Qulu Məhərrəmli: - - Müharibə həm də sosial şəbəkə və mediada gedir Mətbuat çağırış etməlidir !

Qulu Məhərrəmli: -“Müharibə həm də sosial şəbəkə və mediada gedir” Mətbuat çağırış etməlidir !

“Məhdudiyyətlər mümkünsüzdür, amma insanı maarifləndirmək olar”


“İnsanlar ölkəmizin hərbi vəziyyəti ilə bağlı hərəkətlərinə, paylaşımlarına fikir verməlidirlər”


Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Ötənlərdə Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan PUA əraziyə düşərək partlayıb. Təəssüf ki, şəhidimiz də var. Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Hər dəfə olduğu kimi bu dəfə də düşmən gərginlik zamanı sosial şəbəkələr vasitəsilə azərbaycanlı istifadəçilərə mesajlar yazıb, məlumat əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı belə şərh edib:

“Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra “Ermənistana hücum olacaqmı?” sualını verdi. Onun erməni olduğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşmənə hərbi sirr verməyək”.

Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən tanınmış media eksperti Qulu Məhərrəmli deyib ki, hər zaman cəbhədə vəziyyət gərginləşəndə belə xoşagəlməz hallar ortaya çıxır. Ekspertin sözlərin ə görə, vətəndaşlarımız dərk etməlidirlər ki, müharibə yalnız səngərdə aparılmır:

“Sosial şəbəkələrdə və müxtəlif media platformalarında müharibə gedir. Çalışmaq lazımdır ki, cəbhədəki durumla bağlı heç bir məlumat paylaşılmasın. Bəziləri vətənə sevgisindən, bəziləri isə təbliğat üçün müxtəlif məlumatlar paylaşırlar. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin tövsiyələri var. Həmin tövsiyələrə əməl etmək lazımdır”.

Q.Məhərrəmli vurğulayıb ki, digər vacib məqam cəmiyyətin bütün hallarda maariflənmədən keçməsidir:

“İnsanlar ölkəmizin hərbi vəziyyəti ilə bağlı ağıllı və diqqətli olmalı, hərəkətlərinə, paylaşımlarına fikir verməlidirlər. Bu, çox önəmlidir. Düşünürəm ki, media da müəyyən çağırışlar etməlidir. Sosial şəbəkələrdəki ictimai fəallar, tanınan şəxslər tövsiyələrini verməlidirlər.

Başqa çarə yoxdur. Çünki məhdudiyyətlər mümkünsüzdür, amma insanı maarifləndirmək olar”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !