Ölkəmizdə analoqu olmayan ilk Konqres - -Tahir Əmiraslanov yazır

Ölkəmizdə “analoqu olmayan” ilk Konqres -Tahir Əmiraslanov yazır

Vaxt sərf eləmək istəmirdim. Amma verdiyim sözə mütləq
əməl etməliyəm.
Beləliklə Fərhad Aşurbəylinin və ətrafındakıların fəxrlə hər bir məktubda, hər bir tədbirdə danışdıqları ölkəmizdə “analoqu olmayan” ilk Konqres.
1. Konqres, konfrans, qurultay və s. sinonimlərdir. Hansisa məqsədi proqramlaşdırmaq, məqsədə çatma yollarını araşdırmaq və bu məqsədlərə çatmaq üçün qərarlar qəbul etmək üçün toplantıdır.
2. “İlk” sözü Fərhad bəyin sevimli sözüdür. Amma kulinarların ilk Respublika Konfransı 1989-cu ilin dekabr ayında keçirildi və Respublikamızın bütün kənd və şəhərlərini, dövlət orqanlarını, aparıcı təşkilatları əhatə etdi. Tədbir bir ilə yaxın hazırlandı. Regionlarla ciddi iş aparıldı. Tədbirin təkcə stenoqramması 400 səhifədən çoxdur. Qəbul edilmiş 50-yə yaxın qərarların əksəriyyəti yerinə yetirildi. İkinci Konfrans 2000-ci ildə keçirildi. 46 sənəd qəbul edildi. Əksəriyyəti yerinə yetirildi. Üçüncü Konfrans (sammit) 2019- cu ildə keçirildi. Qərarlarının icrası üzərində iş gedir.
3. Şəkilə diqqətlə baxın. Konqresi keçirmək üçün istifadə edilən bu 5 nəfərin hamısı məhz AMKA -ya görə ad sana çatıb, ölkədə tanınırlar. Fərhad bəy deyir ki, biz gənclərə kömək etmirik. Onda bu aldadıb fəxrlə ortaya çıxartdıqlarınız haradan çıxıblar.
Bunların hamısı tək Orxandan başqa aldadıldıqlarını başa düşüb sizdən ayrıldılar.
4. Məlumatlarınızdan gördük ki, 350-nəfər iştirakçının yalnız 60-nəfəri aşpaz idi. Yəni toplananların təxminən altıdan biri. Yəni bu əslində aşpazların Konqresi deyildi, aşpazlar Konqresə yamaq idilər
5. Konqresi keçirən təşkilatın adında Milli mətbəxə dəstək əsas qayə idisə bu barədə heç kəs danışmadı və heç bir sənəd qəbul edilmədi.
6. Konqresdə əsas məruzəçi, yəni Fərhad Aşurbəyli dövlət dilinə hörmətsizlik edərək rusca çıxış edir. Hətta AzTV-yə belə rus dilində müsahibə verir.
7. Əgər bu Konqres idisə Konqresdə sədarət yox idi, hansı məsələlər səsə qoyuldu? Səsvermədə bütün qonaqlar iştirak edirdi, yoxsa yalnız aşpazlar? Səsləri kim sayırdı? Konqresin Qərar və Tövsiyyələri necə qəbul olunub? Bunlar nədən ibarətdir? və sairə, və ilaxır. Ümumiyyətlə bu Konqres idimi?
7. Çıxışlarda aşpazlar bir-birinin Qurban bayramlarını təbrik etdilər. Başqa nə? Yalnız Anar Qasımov bir az Milli Mətbəxin modernizasıyasından danışdı vəssalam.
Qalanları heç nə ...
8. Şehf az saytının yaradılması üçün Konqresmi lazım idi. Yüzlərlə sayt yaradılır, sonra təqdimatı olur. Yaxud aşpazlar gildiyası yaradılması Konqresinmi məsələsiydi, yoxsa 3-5 nəfər bunu təsis edə bilərdi. AKMA-nı təsis etdiyiniz kimi.
9. Bir neçə sponsorun təqdimatı oldu. Bunu anlayıram. Amma Konqres bunun üçün toplanmır axı!
10. Konqresdə onu keçirən təşkilatın Nizamnaməsi çərçivəsində hansı məsələ qaldırıldı və hansı qərar qəbul edildi?
11.Siz TMMD-ə sədr seçildiyiniz zaman Ədliyyə Nazirliyinin saytında bu təşkılatın”0” üzvü vardı. ”0” üzvü olan təşkilata Sizi hansı səsverməylə, neçə nəfər seçmişdi? Hansı proqramınızla seçilmişdiniz? Sədrliyiniz leqitlm idimi? Konqresdən sonra Ədliyyə Nazirliyinin saytında üç üzvünüz vardı. Sədr və iki müavin.
12. Sizcə hansı ciddi adam “0” üzvü olan bir təşkilatın, proqramsız, məqsədsiz, 2 aya hazırladığı “Konqresə” dəvəti qəbul edərdi.
Bizim iş gücümüz başımızdan aşır. Məzələnməyə vaxtımız yoxdur.
13. Biz gələn suallara cavab olaraq bildirdik ki, “Bizim bu Konqreslə heç bir əlaqəmiz yoxdur”. Çünki nə hazırlanmasında nə başqa işində iştirak etməmişdik.
14. Bəyanatınızın sonunda isə yaradılmış və yaradılan yeni QHT-lərin” Milli mətbəx mədəniyyətimizin qorunması və tanınması məqsədi güdəcəyinə” ümıd etdiyimizi bəyan etmişdik. Təssüf ki, sizdən əksini gördük.
Millətimiz sizin Konqres kimi, belə hay küylü, boş, zərərli işlərə bir ad verib “Üstü bəzək, altı təzək”. Başqa məsəllər də var. Buyurun. Daha dəqiq də təhlilini verə bilərik. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !