XƏBƏR SAYTI
www.azpress.az BV AZƏRBAYCAN PRESS VIDEO-FOTO FAKTORU JURNALI
Axtar
Axtar
Youtube Twiter facebook Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Quba rayonunda Azəraycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyatını rənglənddir” gənc istedadların rəsm sərgisi keçirilib.
www.azpress.az BV
-(BŞGİBİ) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) - xəbərləri
Tarix: 21-2-2012 // saat: 14:07   -(BŞGİBİ) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ)
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) - xəbərləri ( ötən həftə)...
Su polosu üzrə yeniyetmələr arasında Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

15-19 fevral 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Xətai rayonu 15 №-li UGİM-nin üzgüçülük hovuzunda su polosu üzrə yeniyetmələr arasında Bakı şəhər açıq birinciliyi keçirilmişdir.Yarışda 5 komanda mübarizə aparmışlar.
Komandalar arasinda I yerə MOİK, II yerə AzDBTİA, III yerə isə Bakı komandası layiq görülmüşlər. I, II, III yerləri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dama üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

5-17 fevral 2012-ci il tarixdə 1 №-li İOEUGŞDİM-də gənclər, kadetlər, kiçik kadetlər və ümüdlər arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışlar oğlanlar və qızlar arasında dairəvi sistem üzrə keçirilmişdir. Beynəlxalq dərəcəli hakim B.Muşailovun rəhbərliyi ilə hakimlər kollegiyası tərəfindən idarə olunan yarışlarda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, RŞK və HRŞDK-nu təmsil edən 76 nəfər (onlardan 28 nəfəri qızlardır) idmançı təmsil etmişdir. Oğlanlardan ümüdlər arasında I yeri Umudov Məhəmməd (1 №-ли ИОЕУЭШДИМ), kadetlər arasında I yeri Mustafayev Anar (HRŞDK), gənclər arasında I yeri Salahov Ramil (HRŞDK) və qızlardan ümüdlər arasında I yeri Şabanova Səbinə (HRŞDK), kiçik kadetlər arasında I yeri Kərimzadə Firduz (2 №-ли UGŞİM), kadetlər arasında I yeri Səidzadə Nərmin (1 №-ли ИОЕУЭШДИМ) və gənclər arasında I yeri Xəlilova Nərmin (HRŞDK) tutmuşlar.
Qaliblər Baş İdarə tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qızlar arasında voleybol növü üzrə yarışa start verilmişdir.

15 fevral 2012-ci il tarixdən Xətai rayonu 269 saylı orta məktəbin idman zalında Bakı şəhəri məktəbliləri arasında keçirilən XXIV spartakiadanın proqramına daxil olan voleybol (qızlar arasında) növü üzrə yarış start götürmüşdür. Yarışlar 2 qrupda dairəvi sistem üzrə keçirilir. Yarışlarda paytaxtın 10 rayonunun qalib komandaları iştirak edirlər. Respublika dərəcəli hakim Təhmasib Haşımovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunan yarışların final oyunu fevral ayının 21-də keçiriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, XXIV spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra yekun nəticələrə görə 9 xalla Səbail rayonu I yerdə, 10 xalla Qaradağ rayonu II yerdə və 15 xalla Suraxanı rayonu III yerdə qərarlaşmışlar.

 
 
 
 
 
 
 
Şahmat üzrə turnir keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən RİOEUGŞM-də “2 fevral-Azərbaycan gəncləri günü”nə həsr olunmuş şahmat üzrə turnir keçirilmişdir. IV, III, II və I idman dərəcələri üzrə keçirilən turnir İsveçrə sistemi üzrə aparılmışdıtr. Turnirdə 90 nəfər idmançı (onlardan 35 nəfəri qızlardır) iştirak etmişdir. IV dərəcə üzrə keçirilən yarışda I yeri oğlanlar arasında Orucov Hacı, qızlar arasında Feyzullazadə Fidan, III dərəcə uğrunda yarışda müvafiq yerləri Hüseynli İlkin və İskəndərli Həmidə, II dərəcə uğrunda yarışda müvafiq yerləri Amanov İlqar və Bağırova Şəhla, I dərəcə uğrunda müvafiq yerləri Məmmədov Yusif və Məmmədova Ləman tutmuşlar.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
 
 
 



Kahramanmaraş şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir.

Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə
Gürcüstan, Ukrayna, Moldova, İran, Qazaxıstan, Makedoniya, BƏƏ, Şimali Kipr, Rusiyanın Yakutiya,
Dağıstan, Adıgeya, Qabardin-Balkar, Karaçay-Çərkəz, Krasnodar respublikalarının güləşçıləri çıxış etmişlər. Bakı şəhər yığma komandası da qeyd olunan turnirdə iştirak etmək üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Türkiyəyə ezam olunaraq ölkəmizi təmsil etmiş və güləşçılərimiz 3 bürünc medal qazanmaqla ümumi komanda hesabinda 4-cü yeri tutmuşlar. Beləliklə, Daşqın İskəndərov (60 kq), Saqif Cabbarov (66 kq), Valeh Babayev (96 kq) III yerə layiq görülmüşlər. İdmançılarımızı təbrik edirik!
 

 
 
Ağır atletika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq 12 fevral 2012-ci il tarixdə Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində yeniyetmə və gənclər arasında ağır atletika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.
Birincilikdə Neftçi İSM, 8 saylı UGİM, MOİK, Gənclik TİC, Zirvə İK kimi idman cəmiyyətləri, həmçinin Cəlilabad, Lənkəran rayon komandalarını təmsil edən 54 nəfər gənc və yeniyetmə idmançı ümumi olaraq 50 kq, 56 kq, 62 kq, 69kq, 77kq, 85 kq, 94 kq, +94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparmışdır.
Yarışda yeniyetmələr arasında 50 kq çəki dərəcəsində I yerə Səmədzadə Səməd, 56 kq çəki dərəcəsində I yerə Allahverdiyev Kərim, 62 kq çəki dərəcəsində I yerə Həsənov Orxan, 69 kq çəki dərəcəsində I yerə İsmayılzadə Mövsüm, 77 kq çəki dərəcəsində I yerə Tağızadə Ceyhun, 85 kq çəki dərəcəsində I yerə Əlrzayev Qafar, 94 kq çəki dərəcəsində I yerə Beskov Kamran, +94 kq çəki dərəcəsində I yerə Ağaəhmədov Orxan, gənclər arasında isə 56 kq çəki dərəcəsində I yerə Fətəliyev Kənan, 62 kq çəki dərəcəsində I yerə Ağaverdiyev Mansur, 69 kq çəki dərəcəsində I yerə Hüseynli Zaur, 77 kq çəki dərəcəsində I yerə Əzimov Rizvan, 85 kq çəki dərəcəsində I yerə Dadaşzadə Ceyhun, 94 kq çəki dərəcəsində I yerə Kazımov Əlisahib, 105 kq çəki dərəcəsində I yerə Cəlilov Elnur, +105 kq çəki dərəcəsində I yerə Xəlilov Elvin layiq görülmüşdür.
Sonda birincilikdə I,II,III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif edilmişdir.
 

Los-Anceles şəhərində poverliftinq üzrə yarış keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bəxtiyar Quliyev ABŞ-nın Los-Anceles şəhərində keçirilmiş ümumdünya idman festivalında ıştirak etmişdir. Festivalın poverliftinq idman növü üzrə keçirilən yarışında +100 kq çəki dərəcəsində Bəxtiyar Quliyev III yerə layiq görülmüşdür. Nəzərinizə çatdiraq ki, həmin yarışda dünyanın 30-dan çox ölkəsinin idmançıları iştirak etmişdir. İdmançımızı təbrik edirik!
 

Makedoniyalı gənclərlə görüş keçirilmişdir.

8 fevral 2012-ci il tarixdə “CROWN” hotelində Yeni Azərbaycan Gənclər Birliyinin dəstəyi ilə Azərbaycana dəvət olunmuş Makedoniya Türk demokratik Partiyası Gənclər Forumunun sədr müavini Hacı Fuad Eyyub, katiblər Ümid Rəcəb və Acrulla Yusiflə Bakı şəhər Gənclər və idman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayon Gənclər İdarəsinin rəisi və bir qrup fəal gənclərin iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı “Azərbaycan gəncləri 2011-2015-ci illər” Dövlət Proqramı, İdman İli, 2020 Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərinin namizədlik iddiası, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqışəsi, Xocalı soyqırımının ədalət kompaniyasına dəstək kimi məsələlər qonaqların diqqətinə çatdırılmış, Makedoniya gənclərinə Azərbaycan həqiqətinin çatdırılması məsələsi xüsusi olaraq vurğulanmışdır. Qonaqlar Azərbaycan Respublikasında görülmüş işləri, gənclər və idman sahəsində dövlət siyasətininin yüksək səviyyədə olmasını qeyd etmişlər. Sonda qonaqlara “ermənı terroru”, “idmanda son on il” və digər kitablar hədiyyə edilmişdir.
 
Qol güləşi üzrə Bakı şəhər birinciliyii keçirilmişdir.

4-5 fevral 2012 –ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Ağ at” İdman Klubunda gənclər arasında qol güləşi üzrə Bakı şəhər birinciliyii keçirilmişdir.
Yarışda “Kentavr” İK, “Saleh” İK, “Qol güləşı”İK, “Məhsul”İC, “Ağ at”İK, “Zenit”İK, “Dinamo”İK-nu təmsil edən 60 idmançı mübarizə aparmışdır. Birincilikdə idmançılar 10 çəki üzrə: 55 kq, 60 kq, 65 kq, 70 kq, 75 kq, 80 kq, 85 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində iştirak etmişlər.
Birincilikdə 55 kq çəki dərəcəsində I yerə İsmayılov Elnur, 60 kq çəki dərəcəsində I yerə Musayev İlqar, 65 kq çəki dərəcəsində I yerə Vurduxanov Elnur, 70 kq çəki dərəcəsində I yerə Ağayev Hicran, 75 kq çəki dərəcəsində I yerə Hüseynov Ənvər, 80 kq çəki dərəcəsində I yerə Məhsimov Zöhrab, 85 kq çəki dərəcəsində I yerə Muradov Həbib, 90 kq çəki dərəcəsində I yerə Məmmədov Ceyhun, 100 kq çəki dərəcəsində I yerə Qurbanov Elnur, +100 kq çəki dərəcəsində I yerə Yadigarov Sərxan layiq görülmüşlər
Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - -(BŞGİBİ) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
Sevinc Kuboku uğrunda Bakı şəhər birinciliyi FOTO
Tarix: 26-7-2014 // saat: 13:08
“Təmiz Binəqədi” layihəsi çərçivəsində “Polietilensiz həyat” devizi altında gənclərin iştirakı ilə aksiya
Tarix: 23-7-2014 // saat: 16:12
Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir
Tarix: 21-7-2014 // saat: 17:14
"Yeni Ümidlər" adlı rəsm işlərindən ibarət sərgi keçirilmişdir FOTO
Tarix: 19-7-2014 // saat: 15:24
Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir FOTO
Tarix: 8-7-2014 // saat: 13:56
www.azpress.az BV
SON XƏBƏRLƏR
30.7.2014  23:44
Xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət bədii-qiraət müsabiqəsinin ikinci turunun nəticələri ( YENİLƏNDİ-2 )
30.7.2014  23:39
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.7.2014  23:22
Yohannesburq Filarmonik Orkestri VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramını təqdim etdi FOTO
30.7.2014  23:20
Azərbaycanda tarix boyu bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tolerant münasibət bəslənilib
30.7.2014  23:15
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi “Best summer photo of 2014. Azerbaijan” müsabiqəsi elan edir
30.7.2014  23:08
“Euronews” telekanalında VI Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlanıb
30.7.2014  23:06
Beynəlxalq Qızıl Xaç Komitəsi girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətini gücləndirməlidir
30.7.2014  22:44
Dünya üzrə həftənin ən yaxşı şəkilləri FOTO
30.7.2014  22:28
Sovet ittifaqında məktəblilər necə olublar FOTO
30.7.2014  22:09
Solar İmpulse 2 günəş bateriyasında təyyarənin ilk uçuşu FOTO+VIDEO
30.7.2014  22:04
Habil Yaşar: Zibil yeşiyinin monoloqu...
30.7.2014  21:54
“Gənclər arasında protokol qaydalarının təbliği” adlı fərdi layihəsinin ikinci hissəsi və bağlanış mərasimi keçirilmişdir FOTO
30.7.2014  21:39
Gənclər paytaxtının gənc istedadlarının sərgisi keçirilib FOTO
30.7.2014  21:31
Könülləri sevindirən, ayların sultanı RAMAZAN
30.7.2014  21:15
Sibir sidrindən karandaş necə hazırlanır FOTO
30.7.2014  20:44
ARGTMŞ tərəfindən təşkil olunan beynəlxalq tədbir başa çatıb FOTO
30.7.2014  18:45
Təqaüdçü Boeing 727 təyyarəsindən meşədə ev tikdi FOTO+VİDEO
30.7.2014  17:32
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb
30.7.2014  17:27
İstehlaka yararsız məhsullar məhv edilmişdir
30.7.2014  16:50
Gənclər “Həyat Damlası” –nı paylaşdılar
30.7.2014  16:38
Ətraf mühitimizi qoruyaq FOTO
30.7.2014  15:34
www.b2b.az elektron ticarət portalının istifadəçilərinin sayı 36 mini ötüb
30.7.2014  15:03
Dövlət sərhəd­lərinin mühafizəsində yerli əhalinin iştirakının əhə­miyyəti” mövzu­sunda görüş keçirilmişdir FOTO
30.7.2014  14:31
“Gələrsən, görərsən” layihəsi
30.7.2014  14:19
Üzeyir Mehtizadə Leriki partlatdi FOTO
30.7.2014  14:13
Yanğın hadisəsi baş verib
30.7.2014  12:51
Avqust ayına olan hava proqnozu
30.7.2014  12:40
Gənclər və idman nazirliyi 20 yaşını qeyd edir FOTO
30.7.2014  12:39
31 iyulda gözlənilən hava şəraiti
30.7.2014  12:28
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
30.7.2014  12:27
“Elektron hökumət” portalında formalaşdırılacaq şəxsi kabinet istifadəçilərin işini asanlaşdıracaq
30.7.2014  12:24
Havay adalarında dünyanın ən böyük teleskopunun inşasına başlanacaq
30.7.2014  12:22
2020-ci ildə Avropada “5G” şəbəkəsi istifadəyə veriləcək
29.7.2014  22:28
Mübarək Ramazan ayının başa çatması münasibəti ilə bayram namazı qılınıb FOTO
29.7.2014  22:19
Avstriya mətbuatı Azərbaycan çempionundan yazır
29.7.2014  22:14
Qəbələ festivalının iştirakçısı, Ukraynanın “Kiyev Solistləri” Kamera Orkestri Şəki musiqisevərləri qarşısında çıxış edib
29.7.2014  20:17
Xanhüseyn KAZIMLI : Müasir KİV-də mənəvi məsuliyyət
29.7.2014  20:09
Banan necə yetişdirilir və yığılır FOTO
29.7.2014  19:53
25 il əvvəl Tyananmen meydanında nümayişçilərin güllələnməsi FOTO
29.7.2014  19:52
Horseshoe Bend – Koloradoda çayın əyriliyi FOTO
TOP XƏBƏR-ə keçid >>>
> iyul 2014
Mo Di Mi Do Fr Sa So
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
www.azpress.az BV
VİDEOTEKA

Наталья Кардоне Чегевара Nathalie-CARDONE CHE-GUEVARA

Че Гевара «Постскриптум» 01.06.2013

Авторынок в Грузии цены на Внедорожники

Видео нового Boeing 787 — это просто с ума сойти
Video arxivə >>>
www.azpress.az BV
MƏTBUAT
http://sehm.az
ƏN ÇOX OXUNAN VƏ BAXILAN