Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb -

Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb

Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.



Bu layihə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə həyata keçirilib.



Məktəbin açılış mərasimində Norveçdəki Azərbaycan icmasının üzvləri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbirdə Ramil Əliyev, Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva, valideyn Xəlil Alvani çıxış ediblər. Natiqlər Azərbaycan icmasının həyatında böyük əhəmiyyət kəsb edən bu hadisə münasibətilə şagirdləri və valideynləri təbrik ediblər, xaricdə yaşayan hər bir soydaşımızın, xüsusilə də övladlarımızın Ana dilimizi öyrənməsinin vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlərə Azərbaycan dili kursunun proqramı barədə ətraflı məlumat verilib.
 


Qeyd edək ki, ilkin mərhələdə məktəbdə 12 şagirdin təhsil aması nəzərdə tutulur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !