzəlmişdir.
Sonra Lipetek Politeknik İnstitutunun "Avtomobilin istismarı" fakültəsini bitirmişdir.
Lipetsk şəhər yol patrul xidmətində leytenant kimi fəaliyyət göstərmişdir. Sonra milis mayoru kimi Vorenej-Tula istiqamətinin 165-ci post yol patrul xidmətinin rəisi kimi işini davam etdirir.
Nəriman yaşadığı Lipetsk şəhərində Azərbaycan Diasporunda fəal üzvlərinin biridir. İdarə heyyətində "beynəlxalq əlaqələr" şöbəsinə rəhbərlik edən Nəriman tez-tez müxtəlif tədbirlərdə və görüşlərdə iştirak edir. Respublikamızdan kənarda Lipetsk şəhərində yaşayan azərbaycanlıların qayğısı və problemlərinin həll olunmasında Nərimanın rolu böyükdür.
Nəriman doğulduğu Şərəfxanlı kəndində unudulmur. Tet-tez həyat yoldaşı Mətanət xanım və övladları Anar və Aygünlə doğma yurduna qonaq gəlir. İstirahətini öz doğmalarının yanında keçirir.
 
 
 

İbadət İnqilab
oğlu Əliyev
1968-ci il yanvar ayının 20-də Ağcabədi rayonunun Şərəfxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1974-cu ildə Şərəfxanlı kənd orta məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi bitirmişdir.
1986-88-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətini Krım ASS-in Saki şəhərində başa vurmuşdur.
1988-ci ildə Lipetsk şəhər Politexnik Texnikumunun "Avtomobilin istismarı" fakültəsinə daxil olmuşdur. Texnikumu qurtardıqdan sonra Lipetsk şəhərində müxtəlif sahələrdə işləmiş,1994-cu ildən biznes sahəsini artırmış, 1994-2005-ci illərdə Lipetsk şəhərində biznes sahəsində uğurlar qazanmış, həmin şəhərdə yaşayan azərbaycanlılar arasında böyük nüfuz sahibi olmuşdur. Azərbaycana qayıtmış, öz biznesini Bakı şəhərində qurmuşdur. "Adatəpə" restoranlar şirkətinin içraçı direktorudur.
 
Tağıyev Telman
Məmməd oğlu
1965-cı ildə Şərəfxanlı kəndində doğulub. 1981-ci ildə Şərəfxanlı kənd orta məktəbini bitirdikdən sonra bir müddət Çkalov adına kolxozun inşaat briqadasında fəhlə işləyib. 1984-86-cı illərdə Sovet ordusunda hərbi xidmətini Qazaxıstan respublikasında başa vurub Telmanın dayısı Şafa kişi uzun müddət Yalta şəhərində yaşayırdı. Onun həyat yoldaşı Səkinə Purməmmədova uzun müddət Yalta şəhərində olan Özbəkistan sanatoriyasının baş həkimi işləmiş, "Özbəkistanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Hərbi xidməti başa vurduqdan sonra dayısı Telmanı Yaltaya öz yanına çağırır.
Telman əvvəlcə Yalta Tibb Texnikumunu bitirir. Yalta şəhər Mərkəzi Xəstəxanasında Massaist-həkim kimi fəaliyyət göstərir. Özünü bacarıqlı bir həkim kimi göstərir.
Artıq 20 ilə yaxındır ki, Telman Yalta şəhərində "Qara dəniz sahilində özəl massaj kabinəsi var. İstirahətə gələnlərin əksəriyyəti əcnəbilərdir. Onlar həmişə Telmanın işindənrazılıqla danışırlar. Yalta şəhərinə qədəm qoyarkən milliyətindən asılı olmayaraq. Kimdən Telmanı soruşsan, o saat onun haqda iftixarla söhbət açar və onun ünvanın hörmətlə göstərər.
Telman həm də mövcüd quruluşun tələblərinə əsasən bizneslə məşğuldur. Bir çox kafe və restorana rəhbərlik edir.
Onun qonağı olan hər kəs Azərbaycanın ləziz milli yeməklərinin dadından doymur. Azərbaycandan ora istirahətə gedən hər kəs mütləq Telmanın qonağı olmalıdır. Evində bir tikə çörək kəsməlidir. Kimliyindən asılı olmayaraq Telman hər kəsi mehriban qarşılayır. Lazım gələrsə onların qabağına düşüb onların müalicəsi üçün hər cür şərait yaradır.
 
Əliyev Eldəniz
İnqilab oğlu
1974-cü il iyul ayının 1-də Şərəfxanlı kəndində doğulmuşdur.1981-1991-si illərdə həmin kənddə orta məktəbi bitirmişdir.
Eldəniz Əliyev 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Bu, elə bir vaxt idi ki, ölkəmizdə müharibə gedirdi. O ilk gündən silaha sarıldı. 161 №-li hərbi hissənin topçular alayında xidmət edən Eldənizin döşyüş yolu Laçın rayonundan başladı. Ağır döyüşlərdə özünü cəsur bir əsgər kimi göstərdi. Hətta onların bölməsi Laçın rayonunda bir neçə gün mühasirəyə düşdü. Döyüşə-döyüşə mühasirəni yarıb, düşmənə xeyli təlafat verib mühasirədən çıxa bildilər.
Batalyon komandiri İlyas Hüseynovun dediklərindən:
- Eldəniz həmişə döyüşlərdə fərqlənirdi. Gecə-gündüz yorulmadan düşmənin başına top gülləsi yağdırırdı. Mühasirədən də uşaqlar onun sayəsində çıxdılar.
Eldəniz Əliyev 1996-ci ildə ordudan təxris olunduqdan sonra Rusiyanın Lipetsk şəhərinə yollanır. Qardaşı İbadətlə birlikdə öz biznesini qurur. Burada fəaliyyət göstərən Azərbaycan diosparasının fəal üzvlərindəndir. Qarabağ müharibəsi veteranı olduğuna görə Qarabağ həqiqətlərini başqa millətin nümayəndələrinə düzgün çatdırmağa çalışır.
Evlidir. Həyat yoldaşı Gültəkin, oğlu Sahil, qızı Ləmanla tez-tez ata yurdu Şərəfxanlı kəndində olmağı xoşlayırlar.

Tağıyev Şahin
Məlik oğlu
1966 -cı ildə Şərəfxanlı kəndində dünyaya göz açıb. 1982-1983- ci illərdə Şərəfxanlı kənd orta məktəbini bitirib.
1981-ci ildə Mingəçevir Yüngül Sənaye Texnikumunun "pambıqçılıq" şöbəsini bitirdikdən sonra hərbi xidmətə çağrılıb.
1987 -1988-ci illərdə hərbi xidmətini Rusiyanın İvanova şəhərində başa vurub.
Hərbi xidməti başa vurduqdan sonra elə xidmət etdiyi İvanovo şəhərində qalıb.
Əvvəlcə bir çox müəssisə və zavodlarda fəhlə kimi işləyib.
Sonra isə bizneslə məşğul olmağa başlayıb. "Şahin" firmasını yaradıb.
Bir çox ticarət obyektləri təsis edib.
1999- cu ildən İvanova Şəhər Sovetliyinin qərarına əsasən Meşə Təsərrüfatı özəl müəssisəsini yaradıb. Ağac emalı, müxtəlif inşaat materialları hazırlamaq üçün böyük sex yaradıb, mal mübadiləsi edir.
Hazırda İvanova şəhərində yaşayır.
İki övladı var.
Şahin tez-tez doğulduğu Şərəfxanlı kəndinə gəlir. Kənd sakinlərinə əlindən gələn köməkliyi əsirgəmir. Xeyriyyəçilik işini davam etdirir.
Şahin İvanova şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporasının təşkilatçılarından biridir.
Tez-tez dostu Diosporanın sədri, İvanova Şəhər Sovetinin deputatı Səyyar müəllimlə xeyriyyə məqsədli tədbirlər keçirir.
Tez-tez respublikamızdan "İvanova şəhərinə Azərbaycan Diosporası" xətti ilə incəsənət, mədəniyyət xadimləri dəvət olunur.
Azərbaycanın milli adət-ənənələrinin qorunub saxlanılması üçün diaspoaranın xidməti əvəzolunmazdır.
 
Xudiyev Şaməddin
Nahid oğlu
1993-cü ildə aprelin 21-də Şərəfxanlı kəndi Ceyhun Cəfərov adına orta məktəbin 1-ci sinfinə daxil olub. 2010-cu ildə həmin məktəbi bitirmişdir.
Hələ uşaq yaşlarından idmana böyük həvəs göstərmişdir. Ağcabədi idman klubuna üzv yazılmışdır. İdmanın kik-boks növünə mey etmişdir. Müəllimi Əliyev Vüqar onun bu həvəsini görüb onunla daha ciddi məşğul olmuşdur. 2009-cu ildə Azərbaycan respublika birinciliyində xüsusi diplomla təltif olunmuşdur.
Daha sonra "kinkboksin" üzrə Uşaq, yeniyetmə, gənclər arasında Respublikada keçirilən yarışlarda 1992-1993-yaş həddi arasında III yerə laiq görülmüşdür.
Sumqayıt şəhərinin 60 illik jubleyinə həsr olunmuş turnirdə 18 yaş - 90 kq çəkidə I yeri tutmuş qızıl medalla və fəxri fərmanla təltif olunmuşdur.
2010-cu ildə təşkil olunan Soyaxan döyüş sistemi üzrə kəmər imtahanında I, göykəmər dərəcəsinə layiq görülmüşdür. Hazırda hərbi xidmətdədir.
Şaməddin kasıb bir ailədə doğulmuşdur. Atası Nahid 1965-ci ildə Şərəfxanlı kəndində doğulmuşdur. Kolxozda fəhlə işləmiş və hal-hazırda fermer təsərrüfatı ilə məşğul olur. Üç övladı var. Bu gün o doğma övladlar ilə fəxr edir. Fəxr edir ki, onun övladı öz kəndinin, onun adını respublikada uca tutur.
Nahid oğlunun xidmət etdiyi hərbi hissədən təbrik məktubu gələndə sevincinin həddi-hüdudu olmur. Ailə üzvlərini başına toplayıb oğlunun uğurlarını haqqında onlara söhbət edir.
Biz də Şaməddinə uğurlar arzu edirik. Arzu edirik ki, onun səsi xarici ölkələrdən gəlsin və Azərbaycan bayrağını daima yüksəkliyə qaldırsın.
 
Məmmədov Yaşasın
Əli oğlu
11 noyabr 1957-ci ildə Ağcabədi rayonu Şərəfxanlı kəndində doğulmuşdur. 1965-ci ildə Şərəfxanlı kənd orta birinci sinfinə daxil olmuş, 1975-ci ildə Hindarx kənd orta məktəbini bitirmişdir.
1975-ci ildə hərbi xidmətə çağrılmış, hərbi xidmətini Qorki vilayətinin Arzomos şəhərində başa vurmuşdur.
1978-ci ildə Bakı Kooperativ Texnikomunun "Mühasibat-Uçotu" şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin texnikomu bitirərək öz doğma Ağcabədi rayonunda əmək fəaiyyətinə başlamışdır. 1982-85-ci illərdə sürücü-mexanik, Azərbaycan SSR Ali sovetinin deputatı İnqilab Əliyevin yanında briqadir köməkçisi kimi çalışmışdır.
1985-88-ci illər Ukolov adına kolxozda mühasib vəzifəsində çalışmışdır.
1994-cu ildə o da bir çoxları kimi, qazanc dalınca Rusiyaya üüz tutmuş, Rusiyannı Niənni Vartovski şəhərində çalışmışdır.
Yaşasın Məmmədov 18 ildən çoxdur ki, həm şəhərdə öz biznes işini uğurla davam etdirir. Vətəninə, elinə, obasına bağlı bir insandır. Bundan başqa O Şəhərində Məskunlaşan qaçqın köçkün ailələrinə öz köməkliklərini göstərir.
Laçın rayonundan olan məcburi köçkün Svetlana xanımın dediklərindən:
- Mən Laçın rayonundanam. Torpaqlarımız işğal onunanda biz Bakı şəhərinə üz tutduq. Çox çətin idi, həyat yoldaşım, iki uşaq çox əziyyətlər çəkdik.
Y. Məmmədov bizi öz himayəsinə götürdü. İşlə təmin etdi. Bizə hər cür qayğı göstərdi.
Indi biz bir ailəyik. Arzu edirəm ki, Yaşasın kimi oğullarınn sayı Azərbaycanda daha çox olsun. Bir şeyi də qeyd etmək istəyirəm ki, vəziyyətimiz nə qədər yaxşı olsa yenə doğma Laçın bizi çağırır, gözü yoldadır.

O balaların dağım-dağım
Ağlama Laçın, Ağlama
Ağlasa ana torpağım
Ağlama Lağın ağlama

Düşmən səni hədəf seçdi
Lalələrin al qan içdi
Gedən karvan səndən keçdi
Ağlama Laçın ağlama.
Yaşasın Məmmədov 1984- cu ildə ailə həyatı qurmuşdur.
Bir oğlu var. Ruslan Azərbaycan Beynəlxalq Universisetinin Bakı şəhərində işləyir.

Kəndin yaradıcı insanları
Nazir Mürsəl oğlu Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov 1956-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulmuşdur.
1982-ci ildə Azərbaycan İncəsənət İnstitutunu bitirmiş, 1991-ci ildə Moskvada rejissorluq kursu keçmişdir. Kinoda və teatrda 150-dən çox rol oynamışdır. Respubikanın əməkdar artistidir. Poeziya həvəskarıdır. Yüzlələ şeir, respublika mətbuatında çap olunmuşdur.
 
Boşalan yurdun gəraylısı
Bu yurddan gedənin bir də
Yurda dönmək həvəsim yox.
Qalanların burnu yerdə
Taqəti yox, qüvvəsi yox.
Bu yurdda boş bazar qalıb,
Bir məstan, bir bozdar qalıb.
Ağ hörüklü qızlar qalıb,
Bir igidin nəfəsi yox.
***
Bir qız ağlar limanda,
Qaşların çatıb ağlar.
Elə bil ki dəryada
Gəmisi batıb, ağlar.
BİR QIZ AĞLAR LİMANDA
Ürəyində xal ağlar.
Əli qalıb qoynunda
Aparıb xəyal ağlar.
Bu qızı bu limandan
Bir gəmi alar gedər.
Bu qızın bu limanda
Ürəyi qalar gedər.
Durar, boylanar, baxar
Gözləri nəmli bu qız,
Bu sahildən ayrılar
Kədərli, qəmli bu qız.
Sönər səsi, nəfəsi,
Gözü qalar sahildə,
Bir nəfərə deyəsi
Sözü qalar sahildə.
Kükrəyər, coşar dəniz,
Bir qovğa var başında,
Yanar, alışar dəniz
Bu qızın göz yaşında.

***
Sahibsiz itlərə yazığım gəlir,
Gəzirlər kimsəsiz adamlar kimi.
Yadıma bir vaxtlar yazdığım gəlir,
Mənasız misralar, kəlamlar kimi.
Yolumun üstündə bir dilənçi var,
Gözəl kabinetdə dilənir hər gün.
Xidməti maşında işinə gəlir,
Özgə ciblərində küllənir hər gün.
Yurdumda yad qatar fit verib gedir-
Yarılır gecənin bağrı bir anda.
Bilməzdim torpaqdan soyuyur əlim,
Bilməzdim qılıncım paslanar qında...
Yenə bu dünyada nəsə çatmayır,
Yenə bulanıqdı suyu, havası
Gecə yeyib-içən sərxoşlar kimi
Gündüz dumanlıdır beyni, qafası.
Sevirəm gecələr göyə baxmağı...
Nə yaxşı ulduzlar varımış yenə.
Mənim sevincimə, mənim qəmimə,
Tək elə bu göylər yarım yenə.
Mərkəzi küçə
Səndə ahəng başqa hərəkət başqa,
Addımlar başqadı, izlər başqadı.
Yalanlar başqadı, həqiqət başqa,
Baxışlar başqadır, üzlər başqadı,
Yazılar, deyimlər ögeydir nədən.
Dilimi yeyirsən işə bir bax.
Mənim olanımı öldurub də sən
Özünü öyürsə... gərdişə bir bax.
Reklamlar, vitrinlər şütüyür hara.
Hanı “Savalan”ım, hanı “Şah dağı”ım?...
Hansı daş parçası dəyər ki, bura
Mənim torpağımdır, mənim torpağım?...
Hardadır əvvəlin, hardadır sonun...
Özündə deyilsən Mərkəzi küçə
Səni quran xalq var
Tək bircə onun
Önündə əyil sən.Mərkəzi küçə.
***
Yorulur nəfəsi, səsi, ahəngi.
Yorulur, dünüyanın halı dəyişir.
Yorulur, boyasi, yorulur rəngi.
Yaşılı dəyişir, yolu dəyişir.
Ayağı yorulur, əli yorulur.
Dodağı yorulur, dili yorulur.
Ayları, günləri, ili yorulur.
Addımı dəyişir, yolu dəyişir.
Çəməni, meşəsi, dərisi, dağı,
Çayları, gölləri, bərəsi bağı,
Aranı, yaylağı, düzü, oylağı,
Aşrımı, gəldiyi,yalı dəyişir.
Gülüşü qəhərə qarşıb gedir,
Şəkəri zəhərə qarışıb gedir,
Mələyi şeytanla barışıb gedir-
Fırlanır, fırlanır, valı dəyişir.
Nədən ki, söz açıram
Kəlmələr kəm-kəm gəlir.
Səhərlər göz açıram
Üstümə dərd-qəm gəlir.
Mat qalmışam düzü mən
Bu qəribə düzümə-
Bir kəlmə düz sözümə
Diz döyür ələm gəlir.
Yazım gələ köməyə,
Haqq səsimi deməyə,
Ağ kəfəni geyməyə
Varağa qələm gəlir.
***
Bu gün də belə keçdi
Yarı qara.yarı ağ.
Ağacdan qopub düşdü
Bu payızda son yarpaq.
Quşlar uçub məskəni
Başqa yerdə saldılar.
Ağaclar yaza kimi
Yenə yetim qaldılar.
İstilərin ayağı
Çəkildi küçələrdən.
Küçələrdə də qurtuldu
Bürkülü gecələrdən.
Necə darıxır Allah.
Bu kövrək görüş yeri.
Ötən bircə anı da
Qaytarmaq olmaz geri.
Ürəkdə tıppıltı var
Gələn kimdir görəsən.
Uzaqda bir qız ağlar
Ölən kimdir görəsən.
Şimşək oldu, he çaxmadın.
Bulud oldun, heç yağmadın.
Yandım dönüb heç baxmadın
Oduna yandığım adam.
Gəldin kimin nəfəsinə.
Maraöına həvəsinə.
Bi sözünə, kəlməsinə
Dünyanı dandığım adam.
Kimlər ucuz tutdu səni?
Aciz, cılız tutdu səni?
Boz təpələr uddu səni
Uca dağ sandığım adam.
Sın deyirsən sınammaram,
Sınammışam, sınammaram.
Daha sənə inanmmrm
Sən, ey inandığm adam!
***
Çiçək-çiçək açılar,
Yaralarım qış bahar.
Qanad-qanad uçurlar,
Dərdlərim qatar-qatar.
Yollarım tərsə dönür.
Yad ellər arasında.
Bir ocağ yanır-sönür.
Qəlbimin yarasında.
İçim ocağım kimi
Oyum-oyum oyulur.
Nəuim vardır əllərdə
Hərraclara qoyulur.
Dünyaya göz açandan
Dünyanı sərt görmüşəm,
Boylanmışm, baxmışam
Hər yanı dərd görmüşəm.
Kim verdi bu dərdləri
Axı mənə, İlahi.
Günahkar bəlkə elə
Mənəm yenə, İlahi?
Mənim bu çəkdiklərim
Bəlkə özümdən gəlir,
Nəfsimdən gəlir,
Bəlkə
Yumuşaq üzümdən gəlir?
Bir şirin günah məni
Hey izləyir, izləyir
Bilmirəm sabah məni
Nələr nələr gözləyir.
Göz yaşı içində
Ürəyim bir ada.
Bu adada qəribəm mən.
Sənsiz
və vətənsiz dünyada.
***
Hayqırdım
Çağırdım səni
Qırdım tilsimi
Sənsə lap yaxında
eşitmədim
rəngi qaçmış səsimi
suyu süzülən
Uğursuz bir kişiyə
Dağılmış ev-eşiyə
Balaını axtaran
Bir pişiyə oxşadımş
Alçalmış və təhqir olunmuş insanlar.
Kitabına yazıldı adım.
Səni mən tikdim.
mən qurudum.
mən uçurdum.
Getdin...
Əlləri qoynuda gözdən itdin
Yurdumə
Yurdum.
Yurdum.
PAYIZ

Köhnə kişilərin saçına
Düşən dən kimi
Yarpaqlara xal düşər.
Yorulur.yorğun ayaqlarından nal düşər
Yorular bu yerlərin kişnər atları.
Yorular dəcəl kəpənəklərin
rəqs edən qanadlarış
Daöların yaşılı
bozarar yavaş-yavaş.
Yuxularıma birər-birər
bir vaxtlar bir qızın
xatirə dəftərinə yazdığım
şeyirlər girər.
Buludlar göz yaşlarımı
saxlaya bilməz.
Ağlamaq istəyər.
ağlaya bilməz.
Sapsarı yağışların
tutduğu dəmə danışar
qəmli hekayəsini büllbüllər
Ləçəyi tökülmüş güllər üşüyər.
Təbiət yorğun düşər.
tövşüyər...
Dəlicəsinə sevən.
sevgisində yarmayan
pərişan bir qızdır bu-
payızdır bu.
Gözlərimdə yaş qurudu.
Başımın üstündə bulud.
Gəl.indi dünyanın
Göz yaşları və yağışsız
Havasını ud...
***
Xatirələr kövrəldərdi
Mən bir vaxtlar
İndi ağlamaram
Min dəfə yalvar.
İllər keçir
Duyğularım qəlizləşirlər.heyif...
Ötənlərdən çırpınıb
Təmizləşirlər heyif...
***
Gecəyarı-
Sən ətirli,
Sən nəfəsli,
Sən həvəsli gecə!
Qəfil pəncərdə işıqlar söndü...
Niyə,ah niyə söndü?
Dünya işıqlıydı necə!-
Zülmət döndü.
***
Gecə
Səni qəlbimdən çıxarıb
Dəsmalıma büküb atdım...
və yatdım
Səhər dəsmalım yerindəyidi
yuyulu,ütülü,təmiz...
Sənsə yolum üstə.
***
Hökm oxuda həkim
professorun oğuluna...
Bitdi məhkəmə!
Beş-beş,on-on
Boşaldı solan,
Hamıdan axır
Qalxdı alim ata ağır-ağır
Getdi qapıya doğru
-heç kəsin malında gözüm yox,
oğlunsa oğru-
deyə düşündü
və dönüb salona baxdı,
bir ah çəkdi dərindən.
Dərd boylanırdı alim
bir az əvvəl
oturduğu yerindən.
***
Tək deyilsən
Hətta belə
Olmasa bir kimsə yanında.
Zəlillik,rəzillik yoxdursa qanında
Tək deyilsən.
Qəlbində işıq varsa,
Tək deyilsən.
***

Sarı, sapsarı bir yarpaq
HÜSEYN CAVİDƏ
Uçdu...
Uçdu...
Uçdu,
torpağa düşdü,torpağı qucdu,
Torpaqda alışdı,yandı
döndü yaşıl bir şama.
Içığına oyananlar üfürdülər
Şam sönmədi amma.
Ömür yolum nazik,
Napnazik bir sap
Özü də qeyli-qalla dolu
İndi gəl baş tap,
Get bu yolu.
***
Gecələri yanıb sönüb
Birtəhər çıxdım sabaha.
Günüm göy əskiyə dönüb
Əziyyət verir Allaha.
Ötüb gedən gəlməz ələ
Zaman görür öz işini.
Özünü öldürsən belə
Dəyişməz o gərdişini.
Odunda necə bişmişəm
Elə bilməsən yaxşıdır.
Gözləməkdir mənim peşəm
Bəlkə gələməsən yaxşıdır.
***
Hardan düşdü bu işıq?
Görünməz üzüm göründü.
Görünməz yolum,cığırım,
Addımım,izim göründü.
Göründü yalanım,doğrum,
Sevincim,kədərim, ağrım,
Əvvəlim,sonum-axırım
Beş arşın bezin göründü.
Yenə yollarım dolaşıq,
Yenə bu dünüyam qarışıq.
Hardan düşdü bu işıq?
Açıldı gözüm göründü.
Dərd yeriyirb qucaq-qucaq...
Gah mağmınam,gah da qoçaq.
Gah mağmınam, gah da qoçaq,
İçım yanır, ocaq-ocaq
Alovun közüm göründü.
Külək
Hicran Hüseynovanını
"Külək" pritçasına
Düzü - dünyanı dolanıb,
Hər tərəfi gəzən külək
Yağışa, toza bulanıb,
Əsən külək, əsən külək.
Bir yerdə bənd ala bilməz,
Ötüb gedər qala bilməz,
Üzü döndü yola gəlməz,
Qılınc kimi kəsən külək.
Gah coddu, gah da yumşaqdı,
Gah sakitdi, gah şıltaqdı,
Sevimli, dəcəl uşaqdı
Tez barışıb küsən külək.
Çuxası yox bürünməyə,
Bənizi yox görünməyə,
Həvəsi yox sürünməyə
Darıxan, tələsən külək.
Əhmədov Etibar
Əhmədov Etibar 1957-ci ilin may ayının 29-da Ağcabədi rayonun şərəfxanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Şərəfxanlı kənd 8 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1972-ci ildə 8 illik məktəbi əla qiymətlərlə bitirib, Hindirax kənd orta məktəbində təsilini davam etdirib. 1974-cü ildə orta məktəbi əla qiymətlə bitirmişdir.
Etibar əhmədov 1974-cü ildə Ağdam rayon Heyvandarlığın Elektrikləşmə və Mexanikləşməsi Texnikamuna qəbul olub. 1976-ilin may ayında hərbi xidmətə göndərilib və Riqa şəhərində hərbi xidməti başa çatdırdıqdan sonra 1978-ci ildən təsilini davam etmişdir. 1980-ci ildə həmin texnikumu qırmızı diplomla bitirmişdir. 1980-ci ildə Xarkov şəhərində Elektrikləşənə və Mexanikləşmə inistitutun qiyabi şöbəsinə qəbul olub.vəxarkov turboatom Zavodunda fəhlə işləmişdir.1986-cı ilində həmin inistitutu bitirmişdir.1988-90 ildə xarkov Ali partiya məktəbini bitirmişdir. 1994-ildən 1998-ci ilə kimi Xarkovda “Xətai” cəmiyyətinin sədri olmuşdur. 2004-cü ildən Jurnalistlər Birliyinin (Ukrayna Jurnalistlər Birliyi) üzvüdür. 2001-ildən “Dostluq” cəmiyyətinin katibidir. 1994-cü ildən Şərəfxanlı kəndində Zöhrə müəllimə ilə ailə qurmuşdur. 2 qızı var. 1990-ci ildən işlədiyi zavodda sex briqadiri, rəisi işləmiş, hal-hazırda həmin zavodda çalışır. Xarkov şəhərində Azərbaycan Rus və Ukrayna dilindən təcrüməçi işləyir.
Analar
Bu dünyaya göz açanda
Bizə can deyər analar.
Əziz tutub öz canındann
Can qurban eylər analar.
Bizə şirin Layla deyər,
Yuxumuza keşik çəkər,
Nə yatar,nə də dincələr
Şam tək əriyər analar.

Dizimiz bir daşa dəysin,
Yanımızdan bir yel keçsin,
Bala,qadan mənə dəysin-
Deyib əzizlər analar,
Gözüylə od-köz götürüb,
Böyüdülüb,başa yetirb.
Bə"zən nankorluq da götürüb
Öz dərdin gizlər analar.
Dünya kimə qalasıdı?
Bu dünya gəldi-gedər dünyasıdı:
Gah boşalır,gah da dolur,
Bi gün açan bir gün solur.
Bəlkə də bu həyatın mənasdı,
Bu dünya axır kimə qaasıdı?
Bu dünya hiyləgərlər dünyasıdı:
Gah gah talanır,satılır;
Düzü deyən düzdə qakır.
Kim onu özüylə aparsıdı,
Bu dünya axır kimə qalasıdı?
Bu düya tamam sirlər dünyasıdı:
Əzəlin-sonu bilən yox,
heç gedib geri dönən yox,
Çevədisə nə vaxt qapanasıdı,
Bu dünya axır kimə qalasıdı?

Bu dövran
Dövrü-zavan tam dəyişib,
Yaltaqların dövranıdı.
Gündə neçə donə girib
Çalanların dövranıdı.
Kasəblarla qaş-qabaqlı,
Rəislərlə dili ballı,
İki üzlü,üç dodaqlı
Olanlarən dövrandı.
Arsız-arsız deyib gülən,
Işi düşsə boyun əuən,
Erməniyə dayı deyən
Oğlanların dövranıdı.
Demirəm qartal tək mənim də asimanım olaydı,
Demirəm ki,behiştdə mənim son məkanım olaydı.
Göz tutub dünya malına-baxmam cəhi-cəlalına,
Çıxam İsa bulağına,Qırxqız yaylağım olaydı.
Dolanaydım Dolamanı-seyr edəydim Topxananı,
Bir də gəzəydim Laçını,Şuşa məskanım olaydı.
Yaralıyam,yaram qanlı-işğaldı Abdal Gülablı.
Fontan vuran Şahbulaqlı gözəl Ağdamım olaydı.
Torpaq dərdi yaman dərddi,bağlarımda tikan bitdi.
Bu nə gündü,nəzillətdi?Dərdə dərmanım olaydı.
E"tibaram qürbət eldə, Qarabağın həsrətində
Şuşanın cıdır düzündə odlu ocağım olaydı.
Oxu, Mürşüd!
Nəğməkar xalqımın nəğməkar oğlu,
Zəngulə vur göydə quşlar dayansınş.
Ürəklər həsrətlə,kədərlə dolu-
Şikəstə de, bəlkə bir az dağılsan.

Qürbət eldə ömür sürmək ağırdır,
Gözüm,könlüm yolda qalıbdır.
Səsində Qarabağ səfəsi vardır,
Oxu,Mürşüd,qoy ürəklər açılsın.
Bizim Qarabağın xanəndəleri
Həmişə olublar dillər əzbəri.
Xoş avazı de,oxşasaın qəlbləri
Oxu,Mürşüd,oxu könlüm açılsın.
Yaqub kimi "Mənsuriyyə" deyən yox,
"Segah"da Arifin Yebn verən yox,
Kğürdoğlu tək füzulini bilən tox,
Muğam sevən gərək bunu anlasın.
Ağdama,Şuşaya gedərik yenə,
Dolanıb çıxarıq cıdır düzünə.
Oxu,qardaş,sənin şirin səsinə
Qulaq asıb yatanlar da ayılsın
Telli sazım
İncə səsinə vuruldum,
Mənim şirin dilli sazım.
Qərib oldum,Kərəm oldum
Dil açanda telli sazım.
Məclislərin bəzəyisən,
Aşiqlərin diləyisən,
Mərdlik,qurur diləyisən
Dar gündə təsəlli sazım!
Bulaq kimi qaynayırsan,
Dərya kimi çağlayırsan.
Bizə fərəh paylayırsan,
Zilli sazım, bəmli sazım!
Dərdi-hicran mükül işdi,
Saçlarıma dən də düşdü.
Ömür yarı oldu,keçdi
Haqlayıbdı əlli,sazım!
Oğuzların sorağında,
Qızılbaşlar harayında,
Arazın iki tayında
Nalə çəkən qəmli sazım!
E"tibar səni arzular,
Ürəyində bir qəmi var,
Büzsiz qalan bizim dağlar
Ağlar gizli-gizli,sazım!
Payız
Gör necə qızarıb ağcaqayınlar,
Utancaq qızların yanağı kimi.
Qızılı rənginə çalan yarpaqlar,
Qızların qəlbi tək kövrəkdi indi.
Bir xəfif meh əsib,çəksin düşəndə
Yarpaqlar əbədi qopar yerindən.
Necə ki,gözəllər gəlin köçəndə
Kədərlə uçarlar ata evindən.
Kafər imana gələr "Segah" desə tarım mənim.
Qartal qanad saxlayar çalınsa "Qatar"mı mənim.
Bülbül dəsusar eşitsə tarımın cəhcəhini,
Dərdimin əlacıdır,həm dəiftixarım mənim.
Bilirəm nə sirri var bu incə telli tarda,
Dinlədikcə dağılar qəmim,intizarım.
Naxələflər bilməsədə tarımın qiymətini,
Səcdəgahımdı mənim,fəxrim-vüqarım mənim!
Muğam aləminin şahlıq tacı,zirvə qarıdır.
Əvəzi yoxdu tarın-budur son qərarım mənim!
Şuşalı sadıqcan yaradı bu dunya möcüzəsin,
Ölüncə vardır bu sərvətə E"tibarım mənim.
Tağızadə Niyazi
Sabir oğlu
1991-ci il oktyabrın 13-də Ağcabədi rayonu Şərəfxanlı kəndində anadan olub. Yeddi
yaşından şeir yazır. 180-dən çox şeiri var.
 
 
Həyatımın məqsədi Azərbaycanım,
Biz oğuz tayfasıdır türk nəsilləri,
Dağıdıb keçmisən neçə əsrləri,
Yetişdirdin qoynunda Nəbi, Həcəri,
Həyatımın məqsədi Azərbaycanım.
Gözəl uca zirvəsən əlimiz yetməz,
Qüdrətli bir dövlətsən heç vaxt yenilməz,
Işıqlı bir alovsan əbədi sönməz
Həyatımın məqsədii Azərbaycanım.
Sənin nulu torpağın çox müəddəsdir,
Vətən oğullarına candan əzizdir,
Igidlərin nə qədər düşmən əzibdir
Həyatımın məqsədii Azərbaycanım.
Dünyada-hər yerdə adın duyulur,
Sənə bütün dümyada hörmət qoyulur,
Sənsən mənim vətənim, ürəyim, canım,
Həyatımın məqsədi Azərbaycanım.


CANIMDAN ÇOX SƏNİ SEVİRƏM, ANA!
Dağlanıram hey yadıma düşəndə,
Ağladım səninlə mən görüşəndə,
Sən baxanda yalan olur günəş də,
Canımdan çox səni sevirəm ana.
Hər şeyi mən qurban edirəm sənə,
Demişəm çox bunu, deyirəm yenə.
Istəsən canımı verərəm sənə,
Canımdan çox səni sevirəm, ana.

Istərəm uşaqtək layla deyəsən,
Əl vurub başıma məni sevəsən,
Tanrıdan arzumdur,hər vaxt güləsən,
Canımdan çox səni sevirəm,ana.
Sənə sevgim böyük cahana,
Səsin məlhəmdir bu dərdli cana,
Mən fəxr edirəm baxanda ona,
Canımdan çox sevirəm, ana.
SƏTTAR AĞA
Həsrətim azalar şəklinə baxsam,
Ağrıyır ürəyim qəmli də olsam,
Mən bir gün inşallah geri qayıtsam
Gələcəm yanına, ay Səttar ağa.
Sən neçə dərdlərin məlhəmi oldun,
Sən bizim obanı nizama qoydun,
Saçını ağartdın, özünü yordun,
Duam var canına, ay Səttar ağa.
Sağaltdın sağalmaz sən yaraları,
Götürdün çuxundan dərdi, qübarı,
Ömrün uzun olsun inşallah barı,
Çatsın tanı dadına, ay Səttar ağa.
Sənsən elimizə nurlu yaraşıq,
Sən olan yerlərdə olmaz danışıq,
Əlacım olsa mən çəkərdim işıq
Gələn yollarına,ay Səttar ağa.
Addımın dəyən yer müqəddəsləşir,
Əlinin altında dünya birləşir,
Nur əlin dəyən yer çox gözəlləşir
Nur yağsın yoluna, ay Səttar ağa.
Mən sənə hər zaman bil duaçıyam,
Əlimi açıram Allaha sənə
Bax, sənə mən əbədi bağlıyam,
Möhtacam sevginin mən dənəsinə.
HƏSRƏTƏM,AY ATA,
HƏSƏRTƏM SƏNƏ
Mən səni doyunca görə bilmədim,
Dərdimi səninlə bölə bilmədim.
Ata nəsihətin mən eşitmədim,
Həsrətəm, ay ata, həsrətəm sənə.
Sən sığal çəkmədin mənim telimə
Əllərin dəymədi, mənim əlimə,
Sənin ölüm sözün gəldi dilimə,
Həsrətəm, ay ata, həsrətəm sənə.
Uşaqlıq günlərin yadıma düşdü,
Xəyalın güzümdə bir-bir ötüşdü,
Səninlə görüşüm o son görüşdü,
Həsrətəm, ay ata, həsrətəm sənə.
Vəfasız ölüm aldı səni əlimdən,
Məcburi qopardı səni qəlbimdən,
Indi bu dərdə de, necə dözüm mən,
Həsrətəm, ay ata, həsrətəm sənə.
Həsrətəm mən sənin şirin sözünə,
Həsrətəm mən sənin o nur üzünə,
Həsrətəm, ay ata, sənin üzünə,
Həsrətəm, ay ata, həsrətəm sənə.
AYRILIQ
Soldurdu gül tək məni,
Verdi ürəyə qəmi,
Demək olmur bu dərdi
Yaman dərddi ayrılıq.
Xoşbəxliyimi aldı,
Araya qübar saldı,
Canı candan ayırdı,
Qəddar oldu ayrılıq.
Çatmadım xəyallara,
Mən həsrət qaldım yara,
O məni saldı dara
Yaman oldu ayrılıq.
Yarıda qaldı arzum,
Ərsə çəkilib yuxum
İtdi qəlbdəki duyğum
Yendi məni ayrılıq.
 
ALLAHIMIN QÜDRƏTİ
Dərdlərin dəvasıdır,
İslamın ağasıdır,
İbadət anasıdır,
Alladımın qüdrəti
Dağı, daşı oynadır,
Yeri yerdən fırladır,
Cəmiyyətdə ağadır,
Allahımın qüdrəti
Xəstələri sağaldır,
Namərdləri ağladır
Insanın yanındadır
Allahımın qüdrəti
Çağırsaq kömək olar,
Pisliyə o son qoyar,
Kədərin gözün oyar
Allahmın qüdrəti
Daim yanımızdadır
Bizim qanımızdadır,
Hər vaxt dadımızdadır
Allahımın qüdrəti
Namazla hiss olunur,
Mömin çiyninə qonur
Günahkar dondurur
Allahımın qüdrəti
Hər kəsi düzə çəkir,
Xoşbəxtliyi o əkir,
Bizə də xeyir gətir
Allahımın qüdrəti
Darda köməyə çatır,
Qəmi, kədəri atır,
Bizi savaba batır,
Allahımın qüdrəti
Heyfim gəlir
Bax, yenə açılır yeni bir sabah,
Sənsiz açmağıma heyifim gəlir.
Ay gözəl, etmişəm mən hansı günah
Həsrət xəncər tək qəlbimə dəyir
Gecələr yataqda mən uzananda
Gözümdən yaş axır şəklə baxanda
Sən mənim deyilsən hər gün ananda
O itən illərə heyifim gəlir.
Mən səni sevmişdim təmiz ürəklə
Sən isə aldatdın məni kələklə
Durardım yolunda güllə, çikəklə
Verdiyim güllərə heyifim gəlir.
Nə bilim bu sənə dəyməzmiş məgər
Uğurda məhv oldu o gözəl illər
Ağlayan insanlar da nə vaxtsa gülər.
Gülməyən günlərə heyifim gəlir.
 
Söylə sənsizliyə
nə cür dözərəm
Bir gün də mən səndən ayrılmamışdım.
Yanından aralı heç olmamışdım.
Indi həsrətinlə mən qarşılaşdım
Söylə sənsizliyə necə dözəcəm?
Yatanda, duranda oldun yanımda
Məlhəmim sən oldun xəstə anımda,
Silinməz iz qoydun bu həyatımda,
Söylə sənsizliyə necə dözəcəm?

İsti nəfəsini duymayacağam
Xeyli vaxt yanında olmayacağam
Bilirəm əbədi qalmayacağam
Söylə sənsizliyə necə dözəcəm?

Xəstələnsən kim duracaq başımda,
Sənli çağım durubdu yaddaşımda ,
Çıxmayacaq yadımdan qardaşım da,
Söylə sənsizliyə necə dözəcəm?
Hər addımda sən yadıma düşürsən,
Göz önündə gəzirsən,ötüşürsən.
Yuxuda da gözlərimdən öpürsən,
Söylə sənsizliyə necə dözəcəm?
Kəsərəm mən qurban səni görməyə,
Hazıram yolunda inan ölməyə,
Yaman çox qalıbdı səni görməyə
Söylə sənsizliyə necə dözəcəm?
Həsrətin olubdu gözümdə qoşqar ,
Mənsiz indi görən neynir uşaqlar ,
Yazıq könlüm ayrılmamışdan ağlar
Söylə sənsizliyə necə dözəcəm?

Gözlə dözəcəyəm, gözlə,
yar məni
Demirəm yollara sən dik gözünü,
Demirəm qurman et mənə özünü ,
Tut bircə sən mənə olan sözünü
Gözlə dözəcəyəm, gözlə, yar məni
Ümidim sənədir , ümidi qırma,
Qəlbimi qəlbindən heç ayırma,
Vaxt gələndə sən çıx mənim yoluma
Gözlə dözəcəyəm, gözlə, yar məni
Eşqin olub bu eldə tək dayağım,
Çox gəlmək istərəm, getmir ayağım
Danışmasam, çatmasa da sorağım
Gözlə dözəcəyəm, gözlə, yar məni
Yaşadan sevgindir məni uzaqda
Səni düşünürəm soyuq otaqda,
Otur, sakit otur evdə, qıraqda
Gözlə dözəcəyəm, gözlə, yar məni
Ümidim tək sənə qovuşmaqımdır
Bezdirən mən sənsiz darıxmağımdır,
Tək arzu geriyə qayıtmağımdır
Gözlə dözəcəyəm, gözlə, yar məni

Sənsizlik
Yoxluğun çöllərə məni salıbdır
Sən yoxsan xəyalın mənə qalıbdır
Sənsiz vurmur ürək qan dayanıbdır
Yandırır cismimi yaxır sənsizlik
Getmir gözlərimdən sənin xəyalın
Sonuncu görüşdə o qəmgin halın
Düşür hey arxamca ayağı yalın
Kölgə tək hey mənə baxır sənsizlik.
Bilmirəm nə cür çarə axtarım
Səninlə keçibdir qızıl vaxlarım
Yaman uzaqlarda qalıbdır yarım
Saçıma ağ qarı salır sənsizli
Ayrılıq asandır söyləçək dildə
Qürbətdə açılmır çiçək də, gül də
Oxumur burada inan bülbüldə
Sən yoxsan mənimlə qalır sənsizlik.
Həsrətin tufanlı qara bənzəyir,
Hər yanda elə bil məni izləyir
Tavana yağış da daş kimi dəyir
Şimşək tək üstümə çaxır sənsizlik
Gecələr getməyir gözümdən yuxu
Mənim bu halıma sevinir çoxu
Ay aşıq, durma sən həsrətdən oxu
Mahnıdan bulaq tək axır sənsizlik.
 
 
Əhmədov İxtiyar
Məhəmməd oğlu
1979-ci il may ayının 12-də Ağcabədi rayonunun Şərəfxanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. 1996-ci ildə Ceyhun Cəfərov adına Şərəfxanlı kənd orta məktəbini bitirib. 1-ci sinfədən 11-ci sinfə qədər sinif nümayəndəsi olub. Adı həmişə şərəf lövhəsində əlaçılar sırasında olub. Gözəl şeirlər müəllifidir. Gözəl aparıcılıq qabliyyəti var. Elimizin, obamızın toy şənliklərində şair, aparıcı kimi iştirak edir. Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazılan ilk şeirin müəllifi olmuşdur.
"Hüquqi cəmiyyət" "7 gün" qezetlərində bir neçə dəfə şeirləri çap olunmuşdur.
Mütamadi olaraq mətbuatda yazıları. Şeir və məqalələri işıq üzü görür.


Mübariz
2010-cu il avqustun 4-ü Milli Qəhrəman
Mübariz İbrahimovun ailəsinə baş çəkib,
onun ata-anasına yazdığı namə ilə tanış oldum.
Mübariz İbrahimovun haqqında yazılan ilk şeirdi.

Bir oğul yetişdi ana vətəndə,
Ürəkdə qaldı gözdən itəndə.
Şəhid olmaq üçün getdi gedəndə,
Haqsızlığa sinə gerdi Mübariz.
Yadigarı namə oldu,söz oldu,
Vətəninə öz əhdinə düz oldu.
Bir gecədə silinməyən iz oldu,
Yüz yağını yerə sərdi Mübariz.
Qeyrətinə sığdırmadı olanı,
Getdi haqq əliylə bölsün yalanı.
Tanrya tapşırdı ata-ananı,
Ürəyində vətən dərdi Mübariz.
O,bütöv istədi Azərbaycanı,
Ayrılmadı Qarabağı,Muğanı.
Vətən torpağını suladı qanı,
Həm Əlabad həm Tərtədi Mübariz.
Güc aldı imaniylə diniydi,
Quran səsi cəsarətin himnidi.
Sanki,zəmanənin Hüseynidi,
Qeyrət simvoludu,nərdi Mübariz.
Ürək məzarımdı,gözüm başdaşım,
Nahaq ilə bitməyəcək savaşın,
Şəhidliyin ölməzdi qardaşım,
Dönməzə qeyrət hünərdi Mübariz,

Ağlama, toxdaq ol,
şəhid anası
Tər-tər rayonu Qapanlı kənd sakini şəhid
Əzimov Feyruz Şükür oğlunun anası
Zərif anaya yazdığım şeir
Feyruz can veribdir vətən yolunda,
Qeyrət vardı damarında, qanında.
Fəxr elə ki,oğlun Tanrı yanında,
Ağlama,toxtaq ol,şəhid anası!
Ağlama,Feruzun ruhu şad olsun,
Qəhraman Tər-tər daim var olsun!
Ulu Tanrım Fəxrəddınə yar olsun!
Ağlama,toxtaq oi,şəhid anası!
İlham kimi komandanın var sənin,
Mübariz tək qəhramanın var sənin,
Dönməz kimi yazıların var sənin,
Ağlama,toxtaq ol,şəhid anası!
Aydınoğlu Elşadın
Gənc xanəndə Elşad Aydınoğluna xitabən
Xalq arasında çoxdur ədəb, izzət, hörməti,
Çətin gündə bilinir dostluqda sədaqəti.
Bəmi bəm yerindədir, zilin öz məlahəti,
Səai bulaq kimidir Aydınoğlu Elşadın.
O gün olsun zəfərlə geri dönsün ordumuz!
Yağıllardan qurtulusun Qarabağ tək yurdumuz!
Qardaş,muğamla xalqın qəlbində taxt qurdunuz,
Səai elindən gəlsin Aydınoğlu Elşadın.
Hər xanəndə iz salmaz ürəyində Dönməzin,
Yoluna işaq salsın muğam odu sönməz,
Bəxindən kənar olsun nankor qədirbilməzin,
Yeri zirvədə olsun Aydınoğlu Elşadın.
Ay quzum
Dağlar öz zirəsin qarlı axtarır,
Bağban öz bağların barlı axtarır,
Varlı da özünə varlı axtarır,
Kasıbda kim görüb varlının qızın?
Nə sən günahkarsan,nə mən,ay quzum.
Heç peşiman kimi əymə başını,
Anlamırsan kimi çatma qaşını,
Sənə inamıram,tökmə yaşını,
Kasıbda kim görüb varlının qızın?
Nə sən günahkarsan,nə mən,ay quzum.
Qoymuram varınız vüqarım əyə,
Saf segfi gəzdirən bu qəlbə dəyə,
Axı kim inanar bu möcüzəyə?
Kasıbda kim görüb varlının qızın?
Nə sən günahkarsan,nə mən,ay quzum.
Bəlkə başqasına ümid olaram,
Qədrimi bilənin olub qalaram,
Gedib özüm kimi kasıb alaram,
Kasıbda kim görüb varlının qızının?
Nə sən günahkarsan,nə mən,ay quzum.
Yolun açıq olsun get, məndən ayrı,
Saçımı istərəm mən dəndən ayrı,
Dönməz də sevilər, bil səndən ayrı.
Kasıbda kim görüb varlının qızın?
Nə sən günahkarsan, nə mən, ay quzum.
***
Nə qədər ömür verib, ibadət eylə Allaha,
Haram işdən çəkinib, sədaqət eylə Allaha.
Oruc tut, hər gün namaz qıl get tanrı dərgahına,
Allahdan yaxşı dostum var, dostluq eylə Allaha.
Xums ver, zəkat payla, qapan tanrı səcdəsinə,
Allahı yad etməyin kifayət eylər Allaha.
Qəlbində daim yaşat, 12 imam sevgisini,
əhli beyit sevərək şəhadət eylə Allaha.
Dönməzin qəlbində bir Əhli beyt sevgisi var,
Hüseyin, aşiqiyəm, etdim vilayət Allaha.
Mən də
Şərəfxanlıyam
(Sənədli povest)
02 iyun 1954-cu ildə gözümü dünyaya açmışam.
Doğulduğum Şərəfxanlı kəndi Ağcabədi rayonunda kiçik kəndlərdən biri idi. Burada sakinlər səhərdən axşama kimi çöl-bayırda əlləşər, axşamlar isə kiçik qargı, kərpic evlərdə hisli çırağın közərtisi altında səhərin açılmasını gözləyirdilər.
Atam Tağızadə Məmməd Tağı oğlu 1897-ci ildə İran İslam Respublikasının Sərab şəhərində anadan olmuşdu. Gənc yaşlarından ehtiyac üzündən Bakı şəhərinə, neft mədəninə bir parça çörək üçün getmişdi. Bakı mühiti, inqilab dalğası ondan da yan keçməmiş, gənc yaşlarından inqilabi hərəkatın fəal üzvlərindən biri, kimi tez bir zamanda özünü göstərmişdir. Nəriman Nərimanov, Əliheydər Qarayev, Həmid Sultanov kimi görkəmli inqilabçılarla çiyin-çiyinə öz xalqının azadlığı üçün gərgin mübarizə aparmışdır.
Bu onun sonralar qələmə aldığı "Zülmətdən aydınlığa" xatirə kitabında geniş əksini tapmışdır.
30-cu illərdə "otuzminçilər" hərəkatının xətti ilə Astraxanbazar (indiki Cəlilabad) rayonuna kolxoz sədri göndərilmişdir. "Pokrovka", "Novoşino", “Andrevka” "Alar" kənlərində ilk kolxoz sədri olmuşdur. Sonralar Ağcabədi rayonuna MTS direktor vəzifəsinə göndərilmişdir.
Atam çox zəhmli, bir adam idi. Ömrünün sonuna qədər onun əynində yalnız əsgər kiteli gördük.
Mən doğulanda atamın 58 yaşı var idi. Birinci arvadı vəfat etdikdən sonra o ikinci dəfə evlənmiş, özündən 30 yaş kiçik bir arvad almışdı.
Mən doğulanda onun 4 oğlu var idi:
1. Tağıyev Məlik-1929-ci il
2. Tağıyev İnqilab -1936-ci il
3. Tağıyev Şənhəyat -1939-cu il
4. Tağıyev Hidayət-1941-ci il
Anam Tağıyeva Mənzər Umud qızı qonşu Hindarx kəndindən idi. 1928-ci ildə anadan olmuşdu. Atam onunla evlənəndə 33 yaşı var idi. Anam çox zəhmətkeş qadın idi. Atasız-anasız böyüyən anam hələ kiçik yaşlarından ağır zəhmətə qatlaşmışdı.
Atamın 6 uşağı oldu:
1. Tağıyev Vidadi-1954
2. TağıyevMahirə-1956
3. Tağıyev Fatimə -1958
4. Tağıyev Yavər-1960
5. Tağıyev Telman-1963
6. Tağıyev Nəriman -1966
Balaca qardaşım Nəriman doğulanda atamın 73 yaşı var idi.
Mən doğulan vaxtı atam Ağcabədi rayonu Çkolov adına kolxozda inşaat briqadiri işləyirdi. İndiki kimi yadımdadır. Atam o vaxtlar özünün ahıl dünyasını yaşamasına baxmayaraq çox sağlam, zəhmli, həmişə əynində əsgər "kiteli" olardı. Savadsız idi. Amma onun həyat təcrübəsi imkan verirdi ki, o quruculuq içlərində fəal iştirak etsin. Tapşırığı bir dəfə verərdi. Heç kəs cürət etməzdi ki, onun bir sözünü iki eləsin.
Anam isə... Anam səhərdən axşama qədər əlləşər, bir dəqiqə də olsun rahatlıq tapmazdı.
Biz "şəlləkdə" böyümüşdük. Anam bizi kürəyinə şəllər və biz də gördüyü işlərin şəlləkdə şahidi olardıq.
Uşaqlığımız çox ağır keçmişdi. Valideynlərim bizim əyin-başımıza əməlli-başlı baxa bilmirdi. Səhərdən axşamadək mal-heyvanla, çöl bayırla əlləşən anam axşamlar biz yatandan sonra, hisli cırağın işığında köhnə pal paltardan söküb bizə əyin-baş tikərdi. Mən anamın nə vaxt yatdığını, durduğunu görməmişdim. Elə hey ora bura qaçardı. Böyük bir təsərrüfatın qayğısı, burda dalbadal doğulan kiçik yaşlı uşaqları böyütmək. Atam isə işdən gələndən sonra mütəkkəyə dirsəklənər, təzə kəsilmiş qurudulmuş quzu dərisini qayçıyla doğrayar, bizə dəri papaq bükərdi. Atam bəzəkli qəlyanı çəkdikcə bizim kiçik daxmamız ətirli tütün qoxusu ilə dolardı.
Sürü ilə mal-heyvanımız olardı. Mən də adi kənd uşağı kimi səhər tezdən yuxudan durar, torbaya bir az şor, bir az da çörək qoyub axşama kimi qoyun-quzu otarardım. 1961-ci ildə Şərəfxanlı kənd ibtidai məktəbinin 1-ci sinfinə getmişəm. 1968-ci ildə ilk olaraq Şərəfxanlı kınd 8 illik məktəbin məzunlarından olmuşam. 1970-ci ildə Hindarx kənd orta məktəbini bitirmişəm.
Məktəb illərim də çox ağır keçib. Həmişə ayaqqabım bir neçə yerdən yamaqlı olardı. Bütün bunlara baxmayaraq, oxumağa həvəs mən də çox güclü olub. Uşaq yaşlarımdan ədəbiyyata, poeziyaya həvəs göstərmişəm. 8-ci sinifi fərqlənmə ilə, 10-cu sinfi əla qiymətlərlə başa vurmuşam.
Hələ 8-ci sinifdə oxuyarkən əmək fəaliyyətinə başlamışam. Ailəni dolandırmaqda çətinlik çəkən ailəmizə kömək etmək istəmişəm.
Ən dəhşətli faciə isə ailəmizdə 1969-cu ilin noyabrda baş verdi. Qardaşım Şənhəyatın oğlunun kiçik toy məclində böyük qardaşım sürücü-mexanik olan İnqilab qəflətən vəfat etdi. Qapıda qurulmuş toy mağarı yas mağarına çevrildi. Ölüm kabusu bu ailənin başı üzərində fırlanmağa başladı.
Hələ bu ağır itkinin acı təsirindən qurtarmamış 5 ay sonra novruz bayramı günü 1970-ci il martın 17-də böyük qardaşım Məlik qəflətən iflic oldu və vəfat etdi. O, Hindarx kənd Maşın Traktor Stansiyasının baş mühasibi idi. Bu dalbadal itkilər onsuz da qoca olan atamın belini əydi, ona çox ağır təsir etdi. Ailəmizdə bir süstlük, bir ölüm sükutu hökm sürürdü.
O vaxt mən orta məktəbin 10-cu sinfində oxuyurdum. Arzum məktəbi qurtarandan sonra ali məktəbə qəbul olmaq idi.
Həyatımı jurnalistika sahəsinə bağlamaq istəyirdim. Sən saydığını say.
1970- ci ilin yayı idi. Qardaşım oğlu Vaqiflə xırmandan saman daşıyırdıq. Gecədən xeyli keçməsinə baxmayaraq, biz araba ilə saman tədarükü görürdük.
Həyatımda ən ağır gün avqustun birinə açılan gecə oldu. Be gecə mənim həyatımı tamam alt-üst elədi. Arzularımın üstündən xətt çəkdi.
Gecədən xeyli keçmiş qardaşım oğlu Vaqiflə xırmandan qayıdarkən, həyətimizdə qışqırıq səsləri bizi həyətə yüyürməyə məcbur etdi. Evə çatarkən qarşılaşdığım mənzərə məni dəhşətə gətirdi. İki oğlunun dalbadal itkisinə dözməyən atam qəflətən oğul-oğul deyə həyata gözlərini yumdu.
Təsəvvür edin, 8 ayda üç böyük ailə sahiblərinin ölümü nə deməkdir. Külfət böyük, dolanışıq olduqca çətin, ailə başçıları da dalbadal həyatdan köçüb.
Bütün ailənin ağırlığı anamın üstünə düşdü. Mən onun gecələr bizi yatırdandan sonra üzünü Allaha tutub necə yalvardığını dəfələrlə görmüşdüm. "Ay Allah, mən neynəyim, necə edim. Bu uşaqların axırı necə olacaq? Mən bunları necə böyüdəcəm."
Mən ali məktəbə getmək fikrimin üstündən xətt çəkdim. Ailənin böyük oğlu olduğum üçün qardaş və bacılarımın yükü mənim üstümə düşdüyünü hiss etdim. Günü sabahdan kolxozda işləməyi qərara aldım. Fikrimi anama dedim. Anam heç cürə razıalşmadı: - oğul, siz hamınız oxumalısınız. Nə qədər ki, mən sağam sizin hamınızı oxudacağam. Sən də sənədlərini hazırla, Bakıya gedəcəksən.
1970-ci ildə ilk dəfə olaraq Bakıya gəldim. Sənədlərimi Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə verdim. Ədəbiyyat yazılı və şifahidən və tarixdən 4 aldım. Xarici dildən isə 3. Ancaq musabiqədən keçə bilmədim. Mənim Bakıya gəlməyim xatirəmdə böyük iz salıb. Xalam oğlunun əyninə böyük olan şalvarının belini kəndirləyib geyinmişdim. Qardaşım Şənhayatın mənim üçün iki razmer böyük olan köynəyini geyinmişdim. Çox qəribə bir görünüşüm var idi.
Yenidən doğulduğum kəndə qayıtdım. Çkalov adına kolxozda inşaat briqadasında fəhlə kimi işə başladım. Pambıq toplantısında bütün ailə üzvləri ilə birlikdə sahələrdə olar, uşaqlar kiçik olsa da, hamımız pambıq yığımında anamıza kömək edərdik. Axşama qədər yorulmadan pambıq yığar, axşam isə ölü kimi yatardıq. Anamsa elə hey ora-bura qaçardı. Yavaş-yavaş evimizin üstünü düzəltdik. Çünki yağış yağanda damırdı. Sonra qabağını şüşə bənd edib ev şəklinə saldıq.
Anam ilin bütün fəsillərində demək olar ki, yorulmadan əlləşirdi. Gah barama qurdu becərər, gah panbığ alaçığına gedər, gah da çuğundur bostan-tərəvəz məhsullarının toplanmasında çalışardı. Qardaş-bacılarımın bir an da olsa dərsdən yayınmasına imkan vermədi. Onların yaxşı oxuması üçün özü hər bir əziyyətə qatlaşırdı.
3 il universitetə ayaq döydüm. İnadla ali məktəbə qəbul olmaq istəyirdim. Fəqət müsabiqədən keçə bilmədim. 1973-1975- ci illərdə hərbi xidmətdə oldum. Qazaxıstan SSRİ-in Baykanur şəhərində xidmət etdim. Bütün kitablarımı gətirdim. İnamla ali məktəbə hazırlaşamağa başladım. Demək olar ki, bütün kitabları əzbər bilirdim.
Mən ata, ana nəvazişi görməmişəm. Kamal attestatı alan vaxt atam vəfat edib. Atam hələ kiçik yaşalrımdan məni ağır zəhmətə qatlaşdırıb. İnsanlar arasında çox böyük hörmət qazanmasıma baxmayaraq ailə, uşaq qayğısına qalan deyildi.
Uşaqların əyin-başına baxmazdı. Fikri, zikri elə kolxoz, kənd idi. Kənddə çoxlu sosial obyeklər tikmişdi. Və bizi də məcbur edirdi ki, lap kiçik yaşlarımızdan əziyyətə qatlaşaq. Mənim bir neçə il institut qapılarına ayaq döyməyim, qəbul olmamağım mənim kimsəsiz, "başsız atlı" kimi ora, bura qaçmağım idi. O vaxtlar bu çox vacib məsələ idi. Mənim sutkalarla institut qapısında küncə çəkilib boynumu bükməyim, atalı uşaqların necə qürrələndiyini görməyim yaddaşımda silinməz izlər buraxıb.
1975-ci ildə sənədlərimi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Özümə çox güvənirdim. Çünki bütün suallara mükəmməl hazırlaşmışdım. Hərbi xidmətdən qayıdan uşaqların bütün imtahanlardan kafi qiymət almağı kifayət idi. 15 bal topladım. İmtahanları müvəffəqiyyətlə verdim. Hiss etdim ki, artıq arzuma çatmışam. Bütün şərtlər mənim hüquq fakültəsinə qəbul olmağıma zəmin yaradırdı. Yenə kimsəsiz olduğum, arxa dayağımın olmaması məni qəbul siyahısından kənarlaşdırdı. Mən öz hüquqlarımı müdafiə edə bilmədim.
Anam hətta qurbanlıq da kəsmişdi. Xeyir-dua, gözaydınlığı verənlər o qədər idi ki, anam sevincindən yer tapa bilmirdi. Bütün bunlardan sonra mən kəndə qayıtmaq istəmədim. Elə Universitetdən putyovka götürüb 2 nömrəli Bakı Evtikmə Kombinatında "qəlibçi" kimi işləməyə başladım. Hərbi xidmətdə olduğum müddətdə bu sənətin sirlərini öyrənmişdim. Dördüncü dərəcəm var idi. Heç iki ay keçmədi ki briqadir vəzifəsinə keçdim. Kombinatın işlərində fəal iştirak edirdim. Bir sözlə, bir il bu kombinatda işlədim və bu bir ildə bacılarımın ailə həyatı qurmalarına az da olsa kömək etdim.
Kombinatın rəhbərliyi mənim oxumağa olan həvəsimi hiss etmişdilər. Bir gün kombinat kadrlar şöbəsinin rəisi Telman Hacıyev məni yanına çağırıb bildirdi ki, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun hazırlıq şöbəsinə bizdən adam istəyirlər. Görürəm oxumaq istəyirsən. Gəlsənə səni göndərək.
Bu mənim üçün çox gözlənilməz oldu. Orta məktəbdə rus dili dərsləri keçməmişdik. Əsgərlikdə də düşdüyümüz mühit elə idi ki, biz heç vaxt bu dilin incəliklərini öyrənə bilməzdik.
Başqa cür mən instituta girə bilməzdim. Hər şeyi, nə baş verdiyini görürdüm. Razılıq verdim.
Mən hələ orta məktəbdə oxuyarkən, mətbuata çox böyül həvəs göstərirdim. İlk məqaləm 1968- ci ildə Ağcabədidə çıxan "Sürət"qəzetində çap olunmuşdu. Elə həmin ildən də müxtəlif qəzetlərdə məqalələrim çıxırdı. Kombinatda işləyərkən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri idim. Mənim haqqımda da qəzetdə xüsusi bir reportaj dərc olunmuşdu. Mən bütün dərc olunan məqalələrimi qovluq şəklində qəbul komissiyasına təqdim etdim. Fəaliyyətim haqda gözəl bir xasiyyətnamə yazılmışdı.
Hazırlığım qəbul komissiyasının xoşuna gəldi. Bir-birinin üzünə baxıb qovluğu kənara qoydular. Məndən heç bir şey soruşmayıb məni ehtiramlayola saldılar.
Mən, yenə bunu adi bir hal saydım, yenidən iş yerimə qayıtdım.
Heç aradan 20 gün keçməmişdi ki, bir də gördüm kombinatın radio qovuşağı məni sex rəisinin yanına çağırır. Sex rəisi çox zəhmli və rəsmi bir kişi idi. Xəlil Musayev hex vaxt gülməzdi. Mən onun yığıncaqlarda etdiyi çıxışlara qulaq asmışdım. Xəlil müəllim məni ehtiramla qəbul etdi. Hal-əhval soruşdu. Mən nəyə çağırdığımı bilmirdim. Xəlil müəllim rəsmiyyətini pozmadan mənə bir kağız parçası uzatdı.
- Oğlum təbrik edirəm. Sən artıq M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun hazırlıq kursuna qəbul olmusan.
Artıq sənin qarşınada böyük üfüqlər açılır. Amma bizim kombinat rəhbərliyi sənin ailə vəziyyətinlə tanışdır. Biz qərara gəlmişik ki, səni kombinatdan uzaqlaşdırmayaq. Gündüz oxuyasan gecə növbəsində yüngül bir işlə işləyəsən. Sən özünü dolandırmalısan.
Mən eşitdiyimə inanmadım. Əllərim əsə-əsə institutdan gələn bir parça kağızı əlimə alıb oxudum.
Xəlil müəllim düz deyirdi. Mən artıq hazırlıq kursuna qəbul olmuşdum. Mən Xəlil müəllimin təklifi ilə razılaşmadım. Qorxurdum ki, əgər kombinatda qalıb işləsəm institut əlimdən çıxar.
Budur, artıq neçə illərdir həsrətində olduğum institut həyatı. Arzularımın ziddinə olsa da mən arzuma çatmışdım. İlk günlər mənim üçün olduqca ağır idi. SSRİ Rus tarixini, Azərbaycan dilini mükəmməl bilirdim. Ancaq bütün bunları rus dilində öyrənməli idim. Hətta bir ay deyildi ki, biz dərs keçirdik "rektorki" imla yazmalı olduq. 116 sözdən 96 səhvim çıxmışdı. Bu çox gülünc idi. İnsan hər şeyə qadirdir. 8 ay gecə-gündüz çalışdım. Qəbul imtahanlarının hamısını əla və yaxşı qiymətlərlə verdim.
Biz qəbuldan fərqli olaraq imtahanları may ayında verdik. May ayında mən tələbə bileti ilə doğulduğum Şərəfxanlı kəndinə qayıtdım. İlk qarşıma çıxan, sevinən anam idi. Anam sevinc gözyaşları ilə boynuma sarıldı.
- Ölmədim bu günü də gördüm, ay oğul, Sən mənə yeni bir ömür bəxş etdin.
Həmin gün həyətimiz qonum-qonşu, doğmalar, kənd camaatı ilə dolu idi. Hamı anama göz aydınlığı verməyə gəlmişdi. Qardaşım Hidayət iri bir qoçu gətirib ayaqlarımın altında kəsdi. O biri bacı-qardaşlarım elə sevinirdilər ki!
İki-üç gün bu sevinc şənliklərində iştirak ettdikdən sonra kolxoza üz tutdum. İki aydan sonra instituta qayıtmalı idim. Kolxozda mal-qara üçün saman tədarükünün qızğın vaxtı idi. Mən də bu işə qoşuldum. Səhər tezdən axşam gün batana kimi qızmar günəş altında taxıl xırmanında saman toplayırdıq. İki ay orada çalışıdım. Briqadir Yəhya kişi mənim instituta qəbul olduğumu bilirdi. Ona görə də əmək haqqımı başqalarından fərqləndirdi. Aldığım əmək haqqı ilə özümə əyin-baş düzəltdim. Anama da kömək etmək istədim. Anam isə: - Oğul, özünə xərcləyərsən. Ağıllı ol. Artıq uşaqlar yavaş-yavaş böyüyür mənə əl tuturlar. Sənsə oxu ümudimiz sənədir. Səni çətinlik çəkməyə qoymayacağıq.
Bakıya gələn kimi birinci növbədə yataqxana məsələsini həll etdim. Dərnəgüldə institutun yataqxanasında yerləşdim.Hazırlıqda oxuyarkən elə ilk gündən ictimaiyyətə qoşuldum. İnstitut Komsomal Komitəsinin buro üzvü oldum. Komsomol komitəsinin məişət işləri üzrə şöbəyə nəzarət komissiyasının sədri oldum. İnstitutun bütün yataqxanalarına mən nəzarət edirdim.
Budur artıq I kurs tələbəsi kimi institutun auditoriyasındayam. Dərslər mənim üçün çətin idi. Hələ də rus ədəbiyyatının incəliklərini öyrənmək mənə çətinlik gətirirdi. Mənim ən xoşladığım dərslər Azərbaycan ədəbiyyatı, ana dilimiz idi. Müəllimin verdiyi suallara dərhal cavab verirdim. Saatlarla şeir söyləməkdən yorulmazdım. Özüm də şeirlər yazırdım. İnstitutda fəaliyyət göstərən "Bulaq" ədəbi dərnəyinin üzvü idim. Rəhmətlik gözəl şairimiz Rasim Kərimlinin rəhbərliyi ilə tez-tez poeziya gecələri keçirirdik. Şeirlərimiiz institutun qəzetlərində çap olunurdu.
Ay allah, nə qədər zəngin, nə qədər mənalı imiş bu rus ədəbiyyatı. Dərinliklərinə getdikcə insanı özündən alır, başqa alamə salır. A. S. Tolstoy, M. Lelmontov, A.S. Puşkin, Nekrasov. Sonra Fadeev, Şoloxov və s. Kimlər kimlər. Bu şəxsiyyətlər təkcə rus ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının dahi nümayəndələri idi.
Evdən kömək edilməsini istəmirdim.Tez-tez dəmiryol lokomotivinə gedir, günəmuzd yük boşaldır, aldığım zəhmət haqqı ilə özümü dolandırırdım.
1976-ci ilin qış tətilində yenidən kəndə gəldim. Onu da deyim ki, Şərəfxanlı kəndim mənə daha doğma gəlirdi. Mən kənddə olarkən bütün günü kənddə olar, tay-tuşlarıma tələbəlik həyatımdan söhbət edərdim. Bir gün anam məni yanına çağırıb dedi: - "ay oğul, artıq böyümüsən, İnstitutda oxuyursan, yaşında keçir. Mənim böyük oğlumsan, istəyirəm səni..."
Mən anamın nə demək istədiyini başa düşdüm. - Yox, ay ana, mən hələ oxumalıyam. - Ay bala, onsuz da səni oxudacam. Kənddə də o qədər gözəl qızlar böyüyüb ki, birini ad elə mən də bilim ki, gələcək gəlinim kim olacaq. Anam dayana bilməyib ürəyində olan qızın kim olduğunu bildirdi. Mən heç bir qane edici cavab vermədim. Kəndimizdə hələ uşaq yaşlarından özümüzə ideal qəhrəman seçdiyimiz İnqilab kişinin qızını gözaltı etmişdim. Son dəfə onu mən bir toyda görmüşdüm. Hərəkəti, ədəb-ərkanı mənim xoşuma gəlmişdi. Məqam axtarırdım ki, onunla gizlicə söhbət edim. Hətta bir neçə dəfə onların evlərinin ətrafında fırlanmağımı da görmüşdülər. Bəs bunu anam haradan bilir. Ay Allah, bu analar övladları üçün hər şeyi bilir bə hiss edirlər.
Mən sevginin bu qədər güclu, cəlbedici olduğunu təsəvvür etmirdim. Təmiz sevgim məni hər an öz məngənəsində sıxır və məni bu sevgi yollarında saf addımlamağa sövq edirdi. Xasiyyətim də dəyişmişdi. Doğulduğum Şərəfxanlı kəndinə məktub məktub dalınca axışırdı. Hamısını da lirik, mənzum şeirlərlə bitirirdim. Nişanlım da öz pak sevgisini uca tutub məni xoş ümüidlərlə təhsilimi davam etdirməyə həvəsləndirirdi.
Tələbəlik illəri öz axarıyla davam edirdi. Mühazirələrdə müntəzəm iştirak edir, müxtəlif tədbirlərin iştirakçısı olur, şeir, poeziya ədəbi məclislərində tez-tez institutlarda və texnikumlarda görüşlər keçirirdik. Bir sözlə, tələbəlik illəri xoş, mənalı, yaddaqalan hadisələrlə öz yolu ilə davam edirdi.
Kiçik bir imkan olan kimi tez kəndə qaçır, sevgilimin görüşünə tələsirdim. Anam ipəkqurdu bəsləyərkən bəzən "böyük xirik" vaxtı institutdan icazə alıb anama kömək etməyə gedirdim. Bir sözlə ayda heç olmasa bir dəfə də olsa mən kənddə olmağa çalışırdım.
Mən öz kəndimi çox sevirəm. Gündən-günə kəndimin çiçəklənməsi, inkişaf etməsi mənim gözümün qarşısında baş verirdi. Artıq sakinlər yavaş-yavaş köhnə kərpic evlərdən çıxır, özlərinə ağ daşdan evlər tikirdilər. Gün-güzəran gündən-günə yaxşılaşırdı.
Anamın belə deməsi məni lap çaşdırmışdı. Onun ürəyindən keçənlərlə mənimki üst-üstə düşürdü. Elə bil ki, ana hissiyyatı oğlunun kiminlə xoşbəxt olacağını əvvəldən hiss edirdi.
Məqam o qızla görüşdüm. Fikrimi, ürəyimdən keçənlərə münasibətini baxışından hiss etdim. Hiss etdim ki, o qız da mənə biganə deyil. Əhd-peyman bağladıq. Ertəsi gün anam kəndimizin sayılıb seçilən ağsaqqları İzzət kişi, Fətullah kişi, İsmayıl kişi ilə İnqilab kişinin evinə elçiliyə getdilər. Anamın əl ayağı yer tutmurdu, sevindiyindən nə etdiyini bilmirdi. Çox həyacanlı idi. Atamın yoxluğu özünü biruzə verirdi. Görünür elə anam da buna görə həyəcanlı idi.
Gecədən xeyli keçmiş elçilər evə qayıtdılar. Onların hər birinin üzündə sevinc görünürdü. Onlar anama gözaydınlığı verdilər.
- Gözün aydın olsun Mənzər! Xoşbəxt olsunlar. Qızında könlü oğlanda imiş. "Hə" sini aldıq. Anam sevincdən qol götürüb oynadı. Məni möhkəm bağrına basıb: -Xoşbəxt ol, oğlum, mən artıq arzuma çatdım. Gəlinimə özüm baxacam.
İnstituta qayıtmağıma az qalırdı. Mən fürsət tapıb anamın mənə verdiyi üzüyü qızın barmağına taxdım. Xoş arzularla, duyğularla xeyli söhbət etdik. Bir-birimizə ömrümüzün axırına qədər sadiq qalacağımıza and içdik.
Mən instituta nişanlı oğlan kimi qayıtdım. Tələbə dostlarım bu münasibətlə məni təbrik etdilər. Və hətta yataqxanada bu münasibətlə kiçik bir məclis də qurduq. (Axı hamımız rayondan qayıtmışdıq.)
Adıgözəl kişinin ailəsi çox böyük idi. Yeddi oğul, iki qız övladı böyütmüşdü. Oğlanlarının hamısı sayılıb seçilən idi.
Kənddə ən böyük tayfa da onlara məxsus sayılırdı. Bu övladlar hələ gənc yaşlarından zəhmətə qatlaşar, atalarına hər sahədə kömək edərdilər.
Adıgözəl kişinin övladları:
1. Əliyeva Məhluqə
2. Əliyeva Səyyarə
3. Əliyev Məhəmməd
4. Əliyev İnqilab
5. Əliyev İlyas
6. Əliyev Elşən
7. Əliyev Silyan
8. Əliyev Kamil
9. Əliyev Şamil
Böyük oğlu Məhəmməd təkcə Şərəfxanlı kəndində deyil, bütün Qarbağ mahalında sayılıb-seçilən cavanlardan idi. İnqilab ailənin ikinci övladı idi. O gənc yaşlarından traktorçuluq peşəsinə yiyələnmiş, az müddətdə maşınla panbıq yığanlar arasında respublikada ən çox pambıq toplamış və resbublikda adlı-sanlı şəxsiyyətlərdən biri idi. XXIII-XXIV qurultayının nümayəndəsi idi.
Belə bir insanla qohum olmaq, onun qızı ilə evlənmək, ailə qurmaq bu ailənin içinə girmək çox məsuliyyətli idi.
Əliyevlər nəsli Bizim Şərəfxanlı kəndinə ötən əsrin 30-cu illərindən gəlmişdilər. Nəslin ağsaqqalı Adıgözəl kişi "köhnə kişilər"dən idi. Uca boylu, möhkəm bədənli iri cüsəli bir kişi idi. Uzun müddət qonşu Boyat sovetliyinin Hacılar kəndində kolxoz sədri işləmiş, sonra da Şərəfxanlı kəndinə kolxoz sədri göndərilmişdir. Ağ rəngli bir köhlən atı var idi. Ağ atı minib bəzəkli qamçını əlində əkin sahələrini gəzərkən onun uzaqdan görünüşü diqqəti cəlb edirdi. Uzaqdan kəhər at kişnəyərkən kolxozçular o saat hiss edirdilər ki, kolxoz sədri hardasa yaxındadır. Bu saat görünəcək. Camaat onu çox sevirdi. O da həşmişə camaatın yanında olar, xeyir-şərində iştirak edirdi. Bir sözlə, torpağa, el-obaya bağlı adam idi.
O, ucaboylu, qamətli bir kişi olsa da həyat yoldaşı Mülaim arvad balacaboy, arıq bir qadın idi. Onun mülayim təbiəti var idi. Tez-tez kənd arvadları onların həyətlərinə yığışar, kimi sac asıb kətə bişirər, kimi cincilim, şomu təmizləyib turş ayrandan iri dovğa qazanı asar, kimi isə təndirə od salıb çörək bişirmək tədarükündə olardı. Kişilər axşamacan əkin-biçin, qadınlar isə ev işləri təsərrüfatla məşğul olardı.
Tələbəlik illəri hər bir insan üçün əziz və unudulmaz xatirələrlə dolu olur. Bu mühit insanın yaddaşında elə unudulmaz izlər buraxır ki, hər bir insanın ömür yolu bu notlar üzərində köklənir. Bəzən bu notlar insanı kədər dünyasına aparır. Bəzən də duyğuların caynağında onun dünyaya baxışını insanlara münasibətini formalaşdırır.
Mənim tələbə dostlarımın hamısı sadə kasıb təbəqədən çıxıb , öz yuxusuz gecələrinin bəhrəsi ilə instituta daxil olmuş uşaqlar idi. Bu uşaqlar zəhmətin, oxumağın dadını dadmış, öz həyat yollarını özləri müəyyənləşdirmişdilər. Kiməsə rayondan bir pay gələrsə, o gün yataqxanada toy-bayram olardı.
Yataqxana həyatı hər bir insan ikinci ailə həyatıdır, deyərdim. Başqa-başqa rayonlardan, xarakterlərin müxtəlifliyindən asılı olmayaraq bu ailə astanasına qədəm qoyduğu gündən doğmalaşırsan. Mənim otaq yoldaşlarım Asif Yardımlı rayonundan, Teyyub Cəlilabad rayonundan, Həsən isə Ağcabədi rayonundan idi. Aramızda çox səmimi, isti münasibətlər var idi. Birgə xörək hazırlar, bir yerdə çörək yeyər, bir yerdə dərslərimizi hazırlayardıq. Qonşu otaqlarda yaşayan uşaqlar da respublikanın müxtəlif rayonlarından idilər. Hətta Gürcüstandan da uşaqlar var idi. Axşamlar yataqxanada bir canlanma hiss edilərdi. Kimi mətbəxdə bişirdiyi yeməyin qaravulnu çəkər, kimi koridor boyu zəngulə vura-vura ora-bura gedərdi.
Asif oxuduğumuz 116 qrupun "starostası" idi. Çox baməzə, zarafatçıl, parodiyanı sevən bir oğlan idi.
Bir dəfə Asif uşaqların təqaüdünü alıb otağa gəldi. Pencəyini qapının arxasındakı asılqandan asıb, qazanı götürüb mətbəxə qaçdı. Mən otağa girərkən o otaqda yox idi. Mən qapının dalından onun asılqandan asılmış pencəyini və pencəyinin döş cibindən görünən beşlik pul paçkasını gördüm. Teyyubla, Həsənə göz vurub pulu onun cibindən götürüb cəld otaqdan çıxdım.
İki-üç saatdan sonra mən yataqxanaya qayıdarkən bütün qonşu otaqların uşaqlarının, bütün yataqxana uşaqlarının bizim otaqda Asifin başına yığışdığını gördüm. Özümü bilməməzliyə qoyub nə baş verdiyini soruşdum. Asif kövrələ-kövrələ:
- İnstitutdan uşaqların təqaüdlərini alıb çıxdım və avtobus çox basa-bas idi. Pulu topası ilə cibimdən çixarıblar. İndi mən nə edəcəm?
Özümü gülməkdən güclə saxlayırdım. Ona ürək-dirək verdim. Uşaqlar da ona təskinlik verirdilər. Ölməmişik, ay Asif, fikir etmə, səni darda qoymarıq. Gecədən xeyli keçmiş uşaqlar dağılışdılar. Mən Teyyubu mağazaya göndərdim. Tez bir stol qurduq. Birinci badəni qaldırıb sağlıq demək istədim. Gəlin içək, bu günümüzün sağlığına. Hər keçən günümüz belə olsun!
Asif dözə bilməyib ayağa qalxdı. Ay rəhmətliyin oğlu, bu gün mən bütün pulları oğurlatmışam. Sən də deyirsən bu günümüzün sağlığına!
Həsən, Teyyub və mən əhvalımızı pozmadıq. Özümüzü möhkəm saxlamağa çalışdıq. Amma bacarmadıq. Mən:
-Ə, Asif, bəs sən niyə soruşmursan ki, mən niyə evə gec gəldim. Eşidən kimi oğrunu tutmağa çalışdım. Və tapdım, pulları tələb etdim. O, bilirsən mənə nə dedi?
- Qardaş, Asifdi, kimdi, ona de, yekə kişisən, mənə şər atmasın. Mən oğruyam, amma kasıbların pulunu heç vaxt oğurlamamışam. Onu vicdanım qəbul etmir. Getsin pulu hansı otaqda, pencəyini asıbsa, orda axtarsın.
Asif dik ayağa qalxdı. Bizim üçümüzü də diqqətlə nəzərdən keçirməyə başladı. Bir kəlmə də danışmadı. Mən qarabağlı olduğum üçün əlimi qulağımın dibinə qoyub :
Yaz ola, yarpız ola,
Bostanda qarpız ola.
Asif, məni kəsəndə,
Toxunmaram bu pula.
Bir şikəstə oxudum. Pulun paçkasını ona uzatdım. Asif nə baş verdiyini başa düşüb üçümüzü də qucaqladı.
O gecə səhərə qədər bizim otaqdan səs-küy kəsilmədi.
İmtahanları verib qutarmışdıq. Demək olar ki, yataqxanada heç kəs yox idi. Hamı yay tətilini öz doğmaları ilə keçirmək üçün evlərinə getmişdilər.
Asiflə mən də axşam qatarı ilə o öz rayonu Yardımlıya mən isə Ağcabədiyə gedəcəkdim. Biletlərimizi almışdıq. Cibimizdə qəpik-quruş qalmışdı. Hər şeyi təhvil verib axşamın düşməsini gözləyirdik. Günorta idi, yeməyə heç bir şey yox idi. Asif ora-bura vurxunurdu. Bir yerdə qərar tuta bilmirdi. Amma bilmirdi bunu necə etsin. Mən də vəziyyətdən çıxış yolunu müəyyənləşdirə bilmirdim. Yataqxanada bizdən başqa heç kim yox idi. Birdən Asif yerindən qalxdı: - məni gözlə bu saat gəlirəm.
Mən təəccüblə ona baxdım.
O tələsik otaqdan çıxdı. Xeyli keçəndən sonra əlində bir torba otağa daxil oldu. Torbadakıları stolun üstünə boşatldı. Kolbasa, sosiska, pomidor, xiyar, limon bir də...
Tez bir süfrə açdıq. Oturub əməlli-başlı yeyib içməyə başladıq. Mən Asifdən bunları necə aldığını soruşdum. Asif:
Bütün otaqların bolkanlarını bir bir gəzdim, nə qədər boş butuka var idi, hamısını aparıb təhvil verdim və bunları aldım.
İnstitutda artıq Rus dilinin incəliklərini aramla öyrənirdim. Dünya və antik ədəbiyyatları, klassik rus ədəbiyyatı mənim qarşımda başqa bir aləm yaratmışdı.
Gecə-gündüz mütaliə ilə məşğul olur və bu inciləri yaxından mənimsəməyə başlamışdım. Əlaçı idim.
1978-ci il yay tətilini kənddə keçirdim. Həyət bacanı səhmana saldım. Təsərrüfat işlərində anamın həmişə yanında idim.
Artıq iki il idi ki, nişanlı idim. Sevdiyim qızla məktub vasitəsi ilə yazışar, imkan düşdükcə görüşüb söhbətləşərdik.
Kənddə çox nişanlı qalmağa yaxşı baxmazdılar. Bu barəda mənimlə söhbət edərdi: ay oğul, kimi gözləyirsən, artıq bizim də dolanışıqımız yavaş-yavaş yaxşılaşır, Uşaqlar da əl tuturlar. Axı yaxşı deyil, bu qədər nişanlı qalmaq. Bəs camaat nə deyər! Olmaz axı!
Mən həmişə bu söhbətdən boyun qaçırardım. Amma özüm də hər şeyi başa düşürdüm. Bu dəfə anamın təklifindən boyun qaçıra bilmədim. Biz qərara gəldik ki, bu payız mən toy edim.
İnstituta qayıdarkən bu barəda tələbə dostlarımı xəbərdar etdim. Onlar da çox sevindilər. Mənə gözaydınlığı verdilər. Mən gecə-gündüz bu haqda düşünürdüm. Görəsən necə olacaq? Anam bu işlərin öhdəsindən gələ biləcəkmi?
Axı kənd yerində toy ağır başa gəlir. Xeyli əziyyət tələb edir.
Doğulduğum Şərəfxanlı kəndini ətraf kənlərdən fərqləndilən müsbət cəhətlərdən biri, mən deyərdim ən başlıcası ondan ibarətdir ki, bu kəndin camaatı xeyir-şərində həmişə bir olurdular. Umu-küsünü kənara qoyub əgər kiminsə xeyir işi olardısa və ya kiməsə bədbəxtlik üz verərdisə hər kəs bacardığı tərzdə öz kömək əlini uzadırdı. Əgər bu toy-düyün idisə toya hazırlıqdan ta toy qurtarana qədər toy sahibini tək qoymurdular. Onunla birgə toyun bütün əziyyətini birlikdə çəkmək istəyirdilər. Əgər kənddə bir nəfər toy edirdisə, bu kəndin adına idi, onlar bunu elə etmək istəyirdilər dədə-babalardan süzülüb gəlmiş toy adətləri pozulmasın, onlar üçün ən ümdə mənəvi dəyər olan bu adət olduğu kimi qalsın və əsrlərin sücgəzindən necə pak, saf süzülüb gəlibsə, elə də yaşasın və bu kəndin adını həmişə müqəddəslər sırasında səsləndirsin.
Toya bir neçə gün qalmış, kəndin ağsaqqalları toy sahibinin həyətinə toplaşar toyu-necə təşkil etmək haqda düşünərlər, iştirak edəcək qonaqlar, toyun bütün ağırlığını öz üzərinə götürənlər müəyyənləşdirilirdi.
Toya iki gün qalmış xüsusi çapar ətraf kəndlərə, hətta rayon mərkəzinə toy sahibinin dəvətini çatdırardı.
Qohum-əqrəba, qonum-qonşu kimdə nə var idisə, hamı toy sahibinin həyətinə toplaşardı. Kimi qab-qacaq, kimi döşək, mütəkkə, kimi palaz, kimi kilim, kimi isə iri qazanlar və samovar gətirərdi. Bir sözlə, bu ərəfə bütün kənd sakinləri üçün coşqunluq dövrü idi. Sakinlər öz vəsaitləri ilə kəndə mağar almış, stol-stullarını- ümumiyyətə xeyir-şər üçün nə var idisə hamısını əldə etmişdilər.
1978-ci ilin noyabrın 7-də kəndə gəldim.
Noyabrın 9-da toy olmalı idi. Artıq bütün institutda bütün dostlarım, tanışlarım, tələbə yoldaşlarım hətta müəllimlərim də məni sevinclə yola saldılar, gözaydınlığı verdilər. Dostları da dəvət etmişdim.
Həyətimizə daxil olarkən həyətdə böyük bir canlanmanın şahidi oldum. Hərə bir işlə məşğul olurdu. Kimi ocaq yeri düzəldir, kimi iri qazanları bir yerə toplayır, kimi isə həyəti xırda alaq otlarından təmizləyirdilər.
Kəndimizin gənclərinin qadasını alım, onlar elə çoşqunluqla toy, yemək mağarı düzəldirdilər ki, sanki, bu toy onların idi. Elə ürəklə yanaşırdılar ki, adamın qəlbi riqqətə gəlirdi.
Mən bütün bunları gördükcə sevincim aşıb-daşırdı.Bir işin də qulpundan mən yapışmaq istəyirdim. Ancaq onlar zarafatla: - Əşşi, ölməmişik ki, sən kənarda qal. Təzə bəy öz toyunda işləsə tüfan olar deyərlər. Sənin işin qabaqdadır. Bütün bunlar məni kəndimə və kəndimin sakinlərinə daha sıx tellərlə bağlayardı.Bir anlıq tələbəliyimi unudub, onlarla bir yerdə həmişə bax belə olmağımı arzulayırdım. Bu birliyi, bu səmimiliyi görüb bir anlıq özümün atasız olduğumu unutdum. Qəlbimdən kövrək duyğuları cilovlamağa çalışdım. Artıq neçə illər idi həsrətlə gözlədiyim gün gəlib çatdı. Noyabr ayının 9-u səhər saatlarında bizim hətəyimizdən ucalan şən musiqi sədaları öz həzinliyi ilə bütün kəndə yayıldı. Gənc müğənni Zahirin oxuduğu mahnıların əks sədası uzaqda eşidilməyə başladı. Onu da deyim ki, Asəf Zeynallı adına Musiqi Texnikumunun tələbəsi olan Zahir birinci dəfə idi ki, belə böyük kənd toyunda oxuyurdu. Məlahətli, bir az da kövrək duyğulu səsi adamı valeh edirdi. Onun oxuduğu "Şahnaz" mağarın çadırından süzülüb damla-damla uzaqlara yayılırdı. Hər kəs bu səsin sehrinə düşüb onun izi ilə toy mağarına, bu səsi dinləməyə axışırdı. Ecazkar səs idi.
O vaxtlar kəndimizdə toylar iki və ya üç gün çalınardı. Bu müddət ərzində kənd camaatı elliklə bu toyda iştirak edər və xoş anlar yaşayardı. Mənim də toyum iki gün davam etdi. İki gün bizim həyətdə insanlar şənlik edib, xoş anlar yaşadılar.
Tələbə dostlarım da Bakıdan iri bir avtobusla toya təşrif buyurmuşdular. Bütün qrup yoldaşlarım və dostlarım mənim sevincimə şərik olmaq üçün kəndə gəlmişdilər.
Toyun ikinci günü maşın karvanı İnqilab kişinin həyətinə üz tutdu (karvan deyəndə 2 Moskviç və 3-4 köhnə markalı "Jiquli" maşınları idi.). Bizim kənddə o vaxtlar bəyin gəlin gətirməyə getməyi yaxşı hal deyildi. Amma maşınlardan başqa tələbə yoldaşlarım məni də özləri ilə götürüb piyada gəlin evinə apardılar. Həyətdə elə bir mərəkə qopardılar ki, mən deyərdim ki, kəndin tarixində birinci dəfə idi ki, belə gəlin köçürdü. Qrup yoldaşalarım, dostlarım dairə qurdular. Bir-bir oğlanlı qızlı ortaya atılır, və məni də oynamağa məcbur edirdilər. "Yallı" rəqsi çalınanda bütün kənd cavanları da meydana atılıb qrup yoldaşlarımla birlikdə oynayırdılar.
Hətta gəlin ata evindən çıxıb bəy maşınına əyləşərkən qrupumuzun qızları onu dövrəyə alıb meydana çağırdılar və rəqs etməyə başladılar. Çox möhtəşəm bir mənzərə idi. Şəhərdən gələn uşaqlar kənd camaatına elə qaynayıb qarışdılar ki, elə bil bu kənddə doğulmuşdular.
Mağar həyətin ortasında qurulmuşdu. İki gün toy mağarı xeyli sayda qonaq qəbul etdi.
Gələnlər gözaydınlığı verir, hər kəs məclisi daha da şənləndirmək istəyirdilər.
Kəndin bütün toylarında Adıgözəl oğlu Məhəmməd həmişə "padşahlıq" edirdi. Məhəmməd kişi kəndin sayılıb seçilən ağsaqqallarından olmasına baxmayaraq həm də gözəl "padşahlığı" var idi toylarda. Məclisi həmişə şux saxlar, milli toy adətlərinin yaşaması üçün həmişə səy göstərərdi.
Mənim nişanlımın doğma əmisi olduğu üçün Məhəmməd bu toyu idarə edə bilməzdi. Adətə görə qız evinin bütün doğmaları oğlan toyunda iştirak etməməli idi. Bu qədim toy adətlərimizdə ən incə məqamlardan biri idi. Amma bütün məclis boyu Məmməd kişinin yeri görünürdü. Toyu qonşu Şotlanlı kəndindən olan Əli kişi idarə edirdi. İki gün davam edən ağır toy məclisi artıq özünün son akkordlarını vururdu. Bütün əldə-ayaqda işləyənlər, məclisə qulluq edənlər hamısı mağarda idi. Bəy tərifi məqamı yaxınlaşırdı...
Bəy sağ diş, sol dişin müşayiəti ilə əllərdə tutulmuş nəhəng, məşəllərin və güllə səslərinin sədaları ilə öz yerini tutur. Müğənni Zahir ata-anaya həs edilmiş həzin bir "Segah" muğamını məclisin üstünə səpir, hamı düşüncələrə qərq olurdu. Muğam öz təsirini göstərirdi. Zahir çox ustalığla bəy tərifinə keçir.
İnsan həyata göz açdığı andan ömrünün sonuna qədər nəyinsə dalınca qaçır, nəyisə axtarır, nəyisə əldə etmək istəyir. O öz xoşbəxt gələcəyini qurmaq üçün ömür yollarını müəyyənləşdirir. Bəzən bu yolları çınqıllı, daş-kəsəkli olur, ömür yolu onu keşməkeşə salır.
Qarşısında ucalan bu zirvəni fəth etmək üçün dişi ilə, dırnağı ilə əlləşir, vuruşur. Məqsədə çatan insanlar həmişə cəmiyyətdə özünə layiqli yer tutur. Cəmiyyətin aparıcı qüvvəsi olur. İnsan ömrünün ən şirin, ən yaddaqalan hallarından ən ümdəsi onun ailə qurmasıdır. Artıq özünü dərk edən, formalaşan insan bu addımı atır. Ayların, illərin həsrətinə son qoyur. Cəmiyyətin inkişafı üçün layiqli övladlar yetişdirir.
Mən də ömrümün ən xoş, ən unudulmaz anlarını yaşadım o gün. Yeni bir ailənin astanasından içəri daxil olarkən hiss etdim ki, mənim həyatım dəyişir. Məm artıq başqa bir adam oluram. Artıq üzərimə düşən bütün məsuliyyəti dərk edirəm. Hiss edirəm ki, bu gün bünövrəsini qoyduğum ailə təməli elə özüllər üzərində möhkəmlənməlidir ki, gələcəkdə bu özül dağılmayacaq. Həyat o vaxt gözəlləşir, o vaxt maraqlı olur ki, qurduğun ailə bu həyatda özünə yer tapa bilir və bu gözəlləşən həyatın daha da gözəlləşməsi üçün özü də gözəl bir amil olur.

Toy günü
Nə qədər əlçatmaz bir zirvə imiş. Və bu əlçamaz zirvəyə çatmaq üçün nələrdən keçmirsən. Nələrlə rastlaşmırsan. Və bu eniş-yoxuşdan üzü ağ çıxıb qürurla nəfəs alırsan. Bu günün sənə bəxş etdiyi xoşbəxt anlar səni bütün ömrün boyu müşaiət edir.

Məclislər qızışar, tar kaman coşar,
Analar sevincdən ağlar toy günü.
Cavanlar qəlbində bir duyğu yaşar,
Bir duyğu kükrəyər, çağlar toy günü.
Biri subaylığın atar daşını,
Birisə gizlədər o gün yaşını
Biri qənşər çəkib az qardaşını
Döşünə bir çələng bağlar toy günü.
Bir evdə səadət məşəli yanar
Bir evdə həsrətin yolları donar
Bir evdən bir evə göyərçin qonar
Evlərin evlərə calar toy günü.
Şirin xəyalların yetişər sonu
Dəyişər şeirin, nəğmənin tonu.
Bir qızın əynində gəlinlik donu
Bir oğlan qəlbini dağlar toy günü.
Mən iki gün davam edən bu ağır toy günündə insanların üzlərinə baxıram. Hamısının üzü sevincə bülənib. Amma bir insan bu insanlar içərisində ən çox sevinir. Bəzən gözləri sevinc göz yaşları ilə dolur, qəlbi kövrəlir. Bu mənim anamdır. Gecə-gündüz bizim əziyyətimizi çəkən, bu gün də ən yüksək zirvədə duran, heç vaxt bu zirvədən düşməyən anam.
Toydan bir həftə sonra mən Bakıya qayıtdım. Bakıya çıxan günü anamla xeyli söhbət etdim. Mənim üçün çətin olacağını bildirdim.
Anam: hər şey yaxşı olacaq, oğul. Qoy, gəlin yanvara qədər mənim yanımda qalsın, sən o vaxta qədər bir ev kirayə edərsən, gəlib gəlini də apararsan. Mənə heç bir söz demədim.
Bakıya qayıdarkən ilk növbədə özümə iş və kirayə üçün ev axtardım. Nəsimi rayon mühafizə idarəsinə müraciyət etdim. Orada məni qeydiyyata götürdülər. Sonra güc-bəla ilə Bakının o vaxtlar Vorovski adlanan qəsəbəsində kiçicik bir ev kirayə etdim. Dərslərimə də ciddi fikir verirdim. İnstitutun bütün şlərində fəal iştirak edirdim.
Artıq mən həyat yoldaşımla kirayə etdiyim kiçik mənzildə yaşayır və Salyanski kazarmasının yanında yerləşən dövlət qarajında üç gündən bir qarovulda dururdum. 40 manat təqaüd, 60 manat isə maaş alırdım. Hər ikimizə bəs edirdi. Beləcə ömür yolları öz axarı ilə davam edirdi. Tez-tez həyat yoldaşım ilə şəhəri gəzməyə çıxır, onu şəhərlə tanış edirdim. Tələbə dostlarımın ad gününə, şənliklərinə birgə gedərdik. Bir sözlə, xoşbəxt günlər keçirərdik.
Yayda pioner təcrübəsi keçirmək üçün tələbələri müxtəlif düşərgələrə, uşaq müəsissələrinə və rayonlara göndərirdilər. Mən də pioner təcrübəmi öz doğma Ağcabədi rayonuna aldım.
Ağcabədi rayonu hər il yay tətilində uşaqları dincəlmək üçün Azərbaycanın səfalı güşlərininə göndərirdilər.
Mən Ağcabədi rayon pioner evində təcrübəyə göndərildiyim üçün iki aylıq pioner uşaqlarla Şuşada təşkil olunmuş pioner düşərgəsində işləməli oldum.
Pioner düşərgəsi Şuşanın Zarıslı kəndində, orta məktəbdə yerləşirdi. Bizim rayonun pioner düşərgəsindən başqa burada qonşu Ağdam rayonunun pionerləri də dincəlirdilər.
Şuşa ... Təbiəti tanrı tərəfindən nə bəxş edilmişdirsə hamısı Şuşanın üzərində cəmlənmişdi.
Gözəl təbiət, əsrarəngiz meşələr, zümzüməli bulaqlar sıldırım qayaları sanki məhşur bir rəssamın fırçasında yaranmışdı.
Zarıslı kəndi bir az çökəkdə yerləşir. Şuşa şəhərdən bir neçə km aralı aralıda yerləşən bu kənd dörd tərəfdən sıldırım qayalarla, sıx meşələrlə əhatə olunmuşdu. Yamaclarda bitən gül-çiçəklər, dağları öz yaşıllıqları ilə gizlətmək istəyən meşələr sanki, yerə döşənmiş xalıya bənzəyirdi. Hər dəfə o yamaclara qalxarkən bu ecazkar gözəllikdən doymur və bu gözəlliyin qucağında özümüzü xoşbəxtlərin xoşbəxti adlandırırdıq. Hər daşın altında oyan kimi göz yaşı kimi dum-duru su fəvvarə vururdu. Heyf o yerlərdən. O yerlərin əvəzi yox idi. Təəssüf ki, o yerlərdə indi mənfur ermənilər məskunlaşıb.
Pioner təcrübəsini əla qiymətlərlə başa vurub yenidən institutun doğma divarları arasına qayıtdım. Yenidən mənzil kirayə etnək və işə bərpa olunmalı idim. Ailəm kənddə qalırdı.
Əvvəl işlədiyim yerdə məni gülər üzlə qarşıladılar. Yenidən işə başladım. Gündüzlər institutda dərsimi davam etdirir, axşamlar isə qarajda qaravulçu işləyirdim.
Qayınatam İnqilab kişi Moskvada XXIII qrultayda nümayəndə olarkən ona bir qara rəngli diplomat sumka hədiyyə etmişdilər. Mən tələbə olduğum üçün o həmin diplomatı mənə hədiyyə etmişdi. O vaxtlar hər adamda diplomat olmurdu. Mən diplomata lazım olan kitabları yığır, qarovula gedər, dərslərimi orada hazır edərdim.
Bir dəfə adəti üzrə yenə qarovulda idim. Onu da qeyd edim ki, qarajın müdiri ağsaqqal bir kişi idi. Deyəsən Lənkərandan idi. Həmişə mənimlə mehriban görüşər, hal-əhval tutardı.
Onun Lənkərandan prokuror dostu gəlmişdi. Mən işə gələrkən onlar qarajın həyətində stol qurub oturub çay içirdilər. Axşam idi. Onlar belə qərara gəldilər ki, prokuror öz maşının elə bu qarajda saxlasın. Təzə "Qaz-24" markalı maşın uzaqdan diqqəti cəlb edirdi. Maşından gözəl musiqi sədası gəlirdi. O vaxtlar tək-tək maşınlarda maqnitafon olardı. Maşını qapıda saxladılar. Geçə mənim üçün çox sakit keçdi.
Ertəsi gün səhər tezdən həmin prokuror sürücüsü ilə gəlib maşına bir az su vurub mənimlə səmimi görüşüb Lənkərana yola düşdülər.
Mən növbəmi təhvil verib instituta yollandım. İkinci dərs gedirdi. Növbətçi gəlib məni qapıda kiminsə gözlədiyini dedi. Aşağıda bizim mühavizə idarəsinin köhnə poxodka maşınını və mühafizə idarəsinin rəisi Mahmudu gördüm. O mənə heç bir şey demədən: Qaraya getməliyik, dedi və mən poxodkaya mindim. İnstitutda bütün bunları gördülər və mənim məhbus maşınına mindiyimi görənləri təccübləndirdi.
Qaraja çatarkən həmin prokuroru, sürücünü, qarajın müdirini sahə müvəkkilini orada gördüm. Məlum oldu ki, gecə prokrorun maşınında olan yapon istehsalı olan "maqnitafon"u oğurlayıblar. O vaxtlar belə maqnitafondan çətin tapılardı və qiyməti çox baha idi.
Prokuror məni yanına çağırdı. Sorğu-suala tutdu. Məni diqqətlə dinlədikdən sonra qarajın müdirini çağırdı: bu oğlanın xəbəri yoxdu. Onunla işiniz olmasın. Oğrunu tapın, sonra o maşına əyləşib yoluna davam etdi. O gedəndən sonra mənim həmişə hörmət etdiyim qarajın müdiri və sahə müvəkkili (o da Lənkəranlı idi) düşdülər mənim üstümə ki, bəs sən maqnitafonu açarkən görüblər, hasardan tullanarkən səni görüblər ayaq izlərin qalıb, nə bilm nələr. Əgər maqnitafonu gətirməsən instituta yazacağıq, səni institutdan qovacaqlar. Nə qədər and-aman etdimsə, yalvardımsa xeyri olmadı. Mən sübut edə bilmədim ki, özümün qaravul çəkdiyim gecə mən necə maqnitafon oğurlaya bilərəm. Onlar isə məni oğru hesab etdilər.
Mən növbədən bir baş instituta getdiyim üçün diplomat yanımda idi. Gecələr növbədə olduğum üçün yanımda iri bir mətbəx bıçağı gəzdirirdim.
Qaraj müdirinin kabinetində nə qədər and aman etdimsə mümkün olmadı. Sahə müvəkkili kobud hərəkətlər edirdi. Sonra o söyüş söyməyə başladı. Atama, anama söyərkən, bir anlıq hər şey gözlərimin önündə qaranlıqlaşırdı. Tamam özümü itirdim. Dəlicəsinə qışqıraraq diplomatı açdım. Oradan iri mətbəx bıçağını götürüb sahə müvəkkilinin üstünə cumdum. Gözlərim qarşısında heç bir şey görünmürdü.
Sahə müvəkkili mənim dəlicəsinə əlimdə bıçağ onun üstünə gəldiyimi görüb aradan çıxdı. Qarajın işçiləri səs-küyə ora toplaşdılar. Mən isə əlimdə bıçaq hələ də onu axatarırdım. Əli kişi onunla həmişə gecələr mənim yanımda çoxlu söhbətlər etmişdik. Mənim tərcümeyi - halımı yaxşı bilirdi.
Əli kişini görüb hönkürdüm. Əli kişi ehmalca bıcağı əlimdən aldı. Məni sakitləşdirməyə çalışdı, Uşaqların birinə göz etdi. Məni bir maşına qoyub oradan çıxardılar. Yataqxanaya gəldim. Baş verənlər mənə yuxu kimi gəlirdi. Bir yerdə qərar tuta bilmirdim. Axırım necə olacaq? Uşaqlar bir-bir dərsdən gəldilər.
Bir azdan bu hadisədən bütün yataqxana xəbər tutmuşdu. Hərə bir cür məsləhət verirdi. Otaq yoldaşım Asif gəldi. Vəziyyəti bildikdən sonra: Nə durmusan? Sən bilirsən səni nə gözləyir? Tez rayona qaynatana zəng et. Əgər sabah qaynatan gəlməsə, onlar instituta məktub yazıb səni institutdan qovduracaq və səni tutduracaqlar.
Pambıq yığımının qızğın vaxtı idi. Kənddə baş qaşımağa vaxt yox idi. İnqilab kişi indi yəqin öz "Dəmir atı" ilə gecə-gündüz pambıq toplayır. Onun vaxtı olacaqmı?
Böyük qardaşım Şənhəyat müəllim və qaynatam İnqilab kişiyə zəng etdim. Dedim ki, sabah burda olmasaz məni institutdan qovacaqlar. Kəsirim var.
Gecəni uşaqlar məsləhət gördülər ki, yataqxanada qalmayım. Qonşu fəhlə yataqxanasında qrup yoldaşım Paşanın yanında qaldım. O yataqxana qarovulçusu idi.
Səhər tezdən Ağdam qatarını qarşılamağa getdim. Qardaşımı və qaynatamı qarşladım. Elə vağzaldaca əhvalatı onlara anlatdım. Bir az kövrək nə baş verdiyini anlatdım. Qardaşım: - Niyə bıçağı o "dəjjüsün" qarnına soxmadın? İndi mən soxaram.
Qardaşım universiteti qutarmışdı. Təkcə Qarabağda deyil, Azərbaycanda onu gözəl ziyalı kimi tanıyırdılar. Müəmmalı səbəbə görə qanunsuz olaraq həbsə də düşdü, iki il yatdıqdan sonra bəraət qazandı. Kənddə məktəb direktoru işləyirdi.
Biz elə vağzaldan bir başa işlədiyim rayona yollandıq. Qaraja yaxınlaşarkən mən uzaqdan qaraj müdirinin stol qoyub qarajın qabağında oturduğunu gördüm. Qaynatamla qardaşım qaraj müdirinə yaxınlaşdılar. Çox əsəbi idilər. Mən özüm getmədim.
Qayınatam Azərbaycan SSR Ali Sovetinin deputatı idi. Sov. İKP qrultayının nümayəndəsi idi.
İki "Lenin orderi" və müxtəlif orden və medallarla təltif olunmuşdu. O vaxtlar bu medalları alanlar mütləq bu medalları yaxalarında gəzdirməli idilər.
Qaraj müdiri onları görərkən dik ayağa qalxdı. Tanımadığı adamların onunla belə ötkəm danışmağından qorxuya düşdü. Uzaqdan qardaşımın əsəbi səsini eşidirdim. Qardaşım sahə müvəkkilinin çağrılmasını tələb edirdi. Qaraj müdiri deputatın və tanımadığı bir adamın onunla belə tərzdə danışmasından bərk qorxmuşdu. Nə isə sübut etmək istəyirdi. Əli kişi onlarla ehtiramla görüşüb içəri apardı. Sonra nə baş verdiyini qardaşım mənə danışdı.
Əli kişi hadisəni onlara danışıb və deyib ki, mən o uşağı burada işləyən gündən tanıyıram. Çox sakit, təmiz, mərifətli uşaqdır. O heç vaxt oğurluq etməz. Bir səhv işdi olub. Onu heç kim oğru hesab etmir.
Bir sözlə, Əli kişi məsələni sülh yolu ilə həll edib və bu məsələni yoluna qoyub.
Deyirəm, insan kimsəsiz olanda ona hər yerdən hücumlar olur. Hətta onunla istədiyi kimi davranırlar. Ancaq arxan-dayağın varsa, sənə hamı hörmət edir və hətta sənin ünvanına deyilən sözləri, hərəkəti də inkar edirlər.
Bu günə qədər özümü kimsəsiz hesab edirdim. Bu gün isə qaynatamın , qardaşımın mənim arxam, dayağım olduğunu görüb qurur hissi keçirdim. Sevincimin həddi-hüdudu yox idi.
Qaynatam və qardaşımla yataqxanaya gəldik. Bütün yataqxana bizim otağımıza axışdı. Deputatla görüşmək onlar üçün şərəfli idi. Asif qardaşımın köməyi ilə otaqda gözəl bir məclis qurmuşdu. Otaqda adam əlindən yer yox idi. Hər kəs bu məclisdə iştirak etmək arzusunda idi. Uşaqların bu cür mehribanlığı, səmimiliyi da qaynatama təsir etmişdi. O özünü elə aparırdı ki, bu uşaqlar sanki onun doğma uşaqları idi. Deputat olmasına baxmayaraq uşaqlarla çox mehriban davranırdı. Onunla şirin-şirn söhbətlər edirdilər. Uşaqlar da elə bilirdilər ki, elə bil onların öz doğmaları gəlib. Axşama kimi məclis davam etdi. Axşam onları tələbə yoldaşlarımla vağzala gətirdik. Ehtiramla Ağdam qatarına mindirib rayona yola saldıq.
Firdovsi qonşu Boyat Sovetinin Hacılar kəndindən idi. Həmyaşıd idik. Uşaq vaxtlarından bir-birimizi tanıyırdıq. Tez-tez kənd arası futbol yarışlarında görüşərdik.
Atası Şahlar kişi koxoz sədri işləyirdi. Qarabağın ən sayılıb seçilən kişilərindən idi. Həmişə sadə insanlarla birgə çörək kəsər, onların problemini həll etməyə çalışardı. Camaat adamı idi. Günün hansı vaxtı qapısını döyən olsaydı, naümüd qaytarmazdı.
Anası Afərim xala bəy nəslindən idi. Xanım-xatın, ədəb-ərkanlı, mülayim bir qadın olan böyük nufüz qazanmışdı. Kərbalayı kimi həmişə qayğısını çəkər, xeyir-duasını verərdi. 10 övlad böyütmüşdü. Övladlarının hamısına ali təhsil vermişdi. Övladlar çox savadlı və bilikli idilər. Hamısı öz güclərinə müxtəlif ali təhsil ocaqlarına qəbul olmuş və bitirmişdilər.
Firdovsi də Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, qiyabi yolla aspiranturaya qəbul olmuşdu. Bakıda Azərittifaqda müfəttiş işləyirdi. O vaxtlar gec-gec görüşsək də bir-birimizi yaxşı tanıyırdıq. Səmimi söhbətlər edirdik. Bakıda Vaqif-30 küçəsində bir otaqlı mənzili var idi.
İnqilab kişi 2-ci qızını Firdofsiyə verəndən sonra mənim də həyatımda dəyişiklik oldu.
Toydan sonra Firdofsi axtarıb Bakıda məni tapdı. Mən artıq tez-tez onun evinə qonaq gedirdim. Bu ev əvvələr gənc şair Əli Kərimlinin olmuşdu. Mən burada kimləri görmədim. Anar, Elburus Əhməd, Ənvər Əhməd, Əbülfət Misiroğlu, Hidayət Elburus, Ayaz Vəfalı, Aqil Abbas həmişə bu evin qonağı olurdular. Mənim yaradıcılığımda bu insanların olduqca böyük rolu olub.
Firdovsi məni Bakı şəhəri çörək ticarəti idarəsinin Dərnəgüldə yerləşən çörək mağazasında gecə növbəsində çörək qəbul edicisi işinə düzəltdi. 110 manat maaşım, əlavə gəlirlərim olurdu. Firdofsi tez-tez mənimlə əlaqə saxlar, çətinliyim olardısa həmişə köməklik göstərərdi.
Artıq ailəmlə Vorovskidə kirayələdiyim evdə yaşayırdıq. Samirə adlı bir qızım da var idi. Samirə lap kiçik mənzilimizin yaraşığı idi. Dolanışığımız yaxşı idi. Mağazadan aldığım maaş əlavə daş-baş, 40 manat təqaüd bizə bola-bol çatırdı. Hətta hər ay kənddə anama da kömək edirdim.
Qardaşım Yavər də əsgərlikdən qayıdıb sənədlərini Azərbaycan Dövlət Universitetinə vermişdi. Müsabiqədən keçə bilmədiyinə görə o da Bakıda qalıb, Bünyad Səfərov adına zavodda çilingər vəzifəsində çalışmağa başladı.
Hər gün saat beşdə mağazaya işə gələr, saat 11-də Yavər gəlib məni əvəz edərdi. Mən isə evə ailəmin yanına gedəridim. Səhər tezdən saat 6-da gəlib onu yola salar, 8-də gələn işçilərə mağazanı təhvil verərdim. Neçə il o mağazada işlədim. Müdriyyət elə bilirdi ki, elə bütün günü mən işləyirəm. Qardaşımın məni əvəz etdiyini hiss etmirdlər.
Sovet hökümətinin o vaxtlar özünəməxsus qanunları var idi. Çörəklərin standart qiymətləri yox idi. Çörəklərin qiymətlərində bir "quyruq" olardı. 14 qəpik,18 qəpik, 28 qəpik. O vaxtlar dövriyyədə 10-15-20-50 qəpikliklər fəaliyyət göstərirdi. Çörək alarkən müştərilər bir qəpik, iki qəpik davasını etməzdilər. Növbənin axırında bu bir-iki qəpiklər toplanıb xeyli pul edirdi. Mənim əlavə gəlirim bu idi.
Bəzən elə olurdu ki, çörək zavodları çörək gətirməyə qaimə vermir, iki-üç saata mən onların gətirdiyi çörəkləri satır, yenisinə qaimə alırdım. əlavə sənədsiz satdığım 200-300 çörəyi ucuz qiymətə onlardan sənədsiz götürdüyüm üçün oradan da qazanırdım.
Hər gün evə isti bulkilər, müxtəlif şirniyyatlarla dolu torba ilə gedər, qəndim, çayım, hətta yağım belə pulsuz olardı.
Bu Furdovsinin bir maması oğlu var idi, Qaçay. O vaxtlar o 26-Bakı Komissarı rayon polis şöbəsində işləyirdi. Serjant idi. Çox şən bir adam idi. Hər gün yanıma gələr, elə formada mənimlə mağazada olardı. Yaxşı səsi var idi. Mənim işlədiyim mağaza tələbə yataqxanasına yaxın olduğu üçün tələbə dostlarım da tez-tez yanımda olardılar. Qaçaya biz "rəis" deyirdik. Bir az sakitlik olan kimi "rəis bir az oxu" o da elə məlahətlə oxuyardı ki, bu sehrdən çıxa bilməzdik. Hamımız sevinirdik ki, bizim belə "rəis"kimi arxamız var. Yaxşı yeyib-içməyi var idi. İçərkən heç kəsə aman verməz, hamıya cavab verməyə söz tapardı.
Artıq Firdofsinin də ailəsi Bakıda yaşayırdı. Biz ailəliklə gəzintiyə çıxardıq. Bəzən həyat yoldaşımı səhər dərsə gedəndə aparıb ora qoyar, axşan işdən çıxanda gəlib götürərdim. Beləcə həyat davam edir, qızım böyüyür, çən isə institut illərinə yavaş-yavaş son qoyurdum.
Sovet qanunlarının müsbət cəhətlərindən biri də o idi ki, ali məktəbi bitirən mütləq təyinatla iş yerlərinə göndərilirdi. Ən azı iki il işləməli idi. Təyinat yerinə göndərilən hər kəs orda işləməsə onun diplomu etibarsız sayılırdı.
Biz institutda milli məktəblərdə rus dili dərsləri keçmək üçün hazırlanan mütəxəsisslər idik. Artıq institutu bitirməyə 6 ay qalmış bizim təyinat yerlərimiz bölünmüşdü. Kim hansı rayonu, hansı kəndi seçirdisə təyinatla ora göndərilirdi. İnstituda bu bərada bölük məlumat guşəsi var idi. Mən çox böyük həvəslə oxuduğum Ağcabədi rayonunun Hindarx kəndini seçdim. Artıq bilirdim ki, institutu bitirdikdən sonra mən Hindarx kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyəcəm. 1982-ci ilin may ayında qəflətən xəstələndim. Ciyərlərimə güclü soyuq dəymişdi. İkitərəfli sətəlcəm. Növbəti müayinələrin birində məni təcili xəstəxanaya göndərdilər.
Mən burada ən azı dörd ay yatmalı idim. Çox pis bir vəziyyət yarannmışdı. Bir tərəfdən dövlət imtahanları başlayırdı, digər tərəfdən də mən xəstəxanada yatsaydım, ailəmin yanında qalan olmayacaqdı. Ailəmlə məsləhətləşib onları kənddə, anamın yanına göndərdim. Özüm isə xəstəxanaya müalicə olunmağa getdim.
Məni müalicə edən həkimlə bir təhər danışıb razılaşdım ki, mənim xəstə olmağım haqda instituta xəbər verməsin. Həkimə bütün ömür yolumu danışandan sonra o buna razılıq verdi. Əgər bu haqda instituta məlumat versəydilər institutdan mənə ən azı bir il müddət verərdilər. Mən institutu bu il yox gələn il bitirəcəkdim.
Ailəm heç cürə mənim fikrimlə razılaşmaq istəmirdi. O, məni xəstəxanada qoyub kəndə getmək istəmirdi. Birtəhər onu razı saldım. Kiçik qızımı da götürüb kəndə yollandı.
Belə bir zamanda xəstəxana həyatı mənə həbsxana həyatının xatırladırdı. ömür boyu bir həb atmayan belə atmayan bir insanın birdən-birə çox ağır idi.
Mən vaxtlı-vaxında müalicəmi qəbul eidir, gecələr isə dövlət imtahanlarına hazırlaşırdım. Səhərə qədər kitablar arasında əlləşir, dövlət imtahanlarından uğurla çıxmağa çalışırdım. Çox ağır vəziyyər idi. Günün yarısı sistem altında olmaq, sonra ciddi həblər qəbul etmək, axşamlar isə kitablar. Gic kimi olmuşdum.
Mən xəstəxanada yatdığım 3 ayı ömrümün ən ağır anları hesab edirəm. Mən bu 3 ayı təsvir eedib oxucularımı kövrətmək istəmirəm. Təsəvvür edin. Doğmalarından, yaxınlarından, hətta dostlarından uzaq düşüb tək-tənha kimsəsiz, özünə qapılasan (düçar olduğum ağır xəstəlik haqda heç kəs bilmirdi. Təkcə ailəmdən başqa). Bir kimsə yanına gəlmir, getmir. Özün də meydan da çabalayırsan. Məqsədinə çatmaq istəyirsən.
Artıq dövlət imtahanlarını verib diplomumu aldım. Xəstəxanada tək müalicə edən həkimdən başqa heç kimin xəbəri olmadı. Sentyabrın 5-də xəstəxanadan çıxdım. Elə həmin gündə rayona yola düşdüm. Anam məni görərkən qarşımda diz çökdü, göz yaşlarını saxlaya bilmədi, hönkür-hönkür ağladı (görünür, yoldaşım ona hər şeyi danışmışdı). Mən ona təskinlik verə bilmədim...
Ertəsi gün səhər tezdən ilk dəfə olaraq təyinatla göndərildiyim Hindarx kənd orta məktəbinə yollandım. Sentyabrın 6-sı idi. Artıq dərslər başlamışdı. Rayon Xalq Maarif Şöbəsinin mənim xəstələnməyimdən xəbəri var idi. Orta məktəbə bu barədə məlumat verilmişdi. Amma müəllim kim olacaq, hardan gələcək? Bu haqda heç kəsin xəbəri yox idi.
Hindarx kənd orta məktəbi kəndin mərkəzində yerləşir. Yeni tipli məktəbdir. 8 mindən çox əhalisi olan bu kənddə təkcə bir orta məktəb var idi.
Mən, soraqlaşa-soraqlaşa bir təhər məktəbi tapdım. Məktəbə daxil olarkən ilk qarşıma çıxan hələ orta məktəbdə bir sinifdə oxuduğumun Yavər müəllim və Bəbir müəllim çıxdı. 12 il idi görüşmüşdük. Gəlişimin səbəbini soruşanda heç bir söz demədim. Müəllimlər otağına qalxdıq, tənəffüs idi. Müəllimlər bir-bir sinif otağından çıxıb müəllimlər otağına gəlirdilər. Mən burada yenə sinif yoldaşlarım, müəllimlərim- Solmaz müəllim, Bəşarət müəllimə ilə rastlaşdım. Çox səmimi görüşdük. Məktəbin direktoru o vaxtlar bizə riyaziyyatdan dərs deyən Qasım müəllim idi. Qasım müəllim rayonun ən qabaqcıl riyaziyyat müəllimlər otağına daxil olarkən, mən ayağa qalxdım. Əvvəlcə məni tanımadı. Sonra sinif yoldaşlarım deyəndə ki, bir yerdə oxumuşuq, yadına düşdü.
Zəng vuruldu. Müəllimlər hamısı sinif jurnallarını götürüb, bir-bir siniflərə paylandılar.
Mən Qasım müəllimə: sizinlə işim var deyib onunla kabinetinə yollandıq. Qasım müəllim təyinatla gələn rus dili müəliminin məhz mən olduğumu bilib çox sevindi, məni təbrik edib, uğurlar dilədi.
Mənə məktəb barəsində sinif uşaqları haqqında geniş məlumat verdi. Dərs deyəcəyim siniflərin dərs cədvəlini mənə təqdim etdi.
Yenidən zəng vuruldu. Biz Qasım müəlimlə ikinci mərtəbəyə müəllimlər otağına qalxıq. Bu dəfə Qasım müəllim məni müəllimlərə təyinatla gəlmiş rus dili müəllimi kimi təqdim etdi. Müəllimlər təəccüblərini gizlədə bilmədilər.
Həyatımda ən unudulmaz gün, neçə illər arzusunda olduğum an gəlib çatdfı. Dərs hissə müdiri məni dərs deyəcəyim sinfə apardı. Şagirdlərlə tanış etdi. Ay Allah, bu nədir mənim ilk dərsim Xb sinfinə olacaqdı. İlk dərs mənimçün çox məsuliyyətli idi. Bu ilk dərsdə mən necə müəllim olduğumu uşaqlara göstərməli idim.
Məktəb, şagird psixologiyasında belə bir məqam var ki, təzəcə sinifə daxil olan müəllimin ilk 45 dəqiqə özünü necə aparması, necə dərs izah etməyi şagirdlərlə necə ünsiyyət yaratması onun gələcəkdə necə müəllim olmasının bünövrəsini qoyur. Şagirdlər çox həssas olurlar. Onlar ilk andan müəllimini diqqətlə izləyir və onun sinifdə ilk gün özünü necə aparmasını, məntiqini, şagirdlərlə davranışını onların nəzərindən yayınmır. Bu an müəllimin gələcək müəllimlik fəaliyyətinə veriləcək qiymətin əsasını qoyur.
Mən ikinci dərsə jurnalı götüb sinfi axtarmağa başladım. Kolidorun sonunda dərs deyəcəyim sinfi tapdım. Qapını açanda müəllim stolununda dolu bədənli iri qamətlibir xanımın oturduğunu gördüem. Qapını örtüm. Elə bildim ki, başqa bir müəllimə bu sinifdə dərs deməyə gəlib. Kolidorla geri qayıdarkən birdən ağlıma gəldi ki, gedim müəlliməyə deyim ki, bu sinifdə mənim dərsimdi. İkinhci dəfə qapını açarkən hamı keçib partra arxasında əyləşdi. Sən demə, həmin xanım elə 10-cu sinif şagirdi imiş.
Mən sinifdə mənə dikilən baxışlar altındsa əvvəlcə özümü itirdim. Elə bil böyük bir imtahan qarşısında idim. Əvvəlcə nə edəcəyimi, dərsi necə başlayacağımı müəyyən eedə bilmədim. Sonra mənim poeziya, ədəbiyyat həvəskarı olduğum köməyimə çatdı. XVIII əsr rus ədəbiyyatından elə həvəslə danışmağa başladım ki, bir də o vaxt ayıldım ki, artıq dərs qurtarıb, tənəffüs olur, növbəti dərsin müəllimi qapının ağzındadır.
Sonralar məlum oldu ki, bu sinifdə yığma sinif imiş. Nə qədər narahat, dərsdən qaçan, dərsə gəlməyən, atalarının "gül" balaları bu sinifdə cəmlənib. Öhtəsindən gələ bilmirlər. Və mnəni də gənc müəllim kimi, gəlmə olduğuum üçün sınaqdan çıxarmaq üçün bu sinifə sinif rəhbəri təyin ediblər. Bu siniflə mənim səmimiliyim, dostluğum, dərsdən sonra onlarla həmişə bir yerdə olmağım, onlarla müxtəlif tədbirlər, gecələr hazırlamağım buraxılış sinifdən olan bu uşaqlar məktəbin ən sevimlisi oldular.
O vaxtlar məktəblər Respublikada dərc olunan bütün qəzetlərə abunə yazılırdılar. Hər gün məktəb poçt qəbul edirdi.
Bir dəfə müəllimlər otağında olarkən məktəbin ünvanına gələn bir məktub mənim diqqətmi cəlb etdi. PERM vilayətinin Berezniki şəhərində yaşayan bir qadın Böyük Vətən Müharibəsində 1943-cü il sentyabr ayında cəbhədə həlak olmuş qardaşı Nikoloj Vasiljeviç Kolobkovy axtarırdı. 40 il fasiləsiz axtarışda olan Anna Vasiljeva onun qardaşının məhz Hindarx kəndində həlak olduğu barəda məlumatı olduğunu bildirdi. Təəccüblü cəhət o idi ki, bizim torpaq müharibə görməmişdi. Necə ola bilərdi ki, bu rus sınaqçı-təyyarəçi bu torpaqda həlak ola bilər. Məktub mənim üçün çox gözlənilməz oldu. Onun məktəbin direktoruna oxudum. O isə başını buladı. Bir ilə yaxındır ki, o arvad bura məktub göndərir. Boş şeydir. Mən bütün bunlara fikir vermədim. Axtarışa başladım. Bilirdim ki, Hindarx kəndinin kənarında hərbi poliqon var. Müharibə illərində cəbhədə döyüşən təyyarələr bura arxa cəbhə olduğu üçün burada sınaqdan keçirilirdi. Hətta uşaq olarkən biz poliqonun kənarında qoyun otararkən orada M-5 tipli təyyarənin qalıqlaını da görmüşdük. Qırıcı təyyarənin qanadları kənd sakinlərindən biri öz həyətində çəpər kimi istifadə etmişdi.
O vaxtlar sürücü-mexanik sosialist əməyi qəhrəmanı həmin kəndən olan Şaban Razayevin adına təsis edilmiş kubok uğrunda kənddə rayonlararsı volibol yarışları keçirilirdi. Sinəsi orden və medalllarla dolu olan kəndin müharibə veteranları, kənd sakinləri, bir sözlə hamı bu yarışları maraqla izləyirdi. Mən burada kənd ağsaqqalarına, veteranlarına yaxınlaşdım. Aldığım məktub haqda onlara məlumat verdim. Belə bir hadisənin bu torpaqda 1943-cu ilin sentyabr ayında baş verməsinin nə dərəcədə münkünlüyünü soruşdum. O illər yenidən xatirələrdə yaşanmağa başlandı. Və mən axtardığımın izinə düşdümş bundan başqa məktəb, radio qovuşağının rəhbəri olduğum üçün radio vasitəsi ilə kənd əhalisinə müraciyət etdim. Hadisənin şahidlərini məktəbə də dəvət etdim. Şahidlər o qədər çox idi ki, mən böyük bir umumi dəftər tutmağa məcbur oldumş hər kəsi ayrı-ayrılıqda danışdırıb. Onların dediklərini dəftərə köçürdüm. Xeyli insanlar belə bir hadisənin 1943-cu iln sentyabr ayında məhz Hinarx kəndində baş verdiyini təsdiqlədilər və həmin əsgərin kəndin kənarında kənd qəbiristanlığına yaxın Mirzəli təpəsi deyilən bir yüsəklikdə dəfn olunduğunu təsdiqləyirdilər. Göyrəngli tabut 12 nəfər əsgərin müşayiəti ilə 1943-cü ildə torpağa tapşırılmışdı. Təpə fermanın həyətində olduğu üçün ferma traktorları o qədər təpənin üstündə ora-bura sürülmüşdü ki, bir nişanə belə qalmamışdı. Məzarı tapmaq lazım idi.
Direktor Qasım müəllimə bu barədə ətraflı danışdım. Fikrimi ona bildirdim. Mənim fikrimlə razı olduğunu bildirdi. Biz müəllimlər: Vaqif müəllim, Yavər müəllim, Arzuman müəllim, Bəbir müəllim, Qaryağdı müəllim, Fazil müəllim, Arif müəllim, Hümbət müəllim lazım olan avadanlığı götürüb Mirzəli təpəsinə yollandıq. Şahidlərin göstərdikləri yeri qazmağa başladıq. Bizə göyrəngli tabutu tapmaq lazım idi. Bir neçə yerdən qazdıq. Amma heç bir nişanə tapmadıq. Fermanın həyətində ferma müdiri Rizvan kişi biz müəllimlərin təpənin nə isə axtardığımızı uzaqdan görüb bizə yaxınlaşdı. Hadisəni ona danışdıq. O yaxınlıqda işləyən traktoru təpəyə qaldırdı. Traktor bir neçə yerdən çalovuşunu torpağın dərinliklərinə işlətdi. Növbəti cəhd çalovunda lay göy rəngli taxta parçası və içərisinə yapışdırılmış 1943-ci ilin sentyabr ayında "Boevaya Znamya" cəbhə qəzeti .
Biz oranı yenidən torpaqladıq və o vaxtlar kənd sovetinin sədri işləyən Xuduş müəllimin yanına yollandıq. əhvalatı ona xəbər verdik. Bu hadisə kəndə çox böyük əks-səda verdi. Hamı bu hadisədən danışırdı. Hər yerdə yalnız bu hadisə müzakirə olunurdu. Tez yuxarılarda, Respublika Hərbi Komissalığına bu haqda xəbər verildi. Artıq bu hadisənin dalğası təkcə kənddə deyil, bütün Respublikya yayıldı.
Kalxoz sədri Xosrov kişi «Tacikstan» kimi iri bir təsərrüfatı çox gözəl idarə edirdi. Kəndə hamı onu xeyirxah öz işini bilən əsl camaat adamı kimi tanıyırdı. Kənddə böyük nüfuz sahibi idi. Ertəsi gün onu yanına çağırtdırdı. Birlikdə "Mirzəli təpəsi"nə qalxdıq. Müəllim, sən narahat olma, az bir müddətdə burada bir abidə ucaldacam. Həqiqətən də heç bir həftə keçmədi ki, kalxoz sədrinin göstərişi ilə qəbrin üstü götürüldü, abidə qoyuldu.
Respublika Hərbi Komissarlığından məktub gələnə qədər bütün işlər görülmüşdü. Məktubda qeyd olunmuşdu ki, Anna Vasilyevaya məlumat verilib. Moskvanın bu hadisədən xəbəri var. Tezliklə Anna Vasilyevna öz qardaşını məzarını ziyarət etmək üçün 40 ildən sonra Azərbaycana, Hindarx kəndinə gələcək. Gözləyin!
1983-cu ildən sonra fevral ayı idi. Anna Vasilyevnadan məktub aldım. Tezliklə qardaşımın uyuduğu torpaqda olacağını bilirdim. Bütün kənd həmin günü səbirsizliklə gözləyirdi. Artıq burda uyuyan rus zabiti Nikoloy Vasilyeviç Kolobkov hamının doğmasına, əzizinə çevrilmişdi.
Məktəbimizdə bu görüşünə çox ciddi hazırlaşırdı. Diqqət mərkəzinə çevrilən məktəb kollektivi böyük bir məsuliyyətin altına girmişdi. Şagirdlərə müharibə mövzüsunda şeirlər öyrədilir. Məktəbin ətrafı səliqə-səhmana salınırdı.
Anna Vsiliyevadan teleqram aldıq. Bir həftəyə burada olacağını bildirirdi. Bu xəbər kənddə bomba kimi partladı. Kənd sakinləri hər gün məktəbin həytinə toplaşır. Hamı bu görüşü gözləyirdi.
Marşurutu düzgün təyin etməyən anna dediyi vaxtdan üç gün sonra onu müşayət edən əlavə üç nəfərlə məktəb həyətinə daxil oldu.
Həmin anı təsəvvür etməyə söz tapmıram. 40 illik ayrılıqdan sonra qardaşının uyuduğu torpağa qədəm qoyan bir bacının nə hisslər keçirtdiyini duymaq olduqca çətindir. Özündə atəş səslərini eşitmədiyi bir torpağa.
Heç aradan 1 saat keçmədi ki, məktəbin həyətini güclü izdiham dalğası bürüdü. Uşaqlı-böyüklü bütün kənd əhli burada idi. Günortaya yaxın Respublikadan ətraf rayonlardan bu görüşü yaxından izləmək istəyən insanlar bir araya toplaşdılar. Respublika, rayon hərbi komissarlığından rayon rəhbəliyindən xeyli nümayəndə gəlmişdi. Məktəb böyük bir izdiham mərkəzinə çevrilmişdi.
Bir-bir tribunadan bu hadisəyə münasibət bəsləyən insanlar çıxış etdilər. Ən təsirli çıxış isə Anna çıxışı idi. Göz yaşları içərisində kövrələ-kövrələ danışan bu qadının söylədiklərii izdihama ağır təsiri etmişdi. Hər kəsin üzündə göz yaşalrı, kədər, görünürdü. Bu kədər doğmalığın təcəssümü idi...
Izdiham Nikoloy Vasilyeviçin əbədi uyuduğu "Mirzəli təpəsin"ə doğru yönələndə uzaqdan həmin yerində insanlarla əhatə olunduğunu gördük. Axşam tərəfi olduğuna, hətta şaxta olduğuna görə kənd sakinləri təpənin ətrafında tonqallar qalmış, məzarı üzük qaşı kimi əhatə etmişdilər. Hətta səhərdən burada bu görüşü gözləyənlər var idi...
Anna doğma Perm torpağında qəhrəmanın doğulduğu Berezniki şəhərindən gətirdiyi bir ovuc torpağı qardaşının məzarə üzərinə səpdi. Qardaşının xüsusi hazırlanmış şəklini abidəyə sancdı.
Sonra. Sonra isə... həmin torpaq gətirdiyi yaylığa qardaşının məzarı üstündən bir ovuc götürüb bükdü. Öpüb gözləri üstünə qoydu. Bu hadisədən 20 gün keçməmişdi ki, bütün Rusiya qəzetləri "TRUD" «İzvistiya», «Komsomolskaya pravda» «Boevaya znemya» bu hadisəni öz qəzet səhifələrində geniş şəkildə dərc etdilər. (Nədənsə Azərbaycan mətbuatında bu barəda bir dənə də olsun yazı getmədi.) Sovetlər İttifaqının müxtəlif güşələrindən mənim ünvanıma məktəbin beynəlmiləl dostluq klubunun ünvanına axışan məktub və banderoların ardı-arası kəsilmirdi. Hər bir məktəb bu xeyirxah işə görə bizə öz minnətdarlığını bildirir və şagirdlərlə dostluq etmək istəyirdilər. Biz məcbur olub məktəbdə xüsusi bir otaq ayırdıq. N.V. Kolobkov güşəsi yaratdıq.
Mən bütün bunları haqqında Azərbaycan televiziyasının o vaxtlar fəaliyyət göstərən «Hünər» verlişlər redaksiyasına geniş bir məktub göndərdim. Məni Bakıya çağırdılar. Verlişlərin baş redaktoru Babək Hüseynoğlu və redaktor Şəmistan Nəzərli ilə görüşdüm. Əlimdə olan bütün sənədləri təqdim etdim. Sənədlər senzuraya göndərildi. Ertəsi gün Respublika Hərbi Komissarlığının siyasi şöbəsinə çağırdılar məni. Indiki kimi yadımdadır. O vaxtlar siyasi şöbənin rəisi Vəliyev soyadlı bir şəxs məni qəbul etdi. Mənə verdiyi cavab isə belə oldu: "Sən nə savadsız müəllimsən, sənin fikrin nədir, istəyirsən bu materialları efirə getsin. Bəs sən bilmirsən ki, niyə 40 ildir dövlət bu sirri gizlədib? Biz necə dövlətin sirrini aça bilərik. Həm də efir vasitəsiylə. Ay müəllim, get müəllim başını aşağı ssal dərsini de. Dövlət işlərinə qarışma."
Cavab mənim üçün çox gözlənilməz idi. Bir söz demədim. Kəndə yollandım. Aradan 2 il keçəcək. Qarbaçov hakimiyyətə gələcək. "Aşkarlıq və yenidənqurma" lahiyəsi həyata keçəcək. Mən yenə dövlət televiziyasına müraciyət edəcəm və həmin şöbə müdiri məni yanına çağıracaq. Məni bu tapıntıya görə təbrik edəcək. Mənim haqqımda gözəl fikirlər söyləyəcək. Həmin material 45-dəqiqə efirdə gedəcək. Sonra Moskva televiziyası "Sovet ordusuna xidmət edirəm" verilişində bir saat bu hadisəyə yer ayıracaq.
Kəndə gəldiyim ilk ili mən iki qutu ipək qurdu götürüb yetişdirməyə başladım. İlk maaşımla bir maşın qarğı gətirib evin arxa tərəfində bir qarğı qovustanı tikdim. Artıq bacılarım ailə qurmuş Yavər Bakıda yaşayır, Telman əsgərlikdə, Nəriman isə anamın yanında idi. Gündüzlər dərsdə olur, günortadn sonra isə ipək qurdunu yetişdirmək üçün tut yarpağı yığırdı.
Bu barama qurdu ki var, onu yetişdirmək üçün çox əziyyətlər çəkmək lazımdır. Körpə uşaq kimi gərək hər an qayğısını çəkəsən, yemləyəsən. Axırıncı 10 gün ki var bu elə əziyyətlər tələb edir ki, deyiləsi deyil. Anamla bütün bu işlərin öhtəsindən gəlirdik. Istirahət yox idi. Evlər hamısı dolu idi. Zəhmətimiz boş getmədi. Yaxşı məhsul götürdük. Evlərin qapı-pəncərəsinə əl gəzdirdik. Bir sözlə, həyat öz axarı ilə davam edirdi. Mən kənddə yalnız axşamlar olurdum. Dərsim o qədər çox idi ki, səhərdən çıxır axşam evə gəlirdim. Gecədən xeyli keçənə qədər uşaqların yazı işlərini yoxlayır, sabahkı dərslərin gündəliyini tuturdum. Artıq bir müəllim kimi rayonda tanınmağa başmışdım. Şagirdlərim ölkənin müxtəlif institutlarına qəbul olunurdular. Bir çox fəxri adlara layiq görülürmüşdüm.
Mətbuatla sıx əlaqə saxlayırdım. Publisist yazılarım rayon, Respublika qəzetlərində müntəzəm dərc olunurdu. Bir sözlə, bütün işlərin öhtəsindən gələ bilirdim. Sovetlər dönəmində müəllim əməyinə, müəllim şəxsiyyətinə hörmət böyük deyildi. Panbıq becərilməsində, məhsul yığımında məktəblər bağlanır, müəllim öz şagirdləri ilə birlikdə ya alaq vurar, ya da döşünə döşlük taxıb panbıq toplayardı. Dərs dediyimiz şagirdlərin çoxu təsərrüfat briqadirləri idi. Biz onların qarşısında alçalır, onların göstərişlərinə əməl etməli olurduq.
Məktəb demək olar ki, bir neçə ay bağlı olardı. Bu şagirdlərin həm təhsilinə, şəxsiyyətini formalaşmasına mənfi təsir edirdi. Ancaq neynəmək olar, bu qanuna uyğunlaşmalı idik. Quruluş bunu tələb edirdi...
Mən Hindarx kənd orta məktəbində müəllim işlədiyim illərdə kəndin müharibə veteranaları ilə çox sıx, səmimi əlaqə yaratmışdım. Tez-tez onları məktəbə dəvət edər, şagirdlərlə görüşlərini təşkil edər, onların öz bayramalarında isə təşkilatçı olardım. Onların döyüş yolu haqda müntəzəm olaraq mətbuatda və televiziyada çıxışlar edərdim. 12 il bu məktəbdə müəllim işlədiyim dövrdə demək olar ki, bütün evlərin qonağı olurdum. Kənd sakinləri ilə səmimi söhbətlər edirdim.
Artıq o illərdən 18 il keçir. Mənim dərs dediyim şagirdlərin əksəriyyətinin səsi respublikamızın hududlarından kənarından gəlir. Hər dəfə onlarla qarşılaşanda özümü məktəb illərində hiss edirəm, bəzən də sevinirəm.
İllər heç bir şeyə baxmayaraq öz kölənini dördnala çapırdı. Ötən hər bir il mənim də ömrümdə öz silinməz izlərini buraxırdı.
Qardaşlarım Yavər Bakı Dövlət Univesitetinin kitabxanaçılıq fakültəsinə, Telman Simferonol Tibb İnstitutna qəbul olunmuşdu. Onlarda gündüzlər oxuyar, gecələr isə işləyib özlərin təmin edirdilər. Bacılarım isə özlərinin ailələri ilə birlikdə xoşbəxt həyat sürürdülər. Həyat öz axarı ilə davam edirdi.
anamla birlikdə ailəmlə birlikdə yaşayıdım. Qızım Samirə onun ilk nəvəsi olduğu üçün onsuz bir dəqiqə ayrı qala bilmirdi. Bəzən axşamlar Samirə yatarkən anam beşiyi başında dediyi laylalar, bayatılar indi də mənim yaddaşımda əbədi həkk olunub. Bəzən Samirəni özü ilə yatırdardı.
Kənddə şose yolunun kənarında ev tikmək üçün həyət yeri götürdüm. Özümə yeni ev tikməyə başladım. Yavaş-yavaş özüm üçün bünövrəsini qoyduğumm ev ucalırdı. Mən bütün günü məktəbdə olduğum üçün bütün işlərə anam nəzarət edirdi.
O çox sevinirdi. Sevinirdi ki, artıq böyük övladı özünə ev - eşik tikir və artıq çətin, məşəqqətli illər yavaş-yavaş arxada qalır.
Sakit, ahəstə həyat 1990-cı ilin yanvarına kimi davam etdi.
Təzə-təzə məcrasından çıxan Qarabağ hadisələri ilə əlaqədar olaraq mən tez-tez Ağdamda, Şuşada olan nümayişlərdə iştirak edir, bir ziyalı kimi öz etiraz səsimi mən də ucaldırdım.
Qardaşım Yavər Bakı şəhərində ilk baş qaldıran azadlıq hərəkatının fəal üzvlərindən biri idi. Universitetdə oxuduğuna görə o Bakı şəhərində olan bütün mitinqlərdə olurdu...
1990-ci ilin yanvar hadisələrində bizim Bakı ilə tamam əlaqəmiz kəsildi. Mən, yüz faiz əmin idim ki, qardaşım o qırğınlarda iştirak edib. Üç gün onun nə ölüsündən, nə dirisindən xəbərimiz olmadı. Üç gündən sonra bir təhər özü bizə məlumat göndərdi ki, sağdır. əsgərlərin təqibindən yayınmaq üçün üç gün onlar zirzəmidə gizlənibmişlər.
Kəndin uşaqllı-böyüklü hamısı gecə-gündüz yanvar hadisələrinə münasibətlərini bildirmək üçü məktəbin stadionuna toplaşırdılar. Stadionda böyük bir mağar qurub 20 yanvar hadisələrində həlak olmuş vətən oğullarına ehsanlar verdik, yas saxladıq. Kəndimizin ağbirsəkləri həmin anlar elə ağı deyirdilər ki, bu ağını hər kəs öz doğması üçün deyərdi. Mənim 20 yanvar hadisələrinə həsr etdiyim "İlham-Fərizə" şeiri bir himnə çevrilib dillər əzbəri oldu.

İlham-Fərizə
Nakam gedən sevgililər
Bu dünyadan bir köçdülər
Qəm camını toy günündə
Damla-damla bir içdilər
İlham Fərizəm mənim.
Allahımın töhfəsiydi,
Cahan üçün doğuldular.
Ömrün şirin nəğməsiydi,
Yazılmamış nağıldılar-
İlham Fərizəm mənim.
Vağzalının sədasında
Bir nəğməni yaşadılar
Bu cahanda, o cahanda
Yarandan qoşaydılar.
İlham Fərizəm mənim.
Bu dünyada bir zirvə var-
Şəhidliyin zirvəsidir.
Torpağımda baş qaldıran
Qalibiyyət nəğməsidir-
İlham Fərizəm mənim.
20 yanvar hadisələri neçə onilliklər xalqın qəlbinə hopmuş sovetlər ittifaqına olan inamın üstündən bir xətt çəkdi. Xalq komunist partiyasının, neçə illər əsarətində olduğu bir dövlətin iç üzünü açdı. Həmişə bir amal, bir əqidə uğrunda mübarizə aparan, öz partiyasına sadiq qalan insanların bu hökümətə onun üstünə silah çəkən, tank yeridən bir dövlətə qarşı içərilərində bir yanğı başladı. Bu yanğı azadlıq yanğısı idi. Bu yanğı 70 illik bir əsarətdən qurtarmaq yanğısı idi. Və bu yanğı insanların gözünü açdı. Onları öz müstəqilliyi uğrunda mübarizəyə atdı. Bu mübarizə xalqı formalaşdırdı. Bu müqəddəs yolda onları birləşdirdi. Müstəqillik bayrağını qaldırmaq üçün əzmləşən, mətinləşən xalq azadlıq meydanına atıldı. Yüzlərlə qurbanlar verdi. əyilmədi, alçalmadı. Müstəqilliyinə nail oldu. Özünün üçrəngli bayrağını göylərə qaldırdı. Bu bayraq artıq 20 ildir ki, insanların başı üzərində dalğalanır. Bu bayraq uğrunda canlarını qurban verən 20 yanvar şəhidlərinin ruhu həmişə xatırlanır, əziz tutulur.
Kənd cavanlarından ibarət xüsusi dəstələr yaradırdı. Bu dəstə gecə-gündüz kəndin ictimai asayişini qorumaq üçün kəndin qorunmasına qalxdı.
Kənd sakinlərinin yaxından köməyi sayəsində 20 yanvar hadisələtində həlak olan vətən oğullarının şərəfinə abidə ucaldıldı. Şamil Əliyevin təşəbbüsü ilə ucaldılan bu abidə indi də kəndin müqəddəs ziyarətgahlarından biridir.
Şərəfxanlı kəndi elə bir coğrafi mövqedə məskunlaşmışdır ki, Qarabağın təmiz isti nəfəsi həmişə onun qəlbini isindirir. Ağdam-Ağcabədi sose yolunun lap kənarında yerləşən bu kiçicik kənd Qarabağ torpağında 1988-ci ildən başlayan hadisələrin bir növ iştirakçısı olurdu. Hər gün səhər tezdən kənd sakinlərinin əksəriyyəti Ağdama yollanır, etiraz nümayişlərində iştirak edirdilər. Hər kəsin qəlbində bir ümid qığılcımı yanırdı. O vaxtlar elə bil hakimiyyətsizlik var idi. Camaat necə hərəkət etməkdə çətinlik çəkirdi. Hər yanda bir narahatçılıq, bir qorxu hökm sürürdü. Xocalı faciəsi insanların qəlbində əbədi silinməz bir iz saldı. Faciənin səhəri günü kəndin cavanları könüllü batalyonlara qoşumaq üçün Ağdama, Şuşaya, Laçına, Kəlbəcərə yollandılar. Silaha sarılıb mənfur ermənilərə qarşı mübarizəyə atıldılar. Bizlər isə günlərlə Ağdamda məsciddə olan Xocalı şəhidlərinin meyidlərinin dağlardan, meşələrdən daşınmasına köməklik edərdik.
Artıq ilk qaçqınlar karvanı görünməyə başladı. Evindən, isti ocağından didərgin düşmüş insanları Şərəfxanlı kəndi öz isti ocağına aldı. Onlara sığınacaq verdi. Bu gün də Şərəfxanlı kəndində xeyli qaçqın ailəsi məskumlaşıb. 20 ilə yaxın bu torpaqda kök salmış bu insanlar bu kəndi özlərinə doğma bilirlər.
Hər bir insanın ömür yollarında çətinlikləri olur. Qarşılaşdıqları problemlər bəzən onu bədbinləşdirir. Həyata baxışını dəyişdirir.
Birinci övladımdan sonra mənim də ailəmdə bəzi ailədaxili problemlər baş qaldırdı. 12 il ikinci övlad həsrəti ilə nələrə qatlaşmadıq. Nələrin şahidi olmadım. İllərlə neçə-neçə şəhərlərdə, neçə-neçə xəstəxanalarda ömür keçirdim. Həkimlərdən ümid dilədim. Bu ümid qığılcımının mənim taleyimdə 1991-ci il aprelin 28-də yandı. Uzunömürlü həsrətə son qoyuldu. Həmin gün ikinci övladım dünyaya göz açdı. 12 illik əziyətlərin, istirabların sonu olaraq Allah mənə Ayaz adlı bir oğul bəxş etdi. Və mənim bu illər ərzində sönməyə başlayan ümid qığılcımı işığını artırdı. Bu qığılcım işiğı mənim sönməyə başlayan bəxtimin nur payı oldu. Oğul atası olmaq , nəslin davamçısı olan bir varlığı 12 il həsrətlə gözıəmək və 12 ildən sonra buna sahib olmaqdan böyük xoşbəxtlik mənim üçün yox idi. Bəzən gecələr anamın üzünü Tanrıya tutub, bizim iztirablar haqda onunla danışmasının şahidi olur, özümün öz taleyimə, öz varlığıma yazığım gəlirdi. Görünür, Ulu Tanrı anaların yalvarışlarını daha tez eşidir. Öz köməyini onlardan əsirgəmir.
Artıq özümün ev-eşiyim var idi. Ata evindən təzəcə köçdüyüm öz təzə evimdə ikinci övladım olan Ayazımın qədəmləri nurlu oldu. Anam da bizimlə qalırdı. Hərdən bir ata evinə gedər, həyət-bacya əl həzdirərdi.
Mən təkcə müəllimlik fəaliyyətimlə kifayətlənmirdim. (İxtisasım rus dili olduğu üçün SSRİ məkanının şəhərləri ilə sıx əlaqə saxlayır, tez-tez bu şəhərlərdə təcrübə mübadiləsində, kurslarda iştirak edirdim.)
1988-1993-cü ilə qədər "Yeni Dünya" qəzetinin Ukranya üzrə xüsusi muxbiri oldum. Xarkov, Kiyev, Yalta şəhərlərində yenicə yaranmağa başlayan Azərbaycdan icmalarını, mədəniyyət mərkəzinin yaranmasında Azərbaycanı təmsil etdim. Onları lazım olan ədəbiyyatlarla təmin edib bu haqda Dövlət televiziyasında müxtəlif səpkli veriliçlər, mətbuatımızda isə həmyerlilərimiz haqqında geniş yazılar dərc etdirirdim. Tətillərdə mən bu şəhərlər azərbaycanlıları arasında olurdum. Hətta 1992-ci ilin oktyabr ayında Ukranyada yaşayan həmyerlilərimizin topladığı xeyli dərman ləvazimatının gətirib Azərbaycan Müdafiə Nazirliyinin qospitalına təhvil verdim. Bu gün də Ukraynada fəaliyyət göstərən "Ocaq", "Xətai" cəmiyyətləri ilə sıx əlaqəm var.
1994-cu ildə "Yeni dünya" qəzetinin xətti və Azərbaycan Dövlət televiziyasının göndərişi ilə Moskva şəhərinda yaşayan azərbaycanlılar haqqında məlumat toplamaq ictimai-siyasi, əyləncəli bir ssenari hazırlamaq üçün Moskva şəhərinə ezam olundum. İki aya Moskvanın Çertanov rayonunda olub həmyerlilərimizin işi, əlaqələri, ailə və və məşğuliyyətləri ilə tanış olub geniş bir ssenari hazırladım və Bakı şəhərinə göndərdim. Əgər ssenari bəyənilsəydi mütləq Moskvaya çəkliş qrupu göndəriləcəkdi. O vaxtlar Azərbaycan Dövlət Televiziyasında xüsusi bir nəzarət var idi. Hər bir material diqqətlə yoxlanılır, xüsusi komissiyanın rəyi olmadan efirə buraxılmırdı. Mənim də ssenarim yoxlanıldı və mənə məlumat verildi ki, yaxın günlərdə çəkiliş qrupu göndərilicək. Hətta verilişin nə vaxt efirə veriləcəyi gün də müəyyənləşdirilmişdi.
Həmin vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyev Moskvanın Ostankino televiziya kanalına da xüsusi müsahibə verdi. Ulu Öndər Respublikadan kənarda yaşayan azərbaycanlılar müraciət etdi. Respublikanın bu ağır günündə, müharibə şəraitində kim nə cürə bacarırdısa, mütləq kömək etməlidir. Müraciyət çox sərt idi. Artıq torpaqlarımızın 20 %-dən çoxu Erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Bir milyona yaxın həmvətənlərimiz respublikamızın müxtəlif rayonlarında, çadırlarda yaşayırdılar. Bu hümanist müraciət Moskvada mənim gördüyüm azərbaycanlılar tərəfindən birmənalı qarşılandı. Onlar öz dar düşüncələri ilə belə fikirləşdilər ki, əgər onlar efirdə görsənsələr onların bütün var-dövlətləri əllərindən alınacaqdı. Hətta bir Kəlbəcərli Moskvada böyük var-dövlətə , şirkətə malik olmasına baxmayaraq 60 mindən çox Kəlbəcər əhalisinin, onun qohum-əqrəbasının harada məskunlaşmasından xəbərsiz idi.
Respublikadan kənarda yaşayan azərbaycanlılar haqqında gedən verlişlərə prezident aparatı nəzarət edirdi. Mənim ssenarimdən onların da xəbəri var idi. Efir vaxtını gözləyirdilər.
Televiziyadan xəbər verildi ki, çəkiliş qrupu bir həftəyə orda olacaq. Mən moskvalı azərbaycanlılarla görüşüb, süjet xəttini qurmaq istədim. Onların hamısı imtina etdi. Mənim iki aylıq onlarla olmağım,onlarla söhbət etməyim hamısı hədər getdi. Televiziya vasitəsi ilə Ulu öndər tərəfindən vətən qayğısı ilə vətənin inkişafı üçün edilən müraciət dar düşüncəli azərbaycanlıları çaş-baş salmışdı.
Mən çəkiliş…barəsində həmyerlilərimin fikirlərinin dəyişdiyini telefon vasitəsi ilə xəbər verdim. Mənə xəbər verdilər ki, bu verilişlə yüksək dairələr maraqlanırlar, veriliş çəkilməlidir.
Nə edəcəyimi bilmədim Respublika mətbuatında, radio və televiziyada imzam tanınırdı. Belə bir vəziyyətdə mənə qarşı münasibətlərin dəyişəcəyini hiss edirdim. Hiss edirdim ki, meydanda tək qalmışam.
Dövlət səviyyəli bir verilişin pozulması mənim jurnalistika sahəsində olan mövqemi tamam dəyişdi. Mən özlüyümdə belə güman edirdim ki, əgər mən Azərbaycana qayıtsam, çox narahat bir həyat tərzi keçirəcəm. Respublikamızın belə bir dövründə məni başqa cür qələmə verə bilərdilər. Mən, müxalifətçi olmaq istəmirdim. İstəmirdim müxalifət qüvvələri təsiri altına düşüb mövqeyimi dəyişim. Mən torpağımı, vətənimi çox sevirəm. Ona bütün varlığımla bağlı bir insanam. Bəlkə etdiyim hərəkət acizlik sayıla bilərdi. Mən Respublikaya qayıtmamağı və bir müddət gözdən uzaq qalmağı qərara aldım.
Bir müddət Moskvada, orda-burda yaşadım. Sonra Sank-Peterburq, Novqorod şəhərlərində məksən saldım. Sonra Xarkov, Belqorod, Yalta, Voronej şəhərlərində məksən saldım. Daha sonra isə yenidən Moskva şəhərinə qayıtdım. Artıq sərgərdən həyat tərzi keçirirdim. Telefon yox idi. Harada olduğum haqda evə məlumat verə bilmirdim.
İşlədiyim Hindarx orta məktəbində Arzuman adlı bir müəllim işləyirdi. Onun Bərdənin Lənbəran kəndində Vidadi müəllim adında bir bacanağı yaşayırdı. O da dolanışıq üçün Moskva şəhərinə üz tutmuşdu. Həmin vaxtlar bu insan Moskvada vəfat edir. Qohumlar gəlib məktəbdə Arzuman müəllimə xəbər verirlər ki, Vidadi müəllim Moskvada vəfat edib. Sabah onun tabutu gətiriləcək. Bu xəbər Arzuman müəllimə veriləndə qadın müəllimələr də orada imişlər. Onlar kimdən getdiyinin fərqinə varmadan bir cümlə eşidirlər. Vidadi müəllim Moskvada vəfat edib.
Bu xəbər yavaş-yavaş yayılmağa başlayır. Arzuman müəllim Bərdə rayonunda olduğu üçün hadisənin təfsilatını öyrənə bilmirlər. Müəllim yoldaşalarım Rəfil müəllim, Yavər müəllim, Hümbət müəllim hər axşam dərsdən sonar bizim kəndə gələr, mənim evimin ətrafında fırlanar ki, tabut nə vaxst gələcək.
Bir gün Hindarx kəndində bir yas mərasimində xalalarım da orada olur. Müəllimlərdən biri xalama yaxınlaşıb soruşur ki, sən allah, de görüm Vidadi müəllimin tabutunu Moskvadan gətirdilərmi? Yazıq çox cavan idi...
Bu xəbəri eşidən xalalarım təcili kəndə anamın yanına gəlirlər. Anama eşitdikləri bu xəbəri bildirdikdə anam qışqırıb bayılır. Kənd bir-birinə qarışır. Hamı bizim həyətə taplaşır. Tədarük görməyə, mağar tikməyə başlayırlar.
O vaxtlar mobil telefonlar yox idi. Bir gün bu şəhərdə, bir gün başqa şəhərdə yaşayırdım. Həmin vaxt mən Moskvada bir həmyerlinin yanına sığınmışdım. Kənddə mənim harada olub olmamağım, bu xəbərin düzgün olması barədə axtarışlar gedir. Gecə qaynım Təvəkkül, yoldaşım, bir də yaxın qohumum Teyyub ilə rayon mərkəzindən Moskvaya zəng edirlər. Mən qonağı olduğum Yaqubun evinə. (Bircə onda telefon var idi). Yaqubdan məni soruşurlar. Kənddə yayılan xəbəri ona izah edirlər. Yaqub bu xəbərin yalan olduğunu , müəllimin burada olduğunu onlara çatdırıb onlar sakit edir. Təsəvvür edin, sənin üçün kəndə yas mağarı qurulsun, sənin tabutunu qarşılamağa hazırlaşsınlar, sənin də xəbərin yox.
Yaqub səhər tezdən bu xəbəri mənə çatdırdı. Müəllim, bu gün kənddə sənə üç verirlər. Nə durmusan!
Tez kəndə xəbər ver, səsini eşitmək istəyirlər.
Tez Bakıya qardaşım qızı Nailəyə zəng etdim. Nailə mənim səsimi eşidərkən hönkür-hönkür ağlamağa başladı. Mən sağ-salamat olduğumu, Moskvada olduğumu bildirdim.
Bəzən həyat insanı elə ağlagəlməz hadislərlə qarşılaşdırır ki, bu hadisə qarşısında acız qalırsan. Çıxış yolu axtarırsan. Tapa bilməyədə həyata, insanlara da nifrət edirsən, Mən bir yerdə məksumlaşıb, öz həyatımı yenidən qurmalı, bir işin qulpundan yapışmalı idim. Neçə aylar sərgədan orda-burda yaşamağım mənə həm mənəvi, həm də maddi cəhətdən zərbə vurmuşdu. Özümü cəmləməli, həyat nikbin baxmalı idim.
Moskva vilayətinin Tuşkino şəhərini seçdim. Uşaqlar mənim üçün kiçik bir biznes qurdular.
Birinci dəfə idi ki, bizneslə məşğul olurdum.İxtisasca müəllim, yaradıcı bir insan üçün bu çox ağır idi. Uyğunlaşa bilmirdim. Nə etməli, dözməli idim.
Şəhərdə hamı mənə müəllim "Uçitel" deyə müraciət edirdi. Azərbaycannın demək olar ki, bütün rayon və şəhərləindən burada uşaqlar təşkil edirdi. Mən yavaş-yavaş kiçik biznesimi genişləndirib böyük biznesin astanasına qədəm qoyurdum.
Günlər keçdikcə uçitel adı tkcə azərbaycalılar arasında deyil, şəhər ictimayiətinin, yuxarı dairələrin və həmin şəhərdə fəaliyyət göstərən kiçik qruplaşmalarının da diqqətini cəlb etdi.
Şəhərdə azərbaycanlıların hansı bir problemi, hansısa bir məsələsi olsaydı, "Uçitel" mütləq orada iştirak edirdi. Yavaş-yavaş şəhər ictimaiyyəti məsələrdə onunla razılaşırdılar. "Uçitel" böyük çətinliklə uşaqları bir yerə cəmləyə bildi. Qeyri rəsmi olaraq "Şərəfxanlı" Azərbaycan cəmiyyəti yarada bildi. Moskva ilə əlaqə yaradıb Azərbaycan Diosporasının Vilayət üzrə təmsilçisi və rəhbəri oldu. Bu elə bir vaxt idi ki, Azərbaycandan Rusiyanın şəhərlərinə axın çox güclü idi. Dolanışıq üçün Rusiyanın şəhərlərinə üz tutan insanların yerləşdirilməsi, qeydiyyata alınması çox çətin idi. Doğulduğu kənddən heç yerə çıxmayan birdən-birə Moskva şəhərinə düşən gənclər bu mühitə çətinliklə uyğunlaşırdılar. Onların bütün problemlərinin həlli Uçitelin üzərinə düşürdü. O həm də Puşkino ştatdankənar tərcüməçisi idi. Ona hər cür səlahiyyət verilmişdi.
O vaxtlar Rusiyanın şəhərlərində olan bazarlar və ticarət mərkəzləri hansısa bir kriminal qruplar tərəfindən nəzarətdə olmalı idi. Əgər nəzarətə alınmasaydı, tez-tez hücumlara mərtuz qalır, çətinliklər çəkirdilər. Bəzən görürdün bir dəstə gənc bazara girir, hesab istəyirdilər. Bundan başqa şəhərin bir çox təşkilatlarına ayda hesab çatdırılmalı idi. Bütün bu işlər qaydaya qoyulmasaydı uşaqlar tez-tez milis tərəfindən tutular, malları müsadirə olunar, incidilərdilər. Bütün bunların hamısını nizama salmaq lazım idi. Puşkino şəhəri Moskvada 30 km aralı Yaroslavl şossesinin üstündə meşəliklər arasında çox gözəl təbiəti olan bir yaşayış məskəni idi. Bu şəhərdə fəaliyyət göstərən azərbaycanlıalrın demək olar ki, 90%-i Ağcabədi rayonunun Şərəfxanlı kəndindən idi. Xeyli ailəlilər də var idi. Təzə gələn gənclər şəhər mütinə uyğunlaşla bilmir və xırda xuliqanlıqlar törədirdilər. "Uçitelin" gecəsi-gündüzü yox idi. Bu insanların normal həyat keçirməsi üçün xeyli təşkilatlara ayaq döyməli idi. O, bunları bacarırdı. Şəhərdə nüfuz sahibi idi. İctimaiyyət onunla razılaşırdı. Ancaq azərbaycanlı hər yerdə azərbaycanlıdır. Bu işlər bəzən "Uçitel"ə çox ağır başa gəlirdi. Bu Ağcabədi uşaqları ki var, onlar dünyanın harasında olmasına baxmayaraq ad çıxarırdılar. Moskvada onların adı hüquq mühafizə orqanlarına tanış idi.
Kriminal aləmdə yaxşı tanış olan bir qrup ağcabədili bizim şəhərə təşrif buyurdu. Axtarıb məni tapdılar. Əvvəlcə bizim söhbətimiz alınmadı. Müəllim öz uşaqlarına yaxşı bələd olduğu üçün bu məsuliyyəti öz üzərinə götürmək istəmirdi. Onaların fikri bu idi ki, biz onlara hər ay hesabat verək və onlar da bizim uşaqları Moskvanın Çerkizov bazasında və yaşadığımız Puşkino şəhərində qoruyacaqdılar. Və bütün kriminal aləm də biləcək ki, bu şəhərə kimlər nəzarət edir. Mən məcbur olub onların şərtlərinə razılıq verdim. Onlar hətta özlərindən olan Füzuli adlı bir oğlanı da bizə təmsilçi qoydular. O hər ay gəlir təyin olunmuş hesabı alır, və bizim problemlərimizlə tanış olurdu. Bu uşaqlar dəfələrlə bizim uşaqların Moskvada alınmış mallarını geri qaytarır, bizə çox köməklik edərdilər. Ağdaş rayonundan bu şəhərdə Füzuli adlı bir oğlan yaşayırdı. 20 ildən çox bu şəhərdə məskən saldığına görə onun xeyli gül mağazaları, ticarət mərkəzi də var idi. Şəhər ictimaiyyəti onunla razılaşır, hörmət edirdilər.
Füzuli istəyirdi ki, şəhərdə olan bazar və ticarət mərkəzini öz nəzarətinə götürsün. Dəfələrlə müəllimi yanına çağırıb bu məsələ haqda onunla razılığa gəlmək istəyirdi. Ancaq müəllim onun fikri ilə razılaşmırdı. Necə olar ki, neçə min km gələsən və Rusiya torpağında ağcabədililər Ağdaşlıya hesab versinlər. Onun qardaşı Ehsan tez uşaqları içərisində onlara hədə qorxu gəlir və razılıq olmasa gecə evlərə soxucaqlarını bildirirdilər. Hətta uşaqlar məni məcbur edirdilər ki, mən onun şərtləri ilə razılaşım.
Hətta bu didişmənin sorağı gedib Moskvaya da çatmışdı. Mən öz nəzarətçi uşaqlarımıza xəbər vermək istəmirdim. İstəmirdim silahlı münaqişə olsun. Füzuli ilə münasibəti pozmaq istəmirdim. Axı biz bir şəhərdə yaşayırdıq. O isə bunu başa düşmürdü.
Bir dəfə axşamçağı şəhər parkının kənarında dayanıb uşaqlarla söhbət edirdim. Elə bu vaxt yanımda iki maşın dayandı. İçərisində başı dibdən qırxılmış azərbaycanlılar töküldülər. Bizə yaxınlaşdılar, müəllimi soruşdular. Mən onlara yaxınlaşdım: - Sizə nə lazımdır?
- Bizimlə getməlisən. "Bəy" bu şəhərə gələcək və sizinlə görüşmək istəyir. Bir məsələni sizinlə araşdıracaq.
Məni Füzulinin yaxınlıqda yerləşən "ofisinə" apardılar. Burada çox böyük canlanma var idi. Elə bil kimsə mötəbər bir qonağı gözləyirdilər. Bərk hazırlıq gedirdi.
Mən bir kənarda dayanıb bütün bunları seyr edirdim. Hiss edirdim ki, nəsə çox ciddi bir məsələ var.
Budur maşın karvanı ofisə yaxınlaşdı. "Başıqırxıqlar" cəld iki sırada düzüldülər. Bəy uşaqların müşayiəti ilə "ofis"ə daxil oldu.
O, 40-45 yaşalarında arıq, qara bir adam idi. Yaşına görə çox çevik görünürdü. Qara eynəyi, qara gur saçları, üzünün çapığı onu çox vahiməli göstərirdi.
"Bəy” məndən qabaq Füzuli ilə görüşdü. İçəridə bərk mübahisə gedirdi. Hiss etdim ki, Füzuli nə isə sübut etməyə çalışır, amma bacarmırdı.
Sonra məni içəri çağırdılar. "Bəy" başda oturmuşdu. Füzulinin rəngi ağappaq ağarmışdı. Mənim isə baş verənlərdən xəbərim yox idi.
"Bəy" mənə müraciətlə "Müəllim sənsən?"- dedi. Mən otağa nəzər saldım. Hamı kimi isə parçalamağa hazır idi.
- Bəli, mənəm.
- Siz bu Füzuliyə ayda nə qədər hesab verirsiniz?
- Mən Füzuliyə baxdım. O, əsirdi.
- Mən Füzuliyə nəyə görə hesab verməliyəm?
O kimdir ki, kiminlə danışdığını bilmirdim. "Bəy" yenə də sual verdi: - Müəllim düzünü de, sən Füzuliyə ayda nə qədər hesab verirsən?
Mən səsimi bir az qaldırıb : - Mən heç kəsə hesab vermirəm Biz buraya Ağcabədi rayonundan gəlmişik Füzuli isə Ağdaş rayonundandır. Bizim özümüzün Moskva şəhərində Ağcabədi uşaqları var. Onlardan Füzuli adlı birisi xeyir, şər olanda bura gəlir və biz də öz köməyimizi əsirgəmirik. Hesab yox kömək kimi bizim rayonun uşaqları bir birinə əl tutur. Darda qoymur.
Sonra Moskva uşaqları ilə necə əlaqə qurduğumuzu bir birimizə necə yardım etdiyimizi, kimlərlə işlədiyimi bəyə danışdım. Füzuli dərindən nəfəs aldı.
- Bilirsiz nə var, dedim bizim uşaqlar bir tikə çörək dalınca bura gəliblər, burada da onları əgər öz həmvətənləri sıxışdırır qorxudursa bu kişilikdən deyil. Bir də deyirlər Tafiqdi, kimdi, “Vorzokane” o gələcək, hesab yığacaq. Biz Tafiq zad tanımırıq. Əgər bir kömək lazımsa edərik. Amma hesab verməyəcəyik. Ona elə belə də çatdırın. Otaqda bir tərpəniş hiss olundu.
- Bəy təmkinini pozmadan: - Müəllim, bizə xəbər çatmışdıki, sən bu Füzuliyə ayda hesab verirsən. O da bizdən gizlədir. Amma sizin dediyiniz uşaqlar bizə tanışdır. Çox mərd uşaqlardı.
Siz ki, xeyirdə, şərdə həmişə bir-birinizə kömək edirsiniz Çox saq olun. Bir də sənin dediyin o Tafiq mənəm. Tafiq Məmmədov. Bu gündən sonra da necə işləmisiniz elə də işləyin. Heç kəs sizə dəyib dolaşa bilməz.
Sonra öyrəndim ki, gördüyüm bu "bəy" oğrular aləmə yaxşı tanış olan Moskva vilayətini nəzarətdə saxlayan Tafiq Məmmədovdur.
Bu söhbətdən heç bir həftə keçməmiş Füzuli məni yenə yanına çağırdı. Hər bir adama 50 dollar hesab qoydu. Mən nə qədər çalışırdı ki, məsələni sülh yolu ilə həll edim, mümkün olmadı.
O: - nə, savadsız adamsan. Nə baş verdiyini görmürsən. Verməlisən, vəssalam. Əgər verməsən, evlərə basqın edəcəyik.
Mən əsəbi halda: - Füzuli, mən sənə hesab verməcəyəm. Mənim sənə xüsusi hörmətim var. Bir şəhərdə yaşayırıq. Sən ki mənə savadsız dedin, o sözüz mən sənə yedirdəcəm. Sən çox gözəl bilirsən ki, mən ali təhsilli müəlliməm. Özünə çox güvənirsən. Nolar, eybi yox, deyib qapını çırpdım. Gecə Moskvada bizim uşaqlara zəng etdim. Əhvalatı onlara danışdım. Bu məsələni onlardan gizlətdiyim üçün məni qınadılar və sabah saat 11-də Puşkino şəhərində olacaqlarını bildirdilər.
Səhər iki maşın ağcabədili silahlanmış halda Füzulinin ofisini mühasirəyə aldılar. Səbri məni çağırtdırdı və Füzulini məcbur etdilər məndən üzr istəsin. Və belə bir tələb qoydular ki, belə hadisə baş versə, onunla ayrı söhbət olacaq. Füzuli ilan dili çıxartdı. Onların dedikləri ilə razılaşdı.
Sonralar mən Füzuli ilə möhkəm dost olub bəzi məsələrdə onunla məsləhətləşirdim. Axı, onun şəhərdə böyük nüfuzu var idi.
Füzuli şəhərdə azərbaycanlılara məxsus restoran tikdirmək istəyirdi. Tikintisinə də başladı. Kriminal qruplaşmalar tez-tez onu narahat edirdi. O bəzən onlarla razılaşmırdı.
Bir gün həmin kriminal qruplaşmalar səhər tezdən o öz "ofisinə" daxil olarkən alnından güllə ilə atdılar. Və sonradan "ofisini yandırdılar. Axşama yaxın aldığı güllə yarasından Füzuli həlak oldu. Heç bilinmədi ki, gülləni kim atıb.
... Moskvada olduğum ilk ili çox böyük əziyyətlər çəkdim. 6 aydan çox bir çox şəhərlərdə gizləndiyim üçün xeyli borcum var idi. Mən vəziyyətdən çıxmağın yollarını axtarırdım. Nə edəcəyimi bilmiydim.
Mənə ilk köməklik edən şagirdim olmuş Yaqub oldu. O mənə bizneüsin yollarını öyrədir, həmişə mənə kömək edirdi. Moskva şəhərində və vilayətlərdə keçirilən bütün tədbirlərin iştirakçısı olurdum. Moskvada dərc olunan "Vətən səsi", "Millətin səsi", "Azərbaycan Diasporası" qəzetlərində müntəzəm yazılarla çıxış edirdim. Oktay Hüseynovun rəhbərlik etdiyi "Azərbaycan Diasporası" idarə heyətinin üzvü, vilayət diasporasının təmsilçisi və rəhbəri idim. Tez-tez böyük tədbirlər keçirilir, görüşlər təşkil edirdim.
Mənim Puşkino şəhərində yaşadığım ev şəhərin kənarında yerləşirdi. İş yerinə getmək üçün Puşkino çayının üzərindən keçməli idim. Kəndimizdə bir seyid Səttar ağa var idi. Çox nüfuzlu, ağır seyid idi. Laçın rayonu işğal olunandan sonra bizim kənddə məksumlaşmışdı. Hamı onun cəddinə inanır və hörmət edirdi.
Bir gün işə gələrkən həmin körpünün üstündə neytral bir yerdə Puşkin çayına baxıb ürəyimdən bu hissləri keçirdim "Sənin cəddinə sığınıram, məni bu çətinlikdən qurtarıb mənə bir nurlu yol aç. Ümidim sənədir."
Bu etirafdan sonra qəlbimdə bir inam, xarakterimdə bir dəyişiklik hiss etdim. Hiss etdim ki, işlərim yaxşılığa doğru gedir. Yaqubun mənə bağışladığı külli miqdarda mal məni düşdüyüm bu çətinlikdən qurtardı. Heç üç ay keçmədi ki, yaxşı bir biznes qurdum. Artıq çox bahalı malların ticarəti ilə məşğul idim. Mart ayında Yaqub ailəsi ilə kəndə gedirdi. Qayıdanda mənim ailəmi də özü ilə gətirməyi xahiş etdim.
Düz mart ayının 8-də Yaqub ailəsi ilə qayıdanda yoldaşımı və balaca oğlum Ayazı da özü ilə gətirdi. Qızım orta məktəbi bu il qurtardığına görə xalası Aytəkingildə qalmağı oldu.
Budur yenidən ailəmlə bir yerdə idim. İşlərim də yaxşı gedir. Balaca Ayaz hər bir dərdi unutdurur, açılan hər nurlu sabahıma bir çıraq kimi şölə saçırdı. Bir sözlə ömrümdə yeni səhifələr açılırdı.
Artıq Puşkino şəhərində ailəli həmkəndlilərimin sayı çoxalırdı. Şərəfxanlı kəndindən elə bir ev olmaz idi ki, oradan burada nümayəndə olmasın. Biz çox mehriban şəraitdə yaşayır, hər gün bir-birimizə qonaq gedirdik. Elə bil bu şəhərdə balaca bir Şərəfxanlı kəndi qurmuşduq. Puşkino şəhərinə gələn ilk həmkəndlimiz Qadir olmuşdur. (Sonralar o elə oradaca urək çatışmamazlığından vəfat etdi.)
Qadiri o şəhərə qonşu Hindarx kəndində müəllim işləyən Fazil və Allahverdi müəllim çağırmışdı. Qadir də o vaxtlar Rusiyanın Lipetski şəhərində yaşayan kəndçilərimiz Yaqutu çağırmışdı. Biz bu uşaqlara - Lipetski bandası deyirdik. Bu uşaqlar çoxdan Rusiyada yaşadıqları üçün xarakterlərində rus təbiəti var idi. Çox mehriban, bir birinə çox köməklik göstərirdilər. Puşkino şəhərində onlar əvvəlcə xırda bizneslə məşğul olmağa başladılar. Sonra bizneslərini inkişaf etdirdikləri üçün yavaş-yavaş ətraflarına kənddən qohum əqrəbalarını çağırdılar. Iki-üç il keçmədi ki, şəhərdə olan mərkəzi bazarın yarısından çoxunu bu uşaqlar ələ keçirdilər. "Şmotka" bazarı tam onların ixtiyarında idi.
Sonra Minesk şəhərindən Elsevər və Şəhriyar gəldilər. Bu uşaqlar da bura gələndən sonra demək olar ki, hər şey qaydasına düşdü. Uşaqlar gündüzlər bazarda çalışır, axşamlar isə üç bir, dörd bir, bəzən də altı, səkkiz kirayələdikləri çayqırağı evlərdə səhərin açılmasını gözləyirdilər. Bir nəfər uşaqların qabağına düşməli, onların bütün problemlərini həll etməli idi.
Ta qədimdən müsəlman dünyasının qəribə aləminsdən süzülüb gələn bəzi vərdişlər heç vaxt yaddan çıxmır və müsəlman qəlbinə əbədi iz salırdı. Bizim müsəlmanların başına nə gəlirdisə, onun paxıllığı ucbatından , xəbisliyindən, gözügötürməməzlikdən irəli gəlirdi. Bir insan əgər irəli gedirdisə, gözügötürməməzlik mütləq öz işini görürdü!
Mənim rus dilini mükəməl bilməyim, Dİİ-də tərcüməçi işləməyim şəhərin yüksək vəzifəli insanları ilə oturub durmağım, problem həll etməyim, bütün şəhərin probleminin yalnız mənim əlimlə həll edilməsi mənim Puşkino şəhərində başıma toplaşmış qohum-əqrəbamın, kəndçilərimin xoşuna gəlmədi. Mən nə qədər onların problemləri arxasında qaçırdımsa bir qədər onların qəlbundə xəbislik baş qaldırırdı. Orada burda mənim ünvanıma xoşagəlməz ifadələr işlənir. Mənim bu şəhərdə qazandığım nüfuza xələl gətirirdi.
İki cümləni dalbadal deyə bilməyən, dünən kənddən qoyun-quzunun dalından çıxıb bu gün bu şəhərdə gözünə qara eynək çıxıb - "elə-əsl həyat budur" deyən insanlar dar düşüncənin əqidələrində bir məkrli xof yaranırdı. Niyə "müəllim" bu qədər hörmətə layiq idi. Niyə müəllim gördüyü işləri biz görə bilmirik. Və onlar hər cəhdlə çalışırdılar ki, mənim işlərimə əngəl yaratsınlar və bir sözlə məni vursunlar. Buna görə də onlar yollar axtarırdılar.
Bir dəfə həmişəki qaydada saat 5-də işdən çıxıb kirayə etdiyim iki otaqlı mənzilimə gəldim. Yadımdadır, o vaxtlar televiziyada Braziliya serialı olan "Tale" adlı qız serialı gedirdi. Bu serial hamını ekran qarşısına çağırırdı. Qaynım Eldənizlə bir qalırdıq. 6 il Qarabağ savaşında iştirak etmiş gənc pəhləan cüssəli idi.
Şam yeməyi yerirdik. Balaca Ayaz televizorun qarşısıda döşəmənin üstündə öz oyuncaqları ilə oynayırdı. Axşam saat 6 olardı. Qapı döyüldü. (Mənim qapım gecənin istənilən vaxtı döyülürdü.) Kinonun ən maraqlı yeri idi. Mən qapıya yaxınlaşıb rusca: - Kimdir? Soruşdum. Qapıdakılar isə rusca mənə cavab verdilər: - uçitel mojno? Səs mənə tanış gəldi. Mən heç bir şey fikirləşmədən qapını açdım. Elə qapını açmağımı gördüm ki, qara bir şeyin mənə tullandığını gördüm. 3-4 nəfər maskalılar otağa doluşdular. Mənim qolumu qandallayıb, tapançanın qundağı ilə başıma vurub Eldənizin yatdığı otaqda döşəmənin üzərinə uzatdılar. O birilər isə ailəm olan otağa soxuldular. Eldənizin də qolunu qandalladılar.
Balaca Ayaz belə şeyləri ancaq kinoda görmüşdü. Lakin otaqdakı səs-küydən qorxub çığırır və anasına sığındı. Maskalılar evi elək-fələk etdilər. Əllərinə qiymətli nə keçir, götürürdülər.
Mənə tapançanı tuşlayan insanın nəfəsi, qoxusu, hətta danışığı da tanış gəlirdi. Ancaq düşdüyüm şəraitə uyğun hərəkət etməli idim.
Onlar məndən külli miqdarda pul tələb edirdilər. Əgər verməsəm, oğlumu pəncərədən atacaqlarını bildirirdilər.
O biri otaqdan yoldaşımın yalvarış səslərini eşitdim. Oğlum ağlayırdı. Onlara təmkinlə bu sözləri dedim:
- Nə lazımdır götürün. Əgər ailəmə bir ziyan vursanız onda sizi yerin deşiyində də olsanız tapacam. Ağıllı olun. Görünür onlar mənim əlaqələrimi bilirlər. Susub bir-birilərinin üzlərinə baxdılar. Otaqları, ciblərimizi yenidən axtarmağa başladılar. Yodaşım imkan tapı topa pulu öz üzərində gizlədə bilmişdi. Gələnlər kimlər idisə bu evə bələd insanlar idilər. Evdə xeyli qızıl əşyaları var idi. Onları bir dəsmala büküb evdə yelevizorun altındakı tumboçkanın altında polun linoliunmu qaldırıb altında gizlətmişdim. Yerini həç kəs bilmirdi. Onu da tapdılar. Mənim cibimdə olan 700 dolları, qaynımın cibində olan 1500 dolları, qızıl əşyalarını, norka papağı, video-maqnitafonu götürdülər. Qızımın ad günə aldığım bir qızıl üzük var idi. Xahiş etdim, vermədilər. Bizi qolu qandallı qoyub evin acarlarını götürüb qaçdılar.
Məni bərk vurmuşdular. Sifətim şişmişdi. Qandalı da qoluma elə keçirmişdilər ki, tərpəndikcə sıxırdı. Onun cibində 20 rubl var idi. Onu da götürmüşdülər. Yoldaşım bunu deyərkən mən qəti qərara gəldim ki, bu gələn moskvalılar içərisində mütləq azərbaycanlı var. Özü də bu evə gəlib gedən insan idi. Çünki belə xırdalığı yalnız azərbaycanlı edə bilərdi. (Aylar ötəcək, həmin 20 rubl izi ilə mənim evimə soyğunçuluq məqsədi ilə girən maskalıların izinə düşəcəm və onların maskalarını üzlərindən götürüb, onlar özlərinə məxsus heç bir qanunda qeyd olunmayan qanunlarla cəzalandırılacaq.)
Bircə Yaqubgildə telefon var idi. Yoldaşım 3-cü mərtəbəyə çıxıb Yaquba zəng etdi. Eldənizlə mənim əllərim qandallı idi.
Yadımdadır, noyabırın 14-ü idi. Şəhriyarın ad günü idi. Bütün gənclər ora yıqışmışdı. Heç aradan yarım saat keçməmiş Yaqub və Şəhriyarın ad günündə olan uşaqlar özlərini yetirdilər. Yaqub milis şöbəsinə də xəbər vermişdi. Sahə müvəkkili də gəlib çıxdı. Gətirdiyi mişarla qolumdakı qandalı kəsib götürdü. Bu işin kimlər tərəfindən törədildiyini müzakirə etməyə başladıq. Tapmaq çətin idi.
Uşaqların bir neçəsi Eldənizlə bir otaqda qaldılar. Mən səhər tezdən Moskvaya mal gətirməyə getməli idim. Maşın da sifariş vermişdim. Səhər saat 6-da burada olmalı idim. Necə etməli, pulu da apardılar. Mənim narahatçılığımı görüb yoldaşım "Heç narahat olma, mən topa pulu gizlədə bilmişəm. Səhər mala gedə bilərsən”- dedi.
Yaqub bizim kənddən usta Məhəmmədin oğlu idi. Onun böyük qardaşı Kazım müəllimlə orta məktəbi, institutu bir qutarmışdıq. Bərk dost idik. Yaqubun başının tükü vaxtından əvvəl töküldüyünə görə hamı onu "keçəl" deyə çağırırdı. Baş verənlər ona gec çatar, həmişə müxtəlif tədbirlərin axırına gəlib çatardı. Səhər saat 6-da onun maşını bizim evin qabağında dayandı. Siqnal verdi. Sifətim, burnumun şişməyinə baxmyaraq mən onun maşınına əyləşib mala getdim.
Yol boyu o mən tərəfə baxmırdı. Gecəki hadisədən onun xəbəri yox idi. Mən nə qədər gecəki hadisə barədə ona söhbət etmək istədimsə, gördüm o çox etinəsiz yanaşır. Dözə bilmədim:- saxla məni bir mənə bax. O maşını saxladı. Səhərin qaranlığında içərinin işığını yandırdı. Mənim üzümə baxdı:- Müəllim, kim səni bu hala salıb? Mən isə: - Ə, bayaqdan elə bunu danışırdım. Sənsə elə bil ki, başqa aləmdəsən. Çox pis oldum. Mal alıb Puşkino şəhərinə qayıtdıq.
Biz şəhərə çatanda səhər saat 9 olardı. Şəhərdə yenidən "oblova" başlamışdı. Şəhərin OMON-çuları bazar və ticarət mərkəzlərinə soxulur, bir-bir azərbaycanlı uşaqları sıraya düzür, mallarını müsadirə edirdilər.
Mən bazara çatanda OMON-ların komandiri Seryoja mənə yaxınlaşdı və malı boşatmamağı, buradan uzaqlaşmağı xahiş etdi. “Uçitel” gecə başına gələnlərdən xəbərim var. Yoxlama ciddi yoxlamadır. "görəsən, bu haradan bilir, gecə mənim başıma gələnləri? Kim buna xəbər verib. Yoxsa bunların da əli var?..."
Mən oradan uzaqlaşdım. Omon-çular uşaqların bütün mallarını müsadirə etmişdillər. Uşaqları isə kənarda sıraya düzüb "qaz yerişi" yeridirdilər.
Qaynım Eldəniz və Elmir onların gözündən yayınmaq istəmiş, hasarı tullanarkən OMON-lar hətta onlara güllə atıb tutmuşdular. Onların topuqlarına, ayaqlarına o qədər "dubinka" ilə vurmuşdular ki, ayaqları şişmişdi, yeriyə bilmirdilər. Onların hamısını piyada Şəhər Milis Şöbəsinə aparmışdılar.
Mən bu xəbəri eşidərkən cəld millis şöbəsinə getdim. Həyətdə uşaqları diz çökdürmüş, müxtəlif hərəkətlər etdirirdilər. Həyətə girərkən miqrasiya şöbəsinin işçilərini də gördüm. Uşaqlara niyə belə hərəkət etdirdiklərini soruşdum. OMON-ların rəsi avtomatı mənə tuşladı: - "Sən bu şəhərdə ağalıq etmək istəyirsən? Biz sənə göstərərik." Səsə rəis çıxdı. Mənim OMON-larla mübahisə etdiyimi görüb onların komandirlərinə yaxınlaşdı. Nə isə dedi. Onlar içəri keçdilər. Bir azdan məni çağırıb əvvəlcə hədə-qorxuya keçdilər. Mən isə - bayırda 70 nəfərə qədər azərbaycanlı var. Qanun necə tələb edir ki, elə rəftar edin. Yoxsa döymək, təhqir etmək, yol verilməzdir. Mən onların imzası ilə ərizəni şəhər adminstrasiyasına təqdim edəcəm. Qoymaram ki, millətim, övladları təhqir olunsunlar, alçalsınlar...
Onlar bir-birinin üzünə baxdılar. Mən koridorda onların çıxardığı qərarlar gözləyirdim. Bir azdan OMON-çular çıxıb getdilər. Milis rəisi məni yanına çağırıb uşaqların bütün pasportlarını mənə uzatdı. "Uçitel" əksəriyyətinin qeydiyyatı yoxdur. Amma uşaqların hamısını götürüb apar, qeydiyyata sal. Yoxlama yuxarıdan gəldiyi üçün gücümüz çatmırdı. İşinizlə məşğul olun. Mən uşaqları götürüb oradan uzaqlaşdım.
Uşaqların malı əlindən aəlındığına görə onlar işləyə bilmirdilər. Bazarda dəri gödəkçə azlıq edirdi. Bir mənim mağazam bir də Cavidin maqazası işləyirdi. Malı çatdıra bilmirdim.
Deyirəm Tanrı insana bir tərəfdən zülm edir, o biri tərəfdən onun qarşısına nurlu üfüqlər açır. Mənim evim soyğunçular tərəfindən oğurlandı. Bu tərəfdən də mənim üçün şərait yaratdı. İki ay müddətində mənə dəyən ziyanı çıxara bildim. İki ayda bir ildə qazana bilmədiyimi qazandım. Şükür sənə İlahi.
Artıq dekabr ayı yaxınlaşırdı. Doğma vətənə, kəndimizə getməyə hazırlaşırdıq. Kiçik qardaşım Nərimanın toyunu etməli idim. Nəriman Lipetski şəhər polis şöbəsində milis serjantı işləyirdi. Qiyabi Politexnik İnstitutunda oxuyurdu.
Dekabrın 25-də ailəmlə birlikdə Bakı şəhərinə gəldik. İki il idi ki, vətəndən uzaq düşmüşdük. Doğma Bakı məni öz ağuşuna aldı. Onun ilıq nəfəsini qoxlamaqdan doymurdum. Ertəsi gün ləngimədən kəndə yollandıq.
2 illik ayrılığın dadı mənimçün çox ağır idi. Qohumlarımdan ən çoxu böyüyüb boya-başa çatdığım Şərəfxanlı kəndi mənə daha əziz doğma görünürdü...
Anamın əl-ayağı yerə dəymirdi. Məni arıq köksünə sıxıb xeyli özündən uzaqlaşdırmadı.
Deyəsən, anam qocalırdı. Həmişə qara olan saçları elə bil ağ buludlarla örtülmüşdü. Sifətindəki arıq əllərindəki qırışlar onun ömrünün əziyyətlə keçdiyindən xəbər verirdi. Uşaqlar böyümüş, hərəsi bir tərəfdə yaşayırdı. İki məhlənin arasında qalmışdı. Gah mənim evimdə, gah da dişi-dırnağı ilə səhmana saldığı öz evində gecələyirdi. Qardaşım Nərimanın toy gününü müəyyənləşdirmişdi ki, kənddə böyük faciə baş verdi. Yoldaşımın əmisi oğlo "Ması" (onu hamı belə çağırırdı) qəflətən cavan yaşlarında tutduğu xəstəlikdən vəfat etdi. Bu ağır itki kəndin itkisi idi. Ması kəndin sevimlisi idi. O hamı ilə mehriban, səmimi davranırdı. Kənd camaatı da onun xətrini çox istəyirdi.
Toyu təxirə salıb 40 gün gözləməli olduq. Bu 40 gündə başımız yas mərasiminə elə qarışdı ki, günlərin nə vaxt ötdüyünü hiss etmədik.
Qardaşım Nəriman mənimlə bacanağ hesab olunurdu. O yoldaşımın bacısı qızı Mətanətlə nişanlanmışdı. Tezliklə toyları olmalı idi.
Fevral ayında "Nərgiz" şadlıq evində qardaşıma möhtəşəm toy etdik. Anam başda olmaqla bütün qohum-əqrəba, tanışlar toyda iştirak etdilər. Toydan üç gün sonra onları Lipetsk şəhərinə yola saldıq.
Üç aya yaxın doğmalarımızın əhatəsində olduqdan sonra yenidən Moskva şəhərinə qayıtdıq. Yenidən mən işlərimi qaydaya salmalı, biznesimi inkişaf etdirməli idim.
Novruz bayramını Moskva şəhərində çox möhtəşəm keçirtdik. Böyük bir bayram süfrəsi açmışdıq. Demək olar ki, Şərəfxanlı kəndindən olan bütün ailəlilər, gənclər burada yığışmışdı. Bayramın bütün adətlərinə əməl etdik. Yumurta boyadıq, səməni göyərtdik, şəkərbura, paxlava bişirildi. Hətta rus dostlarımızı da ailəlikcə süfrəmizə dəvət etdik. Onlar bu şənlikə baxır, təəccüblərini gizlədə bilmirdilər.
Bayramın gözəl ənənələrindən biri də o idi ki, umu-küsülülər yaddan çıxır, hamı bir-birisinə xoş arzular diləyirdilər.
Mən də ailəmlə Qubadan olan Zahidgilə qonaq getmişdik. Onu da deyim ki, Zahidin ailəsi mənim ailəmlə çox yaxın idi. Yoldaşı Kəmalə xanım, qızları Leyla, Vüsalə, oğlu Orxan bizim evin əziz qonaqları idi. Mən həmişə bu ailəyə yaxınlıq edər, lazım gəlirdisə köməklik əlimi əsirgəmirdim. Bir az kasıb yaşadıqlarına baxmayaraq, çox mehriban idilər.
Axşam idi. Biz bayram süfrəsi arxasında yeyib- içir, şənlənirdik. Milli musiqimizin ecazkar sədaları pəncərədən süzülüb ətrafa yayılırdı.
Elə bu vaxt Yaqub qapını döydü. Biz onun gəlişini gözləmirdik. Müəllim, səhərdən o yer qamayıb ki, sizi axtarmayım. Mən onun sifətində narhatlıq hiss etdim. Nə isə bir xəbər söyləyəcəyini duydum. Kənara çəkilldik. Yaqub aramla, təmkinlə, səblə mənə bir faciə haqqında məlumat verdi. Özümü saxlaya bilmədim...
Mənim bir qardaşım oğlu Şahin Rusiyanın İvanovo şəhərində yaşayırdı. Orada meşə təsərrüfatı ilə məşğul olurdu. Həmin şəhərdə azərbaycanlılar deyil, şəhər ictimaiyyəti də onu yaxından tanıyırdı.
Qardaşı Sabiri də yanına çağırmışdı. Sabir gələrkən ondan xahiş etmişdi ki, Bərdədən bir ailə də gələcək onu da müşaiyət etsin. Ana-bala idilər.
Sabir də öz kiçik övladı Niyazi və həmin ailə ilə birlikdə Təyyarə ilə İvanovo şəhərinə uçmuşdu. Sabir qardaşına bayram sovqatı aparırdı...
Şahin qardaşının gəlişinə çox böyük hazırlıq görmüşdü. Onları qarşılamağa həmin gəlinin yoldaşı öz maşını ilə getmişdi.
Maşın İvanovo postuna 200 m qalmış qabaqdan gələn Kamazın təkəri çıxr düz üstlərinə gəlir. Sürücü sükanı bir az yana döndərir. Təkər arxa oturacağda oturan qapını tutur.
Maşındakılar hamısı xəsarət alır. Təkər Sabir oturduğu tərəfdən dəydiyinə görə onun səsi çıxmaz. Balaca Niyazi ortada oturtmuşdu.
Onların hamısını bir-bir xəstəxanaya yerləşdirirlər. Balaca Niyazi ağlaya-ağlaya ortada qalır. Elə bu vaxt oradan Dağıstan uşaqları maşınla keçirmişlər. Yolda qəza olduğunu görüb dayanırlar. Maşının nömrəsi tanış olduğu üçün tez Şahinə zəng vururlar. Uşağı özləri ilə götürürlər.
Şahin evə gözəl bir məclis qurub qardaşının gəlməsini gözləyirdi. Ürəyində nə isə bir narahatlıq var idi. Bu yerdə qəfil edilən zəng onu yerindən dik qalxıb, hönkür-hönkür ağlamağa məcbur etdi.
Niyazi heç əmisini də tanımırdı. Şahin hadisə yerinə gələndə Niyazinin ağlamaqdan səsi batmış, gömgöy göyərmişdi. Təkcə Dağıstan uşaqları orada Şahini gözləyirdilər.
Şahin Niyazidən Sabir haqqında soruşduqda o kəkələyə-kəkələyə: - Hamını axsaya-axsaya birtəhər maşına qoydular. Atamı isə qucaqda apardılar. Tərpənə bilmirdi.
Bu xəbər Şahini sarsırtdı. Bütün xəstəxanaları ələk-fələk etdi. Axırda Sabiri morqdan tapdı. Zərbənin təsirindən Sabir heç səsini çıxartmadan yerindəcə gözlərini tutmuşdu. Butun bunları Yaqub mənə deyəndə özümü itirdim. Əvvvəlcə nə edəcəyimi bimədim. Təcili İvonovo zəng etdim. Telefonlar cavab vermirdi. Gecə saat 12 olardı. Artıq Puşkinoda yaşayan bütün bu faciyədən xəbər tutmuşdular. Evimin qarşısı uşaqlarla dolu idi.
Əsrlərin sücgəzindən zaman-zaman süzülüb gələn bir adətimiz Şərəfxanlı kəndində bu gün də yaşayır. Bu adət kimsə dara düşəndə, kiməsə bədbəxtçilik üz verəndə həmin anda o insanlar yanında olmaq ona mənəvi dayaq olmaqdır.
Axır ki, İvanova şəhəri ilə birtəhər əlaqə yarada bildik. Bizə deyirdilər ki, artıq onlar yoldadır. Tabutu Moskvanın Domodaova aeroportundan yola salacaqdılar. Mən aeroporta getməyə hazırlaşırdım. Yaqub məni tək buraxmadı. Mənimlə birlikdə o da aeroporta yollandıq.
Mən nələr baş verdiyini dərk edə bilmirdim. Sanki yuxu görürdüm. Biz aeroporta uşaqlardan tez çatdıq. Yaqub məni bir an gözdən qoymurdu.
Budur, onlar gəldilər. Şahin məni görərkən hönkürüb üstümə atıldı.
- Bu niyə belə oldu, əmi. Mən indi onun ailəsinə nə cavab verəcəm?
Mən özümü təmkinli göstərməyə çalışırdım. Fəqət bu mümkün idimi?
Doğma, əziz bir adamını itirən necə təmkinli ola bilər?
Uzaqdan Niyazini gördüm. Lap körpə olarkən onu o qədər əzizləmişdim ki..
Məni görərkən üstümə atıldı. Ağlamsına-ağlamsına:- Əmi, atam hanı? Biz səhər bura gəlmişdik, indi niyə geri qayıdırıq. Söz xəncər kimi köksümə sancıldı. Heç bir söz deyə bilmədim.
Uşaqlar mənə dedilər ki, Niyazi bir sutkadır, nə "çölə gedir", nə də bir tikə çörək yeyib. Oradakı uşaqların içərisində o təkcə məni tanıyırdı. Mən onun əlindən tutub qəhər boğa-boğa aeropotun içərisinə apardım. Başını sığalladım, nə istədi aldım. Sonra tualletə apardım. Yazıq uşaq.
Səhərə yaxın biz Moskva-Bakı reysi ilə tabutu Bakıya çatdırdıq. Mən, Şahin və o biri qardaşım oğlu Fərrux tabutu müşayiət edirdik. Sağ olsun uşaqlar, bizi necə lazımdısa, elə yola saldılar.
Bakıda bizi yeznəm Rafiqlə qardaşım oğlu Vaqif qarşıladı. Vaxt itirmədən kəndə yola düşdük. Artıq Niyazi başqa maşında qohumlarımın arasında idi.
Tabut gedən təcili yardım maşınında qabaqda mən əyləşmişdim. Həyətdə insan əlindən tərpənmək münkün deyildi. Neçə saat idi ki, onlar bu bədbəxt hadisənin qurbanı Sabiri son mənziləə yola salmaq üçün, öz borclarını vermək üçün bura toplaşmışdılar. Yer-göy ağlayırdı. Hər tərəfdə bir kədərli not hökm sürürdü. Hamı cavan bir insanın faciə qurbanı olmasına təəssüflənirdi.
Böyük qardaşım Məliyin övladları nə sirr idisə həyatdan çox vaxtsız köçürdülər. Onun bir övladı Məmməd neçə illər Qarabağ döyüşlərində bir milis kimi vuruşdu. Sağ salamat başa vurdu. Dostları ilə göl qırağında yeyib-içərkən boğuldu. Qızı Rəna üç qız anası idi. Qəflətən beyninə qan sızmadan vəfat etdi. Böyük qızı Həqiqət və böyük oğlu Tağı böyrək çatışmamazlığından bir-birindən xəbərsiz vəfat etdilər. Həqiqətin ölümündən Tağının xəbəri yox idi. Onun birinci cümə günü Tağı bacı-bacı deyə gözlərini əbədi yumdu. Indi də Sabir. Həyatın elə ağlagəlməz qanunları var ki onunla heç cürə razılaşa bilmirsən. Və bu verən hadisələr elə dalbadal baş verirdi ki, bir anlıq özünü unudursan. Daxilində bunlara qarşı bir etiraz nidası ucalır. Bu nida səni sarsıdır, cılızlaşdırır. Özünə acız kimi baxırsan. Baş verənlər qarşısında öz gücsüzlüyünü dərk edirsən.
Baş verən bu hadisələr mənim ömür tariximdə qara xətlərlə həkk olunub. Bu qara xətlər hər an məni özümdən alıb qəlbimə bir qəmginlik toxumu səpir. Bu toxum getdikcə öz cücərtisini daha da qabarıq şəkildə üzə çıxarır. Hər an məni narahat edir, hər an məni məni gözləyən faciəyə hazır olmağa çağırır.
Mənim 14 illik Moskva həyatım çox əziyyətli, həm də çox mənalı və yaddaqalan olub. Bu 14 il müddətində Rusiyanı qarış-qarış gəzmişəm. Olduğum şəhərlərdə həmişə Azərbaycanımın adını uca tutmuşam. Onlarla apardığımız işlər öz bəhrəsini verir, bir yumruq kimi onları bir yerə birləşdirir. Tutulan hər bir insanın dalınca sürünər, onu həbsdən azad edincə gecəm gündüzüm olmazdı. Müəyyən problemlərin həlli, kimisinə ev, kimisini xəstəxanada yerləşdirmək, kimisini qeydiyyata salmaq bütün bunlar məni bezdirirdi. Rusların da bir xasiyyəti var. Hər bir kiçicik problemin arxasında böyük maraqlar dururdu. Bu maraqları yerinə yetirmək mənim üçün çox çətin idi. Şəhərə çıxa bilmirdim. Ona hörmət et, ona pul ver, onu geyindir, arvadına nə isə al və s.
Onlar ticarət mərkəzindən, bazardan nə isə alanda onu nə iləsə əvəzləşdirir və ya heç pulnunu vermirdilər. Yavaş-yavaş işlərim məcrasından çıxıb pisləşirdi. Çatdıra bilmirdim. Uşaqlar da başa düşmürdülər. Onlara çatmırdı.
Bizim şəhərin nəzarətini "Solntsev" qruplaşması öz üzərinə götürdü. Onlar azərbaycanlılarla bağlı hansı sahəyə əl atmaq istəmişlər deyiblər ki, "uçitel" baxır. Onlar da fikirləşir yəqin bu insan hansısa mötəbər bir qruplaşmanın başçısıdır. Məni girov götürdülər. Şəhərin sakit bir guşəsində söhbətimiz oldu. Onlar əvvəlcə mənlə "öz dilləri" ilə danışdılar. Müxtəlif adlar çəkdilər. Mənimsə bütün bunlardan heç xəbərim də yox idi.
Soruşandaki sən niyə özünə "Uçitel" ləqəbi götürmüsən. Mən cavb verdim ki, mən ixtisasca müəlliməm. Buradakı insanların çoxusu mənim tələbələrindir. Buna görə də hörmət əlaməti olaraq məni "Uçitel" deyə çağırırlar.
Milliyyətindən, irqindən asılı olmayaraq hər yerdə müəllimə böyük hörmət var. Müəllim hər yerdə müəllimdir. Bu uşaqlar həqiqətən mənim müəllim olduğumu bilib daha səmimi, daha mülayim münasibətdə oldular. Onu da deyim ki, onların etimadını qazanmaq çox çətin idi. Elə bir şərait yarandı ki, mənim 100 min dollar dəyəri olan malın yığıldığı anbarımı yandırdılar. Işlədiyim və direktoru olduğum restorana yoxlamalar göndərdilər və nə qədər ziyana bağlatdırdılar. Artıq şəhərdə elə bir vəziyyət yaranmışdı ki, hətta öz uşaqlarımızın da arasında qruplaşma yaranmışdı. Və bu qruplaşmalar hesab verməkdən boyun qaçırır və problemlər yaradırdılar. Mən moskvalı himayəçilərimizə bir daha hesab verməyəcəyimi bildirdim. Uşaqların hamısını toplayıb bunu onaların içərisində bildirdim. Onlar da heç bir söz demədən getdilər. Heç beş gün keçmədi ki, onları Moskvanın "Çerkizov" bazasında mal aldığı yerdə tutdular. Həm mallarını, həm pullarını əllərindən alıb, özlərini də girov götürdülər. Vəziyyət pisləşirdi. Bunu mövcud günün qanunları tələb edirdi. Qazandığının yarıdan çoxunu onlara verməlisən. Verməsən, işləmək heç cürə münkün deyildi.
Onlar indiyə kimi aldıqları hesabın üstünə ikiqat artımla pul tələb edirdilər. Yoxsa uşaqların külli miqdarda malı və pulu əldən gedəcəkdi.
Bu xəbəri eşidən uşaqlar parka toplaşdılar. Vəziyyətdən çıxış yolunu axtarmağa başladılar. Çıxış yolu bir idi. Neçə illər verilən hesabı davam etdirmək, ya da ki...
Uşaqlar telefonla o uşaqlarla danışır və onların bütün şərtlərinə razı olduqlarını bildirdilər. Onlar isə bununla razılaşmırdılar. Özlərinin qanunları var idi. Bir etibarlı adam ortaya çıxmalı idi ki, bu məsuliyyəti öz üzərinə götürsün. Onlar istəyirdilər ki, bu məsuliyyəti öz üzərimə götürüm. Nən isə uşaqların kəramətini bildiyim üçün yenidən özümü çətinliyə salmaq istəmirdim. Başqa carə yox idi. Uşaqlar çox xahiş etdilər ki, mən boyun qaçırdım. Şəhərdə baş verənlərlə onları başa salmağa çalışdım. Bir növ bizim uşaqlar başsız atlı kimi qalmışdılar. Sabah başqa bir qruplaşma da bura soxula bilərdi.
Onların qoyduqları hesabın məbləği çox idi. Onu bu dar məqamda yığmaq çox çətin idi...
Tutulan uşaqların içərisində Elsevər də var idi. O gənc olmasına baxmayaraq ağır təbiətli buradakı insanlar arasında çox böyük nüfuz sahibi idi. Uşaqlar da ona hörmət edirdilər.
Elsevər mənə zəng etdi: - "Müəllim" məsuliyyəti öz üzərinə götür və mən özüm gəlib hər şeyi həll edəcəm. Elsevərin sözündən çıxa bilmədim. Səbri ilə danışdım:- uşaqları burax, toxunma. Mən hər şeyi özüm həll edəcəm."
İnsan qəlbində bir yabançı əqidə onu həmişə narahat edir. Insanın uğurlarında, onun şan-şöhrət tapmasında bu yabançı əqidə özünü göstərir, necə oldu ki, o belə nüfuz qazandı. Necə oldu ki, başqalarının görə bilmədiyini o insan görə bilir. O saat onun pis tərəfini göstərir. Onun əziyyətlərini, onun gecə-gündüz keşməkeşlərini bir kənara qoyur. Bax onda pis əqidə özünü göstərir. Onda qəlbi, bütün vucudu, paxıllıq və xəbislik alovu ilə yanan varlıq öz yabançı əqidəsinin narahatçılığından çıxa bilmir və bu narahatçılıq onun xəbis fikirlərinin həyata keçirilməsinə imkan yaradır.
Uşaqlar axşama yaxın şəhərə qayıtdılar. əhvalatı olduğu kimi söylədilər. Onlarla işləməyin mümkünsüzlüyünü etiraf etdilər.
Ertəsi gün Elsevər, Şəhriyar, Rizvan, və Lazım təyin olunmuş "hesabı" toplamağa başladı. Mən Elsevərə: - Köhnə hesab nə qədər idisə o qədər də topla. Artıq lazım deyil -dedim. O, təəccübləndi. Axı müəllim?... Mən isə: - Nə deyirəm onu et.
Biz Qadirin maşını ilə Elsevər, Şəhriyar bir də mən Moskvaya hesab aparmaq üçün yollandıq. Hamı narahat idi.
Günorta saat 1-də "Çerkizov" bazasında onlar bizi gözləməli idilər.
Bizim əyləşdiyimiz maşın bazara yaxınlaşırdı. Bazara girmək üçün körpünü keçib dairə vurub içəri keçməli idik. Günorta olduğu üçün maşın əlindən tərpənmək münkün deyildi. Yol təmir olunmadığına görə çala-çökək çox idi.
Qabaqda Qaz-l markalı üstü çadırlı bir yük maşını gedirdi. Görünür bazadan mal alıb çıxırdı. Yüklü maşın çala-çökəkdə çətinliklə irəliləyirdi. Birdən maşının kuzovundan böyük bir kisə yerə düşdü. Arxadan gələn maşınlar sağa-sola verib kisənin yanından ötüb keçdilər. Elə bu vaxt bizim oturduğumuz jiquli maşın həmin kisəyə yaxınlaşdı. Azərbycanlı olasan belə bir tapıntını yolda qoyub gedəsən. Şəhriyar tez arxa qapını açdı böyük kisəni güclə maşına yerləşdirdi. Nəyə görə gəldiyimiz hamının yadından çıxmışdı. Hamının fikri o kisənin yanında idi. Görəsən içində nə var.
Biz deyilən vaxt uşaqlarla görüşdük. Səbri mənim yenə köhnə qaydada hesab gətirdiyimi görüb əsəbiləşmək istədi. Mən ona hər şeyi izah etdim. O dedi ki, müəllim, ağsaqqalımızsan, sən necə deyirsən elə olsun. Böyük bir stol açdı. Yeyib-içdik. Uşaqlar narahat idi. Kisə yaddan çıxmışdı. Yolda axır ki, kisəni açdıq. 600-ə yaxın çox incə işlənmmiş qadın gecə köynəyi idi. Tapdığımızı aramızda böldük.
Puşkino şəhərində yaşadığım illərdə mənim həyatımda əlamətdar hadisələr az olmayıb. Qızım ali məltəbə qəbul olundu. Oğlum 1-ci sinfə getdi. Oğluma şəhərdə çox möhtəşəm kiçik toy keçirtdim. Sonra Bakıda ikiotaqlı mənzil aldım. Daha sonra qızım ailə həyatı qurdu. Toy ərəfəsində tez-tez Azərbaycana getməli olurduq. Bütün bunlar maddi cəhətdən məni sıxırıdı. Şəhərdə də bəzi hadisələr baş verdiyinə görə yavaş-yavaş dolanışıq pişləşirdi.
Qızım ailə həyatı qurub, artıq nəvəm var. Yay vaxtı qızım ailəsi ilə bilikdə bizə dincəlməyə gələrdi. Mən nəvəmi oynatmaqdan doymazdım.
Rizvanın ailəsi bizim qonşu binada yaşayırdı. Yoldaşı Xalisə xanım, oğlu,qızı, hər gün bizdə olurdu. Biz də onlarda. Axşamlar evin qabağındakı parka çıxar, ailəliklə oturar, bu gözəllikdən doymazdıq.
Beləcə illər öz atını dördnala çapırdı...
Ömür yolları çox keşməkeşli, daş kəsəkli olur. Insan taleyinə yazılan hər şeyi qismət kimi qəbul edib illərin çınqıllı yollarında öz qismətinin dalınca qaçır. Büdrəsə də yıxılsa da qaçır.
Mənim Moskva həyatımda taleyin mənə qismət kimi pay verdiyi hər bir əzab-əziyyətə dözdüm. Bu yollarda büdrəmədim. Sarsılsam da, qəlbimdə həmişə vücudumla bir olan inamı qoruyub saxlaya bildim.
Nələr gəlmədi mənim başıma bu illərdə. Qızım ali məktəbə qəbul olub mənim yolumu davam etdirib jurnalist olmaq istədi. Arzusuna çatdı. Ali məktəbi qurtaran ili ailə həyatına qədəm qoydu. Öz seçimi olan İbrahimlə ailə həyatı qurdu. Artıq iki nəvəm var. Nihad və Mədinə. Mənim həyatımda sanki, yenidən şölənən nur parçasıdır. Onların varlığı mənim ömrümün uzanması üçün Tanrı tərəfindən mənimçün göndərilmiş bir hədiyyədir. Oğlum artıq böyüyüb, orta məktəbi bitirib ali məktəbə hazırlaşır.
Yad ölkədə yaşadığım 14 ildə bir çox əzizlərimi itirdim. Onlar bir-birindən xəbərsiz bu dünya ilə vidalaşdılar. Sonra doğma bacım Mahirəni itirdim. Mahirənin ölümü məni çox sarsırtdı. Hadisə elə qəflətən olmuşdu ki, mən özümü dəfn gününə çatdıra bilmədim. Bu mənim qəlbimdə bir nisgil kimi qaldı. Bu mənə əzab verir və verəcək. Bacım qardaş çiynində öz dünyasına gedə bilmədi. Biz qardaşlar öz qardaşlıq borcumuzu verə bilmədik.
Sonra qaynatam dünyasını dəyişdi. Mənə atamdan da artıq olmuşdu, İnqilab kişi, çünki mən atalıq qayğısı hiss etməmişdim. O kişi məni öz oğullarından seçmirdi. Daha sonra qardaşım Şənhəyat deyə bu dünya ilə vidalaşdı. Anam ömrünün sonlarında bu itgilərə dözə bilmirdi. Tez tez xəstələnirdi. Biz onu öz yanımıza ya kiçik qardaşım Nəriman yaşadığı Lipetks şəhərinə, ya qardaşım Telman yaşadığı Yalta şəhərinə ya da mənim yaşadığım Moskva şəhərində yanımızda saxladıq. Ilin bütün aylarında demək olar ki, bizim yanımızda olardı. Ömünün sonunu sanki hiss etmişdi. Doğulduğu torpaq tez-tez yadına düşürdü. Ayrıla bilmirdi öz elindən obasından. Kəndə bircə kiçik bacım qalmışdı. Anamı kəndə onun yanına yola saldıq. Tez-tez ondan hal əhval tuturduq. Hiss edirdik ki, anamız ömrünün son günlərini yaşayır. Çünki onun son danışıqları, son hərəkətləti onu hiss etdirirdi. Bacım xəbər verdi ki, anamın halı pisləşir. Təcili qardaşım Telmanla zəngləşib kəndə gəldik. Anam bizim yanında olduğumuzu hiss edib sanki gümrahlaşmışdı. Ancaq xəstəlik öz işini görürdü. Son bir həftəni yasdığının yanını kəsdirdik. Bu bir həftə ərzində onun gözləri kimi isə axtarırdı. Tapa bilmirdi. Anam mənim qollarım üstə kiçik oğlu Nərimanın həsrəti ilə gözlərini yumdu. Mənim həyatımın ən ağır günü anamın bu həyatdan köçməyi oldu.
Mən, ana yaşında ana itirdim,
Qaldım bənövşətək boynu bükülü.
Min sevda başımda ana itirdim,
Sinəmə sağalmaz dağlar çəkilir.
Analıq yaşında ana itirmək,
Bu yer kurəsinin faciəsidir.
Dünyaya yenidən ana gətirmək,
Analı dünyada haqqın səsidir!
Anamın vəfatından sonra dünya elə bil öz rəngini dəyişdi. Hər şey mənə anamı xatırladırdı. Çox əziyyətlərlə öz övladlarını böyüdüb, onların hamısını oxudan, yerbəyer edən anamın yeri hər yerdə görünürdü. Hara baxıramsa anamı görürdüm…
Mən artıq 14 il yaşadığım şəhərdə özümə yer tapa bilmirdim. Çox əsəbi olmuşdum. Bütün dərdləri köksümə toplayıb bu ağır yükün altında çabalayırdım. Səhhətimdən tez-tez şikayətlənirdim. Öz yaxınlarım da bəzən mənə qarşı haqsızlıqlar edirdi. Bu haqsızlıqlar qarşısında bəzən ürəyimdən küt ağrılar baş qaldırırdı. Yadımdadır, yaxın bir qohumum mənə qarşı bir haqsızlıq etdi. Mən bunu açıb-ağarda bilmirdim. Ürəyimə salmışdım. Açıb-ağartmalı deyildi. Qohumum cavan olduğu üçün bunları başa düşmürdü.
Bir gün Bakıdan gələn ailəmi səhər-səhər dəmiryol vağzalında qarşılayıb evə gətirdim. Axşama kimi, başım işə-gücə qarışdığı üçün axşam evdə onların gəlişini qeyd etmək üçün dost-tanış da bizə yığışmışdı. Onlar gedəndən sonra yoldaşım məndən buradakı vəziyyət özüm haqda soruşmağa başladı. Mən yaşav-yavaş söhbət edirdim. Qohumumun haqsızlığı haqqında ötəri danışmaq istəyirdim. Yoldaşım isə təkid edirdi ki, hər şeyi ona açıqlığı ilə bildirim (bu adam onun ən əziz qohumu idi).
Daxildə bir qəhər, mən bu əhvalatı danışarkən özümü adi qaydada saxlamaq istəyirdim. Gücüm çatmadı. Köksümdən qalxan bir ağrı məni huşumu itirməyə məcbur etdi. Sonra nə olub xəbərim yox. Təsəvvür edin, uzun ayrılıqdan sonra ailəm evə qayıdır. Veş-vüşlərini yerbəyer etməmiş mənim başıma belə bir iş gəlir. gözümü açanda özümü şəhər xəstəxanasında, kordiologiya şöbəsində gördüm. Ürək problemlərim ortaya çıxmışdı.
İki həftə xəstəxanada müalicə olunduqdan sonra yenidən artıq maraqlı olmayan şəhər həyatına qayıtdım. Həyatımda baş verən bu dəyişikliklər məni bu şəhərdən uzaqlaşmağa sövq edirdi. Hiss edirdim ki, hər şey mənə yabançı görünür. Hiss edirdim ki, mən artıq bu şəhərdə qala bilmirəm. Ailədə belə məsləhətə gəldik ki, bu ili bir təhər başa vuraq və doğma elimizə-obamıza qayıdaq. Sentyabr ayında ailəm Bakıya qayıtdı. Onu da qeyd edim ki, indi özümə ikiotaqlı bir ev ala bilmişdim.
Yeni ili Moskva şəhərində sonuncu dəfə qeyd etdim. Heç bir şənliklərdə iştirak etmək həvəsində deyildim. Daxilimdə bir hiss məni doğma Azərbaycana qayıtmağa sövq edirdi.
Bir həftə sonra axşam evdə tək-tənha oturmuşdum. Nəsə çox narahat idim. Bir yerdə qərar tuta bilmirdim. Hiss edirdim ki, nəfəsim çatmır, boğuluram. Təcili yardım stansiyasına zəng etdim, qapını da açıq qoydum. Sonra nələr baş verib xəbərim olmayıb. Yenidən xəstəzana həyatı, yenidən iynə-dərman qoxusu. Yenidən çarpayı üstünə uzanıb, bədbin fikirlər içərisində çabalamaq.
Artıq hər şey məni sıxırdı. Mən xəstəxanadan çıxan kimi heç bir şey fikirləşmədən, işlərimi qaydaya qoymayan Bakı şəhərinə yollandım.
14 illik Moskva həyatımda baş verən hadisələrə, məni illərin qucağında sıxan əzab-əziyyətlərə, mənə qarşı olunan haqsızlıqlara həmin gün bir dəfəlik son qoydum. İki gün keçmədi ki, Bakı şəhərində yaşadığım evdə yenə həmin hallar baş verdi. Hava çatışmamazlığı, boğulma mənim yenidən uzunmüddətli müalicə olunmağıma səbəb oldu. Həmişə mənə sadiq olan ailəm gecə-gündüz mənim yatağımdan kənar olmadılar. Mənim bütün əzab-əziyyətlərimə dözdülər.
Hətta bir gecə halım daha da pisləşdi. Özüm hiss edirdim ki, deyəsən bu artıq mənim ömrümün son günləridir.
Evdə böyük canlanma var idi. Bir qohumumun toyuna hazırlaşırdıq. Özümü narahat hiss etdim. O biri otağa keçdim. Sakitcə yatağa uzandım. Xəyalımdan nələr keçmədi. Gözlərim qarşısında ora-bura qaçışan ailə üzvlərimi, qohumlarımın sıluetini görürdüm. Bunlar yuxu kimi gəlirdi. O, dünyanın şirinliyi elə bil məni öz ağuşuna sıxmaq istəyirdi.
Bu halın nə qədər davam etdiyinə varmadım. Bircə onu bilirdim ki, O, dünyanın sirli aləmi məni qəbul etmədi. Bəlkə cavanlığıma görə, bəlkə ailəmə görə, bəlkə hələ çox şeylər yaratmaq eşqimə görə məni o aləmdən uzaqlaşdırdı. Gözlərimi açarkən otağın, koridorun yaxınlarımla dolu olduqlarını, ağladıqlarını gördüm. Başımın üstündə ağ xalatlı həkimin sifətində tər damcıları görünürdü…
Mənə bəlli oldu ki, mən klinik ölüm keçirmişəm. Hansısa bir möcüzə nəticəsində bu klinik ölüm halından çıxmışam.
O müdhiş gecədən sonra, qulağıma hansısa röyallardan gələn qəribə səslər məni yenidən həyatın keşməkeşlərində yaşamağa və mübarizə aparmağa ruhlandırdı…
Hiss edirdim ki, vücuduma hakim kəsilmiş bədbinlik xofunu qovub nikbinlik altında həyata yeni doğulmuş insan kimi yaşamağa atıldım. Bakı mühitinə uyğunlaşa bilmirdim. Tez-tez doğma kəndim olan Şərəfxanlı kəndinə gedər, anamın, doğmalarımın məzarlarını ziyarət edərdim. Kənddə nə qədər çox qaldıqca ona daha sıx bağlanırdım.
Artıq mənim gördüyüm kənddən əsər-əlamət qalmamışdı. Tamam dəyişmişdi mənim ulu kəndim. Evlər hamısı ağ daşdan tikilmiş, küçələr, yollar abadlaşmışdı. İnsanlar da öz gün-güzarınını yaxşılaşdırmışdı. Mənim abad, gözəl kəndim sanki gündən günə çiçəklənirdi.
Müəllim işləmək istəmirdim. Artıq xeyli müddət idi məktəbdən, uşaqlardan aralı düşmüşdüm. Artıq təhsil sistemi də dəyişmişdi. Rus dilinin tədrisi dayandırılmışdı. Mətbuatda televiziyada işləyən köhnə dostlarımın, həmkarlarımın izinə düşmək istədim. Soraqladım. Bir müddət müxtəlif firmalarda vaxtımı itirdim. Bütün bunlar mənlik deyildi. Bir dəfə bir firmada kağız-kuğuzla məşğul olarkən 1975-ci ildən tanıdığım, sonralar Dövlət televiziyasında uzun müddət işləyən bir dostumun telefonunu tapdım.
Bəxtiyar Qaracanı 1975-ci ildən tanıyırdım. Bizim tanışlığımız universitetin yataqxanasından başlamışdı. O vaxt Bəxtiyar orta məktəbi qurtarıb sənədlərini universitetə vermişdi. Mən də hərbi xidməti başa vurub universitetə sənəd vermişdim. Qonşu otaqlarda qalırdıq. Bəxtiyarın böyük qardaşı Məmmədlə bizim dostluğumuz tutdu. Gözəl, məlahətli, yanıqlı səsi var idi Məmmədin. Hər axşam universitetin yataqxanasına qayıdarkən onun məlahətli səsi yataqxanada qəbula gələnləri bu səsə qulaq asmağa məcbur edirdi. Bu səs ilahi bir səs idi.
O il mən müsabiqədən keçə bilmədim. Bəxtiyar isə universitetin filologiya fakültəsinə qəbul olundu. Çox savadlı uşaq idi.
Sonralar onun Lomonosov adına Moskva Dövlət Universitetinə təhsilini davam etdirmək üçün göndərildiyini eşitdim. Azərbaycan Dövlət Televiziyasında işləyən vaxt tez-tez görüşürdük. Onun rəhbərlik etdiyi televiziyanın "Gənclik" proqramında tez-tez çıxış da etmişdim.
1994-cü ildən mən Moskvada yaşadığım üçün bir dəfə də görüşməmişdik. Mən yenidən həyatımda mənim üçün əziz olan be televiziya kanallarının birində öz işimi davam etdirmək istəyirdim. Bəxtiyar müəllimə zəng etdim. Mənim zəngimə çox sevindi. Uzun illərin ayrılığından sonra bu zəng onun üçün də çox gözlənilməz oldu.
Biz görüşdük. Ötənlərdən-keçənlərdən xeyli söhbət etdik. Xatirələr qoynunda o illəri bir-bir addımladıq. Bəxtiyar müəllim məni təzəcə yaratdığı "SİEN" prodakşına dəvət etdi. Mənim həyatımda yeni ömür səhifəsi açıldı. Yenidən televiziya məkanına qayıtdım. Kollektiv elə də böyük deyildi. Tanıdığım Rüstəm müəllimlə və Kəmalə xanımla tanış oldum. Onlarla birlikdə işləməyə başladım.
Bəxtiyar müəllim çox humanist bir insandır. İş yerində çox tələbkar, hazırlanan verlişlərə qarşı çox ciddi idi. İşçilərlə çox səmimi davranar, amma rəsmiyyəti əldən verməzdi. Çox sadə, başqalarından fərqlənən həyat tərzi var idi. Təmtəraqlı məclislər, şənliklər onun təbiətinə yad idi. İnsanlara münasibəti başqa yönümdə idi. O, həmişə istərdi ki, kim çətinliyə düşərsə ona kömək əlini uzatsın, ona yardım etsin. Respublikada tanınmış, xalqın sevdiyi televiziya işçilərindən biri idi. Onun bəzən kövrək, həzin duyğulu şerləri artıq özünə xeyli sayda oxucu, tamaşaçı ordusu toplaya bilmişdi.
Kəmalə xanımın təbiəti tamam bam-başqa idi. İlk gündən onun mehribançılığı, səmimiliyi və şuxluğu diqqətimi cəlb etdi. O bir müddət Moskvada yaşamışdı. Rusiya mühiti onun xarakterində özünü göstərirdi.
O, həmişə danışarkən danışanı axıra qədər səbrlə dinlər və sonda mütləq ya bir atmaca, nəsə bir söz deyərdi. Onun asta-asta, çox mənalı, məzəli ssenarisinin təsirindən heç kəs çıxa bilmirdi. Çox həlim xasiyyəti var idi. Bəzən elə danışardı ki, tanımayan onun quru, adamayovuşmaz olduğunu anlardı. Əksinə, onun çox təmiz və saf qəlbi var. Deyib-gülmək, musiqili məclislər onun sevdiyi ən gözəl xüsusiyyətlərindən biri idi. Gözəl televiziya aparıcısı idi. Efirdə tamam başqa adam olurdu. Amma həyatda, insanlar arasında çox sadə, mehriban bir xanım idi. Ən çox Rüstəmə sataşardı. Rüstəm şəhərdə böyüdüyü üçün o, bəzi rayon adətlərindən xəbərsiz idi. Kəmalə xanım isə özünün duzlu, tikanlı atmacaları ilə Rüstəmi sancmaqdan çəkinməzdi.
Kəmalə xanım həm də çox təəssübkeş idi. Həmişə bizim qayğımııza qalar, biz bəzən bir çətinliyə düşüb arada çabalayanda o, şux tərzdə bizi bütün bunlardan uzaqlaşdırardı. Rüstəm isə… Rüstəm tamam başqa aləm idi. O, şəhər uşağı olduğu üçün, hər şeyə çox incə yanaşar, öz hərəkəti, duruşu, danışığı ilə başqalarından fərqlənərdi. Öz zövqü ilə, öz baxışı ilə baş verənlərə münasibətlərini bildirərdi. Çox sadəlövf idi. Hər şeyi fərqinə varmadan özü bildiyi kimi qəbul edirdi. Xasiyyətcə çox həlim idi. Saf, təmiz qəlbi var idi. Biz hamımız onun xətrini çox istəyirdik.
Rüstəm indi Azərbaycan Basketbol federasiyasının vitse-prezidentidir. Tez-tez bizim yanımıza gəlir və biz keçən günlərin təsiri altında yaşayırıq. Bax, beləcə üç ildir ki, mənim ömrüm belə keçir. Tez-tez rayonlarda olur, müxtəlif çəkilişlər edirik. Demək olar ki, Azərbaycanımın torpağını qarış-qarış gəzmişik. Mən bir balaca imkan olan kimi öz rayonuma - Ağcabədiyə üz tutur, onun insanları haqda müxtəlif səpkili verlişlər hazırlayıram. Hər dəfə doğma torpağa qədəm qoyanda fərəhlənirəm. Yurdumun bu cür çiçəklənməsi, az zamanda belə inkişaf zirvəsinə çatması qəlbimi riqqətə gətirir.
Mənim əzizlərim! Mən Şərəfxanlı kəndində dünyaya göz açan uşaqlığından keşməkeşli həyat keçirən, sonralar müəyyən səbəblərdən öz yurdundan uzun müddət uzaq düşən, lakin öz varlığı ilə öz yurduna, doğulduğu kəndinə bağlanan bir insanın taleyini sizlərə tanıtmaq istəyim nə qədər buna nail oldum, bunu siz özünüz müəyyən edin.
Xalqına, vətəninə, yurduna, elinə, obasına, öz doğulduğu kəndin insanlarına bağlı insanlar həyatda müqəddəs olurlar. Bu insanda müqəddəslik zirvəsini fəth edib hər an yurdu üçün düşünür, ruhən hər an öz yurdundadır. Qarış-qarış o yurdu gəzir.
Bu yurd müdrik ağsaqqalların, ağbirçəklərin kökü üstə qurulub. Bu müdriklik indi də bu kəndin başı üzərində fırlanır. Yeni doğulan övladların onların yolunu davam etdirməsinə çağırır.
Zaman dəyişir, illər öz atını çapır. Bu yurdda doğulanların çoxları bu urdu atıb getmişdisə də, yad şəhərlərdə günlərini bayağı keçirib, bu kəndi unutmuşlarsa da, kəndin xeyir-şərindən uzaq düşmüşsə də bu kənd yaşayır. Bu kənd gözəlləşir. Dədə-babaların öyüdü, baxışı bu kəndin üzərindədir. Bu kənd mənim kəndimdir.
Bu kənd Şərəfxanlıdır, Şərəfxanlı kənd adıdır. Mən bu kənddə doğulmuşam.
***

Əzizlərim! Mən bu kitabda çalışdım ki, bir insan kimi bu kənddə doğulan, boya-başa çatan, acılı-şirinli günlər keçirən, bu kəndə bütün vücudu ilə bağlanan bir övlad kimi bu kəndə olan hisslərimi, məhəbbətimi sizlərə çatdırıram.
Böyük rus yazıçısı Dostoyevski demişdir: "insan torpaqdan yaranır, bu torpağa gömülür".
Bu kəndin tarixi çox qədimlərə gedib çıxır. Bu kəndi yaşadır. Qoynunda doğulan hər kəs bu kəndi özünə doğma bilir, onu sevir, əzizləyir.
Ulu babalarımızdan, ağbirçək nənələrimizdən bu kəndə nə miras qalıbsa o müqəddəsdir, o ülvidir. Bu müqəddslik əsrlərin, illərin süzgəcindən damla-damla qəlblərə hopub, qəlbləri isindirir. Gələcəyə, nurlu sabaha açılan işıqlı pəncərəyə şəfəq saçır - şəfəqləndirir.
- Əyilməyib, alçalmayıb, düşmənə bac verməyib bu kənd. Əsrlərdən bəri igidlik simvoluna çevrilib. Ərənləri ilə öyünüb, fəxarət duyub. "İgidi olan el basılmaz" deyib babalar.
Hər dəfə bu kənddə olarkən xəyal məni 40-50 il keçmişə aparır. Xəyallarımda səhər tezdən durub bir qarnı ac, bir qarnı tox gecə-gündüz əlləşən insanları görürəm. Zülmət gecələrdə asılı çıraq işığında səhəri iri gözlü açan insanları xatırlayıram. Çantasına bir parça quru çörək, bir az da şor qoyub bütün günü qoyun-quzu arxasında olan məsum uşaqlar gözlərim önünə gəlir. Bu günlə müqayisə edirəm.…
Bu gün mənim ulu kəndim, gözəlliklər məskənidir. Bu gün mənim kəndim çıl-çıraqlarla zülmət gecələrdə bərq vurur. Sayrışan ulduzları xatırladır. Səhər tezdən əllərində məktəb çantası, gözəl məktəbli formasında məktəbə tələsən məsum uşaqlar sanki çiçək açırlar. İşıqlı sinif otaqları, hər cür təmin olunmuş məktəb inkişafdan xəbər verir. Bir ziyalıya, oxumuşa həsrət qalan kəndim indii elə 33 ali təhsilli müəllimi ilə fəxr edir. kəndin havasını udan, suyunu içən onlarla övladı dünyanın hər yerində çalışır, öz işi, əməli ilə kəndin başını uca edir.
Nədən danışım, nədən yazım. Bunlar hamısı həqiqətdir. Bunlar hamısı bu balaca kəndin tarixinə əbədi həkk olunub.
Yaman kövrək-kövrək boylanırsan Ağdama sarı. Qəlbinə bir kədər hopub. Bu kədər sənə yaxın olan, səninlə nəfəs alan Qarabağın, Ağdamın köksünün yaralı olmasıdır. Başını dik tut, doğma kəndim. Gün gələcək bu torpaqlar yağı düşməndən azad olacaq və…. Və sən qollarını daha geniş açacaqsan. Doğmalarına, müqəddəslərinə qovuşmaq üçün....
Torpaq eşqi
Bələnib çiçəklə bu ana yurdum,
Güllərin ətrinə bələnib, batıb.
Şahinim veribdi ürək odunu,
Doğma Ağcabədim murada çatıb.
Yurdum bütünübdü ala, yaşıla
Göz-könül oxşayır hər küçə, hər yol.
Çiçəklər ətriylə girib yarışa,
Burda can qoyubdur, yursevər oğul!
Ürəyim haylayır ilham atını,
Sinəmdə arzular gülür, çağlayır.
Yurd oğlu yaradıb belə büsatı,
Gözəllik adamı yoldan saxlayır.
Bu yerlər gül açıb sənin əlinlə,
Sərvlər səki boyu cərgələnibdir.
Bu yerlər dəyişdi əməllərinlə,
Güllər səki-səki sərgilənibdir!
Necə də yaraşır çiçək dilliylə,
Torpaq başdan-başa gülüstan olur…
Çiçəklər oxuyur, çiçək diliylə,
İnsanın əməli bir daşdan olur!
Təmkimli oğuldu, nurlu simalı,
Yurda pay veribdi, ömürün anından.
Qurub-yaratmaqda Şahin amalı,
Yeridir söz açım qəhrəmanımdan!

Bu yurda, be elə ürək veribdi,
İnsana gəl deyir, görülən işlər.
Neçə imkansıza çörək veribdi,
Bir dərdli görənndə, könül varından.
Dəyişib görkəmi bu ulu yerin,
Eloğlum qoyubdu gözəl təməli.
Deməyib bir durum, bir nəfəs dərim,
Üzünü ağardıb işi, əməli…
Bir müddət bu eldən ayrı olanlar,
Bura qayıdanda heyrət edərlər.
Görüb gözəlliyi, gözləri dolar,
Qayıdıb gedəndə razı gedərlər…
Qurub-yaratdıqca rayon rəhbəri,
SEvinir, şadlanır hər duyan ürək.
Möcüzə yaradıb gələndən bəri,
Qələmim doğrunu söyləsin gərək.
Ağcabədi adlı məkan dəyişib,
Oxucum dinləsin qəlbdən keçəni.
Çəkilib qəlblərdən küskünlük çəni,
Gözəllik haylayır gəlib-keçəni!
Övladı yurduna sahib çıxanda,
Torpağı sevinər, torpağı gülər.
Çiçəklər boylanıb yola baxanda,
Şərqilər oxuyar nəğməli dillər.
Quşlar da sevinclə ağaca qonur,
Quşalar quş dilində "sağ ol" söyləyir.
Bu yerlər necə də dəyişib donun,
Yurdsevər yurdunu cənnət eləyib!
Torpaqdan alıbdı gücü, qüvvəti,
Könül istəyini bu yerdə verib.
Sözündə bütövdü, sözündə qəti,
Qəlbinin eşqini torpağa verib.
Rəhbərin gəlişi bu bir bayram olub,
Bu vətən torpağı könül açandır.
Bir bina ucaldıb, kövrəlib, dolub,
Övladın gözəlmiş... Eh gör, haçandır?!
Rəhbərin yolunu inamla gedir,
Gördüyü işlərlə üzü ağ olub.
Vətənə xidmətim borcumdur deyir,
Təltifdən, tərifdən çox uzaq olub...
Könlünün ağrısı vətən dərdidi,
Torpağı düşünüb, torpağı anır.
Bu ana yurdumun oğul-mərdidi.-
Gedən torpaq üçün alışıb, yanır!
Dərib nəfəsini bir az toxtayar,
Kimsənin haqqını heç vədə kəsməz.
Ömrünü -gününü elə paylayar,
Ömrünü xəcləyər... Əvəz istəməz!
... Arzular dindirib, köklər könlünü,
Nə yaxşı yaratdım, bir büsat deyir.
Əliylə bəzəyir vətən mülkünü,
Ürəyinin səsi, qur, - yarat,- deyir!
... Üzeyir yurdunun nəğmə çələngi,
Neçə ürəklərdə yuva qurubdu.
Yaqub səsinin sehri, ahənngi,
Nəğmələr içində öndə durubdur.
Mütəllim oxuyar... uçunar yarpaq,
Sözümüz yol gəlir pir Fizulidən.
Zülfünü dünyaya gətirən torpaq,
Bir İsi, Elburus doğdu təzədən!
Vətən sevgisiylə alışdı Vasif,
Könlünün gözündə torpağın yası.
Sənətin diliylə danışdı Vasif,
Səsləndi "Qarabağ üverturası"!
Bu yerlər, bu ellər sənət məbədi,
Hər daşın altında bir sehr yatır.
Bu yurdun sənəti, eşqi əbədi,-
Tanrıya yol alır, atnrıya çatır!
 
Gözlərin şimşəyi gözümdə çaxar
Qəlbim sarı simin ağrılar axır,
Könlümün nəğməsi dilimə axır,
Könül, susma! Hayla, ilhamı çağır!
Fizuli göz açıb dünyaya burda,
Dahilər məskəni bu yurd bu torpaq.
Hər biri şöhrətdi torpağa, yurda,
Bu torpaq münbitdi,- dahi doğacaq!
Üzeyir nəğməsi oxunar, dinər
Üzüyir sənəti əbədi yaşar!
Üzeyir bəstəsi qəlblər fəth edər,
Doğulan övladlar Koroğlulaşar!

Səslənər "Qarabağ üverturası".
Vasif bəstəsində mübarizə var.
Çəkilər gözlərdən millətin yası,
Qalxarlar ayağa, igid oğullar!
Yaqub bir zirvədi muğamımızda,
Səslə möhürləri mənsuriyyəni.
Bir "titanik"da səs ümmanımızda,
Eşit, dinlə ... Səndən eyləyər səni!
Elburus bu yurdun bir alim oğlu,
Şair-filosofdu, aləmə bəlli.
Burda zaman-zaman dahi doğulur,
Elbrusum bunu sübüt eylədi.
... Bu yurd çiçək-çikək naxlşlanıbdı,
Üzə gülümsəyir, hər cığır, hər iz.
Bu yerdə istedad alqışlanıbdı,
Burda qiymətlidi hər mənalı söz... Cavanı, qocası, sakit, mehriban,
Bu yeydə insanlar ürək kimidir,
Burda hər kəlmənə deyərlər "Can, can!"
Bu yerdə insanlar çiçək kimidi...

Danışıb dinərlər: -"qadan alıma"
Nəsə umsalar da dildə deməzlər.
Yüz kədər yaşadıb sinələr altda,
Kimisə qəminən yükləməzlər...
Oxucum! Bu yerə sal güzaranını,
Bu yerin övladı söz-söhbətlidir.
Gərəksə verərlər ürək qanını,
Bu yerin insanı saxavətlidir!
Bu yurd məbədidir şerin, sənətin,
Bayatıyla dinər burda nənələr.
Körpə də anlayar sözün qiymətin,
Segah avazlıdı, burda nəvələr!
Bu yerdən başlayır Haramı düzü,
Tarixləşənm bu yurd qala-təpədi.
Neçə yol siyrilib torpağın üzü,
Burda qışlayıbdı....Teymur əfəndi.
Bu yerin tarisi qədimdən-qədim,
Bir zaman bu yerlər ağ duzlaq olub.
Bu yerin tarixi keçmişə gedir,
Neçə sınaq görüb, üzü ağ olub!
Üst yanda Xocavənd oğuz elidi,
Bir tərəf Beyləqan, bir yan Bərdədi.
Qarqar tək çayı var, həm ağ Göllüdü
Bu yeri zəbt etmək yağı dərdidi.
Bu yerə acgözlər tamah salıbdı,
Kaş bu yerlər mənim ola deyibdi.
Ərənlər əlinə qılınc alıbdı,
Göz dikənlər gözsüz qalar deyibdi!
Babalar saxlayıb əmanət kimi,
Nəsildən-nəsilə qorunu bu yer.
Bu yurd çox görsə də xəyanət, kini,-
Tanrının əliylə barınıb bu yer!
İki min əvvəlki, Hünan qalası,
Tarix kitabında qüdrət rəmzidir.
Bu gənc Ağcabədi,- Hünər balası,-
İndiki nəslimin təzə rəsmidir.
Gəncədən, Bərdədən, gəlib keçənlər,
Ticarət yolu tək burdan keçiblər.
Gəncədən təbrizə karvan çəkənlər,
Burda çörək kəsib. Şərab içiblər.
Bu yolun üstündə ərən qalamız,
Qarşılayıb gedən yük karvanını.
Nədən viran qalıb, görən qalmız?
Tarixin övladı,- qalamız hanı?
Övladlar dərs alar öz babasından,
Üzlərə güləcək açılan sabah.
İnsanlıq var olub türk obasından ,
Tarixi vərəqlə... ötən günə bax!
Ərəblər yazıyla təsdiqləyibdir,
Bu yurdun ən qədim yur olduğunu.
Bu yurda nə qədər zərbə dəyibdir?
Türküm sübut edib qurd olduğunu!
Epiloq əvəzi
Qorqudun yurdudu, bu aran yeri,
Bu yyerdə bablar şmür sürüb.
Bu yerlər tanrının qorunan yeri,
Tanrı bərəkətin əsirgəməyib.
Tarix kitabıdı yaşayan qala,
Zamanın möhürü Boyat qalası.
Hər incə mətləbi bayatı olan,
Ata öyüdürdü, ana laylası!
Zamanın sınağı ötüb keçibdi,
Bu torpaq min ildi yaşayır, durur.
Bu yerin insanı ağrı içibdi,
Üzündə təbəssüm, alnında qürür!
Baba yadıgarı hər qaya, hər daş,
Qalalar bu yerin səngər daşıdı.
Boylandım dünənə... Gözlərimdə yaş,
-Var olan hər qalam, dünya yaşıdı!
Xəyalım yol aldı, min il geriyə,
Xoşdur, burda ötən duyğulu anım....
Bu yurdun daşıyam... Gəzən, yeriyən,
Bu yurd parçasıdı, Azərbaycanın!!!
Hünər qalası - Ərəb müəlliflərii Əl Kufi və Əl Təxrinin kitabalarını rus dilinə çevirən bəzi müəlliflər "hünər qalası" kimi göstərib, tarixi gerçəkliyi saxtalaşdırmaqla, eramızın 1-ci minilliyinin ilk əsrlərində bu yerdə ( indiki Ağcabədi ərazisi) - yad etnosların olduğunu məqsədini güdüblər.
Torpaq eşqi
(poema)
II Hissə
İtirib on ili qəfil ayıldım
Yurduma qayıtmıq bir qələt imiş.
Mən axır ki bir mətləbi qandım
Ağcəbədi başqa planent imiş.
(Bir Ağcəbədi yazarının dilindən)
Nədir ürəyini üzən duyğular
Qəlbindən keçənlər bumu eloğlum
Torpaq şöhrətiylə şanla tanınar
Bu yurdun oğlusan qurbanının olum
Bu yurdun tarixi qədimdən qədim
Bu yurda at nalı Haray salıbdır.
Bu yurdun tarixin niyə bilmədin
Bu yurdda ərənlər zəfər çalıbdır.
Dədə Qorqud boyu dolanar burda
Qopuzla ozanlar yaddaşda qalıb.
Kimlər gəlməyibdi ulu bu yurda
Bu yurd saflığını günəşdən alıb.
Babalar qəlyanın köpükləyərək
Kişilik rəmzinə örnək olublar
Qız gəlin saçını hörykəyərək
İsməti nəmusu burdan alıbdır.

Bu yurdun tarixi qanla yozulub
İgidlər canından keçib bu yurdda.
Yağıların külü göyə sovrulub
Məşələ çevrilib közərən odda.
Analar yetirib möhtəşəm, uca,
İsməti, namusu, şərəfimizdir.
Pillə- pillə qalxıb möhtəşəm Taca
Bu yurd- bizim yurddu vətənimizdi.
Boyat eli
Hardan gəlirsən, qoca
Boyat elindən
Hara gedirsən, qoca
Boyat elinə.
(“Dədə Qorqud” dastanından)
Əsrlərin süzgəcindən
Qətlə-qətlə süzülmüsən
Yağı düşmən tapdağında
Əzilmisən üzülmüsən.
Yaddaşlarında Qaynağında
Muncuq kimi düzülmüsən
Boyat eli.
Damla-damla yaş tökürsən
Dədə Qorqud micrabında
Əyilməyin yıxılmayın
Çərxi Fələk əzabında
Boy atmısan böyümüsən
Əsrlərin qaynağında
Boyat eli.
Şəbu-hicran naləsilə
Yandırmısan yaxmısan
Füzulinn dünyasından
Bu cahana baxmısan.
Ürəkləri fəth etmisən
Ürəklərə axmısan
Boyat eli.
Uluların izi vardır
Torpağında daşında.
Qarabağı yaratmısan
Üzüyünün qaşında.
Türk dunyasın yaşatmısan
Ürəyinin başında
Boyat eli.
Müqəddəsdir hər qarışın
Pirə dönüb ocağın
Mərd igidlər beşiyidir
Sənin isti qucağın
Ürəklərə ruh gətirir
Rövnəqlənən bucağın
Boyat eli
Qoca şərqin qapısından
Boylanırsan sabaha
Zaman-zaman yad olmusan
Sən kədərə, sən aha
Cənnət olsun hər bucağın
Üz tuturam Allaha
Boyat eli.

Şərəfxanlıyam
Eldən uzaq olsam da mən, özümü sanammadan
Yad ellərdə alovlanıb, şölələnib yanmaram.
Əcdadımın soy kökünü, nəyim varsa danmaram,
El içində vətən oğlu, özüm torpaqcanlıyam,
Ünvanımı sorursansa, bil ki, Şərəfxanlıyam.
Bu torpaqda ayaq açıb, büdrəmişəm, durmuşam,
Bu torpaqda qurşaq tutub yerə kürək vurmuşam,
Bu torpaqda bir gözəllə xoşbəxt həyat qurmuşam,
Onun üçün başım uca, özüm şərəf-şanlıyam,
Ünvanımı soruşsan, bil ki, Şərəfxanlıyam.
Qonaq gəlsən bu torpağa dostlar sənə əl verər
Qızlar səni qarşılayar, dəstə-dəstə gül verər
Qocası da, cavanı da ürəyini bil verər
Başın uca el içində vallah adlı sanlıyam.
Ünvanımı sorursansa, bil ki, Şərəfxanlıyam
Qurban olum bu torpağın oylağına, daşına,
Qurban olum torpağımın üzükdə bu qaşına,
Qoy toplasın övladların, cəm eləsin başına,
Millətimi sorursansa, azərbaycanlıyam,
Ünvanımı sorursansa, bil ki, Şərəfxanlıyam.

Ağcabədi torpağında
Uzaq - uzaq eldən gələr,
Hünərinin xoş sədası,
Igidlərin rişəsindən,
Yoğurmuşdur öz mayasın,
Ağcabədi torpağında.
Gülüstandır çölü-düzü,
Nurla qarşılar gündüzü,
Gözəl-göyçək oğlu-qızı,
Ağcabədi torpağında.
Şəbi-hicran naləsi var,
Füzulinin haqq səsi var,
Ulu qopuz nəğməsi var,
Ağcabədi torpağında.
Çiçək açıb yurdum-yerim,
Muğam üstə inlər şeirim!
Göz açıbdır Üzeyirim,
Ağcabədi torpağında.
Zülfüsü var, Yaqubu var,
Muğam süzər qatar-qatar.
Boy atıbdır mərd oğullar,
Ağcabədi torpağında.
Mayasıdır Qarabağın
Aynasıdır Qarabağın
Duası var Qarabağın
Ağcabədi torpağında.
Nə dağı var, qayası var
Oğlu-qızı şən, bəxtiyar.
Qismət olub xoş arzular,
Ağcəbədi torpağında.
Qələminə qüvvət şair
Vəsf edirsən bu diyarı
Gündən-günə çiçək açır,
Ərsə çatır arzuların,
Ağcabədi torpağında.
Ağcabədim
Yaman tez qırıldı qolum, qanadım,
Meydanda tək qaldım, ay Ağcabədim
Hamıdan çox dadıb kədərin dadın,
Sən şəkərdin, baldın, ay Ağcabədim.
Sağ qolun Ağdamdı güllü-çiçəkli,
Sol qolum Füzuli qartal üprəkli,
Kəlbəcər, Laçınım duzlu-çörəkli,
Elə arxa oldun ay Ağcabədin.
Niyə eşitmirik Yaqubun səsin,
Segahda, zəburda onun naləsin,
Qəlbində iz salıb bil ki, hər kəsin,
Qəlbində tez soldun ay Ağcabədin.
Bəzən boylanırsan Ağdama sarı,
Bağlanıb səninçün onun yolları,
Niyə kəsilibdir vuran qolların,
Axı vuran qoldun, ay Abcabədin.
Yaman tez qırıldı qolum qanadın,
Meydanda tək qaldın, ay Abcabədim,
Hamıdan çox dadıb kədərin dadın,
Cən şəkərdin, baldın, ay Ağcabədim.
***
Taleyin hökmünə boyun əyərək,
15 il vətəndən uzağa düşdün,
Həsrət əbasını məndə geyəçrək,
Həsrət ocağında qovrulub-bişdim.
Açdın qollarını vətənə sarı,
Qolların havada asılı qaldı.
Bağlandı mənimçun vətən yolları,
Məni vətənimdən uzağa saldı.
Mən nələr görmədim, nələr duymadım
Ürək pöhrələnib oda bələndi.
Olduğum o yeri vətən saymadım,
Təkcə Ağcabədi mənə vətəndi.
Dolandım hər yanı, gəzdim hər yanı
Ömürdən illəri mən bada verdim
Hər an uca tutub Azərbaycanı,
Tək onu müqəddəs bir məkan gördüm.
Taleyin əzabkeş məngənəsindən
Qurtuldun üz tutdun doğma elimə
Həsrətin ən ağır əsarətindən
Mən salam gətirdim açan gülümə.
On beş il ayrılıq, on beş il zillət
Bir anda qəlbimdən yox olub getdi.
Qəlbimi sarsıdan o ağır həsrət
Vətən torpağında tez sona getdi.
Doğma Ağcabədim, qarşıla məni,
Hər qarış torpağın mənə əzizdi.
Unuda bilmərəm dilbər guşəni,
Nəfəsin özüntək safdı, təmizdi.
Bir xışma torpağı alıb ovcuma,
Qoxladım-qoxladım doyana qədər,
Mən həsrətlə baxdım uca tacıma,
Başımı köksünə qoyana qədər.
Nə yaman dəyişib bu yurdum mənim
Gül-gülü çağırır, çiçək-çiçəyi.
Gülşənə dönübdür o boz çəmənim
Burda şeh qoxuyur hər gül ləçəyi.
Yollar qırağında səki boyunca,
Düzülən güllərin qoxusuna bax.
Qoxla, ay eloğlum, qoxla doyunca,
Hələ bir gül də dər, dər sinənə tax. Şüşə tək təmizdir, hər yol, hər bir iz,
Sanki şəfəq saçır, par-par parıldar.
Elə bil başqa bir aləmdəyik biz,
Xoşbəxt yaşayırlar burda insanlar.
Gecələr ulduzlar enib bu yerə,
Boyayır hər yeri öz nurlarıyla.
Ulduzlar özünün şəfəqləriylə,
Gəlir, qonaq gəlir, nur paylarıyla.
Tikilən hər bina könül oxşayır,
Muncuq tək düzülüb küçə boyunca.
Burda nə bəxtəvər insan yaşayır,
Seyr edir bunları hər an doyunca.
Gözlərdə sevinc var, ürəkdə fərəh,
Çılğın görünürlər, yurd oğulları.
Burda halallıqla yeyilən çörək,
Müqəddəs böyüdüb, yaşayanları.
Cənnət bir güşədir, mən də seyr edim,
Uyum gözəlliyin kəhkaşanında.
Qoynuna gəlmişəm, ay Ağcəbədim,
Daim olcağam sənin qoynunda.
Kimlər yaratmışdır bu cəh-cəlalı,
Kimlər ürəyinin nurunu vermış?!
Kimlər yetişdirmış bu xoş vüsalı,
Kimlər əkdiyinin barını vermış.
Az müddət ərzində belə mötəşəm,
Bir qala ucaltmaq lap möcüzədir.
Dəyişib ötən gün, dəyişib aləm,
Burda könüllər də, ruh da təzədir.
Canlanır hər yeni açılan səhər,
İnsan axınıyla çal-çağırıyla.
Gecə yuxusundan oyanan şəhər,
Şəfəqə bürünür öz novrağıyla.
Güllərin qoxusun duymamaq olmur,
Sinənə çəkdikcə fərəhlənirsən.
Belə gözəllikdən doymamaq olmur,
Güllərə sığınıb rövnəqlənirsən.
Muğam sədaları başının üstə,
Uca əcdadlardan gələn səsdi bu.
Elə bil yaş gəlir yaşının üstə,
Yurddan qaynaqlanan bir həvəsdi bu.
Açılan güllər də naz qəmzədədir,
Bülbülün cəh-cəhi könül oxşayır.
Bu bir röyamıdır, ya möcüzədir,
Burda sevinc çağlar, kükrəyər, coşar.

Bu yurdun tarixi qədimdən qədim.
Bu yurdun ağılı - kamalı gözəl.
Qoynuna gəlmişəm, ay Ağcəbədim,
Məqsədim, niyyətim, amalım gözəl.
Epiloq
Bir oğul yaşayır bu ulu yurdda,
Bir qartal oğuldur, bir qartal adda,
Adı qoşalaşıb toyda, busatda,
O, torpaq oğludur, torpaq canlıdır,
Adına sığınıb, şərəf-şanlıdır.
Qurub yaratmaqdır eşqi, həvəsi,
Torpaqdan yoğrulub təmiz nəfəsi.
Xoşbəxtlik çağrışı, sevinc müjdəsi,
Ərən tək ərəndir, igid qanlıdır,
Adına sığınıb, şərəf- şanlıdır.
Arzusu, amalı gül çiçək açır
Sevinci bu yurda nur şəfəq saçır
Qoyduğu arzunun dalınca qaçır
Ona yol göstərən ulu Tanrıdır,
Adına sığınıb, şərəf- şanlıdır.
Şahinim, Şahin tək süzər göylərdə,
Dolaşır, sədası şirin dillərdə.
Boynu bükük qalan açan güllərdə
Seyr edir, sevinclə bu məkanlıdır!
Adına sığınıb, şərəf-şanlıdır.
Şahinlik zirvəsi qurub yaratmaq,
Elə arxa olub daim boy atmaq,
Arzusu müqəddəs amala çatmaq,
O şirin röyalı xoş vüsallıdır,
Adına sığınıb, şərəf-şanlıdır.
Eloğlum, bu yurdun sabahına bax,
Bu yurda qayıtmaq bir qələt deyil.
Bir dön geri boylan, Allahına bax,
Millət yaratmırsa, o millət deyil.
Üzeyirin ruhu inciyər səndən
Yaqubun naləsi yandırar səni.
Çıx bir açıqlığa dumandan-çəndən
Vətənin xoş mehi dondurar səni.
Sən də eloğlusan, o da eloğlu,
Vətəndən küsmüsən, sənsən günahkar.
Sənin düşüncən heç onunku deyil,
Yurda can yandırsan bəxtiyar olar.
Gəl gəzək səninlə bu doğma yurdu,
Hər qarış torpağı cənnətə dönüb.
O torpaq oğludur, torpağa bağlı,
Hər bir yaradılan cənnətə dönüb.
Bir insan əliylə ucalanları,
Görməmək, bu sənin qəbahətindir.
Bəxtəvər yaşayan mərd insanları,
Tanısan bu sənin məhəbbətindir.
Yurdunun parlayan bu xoş gününü,
Yaradan insanlar bil, əbədidir.
Eşit bu torpağın toy-düyününü,
Bu yurd mənim yurdum Ağcəbədidir.
Elə dayaq olan, el üçün yanan,
Bil ki, öz xalqının mərd övladıdır.
Onu yaşadacaq ötdükcə zaman,
Bu, onun şərəfi adı-sanıdır.
A Məqsəd
(Füzuli torpağının yurdsevər oğlu
əziz dostum Məqsəd müəllimə)
Yenə yolum düşdü sizin ellərə
Özümü evimdə sandım, a Məqsəd.
Yenə nəğmə qoşdum şehli günlərə
Bir gülün eşqiylə yandım, a Məqsəd.
Mən uca zirvəli bir dağa qalxdım
Oradan boylanıb ümmana baxdım
Araza sığındım, Arazla axdım
Yurduma çatmamış, dondum, a Məqsəd.
Çəməndə, yamacda qalxdə pişvaza
Gözəllər sığındı işvəyə, naza
Hər addım səslənən incə avaza
Muğam ağuşunda qaldım, a Məqsəd.
Füzuli üşqinə səcdə elədim
Xoş arzu, xoş dilək ümid dilədim
Könlümdə hər nə var, coşdum, söylədim
Deyilən hər nə var,qandım, a Məqsəd.
Dedilər çiçəyin burda çatlasın
Bükülən düyməcik açsın partlasın
Görüm Məhərində goru çatlasın
Məhərin adını andım, a Məqsəd.
Səndə torpaq eşqi, el sevgisi var
Bülbülün avazı gül nəfəsi var
Mənim bir kimsəm yox, sən kimsəsi var
Mən bunu açmadım dandım, a Məqsəd.
Bir dünya ağrını yığıb köksünə
Baş əydin qısıldın, Tanrı hökmünə
Dərdini açmadın böylə heç kimə
Dərdini dost kimi umdum, a Məqsəd.
Zirvəyə qövr edən quşa bənzədim
Sıldırım qayaya, daşa bənzədim
Baharı unudub, qışa bənzədim
Qışın sazağında yandım, a Məqsəd.
Kəndə qədəm qoyduq ağır ürəklə
Pişvaza gəldilər, duzla çörəklə
Xoş bir məram ilə, arzu, diləklə
Bunları ehtiram sandım, a Məqsəd.
Bu yurdun köksündə hər nə var uca
Heç vaxt baş əyməyib, ağrı möhtaca
Zirvələr zirvəsi, müqəddəs tağa
Baş əydim bu idi, andım, a Məqsəd.
Horodiz bir gəlin nazı da qəzəl
Payızı sərt, qışı yazı da gözəl
Oğulu, uşağı, qızı da gözəl
Bir qızın köksünə dondum, a Məqsəd.
Bir qız boynun büküb, hey mənə baxdı
İşıq baxışları, qəlbimə axdı
Bəlkə o qız imiş bəxtimin taxtı
Atəşdən alışıb, ayndım, a Məqsəd.
Qəlbində xoş arzun, çiçək açacaq
Aləmə nur səpib,şəfəq saçacaq
Bir nəvə qolların sənə açacaq
Mən bunu hiss etdim, andım, a Məqsəd.
Deyirəm ocağın çıraqlı olsun
Xoşxasiyyət, xoş duyqu soraqlı olsun
Ruzi bərəkətli, çörəkli olsun
Bir qismət mən kəsim, dayım, a Məqsəd.

Ana harayının əks-sədası və ya
"Məhəbbət yollarında"
Mən hələ bir neçə il əvvəl şəxsiyyətinə və qələminə rəğbət bəslədiyim bir dostuma yazdığım açıq məktubumda vurğulamışdım ki, böyük yaradandan bəndələrini xəlq edib onlara ruh, can, nəfəs verdi və çəkilib öz taxtından gözüdolusu seyr etməyə başladı yaratdıqlarını. Öz yaratdıqlarına, öz əməllərinə fərəhlə, dodağının ucu ilə gülümsəyə-gülümsəyə baxan Tanrı gördü ki, nə isə çatışmır onlarda. Hər nədirsə yaratdıqları tam deyildir, kamil deyillər. Çox götür qoydan sonra bir ovuc söz səpələədi Yer üzünə. Və adamlar da götürüb bu sözləri elədilər dədə malı.
Tanrının əta etdiyi bu sözlərdən də bəhrələnib bəndələr bir-biriylə sözləşdilər, kəlmələşdilər, axır ki, dil tapdılar. Elə bu sözlərlə də analar layla çaldılar körpələrinə, sevənlər nəğmə dedilər bir-birilərinə...
Bu sözlərlə də "Bir dəm bəlayi-eşqdən qılma cüda məni"- deyə Qeys yalvardı Allahına, Ərzurumun gəldiyinə varanda bürəm-bürəm gələn qarı görən lələsinin geri qayıtmaq təklifini qulaq ardına vurdu Xan oğlu, Qabil Habilə yağı kəsildi...
Söz... Söz var şəhr -şəkərdir, baldır. Söz var zəhərdir, dərdir-azardır.
Sözün rəngdən -rəngə düşməsi, libasdan-libasa girməsi, ən lətif və incə çalarları özündə ehtiva etməsi isə, onu məqamında işlətməkdən asılıdır.
Etiraf böyüklük əlamətidir, o da ola şair etirafı, şair ömür-gün yoldaşına həsr etdiyi: "Sən mənimsən" şerindəki "etirafı" səmimidir, bəzək-düzəksizdir. İllər bir-birinin dabanlarını döyəcləyib yaş üstə yaş qalandıqca insan ona doğma və məhrəm olanların əsl qiymətinin fərqində daha yaxşı olur, xüsusən də həyat yoldaşının. Ömrünün qızıl yalmanlı qübundan geriyə boylanıb, birgə keçirtdikləri çətin, bəzən məşəqqətli, bəzən ağrı-acılı günlərə, "kirpikləri ilə od götürüb" övlad böyütdükləri illərə nəzər saldıqca, ömür-gün yoldaşı gözündə daha da böyüyüb heykəlləşir və bu zaman heç də həmişə hamar olmayan həyat yollarında ona, yeni həyat yoldaşına "yedizdirdiyi" ağrı-acılara görə peşimanlıq hissləri yaşayır və o hissləri dilə gətirib etiraf etməkdən çəkinmir insan. Bu etiraf həm də, ömürgün yoldaşının bu uzun illərdə çəkdiklərinə verilən yüksək qiymət olur. Vidadinin qeeyd edilən bu şeirindəki səmimiyyət oxucunu riqqətə gətirir, onun rəğbətinə rəvac verir.
Qarabağ dərdi, Qarabağ ağrısı sözlə bağrıbadaşlıq edən hər bir qələm adamına çox doğma və məlhəmdir. Hər bir qləm adamı o ağrılardan, o dərdlərdən bəhrələnən yaşantıları içindən keçirib, ona söz libası geyindirməyə səy götərir. Bu ağrı-acılar və onlardan bəhrələnən yaşantılat Vidadidən də yan keçməyib. Onun "Könlüm Qarabağın havasın istər" və yaxud ünlü səənətkar Rəmişə ünvanladığı " Ağdamın" şeirləri onun Qarabağ dərdlərini özündə eyiva edən yaşantılarının söz libasına bələnmiş inikasıdır. Elə buradaca qeyd edim ki, belə ağrılı-acılı şeirlərində şair sızlamır, əlacsızlıqdan maya tutmuş yaşantıların əlində köşəyini itirmiş ağca maya kimi bozlamır, əksinə bu şeirlərdə şairin içində dəli bir istək, qarşısıalınmaz bir istək dördnala çapır. Cıdır düzündən, İsa bulağından boylanıb Ağdama, Qarabağa boylanmaq, Qarbağ havası ilə ciyərdolusu nəfəs almaq ümidi.
Şuşadan boylanıb Ağdama baxsam
Bir ildırım kimi çağlayıb çaxsam,
Yağıya güc gəlib, yağını yaxsam
Ondan çağlayacaq seli Ağdama
("Ağdamın" şeiri)
Və ya
Çal aşıq, dolanım dərəni, dağı,
Gözümdə canlansın "Qırxqız" yaylağı.
Qarış-qarış gəzim mən Qarabağı,
Könlüm Qarabağın havasın istər.
Bir "Yanıq Kərəmi" havası istər . ("Könlüm Qarabağın havasın istər" şeiri)
Şairin bəzi şeirlərini mütaliyə etdikcə, oxucunun gözləri önündə əzələi türk yerlərinin xəritəsi canlanır. Şair Qırxqızın, Bayat elinin.... adlarını çəkib, "bunlar bizim əzəli yurd-yuvalarımızdır" deyə hay-haray salmır. O adları elə lətifliklə, elə incəliklə işlədir ki, oxucuda tam yəqinlik təcəlla tapır.
Nə illətdirsə Bayat eli haqqında düşünəndə gözlərim önündə zamanların yaddaşı qopuzu əlində öz müdrik görkəmiylə Dədə Qorqud və bir də öz nurani çöhrəsiylə Dədə Füzuli abidələşir. Bu dəfə də bu müdrikləri gözlərimin önündə Vidadi "Bayat eli" şeri canlandırdı:
Şəbi-hicran naləiylə
Yandırmısan yaxmısan.
Füzuli dünyasından,
Bu cahana baxmısan.
Ürəkləri fəth etmisən.
Ürəklərə axmısan
Bayat eli.
Vidadi yaradıcılığının ən böyük məziyyətlərindən biri də onun sözlə çox lətif və zərif davranmasıdır. Sözə əti, qanı ruhu olan canlı bir varlıq kimi yanaşan şair, onu oxşyır, oan tumar vurur, sığal çəkir, onun nazıyla oynayır və bu zaman şairin bu nəvazişindən vəcdə gələn söz də ona borclu qalmır, öz dünyasının prizmasından keçib işığının min çalarlı rənglərinə ayrılıb oxucu gözündə bərq vurur.
Vidadinin mövzü arealı çox genişdir. Itirilən torpaqlardan, əldən çıxarılmış yurd yerlərindən, ayaq tutub yeriyən allahsızlıqlardan, hətta öz fərdi yaşantəlarının inikası olan şeirlərində şairin kədəri-qəmi, ağrısı-acısı onun öz vücudunuun konturlarını aşıb,onun sərhədlərini keçib və bu zaman onun bu yaşantıları bəəriləşir, hətta mən deyərdim ki, kosmopolitləşir və nəhayətdə bu boz-bozaraq dnyanın özü boyda bu görüntüdə Qarabağ görünür, Əfqanıstanda tökülən qanlar qızarır, Fələstin boy verir, Çeçənistan boylanır...
Onun Qarabağ niskili şeirləri isti fətiri yapılmadığınından divarları quzulayan təndirləri, ocaq daşları qaraıan həyətləri, qarı düşmən at onatdığından talan olmuş bağça-bağları yağı tapdağı ilə torpağı, düşmən nəfəsi ilə havası murdarlanmış yurd yerləri gözlərimiz önündə canlandırır və bu zaman şairin içini ehtizaza gətirən həsrətlərin, oan rahatlıq verməyn nisgillərin ətəyində bərk-bərk yapışıb yaşantılarına söz libası geyindirib ortalığa qoymaq üçün nələr çəkdiyinin şahidi oluruq.
"Qarabağ faciəsi" poemasını oxumaq kifayətdir ki, saddladıqlarımız öz əksini tapsın.
Şeir kimlərinsə və nələrinsə xatirinə yox, içini ehtizaza, bütün vücudunu rezonansa gətirən duyğuların, məhrəm, munis hisslərin, çəlpəşək fikir və düşüncələr labirintinin qurtulmaq üçün Ariadna sapını tapa bilməmək çıxılmazlığından bəhrənən bəşəri yaşantıların inikası olanda daha könüloxşaya və səmimi olur.
Təbiət təsvirlərinə üz çevirəndə ona yan tutmada duyqularını,yaşadıqlarıni sözə çeviləndə daha səmim olur şair. Vidadinin təbiət şeriləri usdad bir sənətkarın lentə aldığı könül oxşayan bir mənzərə miniatürünün gözə sığal çəkən ayrı-ayrı kadrları təsiri yaradır:
Qalxdım qaya zirvəsinə,
Gədiklərdə izim qaldı,
Şiş qayada tonqal çatdım,
Odum sondu, közum qaldı.
Zirvələrdə suzən oldum,
Yamacları gəzən olduum.
Tər bənövşə üzən oldum,
Gülşənində gözüm qaldı.
("Qobustan xatirələri" şeiri)
Məhəbbət qələmlə az-çox aşınalığı olan kəslərini zaman-zaman üz tutduqları əbədi və əzli mövzü olub. Vidadidi də bu mövzüdən yan keçə biləyib. Təadüfi deyil ki, şair kitabını məhz "Məhəbbət yollarında" adlandırıb. Şairin məhəbbət şeirlərindəki ədəbi qəhrəmanlar öz səmimilikləri, sədaqətlikləri ilə fərqlənirlər və onalar məhəbbətə elə -belə yox, ilahi bir yaşantı kim yanaşırlar.
Vidadinin yaradıcılığında əsas məziyyətlərdən biri də, onun el ağzına, el deyimlərinə yaxşı bələd olmasıdır və öz yaradıcılığında o, el ağzından elə məharətlə istifadə edir ki, onlar dəqiqliklə yerinə düşür. Şair bəzən regional xarakterli özündə etiva edən sözlərdən elə istifadə edir ki, o söz artıq regioanallıqdan çıxıb ədəbi mahiyyət kəsb edir.
Qonşular pul yığıb yola saldılar
Cırıq bir pencəkdə şəhərə sarı.
Qarıdan başa da bilet aldılar,
Kimi var şəhərdə, yoxdu simsarı.
("Ana harayı" poeması)
Burada simmsar sözünün yerində hər hansı bir sinonim işlənsəydi şairin nəzərdə tutduğu bədii effekti vervəyəcəkdi.
Məqamı düşmükşən bu poemanın üzərində bir qədər dayanmaq istərdim.
Ana və övlad məhəbbətinin ülviyyəti müqayisəolunmazlığı və böyüklüyü haqqında çox yazılıb çox deyilib. Və Vidadi də poemada bu məhəbbəti özünəməxsus ədəbi yozomda verə bilib. Lakin məni ən çox çəkən poemanın mövzüsudur. Mənə elə gəlir ki, bu mövzü çağdaş ədəbiyyatımızda yenidir. Anasını ilahi bir məhəbbətlə sevən oğlun sonda ananın öz "arzusu" ilə qatilə çevrilməsi olduqca maraqlı və maraqlı olduğu qədər də ağrıdıcıdır.muəllif poemada biri-birinə qardaşdanda artıq məhrəm,biri digəri uçun həyatından belə keçməyə hazır olan iki dostu-Asiflə Nihadı-qarşı-qarşıya qoyur və nəhayətdə onlardan biri hakim,digəri isə muttəhim kimi çıxış edirlər.
Burada bir nuansı da qeyd etmək istərdim ki,müəllif bu poemada maraqlı bir ədəbi "biclikdən" , özünəməxsus ədəbi yanaşmadan istifadə edir. O bu qardaşların poemada cərayan edən hadislərindəki hərəklərinə, hadislərin yanaşma təmaüllərinə fərdi münasibət bildirmir. Nə onları ittiham edir vnə də tədqir edir. Yaxşı bilir ki, bu elə mübahisəli məsələdir ona müəllif münasibəti oxucular arsında fikir ayrılığına gətib çıxaracaq. Ona görə oxucuları dilemma qarşısında qoyur; qoy nəticəni hər bir oxucu özü çıxarsın. Bu cür yanaşmanı damüəllifin uğuru hesab etmək olar.
Yazını nəzərdə tutduğumuz həcmi haqqında, onda tplanmış poetik nümünələrin hər birinin məziyyətləri haqqında geniş söz demək imkanı da, inamla demək olar ki, kitab uğurlu alınıb. Mən Vidadi Tağızadənin kitabında tənqid obyekti etmək üçün nümünə axtarmaq meylinə belə düşmədim. Sonda onu vurğulamaq istərdim ki, Vidadi ruhunu lacivəd göylərin hamilə buludlarında dənizin şahə qalxmış dalğalarının sahilə çırpələb onun ayaqlarını yalayaraq səngiyib geri qayıtmasından əxs edən şairdir.
S. Abdullayev,
Yazıçı
Kimsə ana itirib...
Anama ithaf olunur
(Poema)
Kimsə ana itirib, elə ana yaşında,
Kimsə duman tək ağlar uca dağlar başında
Bu əyilməz dağların çınqılında, daşında,
Əl dəyər, əlləndirər, yel dəyər yelləndirər,
Bəlkə soyuya yaram...
Anamı xatırlaram...
Bəxtiyar Qaraca
Nə yaman görünür həyatda yerin,
Sənsiz sanki yetim qalmışam, ana.
Niyə tez tərk etdin sən məni, söylə,
Kövrək xəyallara dalmışam, ana,
Sənsiz sanki yetim qalmışam, ana.
Beşiyin başında layla çalardın,
Gecələr sübhədək gözün qırpmadan
Beşiyim başında donub qalardın,
Yorğun gözlərində açılardı dan.
Sübhdən axşamadək kətmən əlində,
Tarlada tər tökübsən yorulmazdın,
Köhnə bir şəlləkdə balan belində,
Qamətin bükülər, sən yorulmazdın.
Bizləri yatırdıb kölgə bir yerdə,
Əllərin alnında hey boylanardın,
Axşamsa sərilmiş köhnə kətildə,
Bizləri oxşayıb qanadlanardın.
Ata nəvazişin biz görməmişdik,
Tanrının hökmünə boyun əyərək,
O dadlı meyvəni biz dərməmişdik,
Beləcə qayğılı ömür sürərək.
Sənə sığınmışdıq, səni anmışdıq,
Səcdə eyləyirdik qibləgah kimi,
Həyatda yaxşı nə, bunu anmışdıq,
Ümidlə baxırdıq səcdəgah kimi.
Bəzən də çəkilib kiçik bir küncə,
Axan göz yaşına baxa bilmirdik.
Bəzən də biz səni belə görüncə,
Kədərdən, sevincdən çıxa bilmirdik.
Göz yaşın yanaqda düzülən zaman,
Sığınardıq sənə sakit, səmirsiz.
Göz yaşın yanaqdan süzülən zaman,
Biz tənha olardıq, tənha, kimsəsiz.
Zaman öz atını çapıb dördnala,
İllər ağuşunda böyütdün bizi.
Büdrədik, yıxıldıq, yetdik vüsala,
Zaman savaşında böyütdü bizi.
Çağlayan çay olduq, kükrədik, daşdıq,
Biz də gəlib çatdıq ana yaşına.
Zirvələr fəth edib, zirvələr aşdıq,
Tac olub qoyulduq onun başına,
Biz də gəlib çatdıq ana yaşına.
Uçduq bir quş kimi öz yuvamızdan,
İsti komamızdan, ocağımızdan.
Nur çələngi olan çırağımızdan,
Bəzən həsrət qaldıq çınqıl-daşına,
Biz də gəlib çatdıq ana yaşına.
Gözünün nurunu bəxş etdi bizə,
Yoxunu-varını bəxş etdi bizə,
Ana qürurunu bəxş etdi bizə,
Biz onu bənzətdik üzük qaşına,
Biz də gəlib çatdıq ana yaşına.
Sevincli günlərin görə bilmədi,
Əkdiyi meyvəni dərə bilmədi.
Ömür divarını hörə bilmədi,
Biz indi həsrətik o göz yaşına,
Biz də gəlib çatdıq ana yaşına.
* * *
Yenə kədərliyəm, yenə qəmliyəm,
Əlinə çatmayır əllərim, ana.
Yenə gözü yaşlı, gözü nəmliyəm,
Zillətlə ötüşür illərim, ana.
Təbiət gözümdə dəyişir rəngin,
Mən tuta bilmirəm, nəğmə ahəngin.
Ömrümdən ötüşən hər məqam, hər gün,
Xəzana dönübdü güllərim, ana.
Qırışlı üzünə baxa biləydim,
Mən ildırım olub, çaxa biləydim.
Oğulluq borcundan çıxa biləydim,
Kamanda susubdu tellərim, ana.
Yanıb kül olmuşam, gözüm də yoxdur,
Tale yollarında dözüm də yoxdur.
Həyatda, bil, sənsiz izim də yoxdur,
Səninlə yox oldu sirlərim, ana.
Mən ana yaşında ana itirdim,
Qaldım bənövşə tək, boynubükülü.
Min sevda başımda ana itirdim,
Sinəmə sağalmaz dağlar çəkilir.
Mən ana yaşında tək-tənha qaldım,
Gözümdə dəyişdi dünyanın rəngi.
Kökləndim, mən layla nəğməsi çaldım,
Dəyişdi çaldığım nəğmə ahəngi.
Mən ana yaşında, sinəsi dağlı,
Əl dəyib, əlləri əlləndirmədim.
Köksümdən uzanan yolların bağlı,
Yel dəyib yelləri yelləndirmədim.
Mən ana yaşında gözləri nəmli,
Susuram bəlkə də soyuya yaram.
Hər an düşünürəm mən qəmli-qəmli,
Düşünmək, susmaqdan yox başqa çaram.
Mən ana yaşında ulu Tanrının
Bu ağır zülmünə dözə bilmirəm,
Ayağı gəzdiyi, izi qaldığı
O gül çəmənləri gəzə bilmirəm.
Analıq yaşında ana itirmək -
Bu, Yer kürəsinin faciəsidir,
Dünyaya yenidən ana gətirmək,
Analı dünyada haqqın səsidir
Kimsə ana itirib
Elə ana yaşında...
İbrahimov İbrahim
Azad oğlu
- Mən əslən Yevlax rayonundanam. Ailə həyatı qurana qədər Şərəfxanlı kəndi haqqında mənim heç bir təsəvvürüm yox idi. Tale elə gətirdi ki, mən bu kənddə böyüyüb boya-başa çatmış bir qıza taleyimi bağlamalı oldum.
Günlər keçdikcə həyat yoldaşımın yaxın qohumaları ilə bərabər bu kənddə yaşayan insanlarla da tanış olmağa başladım. Hiss etdim ki, bu kəndin insanları mehriban, səmimi insanlardır. Həm xeyir, həm də şər günlərində onların həmişə bir yerdə olduqlarının şahidi oldum.
Qaynatam Vidadi müəllimin yazdığı şeirlərdən, publisist yazılardan bu kəndlə qiyabi tanışlığım var idi. Ancaq tez-tez ailəmlə, uşaqlarımla ata ocağına gedərkən bu kəndin necə gözəl, füsunkar bir kənd olduğunu gördüm. Bəzən axşamlar oğlum Nihad, qızım Mədinə ilə kənd arasına çıxarkən qarşımıza çıxan hər kəs bizimlə ehtiramla görüşər, uzun illərin tanışı kimi hal-əhval tutardılar. Mən həmişə bu mənzərədən xüsusi zövq alardım.
Həyat yoldaşım Samirənin ata evi kəndin qırağında yerləşir hər səhər tezdən, dan yeri ağararkən üfuqlər arxasından boylanan günəş öz parıltısını aləmə səpəndə uzaqdan görünən dağlar xüsusi gözəlliklərə qərq olur. Təmiz hava, ətrafı bürüyən yaşıllıq adamı valeh edir.
Artıq bu kənddə hamı məni tanıyır, günün hansı vaxtı, hansı qapını döymək istəsən çəkinmədən mənə ehtiram göstərə bilərlər. Çünki bu kəndin sakinlərindən bu doğmalıqları görüb hiss etmişəm.
Artıq Şərəfxanlı kəndi mənim üçün doğma ocağa çevrilib. Qəlbimdə həmişə bir fərəh hissi ilə düşünürəm ki, mənim bu kəndlə bağlıllığım həyatımın ən şirin analrıdır. Və bu anlar yaşayıb, yaşayır, ailəmlə, oğlum Nihadla, qızım Mədinə ilə yaşayacaqdır.
Şərəfxanlı kəndi bizim üçün ürəyimizə yaxın qəlbimizə uyğun bir məkandır ki, biz bu məkanı sevirik.
Əliyev Elçin
Firdovsi oğlu
- Mən Ağcabədi rayonu Boyat sovetliyinin Hacılar kəndində doğulmuşam. Bu kənddə doğulduğuma baxmayaraq məni Şərəfxanlı kəndinə çox tellər bağlayır. Uşaqlığım, gəncliyim bu kənddə keçib, şirin xatirələrimdə nə varsa, hamısı bu kənlə bağlıdır.
Babam, Əliyev İnqilab Adıgözəl oğlu Şərəfxanlı kəndinin sayılıb, seçilən kişilərindən idi. Hələ mən kiçik yaşlarında olarkən insanların bu kənddə babama neçə ehtiram göstərmələrini, onun hörmətini necə saxladıqlarının şahidi olmuşam. Deputat İnqilab deyirdilər babama. Babam axşamlar işdən gələrkən biz onun qabağına yüyürər, sürdüyü traktordan düşməyə qoymaz, bizi biraz traktorda gəzdirməsini xahiş edərdik. O da yorğun-ağrın olmasına baxmayaraq, bizim xahişimizi məmuniyyətlə qəbul edər, bizi traktorda əyləşdirib palçıql, əyri-üyrü kənd yolları ilə kəndi gəzdirərdi.
Nənəm Suqra isə iki günədən bir təndirdə çörək bişirər, çörəyin ətri bütün ətrafı başına götürərdi. Sonra bizi yanına çağırar, təzəcə bişmiş isti çörəylə şor-pendir verər, biz isə sevinə-sevinə kim çox yeyər deyə bəzən mərclərdik. O, təndir çörəyinin ətri, yağ-pendirin, şorun dadı indi də yaddımdan çıxmır. Uşaqlıqda bu kənddə keçirdiyim o günlər hələ də yaddaşımda şirin bir xatirəyə çevrilib.
Mən böyüdükcə elə bil bu kənd də böyüyürdü. Siması dəyişirdi. Tikilən yaraşıqlı daş evlər, salınan yollar, əkilən ağaclar bu kəndi gündən-günə gözəlləşdirirdi.
Artıq uzun illərdir ki, mən Bakı şəhərində yaşayıram. Bütün işim, gücüm, evim, eşiyimin, bu şəhərdə olmasına baxmayaraq, mən indinin özündə də tez-tez Şərəfxanlı kəndində oluram. Ailəmlə birlikdə Suqra nənəmin həyətdə qaynatdığı comovar çayının ləzzətindən doymuruq. Həyat yoldaşım Günay, qızlarım Mahunbanu və Məryəm həyətdə özlərini o qədər şən, gümrah hiss edirlər ki, adam istəmir kənd həyatından uzaqlaşsın.
Şərəfxanlı kəndi bu gün tanınmaz dərəcədə dəyişib. İnsanların gün-güzaranı olduqca yaxşılaşıb. Gözəlliklər məskəninə oxşayır, bu gün Şərəfxanlı kəndi.
Babam İnqilab kişinin, bibim Bilqeyisin məzarı bu kənddədir. Hər dəfə kənddə olarkən, onların məzarını ziyarət edirəm uşaqlığım, gəncliyim yada düşür. Şirinli-acılı, uşaqlığımla bağlı xatirələr...və bu xatirələrin caynağından qurtara bilmirəm...
Allah insaf versin,
Məmməd Araza!
Bacıoğlum Rüfət yaşadığı Xorkov şəhərindən Moskvaya bizə qonaq gəlmişdi. Oturub ordan-burdan, keçmişdən, ötənlərdən xeylli söhbət etdik onu da deyim ki, Rüfət poeziya həvəskarıdır. Gözəl şeirlər yazır. Söhbət ədəbiyyatdan, poeziyadan gedəndə mən istər-istəməz deyim ki, Allah Məmməd Araza insaf versin. Poeziyada hansı sahəyə toxumdumsa gördüm ki, Məmməd Araz bu mövzüda məni qabbaqlayıb. Bu kişi böyük dahi idi. Və belə bacıoğlum Rüfətlə mənim aramda bir deyişmə başladı.
Rüfət:
Ulu hörmüzlərin əslindənəm mən,
Nizami, Füzuli nəslindənəm mən,
Molla Vidadinin ismindənəm mən,
Ayıl, gör kimlərin sırasındayam,
Dədə Qorqudumun obasındanam.
Vidadi:
Günəş olub şölələnib, yanardım
Qış olsaydı, mən bütləşib donardım.
Təbiətin şıltaqlığın anardım,
Indi möhtac qaldım bahara yaza,
Allah insaf versin Məmməd Araza!
Rüfət:
Meydan gəldi, meydan həmin meydandı
Qəlbdə sevgim, sanki dərdimi dandı,
Kədər dolu qəlbdə ilham oyandı,
Dərdimi söylədim mən qəmli saza
Allah insaf versin, Məmməd Araza!
Vidadi:
Vaxt var idi çağlayardın, çoşardın
Gözəllərə şirin nəğmə qoşardın
Məğrur idin uca dağlar aşardın
Indi üz tutmusan ulu namaza
Allah insaf versin, Məmməd Araza! Rüfət:
Sanıram ki, ulu tanrım Allahdı
Namaz iman,namaz ruhuma şahdı
Amma demə, əsla sevmək günahdı
Eşqim qoymaz dərd mənə qəbir qaza
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Kərəm olsan, Əsli sənə yar olar,
Bədbin olsan, dünya sənə dar olar
Bir dağ olsan, uca başın qar olar,
Sən möhtac olarsan soyuq ayaza,
Allah insaf versin Məmməd Araza!
Rüfət:
Misralar yaş tökür eşqimə baxır,
Şeirlər qüssədən yanıldı yaxır,
Qəlbimdə məhəbbət dərd qəm axır,
Eşqimi bənzətdim Kürə, Araza,
Allah insaf versin, Məmməd Araza!
Vidadi:
Çox da qürrələnmə eşq aləmində
Birdən büdrəyərsən şirin dəmində
Sevgi avazının ağlar qəmində
Sən baxa bilməzsən incə bir qıza
Allah insaf versin, Məmməd Araza!
Rüfət:
Mən sadə aşiqəm, qürrə etmərəm,
Səhrada Məcnun tək qalıb itmərəm
Məhəbbət dənizdir, dərin getmərəm
Mehmanam sevgidə yalnız dayaza,
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Quş tək qanad açdım, uçdum səmaya,
Yol tapdım yüksəldim ulduza, aya,
Bir qartal olarsan məskənin qaya,
Heç hin tikməmisən ördəyə, qaza,
Allah insaf versin Məmməd Araza!
Rüfət
Şairə, şeirə ördək, qaz ardır,
Deyəsən ilhamlı dağların qardır,
Qəlbində məhəbət yuvası vardır
Allah verənindən qaneyəm aza
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Yuvanı uçurmaq asandır, asan,
Bir yuva qurmağı bacarsın insan,
O isti yuvanı təmasın duysan,
Yazılan yazılar yox cürət, poza,
Allah insaf versin, Məmməd Araza!
Rüfət:
Eşqimdə cürətli şeiri dalayır,
Cürətli, cürətsiz, gəl bax, sən ayır,
Yazdığın misranı min göz oxşayıır,
Hetranam deyilən hər xoş avaza,
Allah insaf versin, Məmməd Araza!
Vidadi:
Avazın yaxşıdır, gəl oxu, Quran,
Onda dəyişəcək, səninçün dövran,
Şeir meydanında naşısan, dayan,
Deyəsən uymusan xoş bir avaza,
Allah insaf versin Məmməd Araza!
Rüfət:
Quranı oxuyub aman gətirdim,
Müqəddəs surəsin gül tək bitirdim,
Mən avaz sözünü sənə yetirdim,
Şikayət edəcəm oğlun Ayaza,
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Qarışqa yıxılsa samanı tutar
Ata güc eyləsən palçıqda batar
Hansı bir canlısa qış boyu yatar
Küzədə ab varsa qoyma sən sıza
Allah insaf versin, Məmməd Araza!
Rüfət:
Küzədən süzülən mən abdan daddım,
Gəldim məqsədimə mən addım-addım,
Şeir aləminə demə ki, yaddım,
Bənzətdim özümü hətta yalqıza,
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Yalqızlar görmüşəm yalqız içində,
Alqızlıq yanqısı yanar içimdə,
Çox yalqız görmüşəm bil, sən biçimdə,
Bəsdir, sən özünü gəl satma naza,
Allah insaf versin, Məmməd Araza!

Rüfət:
Eh yenə dərdimi sən təzələdin
Şeirlə qəlbimə nur səpələdim
Çox nahaq yerə sən tənə elədin
Könlümü vermişəm bir vəfasıza
Allah insaf versin Məmməd Araza!
Vidadi:
Dərdinin dərmanı eşq ilahəsi,
Onlardan gəlməyir ah, nalə səsi,
Sən de niyə oldun kimsə kimsəsi,
Gör ketdin oxşadın kəndçi Eyvaza,
Allah insaf versin Məmməd Araza!
Bu Məmməd Araz ki var, aləm şair idi. Kişi, həyatın hansı bucağında baş vururdun, görürdün səndən qabaq orada olub. Vəsf edib, yaradıb. Daha bu kişiyə sözüm yoxdur.
Yadına düşürmü
Qəlbi doğma yurd həsrəti ilə
çırpınan Sahib müəllimə
Ay elindən, yurd yerindən didərgin
Atasından, anasından, babsından didərgin
Çır-çırpı ilə yandırılan sobasından didərgin
Coşğun çay tək çağladığın çay yadınadüşürmü
Qərib yerdə sızladığın kənd yadına düşürmü
Kiçik kəndi dörd tərəfi sal qaya
İz açmışdır, bağlanmışdır, Kür çaya
Bu ecazkar gözəllikdən kim doya
Xoş ətrini qoxladığın kənd yadına düşürmü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Şəlalənin zümzüməsi susdu hey
Bülbüllərin xoş nəğməsi susdu hey
Susan dillər bizim üçün suçdu hey
Güldən çələng bağladığın kənd yadına düşürümü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Çəmələri, yamacları bir xalı
əzəmətdi hər qayası hər Salı
Cəbrayılı, kəlbəcəri, Şuşalı
Ürəkləri dağladığın kən yadına düşürmü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Dağ başında görünərdi tək-təkə
Sürüsünü çıxardırdı o dikə
Dadlı idi o oymaqda hər tikə
Ceyran cüyür ovladığın kənd yadına düşürmü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Sal qayalar cəbrayılın vüqarı
Nətavanın həm Həcərin Nigarı
Qismətinə bəxş olunan o yarı
Əhd-ppeyman bağladığın kənd yadına düşürmü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Tanrı bizdən üz döndərib neyləyir
O gözəllik nalə çəkib inləyir
Ozan çeşmələrin yağı dinləyir
Qorqud olub bozladığın kənd yadına düşürümü
Qərib yerdə sızladığın kənd yadına düşürmü?!
Vidadi Tağızadə
Kövrək duyğular...
Onda uşaq idik...

Onda balaca idik,
Dolanardıq, gəzərdik.
O yan, bu yana qaçıb,
Gül-çiçəyi əzərdik
Sonra bir-bir toplayıb
Saçımıza düzərdik
Qarğı atımızı minib,
Hey çapardıq, çapardıq.
Gədiklərə baş vurub,
Gizlənpaç oynayardıq.
İtirib özümüzü,
Biz yenidən tapardıq.
Qarğı atını minib,
Hey çapardıq, çapardıq.
Bənövşə, bəndə düşə.
Bizdən sizə kim düşə.
Bəxtimə sən düşmüsən,
Küsərdim, inciyərdim.
Sən yanımda olmasan,
Səni hər an, hər zaman.
Öz yanımda sanardım,
Bəndə düşər oyunda.
Özgəni qınayardım,
Ay ötdü, il dolandı
Taleyimizə düşdü xal,
Nə sən günahkar oldun.
Nə mən günahkar oldum.
Yetişmədi o vüsal,
Sən həsrətlə boylandın,
Uzun kənd yollarına,
Ümidini üzmədin,
Sığındın üşüyən tək,
Şirin arzularına ,
Xəyalına gətirdin,
Bənövşə bəndə düşə,
Bizdən sizə kim düşə...
Bəxtimə o düşmədi,
Bəxtim sevgi oduyla,
Alışmadı, bişmədi.
Xəyalına gətirdin,
Uşaqlıq oyununu.
Özlüyündə qınadın,
Həyatın qanununu!
talehin sər toyununu...
Həsrətli ürəklərdə!
Bir ümid oyanacaq
Sən həsrətdən güclüsən,
Həsrət özü donacaq.
Sənin sönmüş eşqinlə,
Sevgi odu yanacaq...
Onda balaca idik...
KƏNDİM
Yenə ağuşuna gəlirəm sənin
A, mənim ürəyi yaralı kəndim...
Qürbətdə xoş günün ömrü az olur
Bilmirsən olursan, haralı, kəndim.
Çəmən də, çiçək də dəyişib rəngin,
Quşlar da dəyişib səsin, ahəngin,
Əzəldən zəngindir, indi də zəngin
Özümü sanıram oralı, kəndim.
Babaların ruhu başımın üstə ,
Damlalar iz salır qaşımın üstə,
Elə bil yaş gəlir yaşımın üstə,
O açan güllərin saralıb, kəndim.
Düşmən tapdağına sən sinə gərdin,
Üstündən xətt çəkdin, kədərin, dərdin.
Sən elə əzəldən ər olu, ərdin,
Min-min əziyyətə qaralı, kəndim.
Yenə ağuşuna gəlirəm sənin
A, mənim ürəyi yaralı kəndim.
Qürbətdə xoş günün ömrü az olur
Bilmirsən olursan haralı, kəndim.

"50 il bir göz qırpımında
gəlib keçdi"
 
Nazir Rüstəmov 1956-cı il -1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu,
1991-ci ildə Moskvada rejissorluq kursunu bitirib. Kinoda və teatrda 150-dən çox rol oynayıb.
 
"Teatr gündəlik
dəyişiklik tələb edir"
Qəribədir, insan yaşa dolduqca arzuları tükənmir, əksinə, daha da çoxalır. Hər ilin, hər günün, bəlkə də hər saatın öz arzusu yaranır. Adi insanlardan fərqli olaraq, yaradıcı adamların arzular dünyası daha genişdir. "Həm sənətlə, həm şəxsi həyatla bağlı arzularım çoxdur" - deyən Şuşa Dövlət Musiqili Dram Teatrının rejissoru Nazir Rüstəmov indiyə qədər deyə bilmədiyi sözləri bundan sonra demək arzusundadır. Aprelin 12-də 50 yaşını qeyd edən rejissorun ən böük istəyi heç şübhəsiz, yaxşı tamaşalar qoymaq, maraqlı rollar oynamaqdır.
Yubilyarla söhbətimizdə özünüz də bu arzularla tanış olacaqsınız:
Təranə MƏHƏRRƏMOV:
- Ağcabədinin Şərəfxanlı kəndində anadan olmuşam. Yadımdadır ki, kənddə balaca bir klubumuz vardı. Tez-tez həmin kluba yığışıb səhnəciklər hazırlayırdıq. Hətta bu proqramla başqa kəndlərdə qastrol səfərlərinə də çıxırdıq. Teatra böyük həvəsimin olmasına baxmayaraq, filoloq olmaq istəyirdim. Ancaq 10-cu sinifdə oxuyanda iki film - gürcü filmi "Badam çiçəyi" və Anarın ssenarisi əsasında çəkilən "Gün keçdi" filmləri mənə çox təsir elədi. Həmçinin alen Delon, Jerar Depardye kimi məşhur aktyorların filmlərinə çox baxırdım. Aktyor olmaq qərarına gəldim. O vaxt İncəsənət İnstitutuna qəbul imtahanları digər institutlardan bir ay qabaq keçirilirdi. "Bu instituta imtahan verim, alınmasa, filologiya fakültəsinə gedərəm" - deyə qərara aldım. İş elə gətirdi ki, İncəsənət İnstitutuna qəbul olundum. İnstitutda oxuyanda Lütfü Məmmədbəyov məni özünün Xalq Teatrına dəvət elədi. Həmin teatrda çox maraqlı tamaşalar oynayırdıq. Hər tamaşada zal adamla dolu olurdu. Biz bu teatrda təcrübə topladıq. Lütfü müəllim həm rejissura, həm də aktyorluq baxımından sənətin incəliklərini bizə başa saldı. Onun "şinel"indən çıxanların yarısı rejissor, yarısı da aktyor kimi çalışmağa başladı.
İnstitutu qurtarandan sonra ağdam Dram Teatrında aktyor işləməyə başladım. Bir neçə il həmin teatrda uğurlu rollar oynadım. Hətta mənim adıma bilet alıb teatra gələn tamaşaçılar vardı.
- Bəs rejissor kimi ilk debütünüzü nə vaxt etdiniz?
- 1988-ci ildə Ağalar İdrisoğlunun "İnan mənə" əsərinə quruluş verdim. Tamaşa çox maraqlı alındı. Əgər bu tamaşa uğursuz alınsaydı, bəlkə də rejissorluğun dalınca getməyəcəkdim. Sonra Mədəniyyət Nazirliyi məni Moskvaya - rejissorluq kursuna göndərdi. Orda çox böyük məktəb keçdim. Elə olurdu ki, bir ay ərzində müxtəlif teatrlarda 50-60 tamaşaya baxırdıq. Mark Zaxarov bizə məsləhətlərini verir, işimiziyoxlayır və qiymətləndirirdi. Yaradıcılığım paralel surətdə həm aktyor, həm də rejissor kimi inkişaf etməyə başladı.
- Söhbətin əvvəlində dediniz ki, müxtəlif kinoları və kinoaktyorları sevərək sənətə gəlmisiniz. Bəs niyə kinonu seçmədiniz?
- Mən kino çəkməyə çətin bir iş kimi baxıram. Mən kino rejissorluğunu qurtarmamışam. Kinonu isə yenə də sevirəm. "Sahil" filmində baş rolda çəkilmişəm. Təəssüflər olsun ki, film başa çatsa da, pul olmadığından səsləndirilməsi baş tutmayıb. Bundan əlavə, film-tamaşalarda çəkilmişəm. Öz ssenarim əsasında Dağıstanda "Əmanət" adlı film çəkmişəm. Televiziyada da işlərim çox olub. Ancaq əsas işim teatrla bağlıdır.
- Quruluş verdiyiniz hər hansı tamaşada bir rejissor kimi aktyor Nazir Rüstəmovla necə davranırsınız?
- Təbii ki, çətindir… Rejissura çətin, həm də insanı məhv edən sənətdir. Sən öz rolunu pis-yaxşı oynayırsan. Ancaq tamaşaya rejissorluq etdiyinə görə istər-istəməz fikrin tərəf müqabilinin yanında qalır. Əsas odur ki, bu kompleksi özündən uzaqlaşdıra biləsən. Çəkdiyi filmlərdə və ya quruluş verdiyi tamaşalarda rol oynayan çox rejissorları görmüşəm. İstər rejissorun, istərsə də aktyorun öz vəzifəsi var, onu yerinə yetirməlisən. Hər bir tamaşanı hazırlayanda özümün oynayıb-oymamağımdan asılı olmayaraq, ilk növbədə texniki işçilərin fikrini soruşuram. Onlar tamaşa ilə bağlı olduqlarından ən doğru fikri söyləyirlər. Özüm tamaşada oynayanda tərəfmüqabillərimdən çox istifadə edirəm. Çünki özünü səhnədə görmürsən. Bir də adam bui şin içində o qədər bişir ki, artıq öyrəşir.
- Heç olubmu, tamaşada özünüzə epizodik rol verəsiniz?
- Epizodik rolları çox sevirəm. İndiyə qədər 100-dən artıq müxtəlif səpkili rollarda oynamışam. Ancaq demək olar ki, epizodik rollar oynamamışam. Bir dəfə "Dəftərxana rəisi" adlı xarakterik bir tamaşada ürəyimcə olan bir rolu mübahisə ilə almışam. Həmişə demişəm, rolun böyüyü-kiçiyi yoxdur, aktyorun böyüyü-kiçiyi var.
- Hər bir əsəri səhnələşdirərkən əvvəlcədən onun ətrafında qurduğunuz fantaziyaları istədiyiniz kimi gerçəkləşdirə bilirsinizmi? Yoxsa maneələr olur? Məsələn, aktyor heyətinin zəifliyi, ümumi səhnə şəraiti, maliyyə problemi və s.
- Yaxşı tamaşa hazırlamaq üçün şərait və maddi imkan lazımdır. Lap orta səviyyədə də maddi imkan olsa, yaxşı tamaşa hazırlamaq olar. Hər bir işin kökündə istedad, işgüzarlıqla bahəm maddiyyat dayanır. Napoleondan "Sənə qələbə üçün nə lazımdır?" - deyə soruşanda, onun sadaladığı üç şərtin hamısı PULdan ibarət olub. Ancaq biz artıq çatışmayan şeylərə öyrənmişik. Gərək özün hansı yolla olursa-olsun, çatışmazlıqları aradan qaldırasan. Çünki səhnəyə lazım olan atributlar yerində olmalıdır. Bir də teatr əvvəlki illərin - 70-90-cı illərin teatrı deyil. İndi teatr 2000-ci illərin teatrıdır. Bu gün səhnədə imkan daxilində az dekorasiyalardan istifadə edib, daha çox uğur qazanmağa çalışmaq lazımdır. Hazırda Anarın "Təhminə və Zaur" əsərini hazırlayıram. Bu, 2000-ci ilin tamaşasıdır. Dekorasiyalardan minimal dərəcədə istifadə etməyə çalışıram. Bildiyiniz kimi, dekabr ayında "Boş məkanın dolğunluğu" festivalı keçirildi və mən həmin festivalın qalibi oldum. Festivalda Çexovun "Qu quşunun nəğməsi" əsərini rusca oynadım. Boş məkanda az dekorasiya və rekvizitlərdən istifadə etməklə çox şey demək olardı. Bu, artıq dünya teatrlarında özünü doğrultmuş təcrübədir.
- 70-90-cı illərin teatrı ilə 2000-ci illərin teatrının əsas fərqi təkcə dekorasiyanın azlığı ilə bağlı ola bilməz axı.
- Mən o illərin teatrına mənfi yanaşmaq istəmirəm. Bizim öz məktəbimiz - Mehdi Məmmədov, Ədil İsgəndərov, Tofiq Kazımov məktəbi olub. Onlar Azərbaycan teatrını çox yüksəklərə qaldırıblar. İndiki teatrımız da o istiqamətdə öz inkişaf yolunu tapıb. Ancaq müasir teatrın o vaxtkı teatrdan öyrənmədiyi çox şeylər var. Bu fikrimə görə rejissorlarımız məndən inciyə də bilər. Məsələn, bu yaxınlarda Oleq Basilaşvili bugünkü rejissuraya münasibət bildirərək "İndii rejissura xarici mizana, səhnədə hərəkətlərin gözəlliyinə qaçır. Obrazların daxili aləminə varmaq, onları xırdalamaq indiki rejissurada yoxdur. Obrazlar arasında qarşılıqlı münasibət, bağlılıq olmadığından tamaşalarda bir az yeknəsəklik yaranır" - deyib. Mənə elə gəlir ki, bu özünü Azərbaycan teatrında da göstərir.
- Onda belə çıxır ki, bu vacib xüsusiyyətləri əxz etmədiyindən teatr üzüaşağı gedir?
- O baxımdan hə, amma ümumi götürdükdə teatr üzüyuxarı gedir. Bütöv bir il ərzində 2-3 tamaşa qoyursansa, bunların hamısı eksperiment üzərində qurula bilməz. Eksperimentlə novatorluq tamam başqa şeylərdir. 60-cı illərdə qoyulan tamaşanı bu gün təkrar etmək olmaz. Səhnə danışığı dəyişir. Bəzən televizorda dahi sənətkarların ifasında müxtəlif ədəbi parçalar səslənir. Çox gözəl səslənsə də, biz bu gün onu qəbul edə bilmərik. Çünki bu gün pafos qəbul edilmir. Teatr novatorluq, operativlik, gündəlik dəyişiklik tələb edir.
- Teatrımızın üzü yuxarı inkişafını konkret misallarla göstərə bilərsiniz?
- Teatra gələn yeni qüvvələr, istedadlı gənclər var. Onlar nəsə axtarırlar, sənətə yeni fikirlə, yeni yozumla gəlirlər. Teatrda da yeniyə doğru istiqamət var. Ola bilsin ki, ümumi götürdükdə Azərbaycan teatrının tərəqqi dövründəki inkişafından geri qalmışıq və yaxud dünya teatrlarından geridəyik. Ya bəlkə elə ölkə var ki, ondan irəlidəyik.
- Artıq teatrda islahatlardan danışmağa başlayıblar. Sizin təklifləriniz nədir?
- Çox istərdim ki, teatrın bədii rəhbəri teatrda lider olsun! Teatrlar direktorların teatrı olmamalıdır. Direktorlar teatrda hakimi-mütləqdir. Teatrda başda rejissorlar durmalı və aktorlarla birgə iş aparmalıdır. Elə başa düşürəm ki, teatra nazirlik tərəfindən bədii rəhbər təyin olunmalı və onun 5 illik planı təsdiq edilməli, bu plan qəbul olunduqdan sonra baş rejissorun təqdimatı əsasında direktor təyin olunmalıdır. Əgər ağıllı rejissor olsa və onun özünün repertuar planı olsa, tear daha güclü olar.
Bu təkcə mənim yox, bir neçə teatr adamının fikridir.
- Teatrdakı problemlərə, yaradıcılığınıza toxunduq, ancaq yubileydən heç danışmadıq. 50 yaşınızı deyirəm.
- Heç inana bilmirəm ki, 50 yaşım var. Mənə elə gəlir ki, 50 il bir göz qırpımında gəlib keçdi. Onu bilirəm ki, az da olsa bu sənətdə söz demişəm. Geriyə baxanda xəcalət çəkmirəm. Məni işgüzar bir adam kimi tanıyırlar. Azərbaycanda da, respublikadan kənarda da tamaşa hazırlamışam. İndiyə qədər tamaşalarım respublikadan kənarda oynanılır, xoş xəbərləri gəlir, onların qonorarını alıram. Hərdən gecələr yuxum qaçır, durub öz-özumə sual verirəm ki, sonra necə olacaq?
- Bu sualı özünüzə yaşınıza görə verirsiniz?
- Yaşa görə yox, elə bilirəm ki, nəsə çatdıra bilmirəm. Deyirlər ki, rejissura əsasən 50 yaşdan sonra başlayır. Teatrla, işimlə bağlı o qədər arzularım var ki…
- Sənət yaşından fərqli olaraq, həyatda necədir? Məsələn, Üzeyir bəy Məşədi İbadı 50 yaşda göstərdiyinə görə səhv elədiyini deyirdi.
- Bu yaşdan sonra insanın müdrik dövrü başlayır. Yaradıcı adamda arzular heç vaxt tükənmir. İnsan arzu ilə doğulur, arzu ilə yaşayır və arzu ilə də bu dünyadan köçür. Mənim həm sənətlə, həm şəxsi həyatla bağlı arzularım çoxdur. Yaxşı tamaşalar qoymaq, rollar oynamaq bu sənətlə bağlı arzularımdır. İndiyə qədər deyə bilmədiyim sözlərimi bundan sonra demək istəyirəm.
Çəhrayı rəng
Çəhrayı rəngindən
Xoşum gəlir.
Ruhumu oxşayır,
Məni özümdən alır
Bu rəng,
Gözəlliyin ağuşuna
Sakin olmaq üçün
Ünvanımı itirir,
Məni məndən alır
Bu rəng
Bu rəng mənim
Damarımdan axan
Qanımın rənginə bənzəyir,
Məni çılğın edən,
Ruhuma qida verən
Mahnımın ahənginə bənzəyir,
Çəmən çəhrayı rəngində,
Düzən çəhrayı rəngində,
Səmanın ənginliyində,
Qanad çalıb, süzən
Çəhrayı rəngində,
Sevgilimin süzgün baxışları
Kipriklər arasından
Boylanır
Çəhrayı rəngində,
Qəlbimə iz salan,
Məni mənliyimdən alan
Sevgi naxışları
Odlanır
Çəhrayı rəngində
Vərəq üstə ilk dəfə
Sevgi məktubu yazdığım
Sətirlər də
Çəhrayı rəngində.
Sevgimin qoxusunu
Duyduğum,
Hiss etdiyim
Ətirlər də
Çəhrayı rəngində.
Ay allah, bu çəhrayı
Rəngin
Çələngi öldürəcək məni…
* * *
…Gözlərində bir məhzunluq duydum
Hiss etdim
Sevgi oxun daşlara dəyib.
Öz ülvi eşqini
Sübut etmək üçün
Başın başlara dəyib
Əyilməz vüqarını
Ucuz eşqin qurbanı tək
Əydin
Axı saf məhəbbət yolunda
Sən əyilməzdin
Bilmədin nədən oldu
Nədən sənin vüqarlı eşqin
Sarsıldı
Şirin duyğuların
Kövrək bir sap kimi
Boynundan asıldı
Qoparmaaq istədin
Boynundan asılan
Bu kövrəkliyi
Bacarmadın
Söylə niyə tez unutdun
Səni yaşamağa
Çağıran
Bu saf sevginin
Dadın…
Axı, sənin eşqin
Saf sevgi idi…
Duyğuların, hisslərin
Nəğmə ahəngi idi…
Bir sevgini
Damla-damla
Vücuduma hopdurdum
Vücudum
Bu sevginin
Təsirindən
Sanki alışdı
Sanki, şirin duyğular
Öz şirinliyi ilə
Vücudumda
Şirinliyə qarışdı
Nikbin baxışlar altında
Həyatımda nə baş verdiyini
Duymurdum, anlamırdım
Vücudum odlanırdı
Fəqət, məncə
Odlanmırdım
Qəribə bir mühitə
Düşmüşdüm
İxtiyarsız baxışlarla
Ətrafda baş verənləri
Süzürdüm
Məhəbbət aləmini
Bəxtəvərlər tək
Gəzirdim
Fəqət, ünvansız oldum
Sevgimin
Mənə aşıladığı
Həyatda…
Saçlarına
Sığal verdim
Saçların arasında
Gəzdikcə
Qəlbimdən
İlıq
İsti bir gizilti keçdi
Bu gizilti
Bütün varlığıma
Hakim kəsildi
Çıxa bilmədim
Bu ovsunluqdan
Elə bil yenidən
Doğuldum
Başqa aləmə
Düşdüm
Özüm özümlə
Bacara bilmədim…
Hiss etdim…
Hiss etdim ki,
Bu ovsunlanmış
Dünya mənimdi
Saçlarının sığalı
Qəlbin sevgi nağılı
Hopdu, hələ qəlbimdə
Təzəcə pöhrə atan
Saf sevgimə
Barmaqlar arasında
Saçlarının
Qoxusunu duydum
Bu qoxu altında
Unutdum hər nə var
Qısqanclığımı,
Ərköyünlüyümü
Səni itirmək
Qorxusu duydum
Fəqət
Qorxmadım
Axı, əllərim
Saçlarına sığal
Çəkirdi.
Qar dənəcikləri
Qondu sifətinə
Bu dənəciklər
Sifətinə qonduqca
Gözəlləşdi sifətin
Onsuz da gözəl idin
Kipriklərinlə
Qar dənəciklərini
Qovmaq istədin
Bacarmadın
Qar dənəcikləri də
Gözəllik vurğunu idi
Çöhrənə bir gözəllik
Bəxş etdi
Sən…
Sən özündə olan
Bu gözəlliyin
Düz gözünə
Baxmaq istədin
Bacarmadın
Sanki, qar dənəcikləri
Qonduqca
Çöhrən gözəlləşirdi…
Qaşlar hilal,
Kipriklər ox
Yanaq lalə,
Bir yandan da
Sifətinə qonmuş
Qar dənəcikləri
Elə bil bir gözəllik
İlahəsi doğuldu
Ətrafında nə baş verdiyini
Hiss etmirdin
Sanki, bunlar
Bir nağıldı
Bu nağılın
Şahzadəsini
Axtarmaq istədin
Qar dənəcikləri içində
Ağ örpəyə bürünmüş
Ağ atlı idi
Şahzadə...!
…Səni görəndə
Duyğularımı,
Hisslərimi
Cilovlaya bilmirəm
Gözəlliyin önündə
Yazıqlaşıram
Cocuq kimi
Ürəyimə hökm edib
Səninçin
Ağlaya bilmirəm
Göz yaşım süzür
Yanağımdan
Muncuq kimi
Muncuqlanan göz yaşımın
Təmasını hiss etmirsən
Elə öz aləmindəsən
Gözəlliyi ilə yanıq verə-verə
Qəlbin arzusunu,
İstəyini hiss etmirsən
Nazlana-nazlana,
Öldürə-öldürə
Hər dəfə baxışlar
Qoşalaşanda lal olursan
Bu baxışların odu, alovu
Yandırmır səni
Bir qıyğacı baxışınla
Canımı alırsan
Səni görəndə
Sevgi duyğularım
Közərir qəlbimdə
Qaçmaq istəyirəm,
Bu şirin arzulara
Çatmaq üçün
Sönmüş eşqim
Sevgim
Kök atır,
Cücərir qəlbimdə
Bu sevgini
Saf sevginə
Qatmaq üçün
Bəsdir. Qurtar məni
Bu əzabdan, iztirabdan
Bu əzabın əvvəli sən
Sonu yox
Mənim yandığım kimi
Sən də alovlan, odlan
Bu sevgi əbədi sevgidir
Kiçicik bir
Ahı yox
Bu gözəllik
Qucağında
Özün də bilmədən
İtib-batmısan
Röyaların məlahətində
Şirin-şirin yatmısan
Duymursan ətrafında
Baş verənlər nədir
Hisslərin kövrəkliyi
Şirinliyi
Səninçin əfsanədir.
Hiss etmirsən
Sənə odlu baxışlarla
Baxan gözlərə
Yatıb qalmısan
Öz aləmində
Oyatmaq səni çətin
Sən elə əzəldən
Uca vüqarı idin
Saf məhəbbətin
Ülviyyətin…
* * *
Ləpələnən dəniz idim
Ləpələndim
Sahilə qovuşmağa
Can atdım
Tufanların
Təsirindən
Çırpıldım sahilə
Əl atdım,
Bir ümid dəstəyindən
Yapışmaq üçün
Sahil mənim
Ünvanımı soruşdu
Hardan gəlmisən
Kimsən
Yoxsa, sahildə
Pünhan tapmaq üçün
Bir həsrət yanğısını
Söndürmək üçün
Sahilə gəlmisən
Cavab verə bilmədim
Çünki, öz dərdim
Özümü yandırıb
Yaxırdı
Dalğalanan
Sular qoynunda
Həsrətli gözlərim
Sahilə baxırdı.
Hər dəfə
Burulğanın gücündən
Sahilə qovuşmağa
Can atırdım
Sahildəki ülviyyəti
Görüb
Röyalar qucağında
Sahildə yatırdım
Kimsə hiss etmir
Qəlbimdəki
Bu saf duyğuları
Kimsə çin etməyə
Tələsmir
Vücuduma hakim
Bu əbədi arzuları
Sahilə can atıram.
Səni, sənliyindən
Almağa çalışdım
Sevgi yollarında
Cəhdim, inadım
Öz şirin bəhrəsindən
Uzaq düşdü.
Cismimlə, varlığımla
Sənin olmağa çalışdım
Sənin bəxtinə yalan sevgi
Mənim bəxtimə
Ağlamaq düşdü.
Dinləmək istəmədin
Ürəyimdən gələn
Ahu-naləni
Elə bil qəlbinə
Ağır bir daş
Bağlanmışdı
Ətrini duymadın
İnkar etdin
Bağrıqan laləni
Talehinə sevgi dolu
Xoş duyğulu
Bir yol açılmışdı
Söylə, niyə belə etdin
Yoxsa ürəyinlə
Barışa bilmədin
Mənim saf sevgimə
Niyə tənə etdin
Məhəbbətin nuru ilə
Alışa bilmədin
Məhəbbət sənin üçün
Ötəri bir hal imiş?
Mənə zillənən baxışlar
Elə əzəldən lal imiş.
Mənsə, mənsə səni özümə
Ünvi varlıq bilmirdim
Səni, saf duyğularla
Ömür yollarında səni görürdüm
Artıq bu ömür yolu
Kimsəyə lazım deyil
Hiss edirəm bu sevgi
O şirin arzum deyil.
Mənsə… Səni sənliyindən
Almağa çalışdı.

Tənha ağac
Əlçatmaz bir zirvədə
Tənha ağac bitmişdi
Elə bil ki, ömrünə
Tənhalığı seçmişdi
Nə qədər boy atsa da
Tənhaydı, yazıq idi
Zirvədə ucalsa da
Kimsəsiz yalqız idi.
Budaqlar pöhrə verib
Günbəgün böyüsə də
Vüqarlı görünmürdü
Bitdiyi bu zirvədə
Ucalıb, öyünsə də
Nə barlı, nə bağatlı
Baharlı görünmürdü
Yarpaqlar yazıq-yazıq
Pıçım-pıçım pıçıldar
Gövdəsindən süzülən
Sanki göz yaşı ağlar
Uzaqdan bir çal-çağır
Xoş nəğmə ucalırdı
Tənha ağac susurdu
Elə bil qocalırdı
Yan-yörəsi sərt qaya
Durduğu yer kimsəsiz
Elə bitdiyi yerdə
Yazıq-yazıq baxırdı
Özünə qapılardı
Lal sükutla nəğməsiz
Bu dəfə bir əlac yox
Yandırırdı-yaxırdı
Belə tale yaşamaz
Tanrıdan qismətimli
Tənhalığın içində
Qovrulur, dinə bilmir
Qayalar zirvəsində
Tək bitmək töhmətmidi?
Bu tale qismətindən
Ayrılıb, dönə bilmir
Beləcə tənhalıqla
Ömrü vuracaq başa
Tale qismətiylə o
Güc tapmayır savaşa.
Qədir harayı
(poema)
Yenə qədəm qoyub novruz bu elə,
Yenə həsrət qaldı Bahara Ağdam,
Yenə nur çiləndi, çəmənə, çölə,
Yenə tamarzıdı nubara Ağdam.
Bənövşə yalqızdı, yalqız da qaldı,
O şirin anlarım, "Qırxqızda" qaldı,
Röyalı arzular qar-buzda qaldı,
Diyə düçar oldu qubara Ağdam.
Şahbulaq dağına həsrətlə baxdım,
Mən sel suya dönüm "Tərtər"də axdım,
Kədərə qərq oldu çağlayan baxtım,
Halıma acıdı biçarə Ağdam.
Kəkotu, qantəpər çoban çiçəyi,
Dərdə dərman idi hər bir ləçəyi,
Yaman nalə edir dağlar göyçəyi,
Yaman duçar oldu dərdlərə Ağdam.
Dərdini qəlbində saxlayan Qədir,
Döşünə qara lent bağlayan Qədir,
Bu dərddən sızlayıb ağlayan Qədir,
Niyə həsrət qalıb yollara Ağdam.
Kəhrizlər gözündən damcılayan yaş,
Yağı tapdağında, hər çınqıl hər daş,
Birdə o yerlərə qayıdaydıq kaş,
Bir də üz tutaydım dağlara Ağdam.
Allah bu dərdlərin çarəsini tap,
Ağdamın sızlayan yarasını tap,
Dəli igidlərin nərəsini tap,
Yenə nəsib olsun vüqara Ağdam.
Bir toqpaq yanğısı doğradı, tökdü,
Qədirin qəlbinə bir od ələdi,
Qədir Vətən deyib mənən diz çökdü,
Ağdam qibləgahdı, Ağdam vətəndi.
Amandır, o bülbül boynunu bükmə,
Dərdin çarəsizdir, içində çəkmə,
Həsrət gözlərini Ağdama dikmə,
Qədirin qəlbinə bir dağ çəkirsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
A bülbül ta bəsdir, boşalıb dolma,
A qönçə soluxma, saralıb solma,
Bu qədər vəfasız, çarəsiz olma,
Həsrət gözlərini yola dikirsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
Dağlardan süzülüb axan şəlalə,
Çəməndə bağlı qan açılan lalə,
Otların üstündə inləyən jalə ,
Niyə nalə edib, qan yaş tökürsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
Yamacda gül-çiçək toplayan gözəl,
Toplayıb kədərlə qoxlayan gözəl,
Bu dərdi gizlədib saxlayn gözəl,
Bu dərdin içində niyə itirsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
"Cəngi" sədasında kükrəyən atım,
Şahə qalx mən sənin yalunda yatım,
Qoy çapım dördnala Ağdama çatım,
Mənə qibləgahdı Ağdam bilirsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
Haydı, igidlərim ayağa qalxın,
Şimşəyə çevrilin, hayqırın, calxın.
Müqəddəs bayrağı Ağdama taxın,
Vətənə bir şəhid payı verirsən,
Bu dərdi Qədirlə birgə çəkirsən.
Ilahi, bu səsin qüdrətinə bax,
Çəməni ağladır, çölü ağladır.
Qəlblərə yol tapan hikmətinə bax,
Pərən-pərən düşmüş eli ağladır.
Bu səsdə yanıq var, bu səsdə qəm var,
Bu səsdə ağrılı, ahlı aləm var,
Bu səsdə zirvə zil, kədərli bəm var.
Çayları susdurur, seli ağladır.
Dağların başından süzən şəlalə,
Çəməndə, bağlı qan, alışan lalə.
Elə bil bu səsdə yetir vüsala
Təzələ açılan teli ağladır

Kamanda inləyir, tarda inləyir
Həsrətlə boylanan yarda inləyir
Dağların öpməyi qarda inləyir
Kamanı susdurur, teli ağladı

***
Qadan alım belə olmaz
Birdə belə oxuma sən
Bəsdi haray nalə etdin,
Qəmdən çələngi toxuma sən
Səsindəki, duyğuların
Məni məndən alıb gedir
Yara düşən ürəyimə
Bir qəm odu salıb gedir
Bəsdi daha nalə çəkdin
Gözlərimin yaşı köynər
Vətən, torpaq həsrətindən
Ürəyimin başı köynər
Ruha dönmüş Ağdamımın
Ruhu yaman narahatdır
Damla-damla kədər damar
Ahı yaman narahatdır
***
Belə oxuma, Qədir
Buludlardan nəm çəkən
Dalğaların haray eylər
Bəhrəsi aşıb-daşan
Bağlayan haray eylər
Belə oxuma Qədir
Bənövşə kol dibində
Tər qönçəli gülündə
Su sonası, gəlində
Yaş tökər, haray eylər
Belə oxuma Qədir
Əsrlərin yaddaşı
Muncuqlanan göz yaşı
Babaların baş daşı
Dağ çəkər, haray eylər
Belə oxuma Qədir
***
Ah çəkər bülbüllərin,
Boynun bükər güllərin.
Qaçqın düşən ellərin,
Hayqırar haray eylər,
Belə oxuma Qədir.
"Evləri" köndələndi,
Gedən geri dönəndi.
Vətən həmin Vətəndi,
Vaxt gələr üsyan eylər,
Belə oxuma Qədir.
***
Bəsdi Qədir nalə etdin
Qamətini gəl uca tut
Babalardan miras qalan
Şöhrətini gəl uca tut.
Sərvi boylu gözəl yarın
Bulaq üstə boynu bükük
Yanağından yaş süzülür
Qulaq səsdə boynu bükük
Sən su atdın
Yara dəydi,
Əlin də divara dəydi
Suyun göydə damcıladı
Yardan əvvəl qəddin əydi
Elə yar-yar deyə-deyə
Oxuyan bülbül ağladı
Bənövşələr boynu bükük
çəmənində gül ağladı.
"Olmaz-olmaz" naləsiylə
Olmaz dedin belə olmaz
Yurdun yağı tapdağında
Qalmaz, dedin, belə qalmaz
Allah dedin, xuda dedin
Sığındın öz vüqarına
Damla-damla kiçilsən də
Bildirmədin öz yarına
Bəsdir, belə oxuma sən
Ürəyimin başı göynər
Babaların uyduğu yer
Yalqız qalan daşı göynər
***
"Su atdım yara dəydi,
Əlim divara dəydi
Dilim-ağzım qurusun
Nə dedim yara dəydi".
Vətən, sənə yar idi
Sən ondan uzaq düşdün
Yurdun bəxtiyar idi
Sən ondan qaçaq düşdün.
Ağlama, Qədir, ağlama
Qismətin belə imiş
Köz düşən ürəkləri
Dağlama, Qədir, dağlama.
Qönçə gülün saraldı
Dağ başını gar aldı
Axı sən nə söylədin
Yamacları qor aldı.
Doğma yurdun virandı
İmarətin talandı
Qəlbin də Ağdam kimi
Atəşlərə qalandı.
Kəhriz suyun durudu
Suyu yaman qurudu
Natəvanın məzarı
Yad əllərdə qarıdı.
Söz dedin yara dəydi
Əlin divara dəydi.
Həsrətini çəkməkdən
Uca qamətin əydi.
Evləri köndələndi
Qəm oduna büləndi
Səsin də özün kimi
Ağdam deyib diləndi.
***
Qapılaraq özünə
Ağladı için-için
Həsrətdən pörşələndi
Gəlmədi yarı neyçin.
"Əziziyəm oyan gül
Oyan bülbül, oyan gül
Könlüm fəqan eyləyir
Nə yatmısan, oyan gül".
Haray saldı, ah çəkdi
Qəm çələngi toxudu
"Neyçin gəlməz" söyləyib
Qədir yaman oxudu.
Bülbül fəqan eyləyib,
Öz gülüyçün ağladı
Məhəbbət ormanından
Gül çələngi bağladı.
Həmişə ah-zar etmişəm
Neyçin gəlməz söylədi.
Qoxusunu duyduğu
Bənövşədi, lalədi.
Xəyalında dolandı
Qədir bulaq başını
Neyçin gəlməz oxuyub
Axıtdı göz yaşını.
Axıtdı aram-aram
Oxutduğu nəğməyə
Bir qəm odu payladı
Söylədiyi kəlməyə
Bulaq başı yetimdi
Damla-damla yaş süzür
Bu tənhalıq içində
Bu tənhalıqdan bezir
Məhəbbətin şəfəqi
Niyə şölə saçmayır
Niyə tale yolların
Tanrı niyə açmayır
"Evləri köndələn yar"
Yol üstündə dayanıb
Sənə gül göndərən yar
Kədərinə boyanıb
Brynu bükük, kimsəsiz
Soluxan çöhrəsiylə
Oxuduğun mahnının
Ahıyla, naləsiylə
Ümid dolu gözlərin
Yollarına dikibdi
Bir kimsəyə deməyib
Dərdin özü çəkibdi.
Gəl səsinlə məlhəm ol
Qoyma onu dərd çəksin
Qoyma nəmli gözlərin
Qoyma yollara diksin
Qıyma Qədir, yandırma
O gözəlin bağrını.
Cilovla, kədərini
Müsibəti, ağrını.
***
Qədir Şuşanı çox sevirdi...
Bu gecə yuxuda sənə qovuşdum
Gözümdə canlandı dağların, Şuşam.
Elə bil bəladan, dərddən sovuşdum,
Sinəmə çəkilib dağların Şuşam.
Vaqifin gözüylə baxdım hər yana
Natəvan eşqiylə qəsd etdim cana
Məni qonaq etdi ulu "Topxana"
Tabloya bənzəyən bağların, Şuşam.
Cabbar unudacaq qəmli segahı
Lal-dinməz qalacaq muğamın şahı
Qovub sinəsindən kədəri, ahı
Qan-yaş tökəcəkdir diyarın, Şuşam.
Xan əmi çayların zümzüməsində
Bir kədər donacaq onun səsində
Ağlar gözəllərin naz-qəmzəsində
Yeri görünəcək qubarın, Şuşam.
Qana boyanıbdı "xarı bülbülüm"
Qana boyanıbdı çiçəyim, gülüm
Həsrətlə boylanır obasız elim
Nə yaman dəyişdi növrağın, Şuşam.
Elə bil itibdi üzüyün qaşı
Niyə qurumayır gözümün yaşı
Gülsün Qarabağın torpağı, daşı
Ümidlə açılsın sabahım, Şuşam.
***
Dağlardan süzülüb
Axan şəlalə
Qıvrıla-qıvrıla
Boynunu bükdü
Yamacda bağrıqan
Açılan lalə
Həsrətlə gözünü
Yollara dikdi.
"İsa bulağının" həzin
naləsi
Göz yaşı içində
kükrədi, çaxdı
Çinar budağında
bülbülün səsi
Axdı, məlhəm kimi,
qəlblərə axdı.
Qədir gözlərində
bir hicran odu
İtmişdi "Segah"ın
zümzüməsində
Cabbarın, Seyidin
yetim övladı
Bir nalə qopurdu
sanki səsində
Bu səsdə "Həzrəti
Davudun" ruhu
Bu səsdə peyğəmbər
nəfəsi vardı
Bu səsdə Leylinin,
Əslinin ahı
Bu səsdə Məcnunun töhvəsi vardı...
***
Yandırıb hicr ilə
Aləmi döndərdin külə
Oxuyanda ağlayır
Bütün cahan ay Qədir
Səsinlə bir məlhəmsən
Aşiqi bülbüllərə
Bütün bağrı qanlara
Sən dərmansan, ay Qədir.
***
1988-ci ildə Ağdamda, "İmarətdə" "Xarı bülbül" beynəlxalq festivalında Qüdəir Rüstəmov elə bir "Sona bülbüllər" mahnısı oxudu ki, yer-göy lərzəyə gəldi. Bülbüllər bu səsin ecazkar gücündən susmağa məcbur oldu. Xan çinarlar baş-başa verib, pıçıldaşdılar. Kimsəsiz, yetim qalacaqlarından bu səs sanki xəbər verirmiş...
Bürümüş hər yanı musiqi səsi,
Ağdam muğamatın beşiyi idi.
Oxunan mahnının şux təranəsi,
Bu yurdun, obanın keşiyi idi.
Kimlər oxumadı bu festivalda,
Ağdamda oxumaq çətindi, çətin.
İnsanlar baməzə, güləş olsa da,
Qanına hopmuşdur muğam, millətin.
"Şikəstə" oxundu, muğam oxundu,
Yayıldı hər yana musiqi səsi.
Bu xalqın qəlbinə muğam yaxındı,
Şirindi onlarda duymaq həvəsi.
Qədir qavalını alıb əlinə
Muğam ormanında bir gediş etdi
Sanki, ağı dedi çəmən gülünə
Gülüstan bağına bir yürüş etdi.
"Haşım" segahının qəmli naləsi,
Bir yanar köz kimi qəlblərə düşdü.
Qədrin ağıya bənzəyən səsi,
Yandı, pörşələndi, qəlblərdə bişdi.
Bu səsdə Seyidin, Cabbarın ruhu,
Bu səsdə Haşımın naləsi vardı.
"Xarı bülbül"ümün kədərli ahı,
Bu səsdə İslamın nəfəsi vardı.
Xan çinar başını aşağı əydi,
Şəlalə səsini uddu, ağladı.
Bu səs elə bil ki, sızlayan neydi,
Çəmən sızıltını duydu, ağladı.
"İmarət" kükrədi, sanki titrədi,
Bu ilahi səsin möcüzəsindən.
Bu nə gedişmədi, bu, nə pərdədi,
Ağladı Qədirin zümzüməsindən.
Zaman öz atını çapdı dördnala
Dəyişdi Ağdamın xoş növrağını
Dözmədi baş verən bu qeylü-qala
İtirdi yurdunu, öz torpağını.
Bu səs ruha dönüb hər an dolanır,
Ağdamın hər qarış çınqıl, daşında.
Qədirin ürəyi qana boyanır,
Hərləyir bu dərdi ürək başında.
Bu səs qayaları lərzə gətirir
Hayqırır, kükrəyir, çağırış kimi
Bu səs o torpağa səda yetirir,
Yağı tapdağından qurtuluş kimi.
"Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar,
Ünüm sizə yetməyir,
Ürəyim dolu, dağlar".
***
Hardasan, Qədir...?
Bülbül göz yaşı tökər,
Qızılgül həsrət çəkər,
Su atdığın o yarın
Gözün yollara dikər,
Hardasan, Qədir?
Çayda bitən cır narın
Dənlənər narın-narın
Sən ki torpaq oğluydun,
Puç oldu arzuların,
Hardasan, Qədir?
"İmarətin" talandı
Atəşlərə qalandı
Bulud həmən buluddu
Boşalandı, dolandı
Hardasan Qədir?
Yetim qalıb "Segah"ın
Kədərin, qəmin, ahın
Sən itdin xəyallarda
Açılmayır sabahım,
Hardasan, Qədir?
Dözmədin bu ağrıya.
Bu acıya, ağrıya
Səsin, ünün yetməyir,
Çətin qəlbim ağrıya.
Hardasan, Qədir?
Yol uzanır Ağdama
Arzuya, əhdə, kama
Niyə köçdün dünyadan
Həsrət qaldın Ağdama
Hardasan, Qədir?
***
Deyirlər bir gözəl boynu bükülü,
Yollar ayrıcında quruyub qalıb!
Həsrətli gözləri yola dikili,
Elə gözəl ikən qarıyıb qalıb.
Deyirlər, Ağdama uzanan yollar,
İtirib nə vaxtdır öz ünvanını.
Deyirlər, Vətənə açılan qollar
Saxlaya bilməyir daman qanını.
"Sona bülbüllər"in şahımı susdu
Deyirlər "Çahargah" qanlı yaş tökür
Duyan ürəklərin ahımı susdu
"Haşım” Segah bunu içində çəkir.
Dağlar əzəmətin saxlaya bilmir,
Qayalar hayqırır, verib baş-başa.
Bənövşə hikkədən ağlaya bilmir,
Sürməsin itirib o qələm qaşa.
Çayların çağlayan suyu quruyub,
Bulağın göz yaşı qana dönübdü.
Elin hay-harayı, toyu quruyub,
Tarixin təkəri yana dönübdü.
Bir səs ruha dönüb gəzib-dolanır
Həzrəti Davudun naləsidir bu
Bir səs gözləməkdən bezib dolanır
Ümidsiz gözlərin çarəsidir bu.
Tanrı dərgahına apardı onu
Qoymadı arzusu gül-çiçək açsın
Tanrı öz elindən qopardı onu
Qoymadı bu arzu dalınca qaçsın.
Vidadi Tağızadə,
"Qızıl qələm" mükafatı laureatı.


Şəhidlər
(20 yanvar şəhidlərinə)
Yanar qığılcımın közünə bənzər,
Ən uca zirvəyə çatdı şəhidlər.
Həyat yollarında özünə bənzər,
Cəsarətli addım atdı, şəhidlər.
Vətənçün yağıya sinə gərdilər,
Vətənçün canların qurban verdilər.
Günəşli sabahı yaxın gördülər,
Ümidlərin onda tapdı şəhidlər.
Qərənfillə birgə boyanıb qana,
Ömrü qərənfillə vurdular sona.
O mənfur gecədə durub yan-yana,
Qanını canlara, qatdı şəhidlər.
Bir ümid çırağı, bir ümid odu,
Ümid ümidliyə ümid olmadı.
Qoruyub vüqarı, müqəddəs adı,
Günəştək qurubda batdı şəhidlər.
 

Gülnarə Səbullaqızı Əhmədova
Fatimeyi-Zəhra məclisinin sədri, tanınmış xeyriyyəçi, "Əsrin ziyalıları" qəzetinin şöbə müdiri, "Könül" sazlı, sözlü ansanbılının bədii rəhbəri , "Hacı Zeynalabdın", " Qızıl qələm" mükafatları lauriatı, psixoloq
Mən İmişli rayonunun Nurlu kəndində anadan olmuşam. Öz kəndimə elimə, obama bağlı insanam. Bakı şəhərində yaşamağıma baxmayaraq tez-tez doğma rayonumda oluram. Həmkəndlilərimin problemləri ilə yaxından maraqlanıram.
Uca tanrının buyurduğu kimi, kimsəsizlərə, yetimlərə əl tuturam. İstəyirəm mənə verilən bir tikə çörəyi onlarla böləm, onları sevindirəm. Hər dəfə onların üzündə sevinc özümü xoşbəxt hiss edirəm. Sevinirəm ki, nəisə xeyirxah bir iş görmüşəm.
Elim, obam üçün də nə isə bir iş görəndə elə bilirəm ki, mən Tanı qarşısında öz borcumu vermiş olaram. 1993-cü ildə İmişli rayonunun... kəndində "Fatimeyi-Zəhra" məscdini tikdirdim. O vaxtdan bu günə qədər sakinlərin ora axınını görəndə, özümdə bir yüngüllük hiss edirəm. Bundan fərəh duyuram. O insanların ümidli baxışlarını gördükcə istəyirəm ki, bütün insanlar bacardığı qədər bir birinə kömək etsinlər, əl tutsunlar.
Xeyirxahlıq təkcə kiməsə yardım göstərməklə ölçülmür. Xeyirxahlıq öz xalqına, elinə obasına, doğulduğu yurduna öz bacardığı məhəbbəti doğmalığı, çatdırmaqla ölçülür.
Vidadi müəllimi mən bir ildir tanıyıram. Bu insanın öz elinə, obasına bağlı bir torpaq, yurd haqda hazırladığı verilişləri mətbuatda, yazılarını həmişə izləyirəm.
Bu yaxınlarda mənə söylədi ki, öz doğulduğum kənd haqqında, o kəndin adət-ənənələri, ağsaqqal, ağbirçəkləri, ziyalıları barəsində bir kitab yazmaq istəyirəm. Mən onun bu fiklərini alqışladım.
Indi budur kitab hazırdır. Uzun zamanın axtarışları, kənd sakinlərinin xarakterlərinə dərindən bələd olması vidadi müəllimə imkan vermişdir ki, çox dəyərli, bədii- publisist bir kitaba ərsəyə çatdırsın. O bunu nail olmuşdur. Yuxarıda qeyd etdiyim kimi, Vidadi müəllim bu xeyirxahlıq zirvəsinə ucalıb. Elə bir zirvədi ki, Tanrının hər bir bəndəsinə Allah tərəfindən lazım bilinən bir yoldur ki, bu yol həmişə insan ları uca zirvəyə ucaldır.
Mən, Vidadi müəllimin "Uzaqdan görünən kənd" kitabının ərsəyə gəlməsi münasibəti ilə onu alqışlayır və dəstəkləyirəm. O bu kitabla öz oxucularına kiçik bir kəndin insanlarının yaşam tərzini, adət-ənənələrini, torpağa necə bağlı olduğunu çatdırır.
Qoy hər bir insan öz xalqı, eli obası üçün nə isə bir iş görsün. Həmişə ona mənəvi dəstək olsun. Bax onda o insan Tanrının ən istəklisi ola bilər.

Əliyev Firdovsi
Təbiət bütün gözəlliyini bu kəndə bəxs edib. Səhər sdna qızartısını göstərəndə bu kənd daha gözəl olur. Hər tərəfdə yamyaşıl ağaclar yaşıl çəmənlər, quşaların çal-çağır səsi.. bir də uzaqdan görünən başı buludlara dəyən dağlar...
Şərəfxanlı kəndi Ağdam-Ağcabədi yolunun 24km-də yerləşir. Təbiətin Qarabağ torpağına verdiyi bütün gözəlliyi bu kəndin simasında görmək olar. Mənim bu kəndlə bağlılığım hələ kiçik yaşlarımdan başlayır. Bu şəhərdə bizim qohumlar yaşayır tez-tez onlara qonaq gedirdik. Tez-tez o kənddə gecələyirdim. Bütün kənd sakinlərinin necə sakinlərinin necə bir parça çörək üçün ora-bura qaçdığını görürdüm.
Sonra elə oldu ki, bacım bu kəndə gəlin köçdü. Daha da doğmalaşırdıq.
Atam Şahlar kişi Boyat kəndində kolxoz sədri işləyirdi. Bu kənddən Adıgözəl kişi, məhəmməd kişi ilə çox mehriban dost idilər. Atam tez-tez bu kəndə bu kişilərin qonağı olar həyət də ağacın altında oturub çay içərdilər və uzun uzadı söhbətlər edərdilər.
Mən ali məktəbi bitirdim və ailə həyatımın ömür çırağını bu kənddə tapdım. Xoşbəxtliyin bünövrəsini bu kənddə qoydum.
Bakı şəhərində yaşayırdım. Məni Ağcabədi rayonuna dövlət işinə göndərdilər. Demək olar ki, hər gün bu kəndə olurdum. Özümü bu kəndin sakinləri ilə bir sırada görürdüm. Bu kəndin qəbirstanlığında mənim bacımın məzarı uyuyur. Bir cox qohumlarımın məzarı da bu qəbristanlıqdadır.
Kənd gözümün qabağında kenişlənib inkişaf edib. Indi bu kəndi tanımaq olmur.
Hər dəfə bu kəndə ailəmlə gedəndə həyat yoldaşım öz ata yurdunda tez somavara od salır. ətirli çayın ətiri hər yana çəkdikcə sanki, cavanlaşırsan. Övladlarımla, nəvəmlərimlə bu gözəllikdən doymuruq. Bu kənd öz gözəlliyi, insanlarının səmimiliyi ilə seçilən şərəfxanlı kəndidir.

Elnur Əliyev
Mən Bakı şəhərində doğulub boya-başa çatmışam. Atam Tovuzlu, anam isə Ağcabədi rayonundandır.
Son dəfə beş ilə qədər Şərəfxanlı kəndi haqqında heç bir təsəvvürüm yox idi. Elə belə həmişə ana yurdum Ağcabədi rayonu Boyat kəndinə gedərkən həmin kəndin yanından keçirdik.
Tale mənə baba-ana tərəfi həmin kənddən olan bir ömür yoldaşı qismət etdi. Demək olar ki, məni bu kəndə daha sıx bağladı tez-tez bu kənddə olur, bu kəndin təbiəti ilə, gözəlliyi ilə məftun olurdum. Insanları isə qədər doğmalıq göstərirdilər.
Öyrənmişəm ki, bu kəndin ilk sakinlərindən biri Adıgözəl kişi olub. Azərbaycan SSR, SSR Ali sovetinin qrultay nümayəndəsi olub. Dəfələrlə ali sovetə deputat seçilib. Tale mənim bəxtimə onun nəvədi Günay xanımı qismət etdi və məni demək olar ki, bu kəndə sıx bağladı.
Indi İnqilab kişinin ən kiçik nəticəsi oğlum Yusiflə, həyat yoldaşım Günay xanımla tez-tez onun baba yurdu olan Şərəfxanlı kəndində oluruq. Özümüzü həmişə sanki öz doğmalarımız arasında görürük.
 
Məmməd Ələsgərov
Hər bir, yurd, el, oba bizlər üçün əzizdir, müqəddəsdir, doğmadır. Harda olursan ol torpaq səni öz ağuşuna çəkir sevir, əzizləyir. Belə müqəddəs yurdlardan biri də Şərəfxanlı kəndidir.
Şərəfxanlı kəndi kiçik bir kənd olsa da zaman-zaman, dirçəlib, inkişaf edib bu, gün öz gözəlliyi yeniliyi ilə göz oxşayır.
Mənim bu kənlə bağlılığım ötən əsrin 80-ci illərinə təsadüf edir. İşinlə əlaqədar o kənddə tez-tez olur təsərrüfat işlərində onlara bir mütəxəssis kimi məsləhətlər verirdim. İş elə gətirdi ki mənim bəxtimə bu kəndən bir qismət düşdü. Ailə həyatı qurdum. Xoşbəxtliyimi bu kənddə tapdım.
Şərəfxanlı kəndi öz qonaqpərvərliyi mehribanlığı ilə həmişə seçilib. Kimliyindən aslı olmayaraq kim bu kəndə ayaq qoyursa çox mehriban qarşılanır qonaq edilir. İnsanları zəhmətsevərdir.
Mən Vidadi müəllimin bu haqqında onun sakinləri haqda belə bir bir kitab yazmasını alqışlayıram. Öz kəndini onun sakinlərini gələcək nəslllərə çatdırmaq elə özü- özünü müqəddəsləşdirir.

Yurduna bağlı insan
Son zamanlar dövri-mətbuatda və televiziyada imzasına tez-tez rast gəldiyim Vidadi Tağızadə növbəti yazısını mənə təqdim edəndə təəccüblənmədim. əsərlə tanış oldum, onu diqqətlə oxuyub rəyimi söyləmək qərarına gəldim. Hər şeydən əvvəl elini, obasını, onun təbiətini, tarixi keçmişini və bu yurdun ən qiymətli sərvəti olan insanlarını, onların keçdiyi ömür yolunu, el arasında qoyub getdikləri acılı-şirinli xatirələrini qələmə almasını təqdir edir, bir ziyalı kimi onu alqışlayıram, bu yolda ona yeni yeni yaradıcılıq uğurları arzulayıram. Əlbəttə, Vidadi Tağızadənin başladığı iş çox məsuliyyətli işdir. Təbii ki, öz əslini, nəcabəti, öz keçmişini hansı soldan, hansı kökdən gəldiyini öyrənmək hamı üçün maraqlıdır. Bu kitabda Vidadi müəllim kiçicik bir kəndin XX əsrin əvvəlindən ta bu günə qədər neçə çətin yollarla inkişaf etməsini maraqlı insanların xarakterində, yaşam tərzində əks etdirir. Maraqlı hal budur ki, bu insanların hansı xasiyyetdə olması kimin hansı sahədə fəaliyyəti, adət və ənənələrin necə qorunub saxlanılması bu günə qədər yalnız o kənddə movcud olan şirin ətifələr publisist və bədii yazılarla verilmişdir. Oxucu bu kitabı oxuduqca bu kənddə yaşayan hər bir ağsaqqalın və ağbirçəyin yaşam tərzini, məni tərzini, qiymətini lirik bir formada görür və düşündürür.
Diqqəti cəlb edən hal budur ki, müəllif bu kitabda "Mən də Şərəfxanlıyam" sənədli povesti ilə özünün yarım əsrdən çox bu kəndə necə əzab əziyyətlərlə bu günə gəlib çıxdığını bədii formada oxuculara çatdırır.
Müəllif və şərəfxanllı kəndi. Biz əsəri oxuyarkən görürük ki, elə müəllifli özü necə keşməkeşli, əzablı bir həyat yolu keçib bu əzablı yol elə Şərəfxanlı kəndinin əzablı yol elə Şərəfxanlı kəndinin əzablı yollarıdır.
Tarixi sənədlərə arxanaraq müəllif doğulduğu Ağcabədi rayonu, onun kiçik bir kəndi olan Şərəfxanlı soyadının haradan meydana gəlməsi, ilk sakinləri burada nə vaxt məksunlaşması oxucular tərəfindən çox maraqla qarşılanır.
Müxtəlif insanların yazdıqları publisist yazılar, poema və şeirlər bu kitabı daha dolğun və oxunaqlı edir. Mən bir ziyalı kimi bu kitabın yazılmasını alqışlayır və müəllifə öz xoş arzularımı bildirirəm.
Öz enişi, yurdunu, obasını unutmayan onlar üçün nəsə bir iş görmmək istəyənlər elə müqəddəs elə bu xeyirxah işin nəticəsindən yaranmışdır ki, biz bunu müəllifin simasında görürük.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR -
SON XƏBƏRLƏR
24.11.2014  16:45
Xoşqədəmin verilişi dayandırıldı VİDEO
24.11.2014  16:33
Aytənin NİİMin əməkdaşına maraqlı sualları VİDEO
24.11.2014  16:26
Sumqayıt Bələdiyyəsi Azərbaycan metallurgiyasının veteranı Tofiq Həsənovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir
24.11.2014  16:18
Tarzən Humay Qədimova sayca 4-cü instrumental klipini ərsəyə gətirib FOTO
24.11.2014  16:08
Türkiyə Kültür Günlərinin açılış mərasimi keçirilib FOTO
24.11.2014  16:01
25 noyabrda gözlənilən hava şəraiti
24.11.2014  15:57
Mehri Mustafa: Qadın cahilliyi
24.11.2014  15:21
“Xəyalımdakı Qarabağ” rəsm sərgisi sona çatıb FOTO
24.11.2014  14:53
Sağlamlığımıza Sahib Olaq! FOTO
24.11.2014  14:39
ARGTMŞ “QİDA” Qış Sessiyasını təşkil edəcək
24.11.2014  13:54
“Sabahın ulduzları” paytaxt çempionatının hazırlıq qrupunda ikinci mərhələnin 6-cı, yuxarı yaş qrupunda isə 8-ci turun oyunları keçirilmişdir
24.11.2014  13:36
SAM-ın nümayəndə heyəti Küveytə səfər etmişdir
24.11.2014  13:16
Şirin Xanım Kərimbəyli Şadiman: EŞQİN BİTMƏZ AZƏRBAYCAN
24.11.2014  13:05
Gənc xanım rəssamların birgə sərgisi keçirildi FOTO
24.11.2014  12:55
Heydər Əliyev irsini araşdırma mərkəzində İdman və vətənpərvərlik mövzusunda dəyirmi masa keçirildi FOTO
24.11.2014  12:32
Beynəlxalq Telekommunikasiya İttifaqı yeni nəsil televiziya üçün standartlar hazırlayır
24.11.2014  12:29
Britaniya xüsusi xidmət orqanları provayderlərdən şübhəli istifadəçilərin məlumatları üçün sorğu verəcək
24.11.2014  12:27
İndoneziyada “Facebook” ilə pulköçürmələri xidməti istifadəyə verilib
23.11.2014  16:06
“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 5-ci Yubiley Beynəlxalq Ətraf Mühit Sərgisi FOTO (YENİLƏNDİ)
23.11.2014  15:45
"Məhəbbətlə zarafat etmək olmaz" tamaşası FOTO
22.11.2014  23:59
Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində iştirak edib FOTO
22.11.2014  23:30
“Musiqi haqqında söz” şüarı altında iki elmi-praktiki konfrans
22.11.2014  23:15
Naxçıvan: Kəndlə şəhər arasında fərq aradan qaldırılır
22.11.2014  23:11
Azərbaycanın qonşu dövlətlərlə mehriban münasibəti Ermənistanı narahat edir FOTO
22.11.2014  22:25
“Şahdəniz” yatağının gündəlik hasilat gücü 1 milyard 40 milyon standart kubfuta qədər artırılacaq
22.11.2014  22:16
"Səsimdən yapış" adlı yeni tamaşasının premyerası keçirilib FOTO
22.11.2014  22:07
Dünyanın ən gözəl pilləkənləri ilə gəzinti FOTO
22.11.2014  20:51
Mübariz Qurbanlı Gürcüstanın Dövlət nazirini qəbul edib
22.11.2014  20:39
Serbiyanın səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur
22.11.2014  20:37
Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunub FOTO
22.11.2014  20:36
Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası başa çatmışdır
22.11.2014  20:35
QIRĞIZISTAN SƏFİRLİYİNDƏ TƏQDİMAT FOTO
22.11.2014  20:34
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
22.11.2014  20:32
Regional Rabitə Birliyinin rabitə administrasiyaları mütəxəssisləri üçün ilk beynəlxalq seminar keçirilib
22.11.2014  20:31
PARLAMENTDƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ 25 İLLİYİ QEYD OLUNDU
22.11.2014  20:30
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
22.11.2014  20:28
TÜRKPA-ya ÜZV ÖLKƏLƏRİN SOSİAL SİYASƏT KOMİTƏLƏRİNİN BİRGƏ TOPLANTISINDA
22.11.2014  20:26
Avropa Parlamenti “Google”u bir neçə şirkətə bölməyə çağırır
22.11.2014  20:23
Nazir Kürdəmirdə vətəndaşlarla görüşüb
22.11.2014  20:23
NATO “Cyber Coalition 2014” təlimlərini keçirib
TOP XƏBƏR-ə keçid >>>
> NOYABR 2014
Mo Di Mi Do Fr Sa So
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Sevinc Rza qızı
»» Rəhman Orxan
»» Mehri Mustafa
»» Şirinxanım Kərimbəyli Şadiman
»» Rüstəm İsmayılov
»» Seyran Babayev
»» Azad Bağırov
»» Ağalar İDRİSOĞLU
»» Dilavər Nəcəfov
»» Ramin Aslanov
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» ATGTİ
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» Bakı Futbol Federasiyası
»» SAM
»» PREZiDENT İLHAM ƏLİYEV
Təşkilatlar ( ARXİV )
VİDEOTEKA

Xəzər TV. Azər Həsrətlə "Tərs bucaq". 23 noyabr 2014

Müğənni Amil Türkiyədə disk çıxarır (Media Təqib Mərkəzinə istinad edilir)

2. Çoban müğənniliyə başladı... («Media Təqib Mərkəzi»nə istinad edilir)

Aşıq Əli müğənni Eltonu döydürmək istəyib... («Media Təqib Mərkəzi»nə istinad edilir)
Video arxivə >>>
MƏTBUAT
http://sehm.az
ƏN ÇOX OXUNAN VƏ BAXILAN

Azər Həsrət: Yazsam öldürərlər, yazmasam ölləm

Azər Həsrət : Elə mütləq dövlətmi deməliydi?...

Cənub xəbərləri: Bir ölümün müəmmaları

Bəxtiyar Sadıqov: MÜQƏDDƏSLƏR VƏ MURDARLAR

Azər Həsrət : İsrail uçağı, Davud ulduzu, “Azadlıq” və

Bəxtiyar Sadıqov: MÜQƏDDƏSLƏR VƏ MURDARLAR

“Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” FOTO (YENİLƏNDİ-2)

Valeh Kərimov - 70 : “XALQIN ŞAİRİ”NİN