Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri adlı kitab nəşr olunub -

“Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri “adlı kitab nəşr olunub

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovanın müəllifi olduğu “Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri “ adlı kitabı nəşr olunub.
Kitabda Rosa L. cinsinin floribunda bağ qrupu qızılgüllərinin Abşeron şəraitində introduksiyası, seleksiyası və onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair çoxillik tədqiqat işlərinin nəticələri təqdim olunur.
Mərkəzi Nəbatat Bağında floribunda qızılıgüllərinə aid 131 sortun kolleksiya genofondu yaradılmış, introduksiya zamanı onalrın adaptasiya potensialı qiymətləndirilmişdir.
Rus dilində tərtib olunmuş kitab botaniklər, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər və ümumilikdə təbiəti sevən hər kəs üçün nəzərdə tutulmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !