Teymur Rəcəbov "Banter Series"lə erkən vidalaşıb - (AZpressAZ) İNTİQAM Məmmədov

Teymur Rəcəbov "Banter Series"lə erkən vidalaşıb (AZpressAZ) İNTİQAM Məmmədov

Onlayın şahmat üzrə keçirilən və iki Azərbaycan təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov cütlüyünün də qatıldığı Banter Series" tunirinə start verilib. Startə 1\8 finaldan verilən bəlli turnirdə təmsilçilərimizdən ilk olaraq, Rəcəbov mübarizəyə başlayıb. O, mərhələni aşmaq üçün vetnamlı Le Kuanq Lyemlə qarşılaşıb. Təəssüflər olsun ki, Rəcəbov Lyemlə bacarmayıb. 4:6 hesabla uduzan Teymue turnirlə erkən vidalaşmaq məcburiyyətində qalıb. Rauf Məmmədov isə bu mərhələdə rusiyalı Aleksandr Qrişukla üzləşəcək. Turnirin reqlamentinə görə birinci yeri tutan şahmatçı 12 min avro qazanmaqla yanaşı, həm də Maqnus Karlsen tunirinə vəsiqə əldə etmiş olacaq.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !