KİVDF-dən jurnalistlərin binası ilə bağlı - -AÇIQLAMA

KİVDF-dən jurnalistlərin binası ilə bağlı -AÇIQLAMA

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) jurnalistlər üçün inşa olunmuş üçüncü binadakı mənzillərin verilməsi ilə bağlı prosesin yaxın zamanlarda başlayacağı, ilkin mərhələdə 50 jurnalistə mənzil hədiyyə ediləcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

KİVDF-nin mətbuat katibi İlkin Nadirov APA -ya açıqlamasında deyib ki, hələ ki, inşa olunmuş üçüncü binadakı mənzillərin jurnalistlərə verilməsi məsələsində heç bir yenilik yoxdur.

Bu barədə hər hansı informasiya olsa, ictimaiyyətə məlumat veriləcəyini söyləyən İ.Nadirov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !